Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-403/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Abdulla Abdullayev kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. İsmayıllı Rayon Məhkəməsinin (hakim:R.S.Şirinov) 1(037)-54/2021 nömrəli 21 dekabr 2021-ci il tarixli hökmü ilə 3 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Na zirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Yasamal rayon Dövlət yanğından mühafizə hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi işləmiş, daxili xidmət baş leytenantı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və CM-in 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 32.4, 312.1-ci maddələrinə əsasən barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66-cı maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 04 (dörd)il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublika sının vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Yasamal rayon Dövlət yanğından mühafizə hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni işləmiş, daxili xidmət çavuşu, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs2 CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 32.4, 312.1-ci maddələrinə əsasən barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66-cı maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilm işdir.. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 30 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmalarına dair İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli,1(107)119/2021 saylı hökmündən dövlət ittihamçısı Mahmudov Seymur Elçin oğlu tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və Kəimov Anar.Şamil oğlunun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(037)54/2021 saylı hökmü həmin apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Abdulla Abdullayev tərəfindən kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən isə kassasiya şikayəti verilmişdir. İşin halları:
2. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisin in xeyrinə edəcəyi hərəkətə görə özü və qeyrisi vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrisini təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti üzrə 13 aprel 2017-ci il tarixli əmri ilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Yasamal rayon Dövlət yanğından mühafizə hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Yasamal rayon Dövlət yanğından mühafizə hissəsinin 31 nömrəli Yanğından mühafizə b ölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində işləyən, daxili xidmət çavuşu Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib özləri barədə geniş əlaqələrindən istifadə edərək FHN-nin vəzifəli şəxslərinin vasitəsi ilə həmin orqanda istənilən şəxsi işə düzəltmək imkanlarının olmasına dair uydurma fikir formalaşdırıb, özünə 2020-ci ilin sentyabroktyabr aylarında bununla bağlı müraciət etmiş Əzizov Əhliyət Yaqub oğlunda özləri barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Əhliyət Əzizovun övladı Əzizli Raquf Əhliyət oğlunun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayonu Dövlət yanğından mühafizə hissəsində qabiliyyət imtahanından keçirməyə, yanğın söndürən vəzifəsinə qəbul etdirməyə və çıxacaq digər xərclərə görə özü və qabaqcadan əlbir olmaqla “Məmmədəli” kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 vasitəsilə birbaşa yolla maddi nemət olan 13.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Əhliyət Əzizovun maddi imkanının aşağı olması ilə əlaqədar həmin məbləği tam deyil, müəyyən qismini verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 12 oktyabr 2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində 100 manat, Raquf Əzizlinin qabiliyyət imtahanlarından və tibbi komissiyadan keçirilməsi üçün Əhliyət Əzizovun oğlu Yaqub Əzizli vasitəsilə 2020-ci il in oktyabr ayında Bakı şəhəri ərazisində ümumilikdə 1.500 manat, 2020-ci ilin oktyabr ayının sonlarında İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində 40 manat, 2020-ci ilin noyabr ayının ortalarında İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən Əhliyət Əzizovun yaşadığı evin həyətində 5.000 manat məbləğində pulu özü, 19 dekabr 2020-ci il tarixdə həmin yerdə 5.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 aldıqdan sonra həmin pul vəsaitini sonuncu ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Əhliyət Əzizova məxsus ümumilikdə 11.640 (on bir min altı yüz qırx) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələ duzluq etmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Raquf Əzizlinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Əhliyət Əzizovu vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü və qeyrisi vasitəsilə bi rbaşa yolla maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrisini təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti üzrə xx.xx.2016-cı il tarixli əmri ilə Azərbaycan Respublikasının FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Yasamal rayon Dövlət yanğından mühafizə hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Yasamal rayon Dövlət yanğından mühafizə hissəsinin 31 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəs ində işləyən, daxili xidmət baş leytenantı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib özləri barədə geniş əlaqələrindən istifadə edərək FHN-nin vəzifəli şəxslərinin vasitəsi ilə həmin orqanda istənilən şəxsi işə düzəltmək imkanlarının olmasına dair uydurma fikir formalaşdırıb, Təqsirləndirilən şəxs1 2020-ci ilin sentyabr-oktyabr aylarında bununla bağlı müraciət etmiş Əzizov Əhliyət Yaqub oğlunda özləri barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Əhliyət Əzizovun övladı Əzizli Raquf Əhliyət oğlunun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı ra yonu Dövlət Yanğından Mühafizə Hissəsində qabiliyyət imtahanından keçirməyə, yanğın söndürən vəzifəsinə qəbul etdirməyə və çıxacaq digər xərclərə görə özü və qabaqcadan əlbir olmaqla onu “Məmmədəli” kimi təqdim edən Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 13.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Əhliyət Əzizovun maddi imkanının aşağı olması ilə əlaqədar həmin məbləği tam deyil, müəyyən qismini verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 12 oktyabr 2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində 100 manat, Raquf Əzizlinin qabiliyyət imtahanlarından və tibbi komissiyadan keçirilməsi üçün Əhliyət Əzizovun oğlu Yaqub Əzizli vasitəsilə 2020-ci ilin oktyabr ayında Bakı şəhəri ə razisində ümumilikdə 1.500 manat, 2020-ci ilin oktyabr ayının sonlarında İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində 40 manat, 2020-ci ilin noyabr ayının ortalarında İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən Əhliyət Əzizovun yaşadığı evin həyətində 5.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs1, 19 dekabr 2020-ci il tarixdə həmin yerdə 5.000 manat məbləğində pulu şəxsən özü aldıqdan sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olduğu sonuncu ilə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Əhliyət Əzizova məxsus ümumilikdə 11.640 (on bir min altı yüz qırx) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirlə ndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Raquf Əzizlinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Əhliyət Əzizovu vahid niyyətlə təhrik etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri:
3. Kassasiya protesti: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2020-ci il tarixli qərarından dövlət ittihamçısı A.Abdullayev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Protest müəllifi qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər ş eydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətın bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Belə ki, CM-in 8.1 -ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, işin halların dan görünür ki, məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməmiş, məhkəmə CM-in 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş, hökmdə təqsirləndirilən şəxslərə cəza təyin edərkən həmin hallara formal yanaşılmışdır.
4. Kassasiya şikayəti: Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, məhkum Təqsirləndirilən şəxs1 onları təkrarlamaqla kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halı yarad an pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər:
5. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir.
6. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.
7. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
8. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərlili yi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.
9. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
10. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu bildirilir
11. Məhkum tərəfindən verilmiş kassasiya protestinə dair etirazd a isə kassasiya protestinin təmin edilməməsini xahiş edir.
12. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
14. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edi lən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
15. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
16. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi il ə tətbiq edilir.
17. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsi 30 iyun 2022-ci il tarixli qərarı ilə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şakir oğluna cəza təyin edərkən törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı y üngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir.
20. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını və Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır.
21. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2. 3, 178.2.4-ci maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsində beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur.
22. Birinci instansiya məhkəməsinin hökmündən və apelyasiya məhkəməsinin qərarından görünür ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri üzrə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cə za təyin edilmişdir.
23. Birinci instansiya və apelyasiya məhkəmələri məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şakir oğlu barədə cəzanı yüngülləşdirən halları müəyyən etmiş, cəza təyin edərkən tövsif edilən əməllərin sansiyasında nəzərdə tutulmuş alternativ cəzaların təyin edilməsi qənaətinə gəlmişlər.
24. Kassasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
25. Bu maddənin tələbinə görə cəza təyin edilərkən tövsif edilən maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi qənaətinə gəldikdə məhkəmə bunu hö km və ya qərarında əsaslandırmalıdır.
26. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsin cinayət törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndi rmişdir.
27. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
28. Təqsirləndirilən şəxs1 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
29. Təqsirləndi rilən şəxs1 oğunun qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə məhkumun dəlilləri (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və işin digər materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin d üzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs1 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələr dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
31. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçü n əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilmiş, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
32. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli, 1(107)-119/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Təq sirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarı hər iki şəxs barədə kassasiya protestinə və Təqsirləndirilən şəxs1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.