Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-403/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9 və Məhkum və müdafiəçiləri X10 və X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra C M-in) 28, 177.3.1 və 28, 177.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrilərinin barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi X12 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Rasim Sadıxov, hakimlər Fikrət Qəribov və Əfqan Hacıyevdən ibarət tərkibdə) 1(101)-392/18 nömrəli 27 iyun 2018-ci il tarixli hökmü ilə, Məhkum, 02 aprel 1984-cü ildə Kürdəmir rayonunun ******** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 177.3.1 və 28, 177.3.2-ci maddələri ilə təqsirlibilinib 05 (beş) il müddətinəazadlıqdanməhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X25, X13, X20, X23, X4 və X26 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, mütəşəkkil cinayət dəstənin üzvü olaraq, həmin dəstənin tərkibində külli miqdarda oğurluq etməyə yönəlmiş hazırlıq hərəkətləri etmiş, lakin kənar halların təsiri nəticəsində öz iradəsindən asılı olmayaraq cinayətkar niyyətlərini başa çat dıra bilməmişdir. Belə ki, o, X16 təşkil etdiyi mütəşəkkil dəstənin üzvü olmaqla Zərərçəkmiş şəxs2 ünvan 3 ünvandakı mənzilində külli miqdarda qızıl və pul olması barədə verdiyi məlumat əsasında Məhkum ilə birlikdə dəstənin üzvləri X13 və X8 qəsdən tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq və əldə olunan əmlakı dəstə üzvləri arasında bölmək məqsədi ilə həmin ünvana göndərmiş, dəstənin üzvləri 2017-ci il mart ayının 29-dan aprel ayının 3-dək olan müddətdə Zərərçəkmiş şəxs2 mənzilini kənardan müşahidə etmiş, ayrı-ayrı vaxtlarda həmin binanın yanına gələrək mənzil sahiblərinin evdə olmayan vaxtlarını müəyyən etməyə başlamışlar. Zərərçəkmiş şəxs2 səhər evdən çıxıb işə getdiyini, lakin mənzildə sonuncunun oğlu X17 qaldığını müəyyən etdikləri ndən həmin cinayəti başa çatdıra bilməmişlər. Hökmdən iş üzrə Məhkum tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Namiq Məmmədov, hakimlər Əmir Bayramov və Əflatun Qasımovdan ibarət tərkibdə) 1(103)-26/19 nömrəli 22 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi X2 tərəfindən kassasiya şikayəti və müdafiəçisi X12 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Müdafiəçi F6 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan birinci və apellyasiya instansiya məhkəmələrinin qərarlarına əsasən məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 28,177.3.1-ci maddəsi ilə tövsifi və təqsirləndirilməsi əsassızdır. İşin faktiki hallarından görünür ki, mütəşəkkil dəstə hazırlığına Məhkum aidiyyəti yoxdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən X25 bildirmişdir ki, o, Məhkum tanımır və onu heç vaxt görməyib. Eləcə də, məhkəmədə təqsirləndirlən şəxs qismində ifadə verən X13 məhkəmədəki ifadəsində bildirmişdir ki, o, Məhkum əvvəllər heç vaxt görməyib, telefon danışıqları belə olmayıb. Təqsirləndirilən şəxs qismində ifadə verən X23 məhkəmədə ifadə verərkən bildirmişdir ki, o, əvvəllər Məhkum tanımayıb, görməyib. Yalnız bir dəfə 29 mart 2017-ci ildə " İnşaatçılar" metrosunun yanında görüşüblər. Ondan sonra da heç vaxt görüşməyiblər. Göründüyü kimi, mütəşəkkil dəstə hazırlığının əlamətləri işin faktiki hallarında mövcud deyil. Mütəşəkkil dəstəni xarakterizə edən əsas əlamət dəstənin möhkəmliyi, sabitliyi (sıxlığı) hazırlığa dəlalət edən halları belə mövcud deyildir. Məhkum da məhkəmədəki ifadəsində bildirmişdir ki, o, V6 Z8 yaşadığı evi göstərmişdir. O, həmin şəxsləri əvvəllər tanımamışdır və sonra da onlarla əlaqə saxlamamışdır və əməlindən peşman olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Məhkum tanıyır, anasının bacısı qızının oğludur. Ona heç bir ziyan vurulmamışdır, bu səbəbdən də qohumu Məhkum və digər şəxslərə heç bir şikayəti və tələbi yoxdur, əlavə edir ki, evində heç vaxt pulu və qızılları olmamışdır. Bundan başqa, kassator göstərmişdir ki, Məhkum təyin edilmiş cəza ağırdır və ədalətsizdir. Belə ki, Məhkum ailəlidir, himayəsində iki azyaşlı uşağı var, məhkumluğu olmamışdır, əməlindən peşman olduğunu bildirmişdir, ona qarşı münasibətdə maddi zərər mövcud deyil, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onun heç kimə, eləcə də Məhkum heç bir iddia və şikayəti yoxdur, çünki ona heç bir ziyan vurulmamışdır. Təqdim edilmiş xasiyyətnamə əsasən Məhkum müsbət xarakterizə olunur. Beləliklə, cinayət qanunvericiliyinin tələbləri baxımından hesab edirik ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarı Məhkum aid hissədə dəyişdirlməli, onun əməlində CM-nin 28,177.3.1-ci maddəsinin tərkibi olmadığından cinayət təqibinin icraatına xitam verilməli və cəza yüngülləşməlidir. Məhkəmə Məhkum cəza təyin edərkən qanunun qeyd olunan tələblərinə əməl etməmişdir. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, qərarın Məhkum aid hissədə dəyişdirilməsini, onun əməlində CM-nin 28, 177.3.1-ci maddəsi ilə işin icraatına bəraətverici əsasla xitam verilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassator R6 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum əməlləri sübuta yetirilməmiş, onun mütəşəkkil cinayətkar dəstənin üzvü olmasına və həmin dəstənin tərkibində cinayət əməlləri törətməsinə dair məhkəmənin gəldiyi nəticələrinin heç bir əsası yoxdur. Ona görə barəsində CM-in 28,177.3.1 və 28,177.3.2-ci maddələri ilə verilmiş ittihamlar əsassızdır. Hər hansı şəxsin cinayət etməkdə təqsirli bilinməsi üçün məhkəmə ilk növbədə həmin şəxsin əməlində cinayət tərkibinin bütün tərkib hissələrinin (subyekt, obyekt, cinayətin obyektiv və subyektiv tərəfi) mövcud olması faktı ətraflı yoxlamalı və sübuta yetiriməlidir. Məhkəmənin gəldiyi nəticələrə görə Məhkum törətdiyi cinayət əməllinin obyektiv tərəfi ondan ibarətdir ki o, oğurluq etmək niyyəti ilə qohumu X6 evini cinayətkar dəstənin üzvlərinə göstərmiş, Z8 dəstə üzvlərinə tanıtmışdır. Lakin, həmin mənzildə daima adam olduğu üçün cinayətkar dəstə üzvləri öz niyyətlərini həyata keçirə bilməmişlər. Göründüyü kimi Məhkum qarşı irəli sürülmüş ittihamın mahiyyəti onun etdiyi yalnız bu hərkətlərini ehtiva edir, o hər hansı başqa hərəkətlər etməmişdir. Ona görə məhkəmə Məhkum münasibətdə hökmdə cinayətin obyekt tər əfi kimi yalnız bu halları göstərmiş, lakin cinayət əməllərinin subyektiv tərəfinin sübuta yetirilməsinin vacibliyinə ümumiyyətlə əhəmiyyət verməmiş, bu hallar sübuta yetirilməmişdir. Məhkəmənin istinad etdiyi sübutlardan Məhkum mütəşəkkil cinayətkar dəstənin üzvü olması və həmin dəstənin tərkibində müxtəlif cinayətlər törətməsi faktı heç cür müəyyən olunmur. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinə əlavənin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarının Məhkum aid hissədə ləğv edilməsini və onun əməllərini işin faktiki hallarına münasibətdə düzgün tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə Məhkum, müdafiəçiləri R6 və F6 və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbi qinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. İş üzrə hər iki kassator kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Məhkum ittiham hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 28,177.3.1-ci maddəsinin hökmdən və qərardan xaric edilməməsinin əsassız və qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 177.3.1-ci maddəsinin mənasına görə, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməli mütəşəkkil dəstə tərəfindən törədilmiş olsun. Azərbaycan Respublikası CM-in 28.1-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqın da” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 nömrəli 03 mart 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayətləri müvafiq olaraq CM-nin 177.3.1, 180.3.1, 181.3.1-ci maddələri ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, həmin əməllər o vaxt mütəşəkkil dəstə tərəfindən törədilən əməllər kimi qəbul edilir ki, bu dəstədə bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət cinayətkar qrup iştirak etmiş olsun. Həmin qərara əsasən cinayət törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs anlayışından fərqli olaraq, mütəşəkkil dəstə həm də özünün sabitliyi, tərkibində təşkilatçısının (rəhbərinin) və birgə cinayətkar fəaliyyət üçün əvvəlcədən hazırlanmış planın olması, cinayətin törədilməsinə haz ırlıq və cinayətkar niyyətin həyata keçirilməsi zamanı qrup üzvləri arasında funksiyaların bölüşdürülməsi ilə xarakterizə olunur. Həmçinin Plenum qərarına əsasən mütəşəkkil dəstənin sabitliyi təkcə dəstənin uzun müddət ərzində mövcudluğunda, qrup üzvlərinin dəfələrlə cinayət törətməsində deyil, onların texniki cəhətdən təmin edilməsində, hətta bir cinayətin törədilməsi üçün uzun müddət hazırlıq görmələrində, həmçinin digər hallarda da (məsələn, pulların və ya digər maddi qiymətlilərin götürülməsi məqsədilə saxlanc yerlərinə girilməsi üçün mütəşəkkil dəstə üzvlərinin xüsusi hazırlıq keçməsində) özünü göstərə bilər. Bu cinayətlərin mütəşəkkil dəstə tərəfindən törədilməsi qənaətinə gələrkən, bütün birgə iştirakçıların hərəkətləri, onların törədilmiş əməldə rolundan asılı olmayaraq, CM-nin 32- ci maddəsinə istinad edilmədən, birgə icraçı kimi tövsif edilməlidir. Digər şəxsi və ya bir qrup şəxsi konkret cinayət törətmək üçün mütəşəkkil dəstə yaratmağa sövq edən şəxs dəstə iştirakçılarının müəyyən edilib seçilməsində, cinayətin (cinayətlərin) həyata keçirilməsində bilavasitə iştirak etməmişsə, onun hərəkətləri, CM-nin 32.4-cü maddəsinə istinad edilməklə, mütəşəkkil dəstənin törətdiyi cinayətlərdə iştirakçı kimi tövsif edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli qərarına əsasən, Azərbaycan Pespublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" dedikdə, bir və ya bir neçə cinayətin törədilməsi üçün əvvəlcədə n birləşmiş iki və yaxud daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülməlidir; Mütəşəkkil dəstənin möhkəmliyini onun tərkibinin və təşkilati qurumlarının sabitliyi, üzvlərinin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi xarakterizə edir.
2. Mütəşəkkil dəstənin başqa cinayətkar qruplardan fərqləndirilməsi üçün istifadə edilə biləcək digər xüsusiyyətlərlə yanaşı, ilk növbədə aşağıdakı əsas xüsusiyyətlər nəzərə alınmalıdır: dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi; cinayət törədilməsində rolların böluşdürülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayə tin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun strukturlarında olan mövqelərə uyğun bölüşdürülməsi. Məhkəmə kollegiyası qeyd edir ki, istər Konstitusiya Məhkəməsinin, istərsə Ali Məhkəmənin göstərilən Plenum qərarlarının və cinayət işinin materiallarındakı sübutların fövqündə yanaşdıqda Məhkum mütəşəkkil cinayət dəstənin üzvü olaraq, həmin dəstənin tərkibində külli miqdarda oğurluq etməyə yönəlmiş hazırlıq hərəkətləri etməsi barədə məhkəmələrin gəldikləri nəticənin qanuni və əsaslı olması heç bir şübhə doğurmur. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində göstərmişdir k i, Zərərçəkmiş şəxs2 anasının xalası qızıdır. Z8 «********** » metrostansiyası yaxınlığındakı «********** » tipli binada yaşayar, evində uzun illər əvvəl olmuş, onun oğlu A6 ağır xəstə olmasını, müalicəsinə bütün vəsaitlərini xərclədiklərini, A6 xəstə olduğundan işləmədiyindən, evin bütün xərclərin adi pedaqoq işləyən Z8 üzərinə düşdüyünü bilməmişdir. Z8 imkanlı olmasını zənn etmişdir. Həmin evdən oğurluq etmək məqsədilə tanışı vasitəsi ilə CÇM-də cəza çəkən E6 müraciət etmiş, sonuncu isə onu həmin CÇM-də cəza çəkən V6 calaşdırmışdır. V6 və onun yanında olan digər şəxslərə Z8 yaşadığı evi və Z8 özünü göstərmişdir. O, Z8 oğlunun olmasını bilmiş, lakin onun onkoloji xəstə olmasını və evdən bayıra çıxa bilməməsini bilməmişdir. Elə bu səbəbdən, yəni Z8 oğlunun daima evdə olması səbəbindən Z8 e vindən oğurluq etmək mümkün olmamışdır. Birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X23 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Tofaş” markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. İdmanla məşğul olduğu üçün V6 birlikdə məşq etmiş, onunla dostluq münasibətləri yaranmışdır. 2017-ci il mart ayında V6“İnşaatçılar” metrostansiyasının çıxacağında onu R6 tanış etmişdir. Az sonra Məhkum da yaxınlaşaraq onlarla görüşmüş, X6 da həmin vaxt tanımışdır. Bundan 4-5 gün sonra V6 “*****” metrostansiyasının yanında görüşmüşdür. Sonuncu görüş yerinə qara rəngli “Range-Rover” markalı avtomobillə gəlmişdir. V6 bildirmişdir ki, həmin maşını icarəyə götürmüşdür. Görüşdükdən sonra V6 Bakı şəhərinin Yas amal rayonu ərazisində bir yerə getmək lazım olduğunu deyərək ondan maşını idarə etməyi, sürücülük vəsiqəsi olmadığı üçün ora birlikdə getmələrini xahiş etmiş, o etiraz etməyərək “Range-Rover” markalı maşının sükanı arxasına əyləşib sonuncunun göstərdiyi istiqamətdə avtomobili idarə etməyə başlamışdır. Onlar gəlib “İnşaatçılar” metrostansiyasına çatmışlar. Orada idarə etdiyi avtomobilə R6 və Məhkum əyləşmiş, bundan sonra da avtomobilin hərəkətini V6 dediyi istiqamətdə davam etdirib yaxınlıqdakı məhəllələrin arasına girmişlər. Orada olan 4-5 mərtəbəli “Xruşov” layihəli köhnə binaların birinin qarşısından keçib gedərkən V6 həmin binadan bir qədər aralı avtomobili saxlatdırmış, maşında olanlar maşından düşmüşlər, o isə yorğun olduğu üçün yatmışdır. V6 ora hansı məqsədlə və nə üçün getmələrind ən məlumatı olmamışdır. Bir müddət sonra V6 qayıdıb maşina minərək hamısı birlikdə oradan uzaqlaşmışlar. Həmin ünvanda oğurluq ediləcəyi mənzildən məlumatı olmamış, həmin mənzili görməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Məhkum tanıyır. Sonuncu anasının bacısı qızının oğludur. 10-15 il əvvəl X6 bir neçə dəfə onun yaşadığı ünvan 3-də olmuşdur. Həmin mənzildə o, oğlu A6 ilə yaşayır. Azər onkoloji xəstəsidir. Bu səbəbdən A6 heç bir yerdə işləmir, evdən bayıra çıxmır. Oğlunun müalicəsi və evin bütün xərcləri onun üzərinə düşür. Oğlunu müalicə etmək üçün çoxlu vəsait xərcləmiş, bu səbəbdən maddi cəhətdən imkanları geniş deyildir. Pedaqoji Universitetdə adi müəllim işləyir. O nun qohumu Məhkum təşəbbüsü ilə digər şəxslərin evindən oğurluq etmək niyyətlərinin olması barədə məlumatı olmamışdır. Polisə dəvət olunduqdan sonra belə bir məlumat almışdır. Ona heç bir ziyan vurulmamışdır, bu səbəbdən qohumu Məhkum və digər şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Əlavə edir ki, evində heç vaxt külli miqdarda pulu və qızılları olmamışdır. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 qohumluq əlaqəsi düşən məhz Məhkum olmuşdur. Yəni, Məhkum mütəşəkkil dəstənin üzvü olmaqla, Zərərçəkmiş şəxs2 evinin oğurlanmasına bilavasitə aktiv iştirak etmişdir. Cinayət işində olan 29.09.2017-ci il tarixli baxış protokolundan müəyyən olunur ki, “xxxx” MMC-dən daxil olmuş kompüter açıqlamasının yazıldığı 1 ədəd diskə baxış keçirilən zaman təqsirləndirilən şəxs X16 istifadəsində olmuş ***-***- **-** mobil nömrə ilə aparılmış danışıqları təhlil etmək üçün 03 aprel 2017-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanından oğurluğa hazırlıq edilməsi faktı zamanı həmin cinayətin törədilməsinə aidiyyəti olan A7 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Məhkum istifadəsində olmuş ***-*****-** mobil telefon nömrəsi arasında 2017-ci il mart ayının 24-dən aprel ayının 10-dək olan müddətdə mütəmadi telefon danışıqları qeydə alınmışdır. Cinayət işində olan 30.09.2017-ci il tarixli baxış protokolundan müəyyən olunur ki, təqsirləndirilən şəxs X5 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə aparılmış danışıqları təhlil etmək üçün “xxxx” MMC-dən daxil olmuş kompüter açıqlamasının yazıldığı 1 ədəd diskə keçirilmiş baxış zamanı 03 aprel 2017-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanından oğurluğa hazırlıq edilməsi faktı zamanı həmin cinayətin törədilməsinə aidiyyəti olan V6 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə digər təqsirləndirilən şəxslər X16 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr, eləcə də X14 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında mütəmadi telefon danışıqları qeydə alınmışdır. İş materiallarında olan istintaq sənədlərindən görünür ki, Məhkum istifadəsində olan mobil telefon vasitəsilə dəstə üzvləri ilə mütəmadi əlaqə saxlamışdır. Cinayət işinin materiallarında olan Məhkəmə-fonoskopik ekspertizasının 24.10.2017-ci il tarixli 26264 saylı və 18.09.2017-ci il tarixli 940/41/42 saylı rəylərindən müəyyən olunur ki, göstərilən c inayət faktlarına dair yazılmış və ekspertizaya təqdim edilmiş disklərdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - X21, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - X7, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - X18, “K4” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - X15, “K5” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - X22, “K6” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - Şahid3, “K7” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - Məhkum məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün sübutları Məhkum aid hissədə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara Məhkum aid hissədə onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələri n Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 177.3.1 və 28, 177.3.2-ci maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinin digər dəlili Məhkum ağır cəza təyin edilməsidir. Hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsindəazyaşlıuşaqlarınınolmasınıməsuliyyətini yüngülləşdirənhallarkimiqiymətləndirmiş və əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təy in edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,177.3.1 və 28,177.3.2-ci maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmə Məhkum aid hissədə təyin edilən cəzanı əsaslı və ədalətli hesab edərək dəyişdirilmədən saxlamış, məhkuma təyin olunmuş cəzanın ağır hesab edilməsi barədə dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət tör ətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraiti nə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddi ndə - 05 (beş) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəliliyi fövqündə ona cinayətlərin məcmusu qaydasında təyin edilən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəl ilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarının məhkuma aid hissədə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini tutarlı bir fakta və təkzibedilməz bir sübuta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası ci nayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçiləri tərəfindən verilən kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətlərin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi X12 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 177.3.1 və 28, 177.3.2 maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.