Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-403/2019 07.06.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 403/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "07" iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Həsənov Əbil Yadulla oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.4, 170.3, 178.3.1, 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi Ə.Y.Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Nəsrullayeva Tamila Xudat qızı, hakimlər Allahverdiyeva Ramella Allahverdi qızı və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 1988-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 145.2.4, 170.3, 178.3.1, 178.3.2 və 310-cu maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 145.2.4-cü maddəsi ilə 05 il müddətə, CM-nin 170.3-cü maddəsi ilə 08 il müddətə, CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə 11 il müddətə, CM-nin 310-cu maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 16 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmşdir. Həmin hökmlə həmçinin X13, X24, X1, X26, X22, X18 və X19 da təqsirli bilinib məhkum olunmuşlar. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, mütəşəkkil dəstə halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə zərərçəkən şəxsə külli miqdarda ziyan vurmuş, mütəşəkkil dəstə halında tamah məqsədi ilə şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə cinayətkar fəaliyyətə cəlb etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüq uqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, Məhkum xx xxxxxxxx 1988-ci ildə anadan olub on səkkiz yaşına çatmaqla tanışları X13, X24, X1, X26 və qeyriləri ilə yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə mütəşəkkil dəstə tərkibində cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə cinayətkar fəaliyyətə cəlb etmə, həmçinin tanışları-X13, X15, X1, X24, X26 və qeyriləri ilə özbaşına özünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, həmçinin ta nışları-X13, X15, X1, X24, X26 və qeyriləri ilə mütəşəkkil dəstə halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə, həmçinin tanışları-X13, X15, X1, X24, X26 və qeyriləri ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək Loğman Abdullayev tərəfindən təşkil edilmiş mütəşəkkil dəstədə iştirak etmiş, bu məqsədlə cinayətkar plana uyğun olaraq X13 göstərişinə əsasən mütəşəkkil dəstənin digər üzvü- Məhkum 09 iyun 1997-ci il təvəllüdlü qohumu yetkinlik yaşına çatmayan X26 vəd vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etmiş, cinayətkar plana müvafiq olaraq mütəşəkkil dəstənin digər üzvü-X24 isə Zərərçəkmiş şəxs özünə məxsus külli miqdarda pul vəsai tinin qeyri-rəsmi ər-arvad münasibətində olduğu X17 yaşadığı, Bakı şəhəri, ünvan 3 ünvanında mənzilindəki seyfdə saxlanılması barədə X13 məlumat vermiş, bundan sonra sonuncu cinayətkar razılaşmaya əsasən icarəyə götürməklə idarə etdiyi dövlət nömrə nişanı məlum olmayan “Vita” markalı avtomaşınla mütəşəkkil dəstənin başqa üzvləri-X13, X15, X1, X24, X26 ilə birlikdə 01 may 2015-ci il tarixdə saat 2200 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes-Benz C-350” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsərək yerə düşməyə məcbur etmiş, bundan sonra, Loğman Abdullayev özbaşına özünü və digərlərini Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edib özünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Zərərçəkmiş şəxs külli miqdarda nağd pulunun qeyri-rəsmi ər-arvad münasibətində olduğu X17 yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında mənzilindəki seyfdə saxladığını deyib həmin vəsaitin əldə edilməsi mənbəyi ilə bağlı əməkdaşı olduğu Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat-axtarış tədbiri keçirdiklərini yalandan bildirib inandırmaqla Zərərçəkmiş şəxs etibarını qazanıb, bu işdə ona kömək göstərəcəyini vəd edib aldatmış, həmin tarixdə saat 23 radələrində Loğman Abdullayev idarə etdiyi, yuxarıda qeyd olunan avtomaşınla Zərərçəkmiş şəxsla birlikdə həmin mənzilə gəlmiş, orada sonuncunun etibarından sui-istifadə və aldatma yolu ilə 3.400.000 ABŞ dolları (həmin dövrə olan məzənnə ilə 3.563.880 manat) məbləğində külli miqdarda nağd pulunu mütəşəkkil dəstə halında ələ keçirib zərərçəkən şəxsə külli miqdara ziyan vurub cinayətkar dəstənin üzvləri arasında bölmüş, daha sonra X13 idarə etdiyi göstərilən avtomaşınla cinayətkar planın davamı olaraq mütəşəkkil dəstənin üzvləri - X13, X1 birlikdə Zərərçəkmiş şəxsi 02 may 2015-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən «Bavariya» adlı restorana gətirərək qeyd edilən yeməkxananın «İzbuşka» adlandırılan otağında sonuncunu həmin vaxtdan etibarən 04 may 2015-ci il saat 15-16 radələrinədək olan müddət ərzində mütəşəkkil dəstə halında qanunsuz saxlamaqla adam oğurluğ u ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Babayev Qədim Xalid oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 30 iyun 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzаsının müddəti 10 ilə, CM-nin 170.3-cü maddəsi ilə təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzаsının müddəti 07 il 06 aya endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən hökmlə Məhkum C M-nin 145.2.4 və 310-cu maddələri ilə təyin olunmuş cəzalar hazırkı qərarla təyin olunmuş cəzalarla qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 14 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini, onun müdafiəçisi Həsənov Əbil Yadulla oğlu isə kassasiya şikayətinə əlavə verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə CM-nin 145.2.4, 170.3, 178.3.1 və 310-cu maddələri ilə icraata xitam verilməsini, iş üzrə heç bir ağırlaşdırıcı halının olmamasını və yüngülləşdirici hallar ı nəzərə almaqla Məhkum CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində ona təqsirli bilindiyi maddələr üzrə həddindən artıq çox ağır cəza verildiyini, apellyasiya məhkəməsinin qərarı ilə razı olmadığını, Zərərçəkmiş şəxs dəymiş zərərin onun atası tərəfindən ödənildiyini, zərərçəkmiş şəxsin onunla barışdığını və ona qarşı hər hansı tələbinin olmadığını bildirib, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Müdafiəçi Həsənov Əbil Yadulla oğlu kassasiya şikayətinə əlavədə Məhkum Azərbaycan Respublikası CM-nin 145.2.4, 170.3, 178.3.1, 178.3.2 və 310-cu maddələri ilə məhkəməyə verildiyini, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun uzun müddətli azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu, Bakı Apellyasiya Məhkəməsinin həmin hökmü dəyişdirərək, Məhkum cəzasını 1 il 6 ay azaltdığını, Məhkum CM-nin 145.2.4, 170.3 və 310-cu maddələri ilə təqsirinin sübuta yetirilməməsinə, cinayət işinin materiallarında onun həmin maddələrlə təqsirinin olmasına dair sübutun olmamasına və məhkəmə baxışı zamanı da belə bir sübutun təqdim olunmamasına baxmayaraq, ona həmin maddələr üzrə ağır cəzanın verildiyini, istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiyası məhkəməsində ifadə verərkən, Məhkum özünü qismən təqsirli bildiyini, lakin hökmdə onun özünü tam təqsirli bilməsinin qeyd olunduğunu, məhkəmə baxışı zamanı Məhkum müdafiəçisinin ona özünü təqsirli bilməd iyi maddələr üzrə bəraət verilməsini xahiş etdiyini, apellyasiya instansiyası məhkəməsinin də eyni qaydada birinci instansiyası məhkəməsinin səhvini təkrarlayaraq, qərarda Məhkum özünü tam təqsirli bildiyini göstərdiyini, nə Məhkum, nə digər məhkumların, nə də zərərçəkmiş şəxsin ifadələrində Məhkum CM-nin 145-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən sübutun olmadığını, Zərərçəkmiş şəxs öz ifadəsində Məhkum onun qanunsuz azadlıqdan məhrum edilməsində hər hansı rolunun, zor tətbiqinin olmadığını göstərdiyini, iş üzrə qərar qəbul olunarkən, CM-nin 58 və 59-cu maddələrinin tələblərinin pozulduğunu, eləcə də, “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli qanunun düzgün tətbiq olunmadığını, cinayət işinin materiallarında Zərərçəkmiş şə xs Məhkum şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizənin olduğunu, Məhkum valideynlərinin 300.000 dollar həcmində ziyan ödədiklərini, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanı təyin etdiyini, CM-nin 60-cı maddəsinin tələblərinə də riayət olunmadığını qeyd edib, apellyasiya məhkəməsinin qərarını ləğv edərək CM-nin 145.2.4, 170.3, 178.3.1 və 310-cu maddələri ilə icraata xitam verilməsini, iş üzrə heç bir ağırlaşdırıcı halının olmamasını və yüngülləşdirici halları nəzərə almaqla Məhkum CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətini n və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassas iya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələr i, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-nin 145.2.4, 170.3, 178.3.1, 178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilən dəlillərə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ni, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətəndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxslər X4, X15, Məhkum, X1, X20, X10 birlikdə və təqsirləndirilən şəxslər X6 və X7 hər birinin ayrı-ayrılıqda və əməllərinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştiraklarının, törətdikləri əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi isə haqlı olaraq təqsirləndirilən şəxslər X20 və X10 «mütəşəkkil dəstə halında tamah məqsədi ilə şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə» ittihamı sübuta yetrilmədiyindən həmin ittihamla bağlı təqsirləndirilən şəxslər X23 və X16 verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddələri onların ittihamından xaric etmiş, təqsirləndirilən şəxslər X6 və X7 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsinə tövsif etmiş, təqsirləndirilən şəxslər X13, X24, Məhkum, X1 isə ittiham olunduqları əməlləri törətmələri sübuta yetirildiyindən onların əməllərinin ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4; 170.3; 178.3.1; 178.3.2 və 310-cu maddələri ilə tövsif edilməsi ilə razılaşmışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək məhkum edilmiş şəxslərə bəraət verilməsinə və ya məhkum edilmiş şəxslərin əməllərini daha yüngül maddə ilə tövsirf edilməsinə, həmçinin hökmün ləğv edilərək məhkum edilmiş şəxslər barəsində daha ağır maddələrlə ittiham hökmü çıxarılmasına dair apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini qəbul edilməz hesab edir, apellyasiya şikayətlərinin və apellyasiya protestinin bu hissədə təmin edilməməsini məqsədəmüvafiq bilmir. X13, X24, X1, Məhkum, X26, X22, X18 və X19 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən onların barəsində cəzanı yüngü lləşdirən və ağırlaşdıran hallar kimi qiymətləndirdiyi halları, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəx slər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir... İş materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış 08 fevral 2016-cı il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Məhkum qarşı heç bir şikayəti və tələbi yoxdur. Bundan əlavə iş materiallarından görünür ki, məhkum edilmiş şəxslər tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın çox hissəsi ödənilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları və cinayət qanunu normalarının yuxarıda göstərilən tələblərinə əsaslanaraq məhkum edilmiş şəxslərin törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o, cümlədən, zərərçəkmiş şəxsə dəymiş ziyanın çox hissəsinin ödənil məsini, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hökmlə X23, X16, X11 və X12 təyin edilmiş cəzaların ağırlaşdırılmasına heç bir əsas görməsə də, X8, X21, X1 və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını məqsədə müvafiq bilir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kolle giyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətlərinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cəza ilə bağlı göstərilən dəlillər qərarın dəyişdrilməsinə əsas vermirlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən hökm və ya qərar məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə ləğv edilə və ya dəyişdirilə bilər. İş materiallarından, apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkə n bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində istinad olunan) və ağırlaşdılran (kassasiya şikayətində əsassız olaraq onların olmamaları göstərilmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum oğlunun islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərin in dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının (Məhkum oğluna aid hissədə) ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı (Məhkum oğluna aid hissədə) əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 170.3, 178.3.1, 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhk um olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov İş № 1 (102) – 403/2019 AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin CinayətKollegiyasının QƏRARİ "07" iyun 2019-cuil Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassa siya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.4, 170.3, 178.3.1, 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Rzayev Pərviz Rza oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarından məhkum P.R.Rzayev tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Nəsrullayeva Tamila Xudat qızı, hakimlər Allahverdiyeva Ramella Allahverdi qızı və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərk ibdə) xx xxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri,ünvan 5 ünvanında yaşamış X1 Azərbaycan Respublikası CM-nin 145.2.4, 170.3, 178.3.1, 178.3.2 və 310-cu maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 145.2.4-cü maddəsi ilə 05 il müddətə, CM-nin 170.3-cü maddəsi ilə 07 il müddətə, CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə 11 il müddətə, CM-nin 310-cu maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müə ssisəsində çəkməklə, 16 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X13, X24, Məhkum, X26, X22, X18 və X19 da təqsirli bilinib məhkum olunmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə X1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, mütəşəkkil dəstə halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə zərərçəkən şəxsə külli miqdarda ziyan vurmuş, mütəşəkkil dəstə halında tamah məqsədi ilə şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə cinayətkar fəaliyyətə cəlb etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifə li şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, X1 19 dekabr 1985-ci ildə anadan olub on səkkiz yaşına çatmaqla tanışları X13, X24, Məhkum, X26 və qeyriləri ilə yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə mütəşəkkil dəstə tərkibində cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə cinayətkar fəaliyyətə cəlb etmə, həmçinin tanışları-X13, X15, X1, X24, X26, məhkum və qeyriləri ilə özbaşına özünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, həmçinin tanışları X13, X24, Məhkum və qeyriləri ilə mütəşəkkil dəstə halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə, həmçinin X13, X15, Məhkum, X24, X26 və qeyriləri ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək X13 tərəfindən təşkil edilmiş mütəşəkkil dəstədə iştirak etmiş, bu məqsədlə cinayətkar plana uyğun olaraq X13 göstərişinə əsasən mütəşəkkil dəstənin digər üzvüMəhkum 09 iyun 1997-ci il təvəllüdlü qohumu yetkinlik yaşına çatmayan X15 vəd vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etmiş, cinayətkar plana müvafiq olaraq mütəşəkkil dəstənin digər üzvü-X24 isə Zərərçəkmiş şəxs özünə məxsus külli miqdarda pul vəsaitinin qeyri-rəsmi ər-arvad münasibətində olduğu X17 yaşadığı, Bakı şəhəri, ünvan 3 ünvanında seyfdə saxlanılması barədə X12 məlumat vermiş, bundan sonra sonuncu cinayətkar razılaşmaya əsasən icarəyə götürməklə idarə etdiyi dövlət nömrə nişanı məlum olmayan “Vita” markalı avtomaşınla mütəşəkkil dəstənin başqa üzvləri-Məhkum, X1, X24, X26 ilə birlikdə 01 may 2015-ci il tarixdə saat 2200 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes-Benz C-350” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsərək yerə düşməyə məcbur etmiş, bundan sonra, Loğman Abdullayev özbaşına özünü və digərlərini Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edib ö zünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Zərərçəkmiş şəxs külli miqdarda nağd pulunun qeyri-rəsmi ər-arvad münasibətində olduğu X17 yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında seyfdə saxladığını deyib həmin vəsaitin əldə edilməsi mənbəyi ilə bağlı əməkdaşı olduğu Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat-axtarış tədbiri keçirdiklərini yalandan bildirib inandırmaqla Zərərçəkmiş şəxs etibarını qazanıb, bu işdə ona kömək göstərəcəyini vəd edib aldatmış, həmin tarixdə saat 23 radələrində X13 idarə etdiyi, yuxarıda qeyd olunan avtomaşınla Zərərçəkmiş şəxsla birlikdə həmin mənzilə gəlmiş, orada sonuncunun etibarından sui-istifadə və aldatma yolu ilə 3.400.000 ABŞ dolları (həmin dövrə olan məzənnə ilə 3.563.880 manat) məbləğində külli miqdarda nağd pulunu mütəşəkkil dəstə halında ələ keçirib zərərçəkən şəxsə külli miqdara ziyan vurub cinayətkar dəstənin üzvləri arasında bölmüş, daha sonra X13 idarə etdiyi göstərilən avtomaşınla cinayətkar planın davamı olaraq mütəşəkkil dəstənin sair üzvləri-X13 və Məhkumla birlikdə Zərərçəkmiş şəxs 02 may 2015-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanda yerləşən «Bavariya» adlı restorana gətirərək qeyd edilən yeməkxananın «İzbuşka» adlandırılan otağında sonuncunu həmin vaxtdan etibarən 04 may 2015-ci il saat 15-16 radələrinədək olan müddət ərzində mütəşəkkil dəstə halında qanunsuz s axlamaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Babayev Qədim Xalid oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 30 iyun 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü X1 aid hissədə dəyişdirilmiş, hökmlə X1 Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzаsının müddəti 10 ilə, CMnin 170.3-cü maddəsi ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzаsının müddəti 06 il 06 aya endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən hökm lə X1 CM-nin 145.2.4 və 310-cu maddələri ilə təyin olunmuş cəzalar hazırkı qərarla təyin olunmuş cəzalarla qismən toplamaq yolu ilə X1 qəti olaraq 14 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarından məhkum X1 kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Eyni zamanda məhkum X1 vəsatət verərək apellyasiya məhkəməsi qərarından kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının qeyd olunan vəsatətin kassasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən ötürülm əsinə görə rədd edilməsi barədə çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti (məhkumun vəziyyətinin yaxşılaşdırılması əsası ilə) apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 18 ay müddətində verilə bilər. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı 30 iyun 2017-ci ildə çıxarıldığı halda, kassasiya şikayəti məhkum tərəfindən 04 fevral 2019-cu il tarixdə verilmişdir (apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gündən 19 aydan çox vaxt keçmişdir). Məhkəmə kollegiyası bu şikayətl ə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız iki halda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması və ya həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi hallarında bərpa oluna bilər. Vəsatətdə isə qanunvericiliyin bu tələblərinin heç birinə istinad edilməmişdir (vəsatətdə ümumiyyətlə heç bir dəlilə istinad olunmamışdır). Məhkəmə kollegiyası bunu, apellyasiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş məhkumun və onu n müdafiəçisinin yuxarıda göstərilən müddətdə kassasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadıgını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də vəsatət rədd edilməlidir. Göründüyü kimi, kassasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Ona görə də vəsatət rədd edilməlidir. Kassasiya şikayəti vermə müddəti bərpa olunmadığından kassasiya şikayətinə mahiyyəti üzrə baxıla bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 410-411-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.4, 170.3, 178.3. 1, 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş X1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarından məhkum X1 tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-403/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-403/2019
07.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver