Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-402/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və məhkum Rəhimov Sərxan Kərim oğlunun iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünə əsasən Təqsirlə ndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasə barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, xx xxxxxx 1989-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum edilməmiş, İsmayıllı şəhəri N.Behdiyev küçəsi, ev 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiy a şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi:
1. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.V.Hüseynov) 27 iyul 2021-ci il tarixli, 1(037)38/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakimlər: G.Q.Abbasov, (sədrlik edən və məruzəçi) A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin hallar ı:
2. Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,683 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,081 qram, 0,093 qram, 0,209 qram, 0,217 qram olmaqla kağız və sellofan bükümlərdə qablaşdırmaqla üzərində daşıyaraq saxlamış, 04 mart 2021-ci il tarixdə saat 11 radələrində həmin narkotik vasitə olan heroinin 0,217 qram çəkidə olan hissəsini qonşusu Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evin qarşısında 10 manata satmış, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən 04 mart 2021-ci il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qan unsuz dövriyyəsində şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki şalvarın sağ cibindən həmin 0,217 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, 04 mart 2021-ci il tarixdə saat 20 radələrində İsmayıllı Rayon Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın qabaq sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda 03 ədəd kağız bükümlərdə 0,083 qram, 0,081 qram, 0,093 qram, 01 ədəd sellofan bükümdə 0,209 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri:
3. Məhkum Təqsirləndirilən şəxs1 tərəfi ndən verilmiş kassasiya şikayətində ona təyin olunmuş cəzanın qanuni və əsaslı olmadığı qeyd edilir. Belə ki, məhkumun təqsirləndirildiyi cinayət işinin materialları saxtalaşdırılmış və ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi şərti alıcı qismində göstərilən bütün ilkin ifadələrin təhdid və təzyiq altında vermiş, şəxsin heçnə ilə təsdiqlənməyən ifadəsi ilə digər əlavə sübutlar göstərilmədən iddia edilmişdir. Həmin ziddiyətli ifadə də sonradan ittiham hökmünün əsasını təşkil edir. Bundan başqa, qarşı tərəfin iddialarına görə təqsirləndirilən şəxs şərti alıcıya narkotik vasitə vərərək əvəzində 10 (on) manat məbləğində pul almışdır.Şərti alıcı olduğu deyilən şəxs yaxın qonşumdur və hər ikimiz narkotik vasitələrinin aludəçisi olduğumuzda n birlikdə narkotik vasitələr qəbul edirdik. Həmin şəxsə sonuncu dəfə özümün şəxsi istifadəsi üçün narkotik vasitə versədə əvəzində heç bir maddi maraq güdməmiş və ondan pul almamışdım.xx.xx.2021–ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində iştirak edən alıcı dediklərinin doğru olduğunu və bizim birlikdə narkotik vasitələr satmadığım və bizim birlikdə narkotik vasitələr qəbul etmədiyim bir daha təsdiqlədi və bildirdi ki, ilkin ifadələrdə və birinci instansiya məhkəməsindəki fikirlərim İsmayıllı Ryaon Polis İdarəsinin əməliyyat rəisinin və digər polis əməkdaşlarının təzyiq və təhditləri altında verməyə məcbur edilmişdir. Bundan əlavə evimdə axtarış-baxış tədbirləri keçirilərkən heç bir çəkiliş aparılmadı və pul axtarılan zaman əməliyyatçılar hətta cibimdə olan, öz şəxsi istifadəm üçün nəzə rdə tutduğum 3 bekemdə olan heroini belə aşkarlamağı da unutdular.Sonradan aparıldığım İsmayıllı Rayon Polis İdarəsisində yalnız özüm xatırlatdıqdan sonra həmin bükümləri götürərək sənədləşdirdilər. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin aludəçisi olduğu səbəbindən özünü yalnız AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində yetərli və mötəbər sübutlar olmadığından və məhkəməyə təqdim olunmuş sübutların isə saxtalaşdırıldılması səbəbindən yuxarıda qeyd olunanları nəzər alaraq, Şəki Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilməsinin və ona təyin olunmuş cəzanın onun əməlinin AR CM-in 234.2-ci maddəsindən AR CM-in 234.1-ci maddəsinə tövsif olunmasını və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahi ş edir. Hüquqi məsələlər:
1. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qıızının çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.
3. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş mə hkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
4. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə şahidlərin ifadələrinə, şəxsi axtarış keçirilməsinə da ir və hadisə yerinə baxış protokollara, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur.
5. Verilmiş şikayətdə məhkumun əməlinin əsassız olaraq CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsi mübahisə edilir.
6. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CMin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinay ətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.
7. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs1 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsinə dair və hadisə yerinə baxış protokollarla, ekspert rəyləri, habelə toplanmış digər sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir.
8. Məhkəmə koll egiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər.
9. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqları nın pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır.
10. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araş dırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir.
11. Məhz yuxarıda qeyd edilən hallar, məhkum edilmiş şəxslərin, xüsusilə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi qismən etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkum Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur.
12. Belə ki, T.Quluzadə ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrdə qeyd etmişdir ki, 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs2 ondan narkotik vasitə istəmiş, bu zaman o, Sumqayı t şəhərindəki avtomobil bazarının kənarından tapdığı həmin narkotik vasitənin bir bükümünü təmənnasız olaraq Rövşənə vermişdir.
13. Təqsirləndirilən şəxs2 ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrdə qeyd etmişdir ki, üzərində aşkar edilən həmin narkotik vasitəni 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs1 10 manata pula almışdır.
13. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları nın qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur.
14. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkum tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmi n edilə bilməz.
15. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin məhkum edilmiş şəxs T.Quluzadəyə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-ci maddələrinin tələblərinə tam riayət etmişdir.
16. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayara q, belə qənaətə gəlir ki, məhkəmə məhkum T,Quluzadə barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir.
17. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materialları nı tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür.
18. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Təqsirləndirilən şəxs1 barəsində Şəki Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.