Məhkəmə qərarları › İş №1(102)-402/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-402/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-402/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2019 -cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2019cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: V.A.Tağıyev ) Məhkum - 30.06.1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin 21.09.2016-cı il tarixli 1(103)-201/2016 saylı qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 30.11.2015-ci il tarixli hökmü dəyişdirilmiş, həbsdə saxlandığı 9 ay 21 gün hökmlə təyin olunmuş qəti cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 2 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə hesab olunaraq barəsində 2 il sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Müşfiq qəsəbəsində fərdi yaşayış evində yaşamış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində (01.12.2017-ci il tarixdən qüvvədə olan redaksiya) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 21.09. 2016-cı il tarixli qərarı ilə Məhkum barəsində təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Bakı Apelyasiya Məhkəməsinin 21.09.2016-cı il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Məhkum qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə olduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, cəzanın əvvəlinin 29 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 19 oktyabr 2017-ci il tarixdən 20 oktyabr 2017-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun qızı X2 iş yerinin Təhsil nazirinin sürücüsü olan tanışı X adlı şəxsin vasitəsilə dəyişdirilməsinə köməklik edəcəyinə dair yalan vəd verib inandırmaqla aldadıb, əvvəlcə Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri Bin əqədi rayonu Çiçək qəsəbəsində yerləşən mebel sexində 1.000 manat, daha sonra sonuncunun yaşadığı Binəqədi rayonu Çiçək qəsəbəsi, 35 nömrəli evdə 170 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1.170 (min yüz yetmiş) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 23 oktyabr 2017-ci il tarixdən 26 oktyabr 2017-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, işlədiyi Binəqədi rayonu Çiçək qəsəbəsində yerləşən mebel sexində əvvəlcə yataq dəsti sifarişinə görə sonuncudan 300 manat, daha sonra həmin sexdə Zərərçəkmiş şəxs2 mətbəx mebeli, künc divanı, uşaq çarpayısı və 08 ədəd otaq qapısı sifarişin ə görə sonuncudan 2.235 manat pul alıb həmin mebeli 03.11.2017-ci il tarixinədək yerinə yetirilib çatdırılacağına dair Zərərçəkmiş şəxs2 yalan vəd verib aldadaraq, göstərilən məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2.535 (iki min beş yüz otuz beş) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 22 aprel 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 22 aprel 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi barəsində olan cinayət işini düzgün araşdırmamış, iş üzrə yüngülləşdirici halları nəzərə almamışdır. Odur ki, ailəli olmağını, himayəsində iki azyaşlı uşağının olmasını, gözdən əlil olmağını, vərəm dispanserində qeydiyyatda olmağını, həbsdə olduğu müddətdə atasının rəhmətə getməyini, əməlindən səmimi peşman olmağını, uzun müddət həbsdə olmağının ailəsinin maddi və mənəvi vəziyyətini ağırlaşdırıdığını nəzərə alaraq cəzasının daha da yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin ed ilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyas ı məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayəti verərək ailəli olmağını, himayəsində iki azyaşlı uşağının olmasını, gözdən əlil olmağını, vərəm dispanserində qeydiyyatda olmağını, həbsdə olduğu müddətdə atasının rəhmətə getməyini, əməlindən səmimi peşman olmağını, uzun müddət həbsdə olmağının ailəsinin maddi və mənəvi vəziyyətini ağırlaşdırıdığını nəzərə alaraq cəzasının daha da yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətində məhkum cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, onun cinayət əməllərini təsdiq edən sübutların toplanması, məhkəmə iclasında tədqiqi, qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin pozulması halları müəyyən edilməmiş, Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallara uyğun mümkünsüz sübutlardan istifadə edilməmiş, hökmdə istinad edilmiş sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hal qismində qiymətləndirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 13.12.2017-ci il tarixli tələbnaməsindən və müvafiq qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs Məhkum Binəqədi Rayon Məhkəməsinin 30.11.2015-ci il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 il müddətə azadlı qdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlandığı müddət ona təyin edilən cəzadan çıxılmaqla üzərində 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 21.09.2016-cı il tarixli 1(103)-201/2016 saylı qərarı ilə təqsirləndirilən şəxs Məhkum barəsində olan Binəqədi Rayon Məhkəməsinin 30.11.2015-ci il tarixli hökmü dəyişdirilmiş, həbsdə saxlandığı 9 ay 21 gün hökmlə təyin olunmuş qəti cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 2 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-ın 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə hesab olunaraq barəsində 2 il sınaq müddəti müəyyən edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs məhkuml uğu ödənilməmiş və götürülməmişdir. Belə ki, Məhkum qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Məhkum tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, mə hkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunmuşdur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Məhkum ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçənədək törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum Bakı Apellyasiya Məhkəməsinin 21.09.2016-cı il tarixli 1(103)-201/2016 saylı q ərarı ilə ona müəyyən edilmiş 2 il sınaq müddəti başa çatmadığı dövrdə hazırki az ağır cinayət əməlini törətdiyindən CM-in 71.5-ci maddəsinə əsasən şərti məhkum etməni ləğv edərək həmin Məcəllənin 67-ci maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2019-cu il hökmü ilə təyin ediləcək cəzaya Bakı Apellyasiya Məhkəməsinin 21.09.2016-cı il tarixli 1(103)-201/2016 saylı qərarı ilə Məhkum CM-in 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş 2 il sınaq müddəti müəyyən edilmiş 2 il 2 ay 7 gün müddətə azadlıqdan məhrumetmə cəzasını qismən birləşdirilmək yolu ilə, yəni hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da 22 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmünü qüvvədə saxlamaqla düzgün nəticəyə gəlmişdir. CM-in 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yux arı həddən artıq ola bilməz. CM-in 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Beləliklə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq birinci instansiya məhkəməsi Məhkum onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni və ədalətli hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırl aşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, məhkum X4 cəza təyin edilərkən yuxarıda göstərilən maddələrin tələblərinə əməl edildiyindən və cəzanın yüngülləşdirilməsi üçün başqa əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərərfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar