Məhkəmə qərarları › İş №1(102)-404/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-404/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-404/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Məhkumlar - Məhkum1 və Məhkum2, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Əliyev Ramil Məmmədəli oğlunun, Mülk i iddiaçı və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Ağstafa rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından mülki iddiaçı və zərərçəkmiş hüquqi şəxs 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli ilə (sədrlik edən hakim Əliyev İlqar Yadulla oğlu) xx xxxx 1978-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəll ər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinibaylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş; xx xxxxxx 1963-cü ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Göycəli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum2 Baraəli oğlu Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinibaylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Mülki iddianın təmin edilməsi, “xxxx” MMC-dən 44.346 (qırx dörd min üç yüz qırx altı) manat 42 (qırx iki) q əpik məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə istintaqı zamanı 1.000 (min) manat məbləğində pulun ödənilməsinin nəzərə alınması hökm edilmişdir. Hökmdən zərərçəkmiş hüquqi şəxs 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim S.B.Hüseynov, hakimlər Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Ağstafa Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, iş üzrə müəyyən edilərək “xxxx” MMC-dən ödənilməmiş qalan 44.346 (qırx dörd min üç yüz qırx altı) manat 42 (qırx iki) qəpik məbləğində pulun müştərək qaydada tutulması qərara alınmışdır. Apellyasiya şikayəti qismən təm in edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs 14 saylı Ərazi Vergilər İdarəsi kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilib maddənin sanksiyasında qeyd olunan üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılması və mülki iddianın məhkumlar - Məhkum1 və Məhkum2 müştərək qaydada tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ağstafa Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum1 “xxxx” MMC-nin rəsmi direktoru Məhkum2 ilə qabaqcadan əlbir olaraq cəmiyyətin adından 2016-cı il ərzində əldə etdiyi 149.9637.6 manat gəlirin əldə edilmə si ilə bağlı çəkilmiş xərcləri 1.249.698.0 manat vergiyə cəlb olunan mənfəəti 249.939.6 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 49.987.92 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil edərək, cəmiyyətin 2016-cı il ərzində əldə etdiyi gəlirinin 119.997.6 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərinin 99.998.0 manat, vergiyə cəlb olunan mənfəətin 19.999.6 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisinin 3.999.92 manat olduğunu göstərməklə, 45.988.0 manat mənfəət vergisini azaltmış, nəticədə 45.988.0 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 “xx xx” MMC-nin rəsmi direktoru Məhkum2 ilə qabaqcadan əlbir olaraq 2016-cı ilin iyul ayı üzrə büdcədən qaytarılan ƏDV-si 414.66 manat, ƏDV tulutulan dövriyyəsi və büdcəyə ödənilməli olan ƏDV-si olmadığı halda, həmin dövr üzrə vergi orqanına təqdim etmiş olduğu ƏDV bəyannaməsində dövriyyəsinin 1.321.66 manat həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 237.9 manat olduğunu göstərməklə 652.56 manat ƏDV-ni artıq, 2016-cı ilin avqust ayı üzrə ƏDV tutulan dövriyyəsi, büdcəyə ödənilməli və büdcədən qaytarılan ƏDV-si olmadığı halda, həmin dövr üzrə vergi orqanına təqdim etmiş olduğu ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDVnin 10.98 manat olduğunu göstərməklə 10.98 manat ƏDV-ni az hesablamaqla ümumilikdə 641.58 manat ƏDV-ni artıq hesablamaqla, cəmi 45.346.42 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkum2 “xxxx” MMC-nin faktiki rəhbəri Məhkum1 ilə qabaqcadan əlbir olaraq cəmiyyətin adından 2016-cı il ərzində əldə etdiyi gəlirləri 1.499.637,6 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1.249.698.0 manat, vergiyə cəlb olunan mənfəəti 249.939.6 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 49.987.92 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil edərək, cəmiyyətin 2016-cı il ərzində əldə etdiyi gəlirinin 119.997.6 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərinin 99.998.0 manat, vergiyə cəlb olunan mənfəətin 19.999.6 manat, həmi n mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisinin 3.999.92 manat olduğunu göstərməklə, 45.988,00 manat məbləğində mənfəət vergisini azaltmış, nəticədə 45.988,0 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum2 “xxxx” MMC-nin faktiki rəhbəri Məhkum1 ilə qabaqcadan əlbir olaraq 2016-cı ilin iyul ayı üzrə büdcədən qaytarılan ƏDV-si 414.66 manat, ƏDV tulutulan dövriyyəsi və büdcəyə ödənilməli olan ƏDV-si olmadığı halda, həmin dövr üzrə vergi orqanına təqdim etmiş olduğu ƏDV bəyannaməsində dövriyyəsinin 1.321.66 manat həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 237.9 manat olduğunu göstərməklə 652.56 manat ƏDV-ni artıq; 2016-cı ilin avqust ayı üzrə ƏDV tulutulan dövriyyəsi, büdcəyə ödənilməli və büdcədən qaytarılan ƏDV-si olmadığı halda, həmin dövr üzrə vergi orqanına təqdim etmiş olduğu ƏDV bəyannaməsində ƏDV tulutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 10.98 manat olduğunu göstərməklə 10.98 manat ƏDV-ni az hesablamaqla ümumilikdə 641.58 manat ƏDV-ni artıq hesablamaqla, cəmi 45.346.42 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş hüquqi şəxs 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində mülki iddianın “xxxx” MMC-dən deyil, məhkumlardan müştərək qaydada tutulması xahiş edilsə də, məhkəmə qərarında mülki iddiaya aid hissəsinin dəyişdirilməsini qeyd etsə də, mülki iddia məbləğinin konkret ol araq məhkumlardan müştərək qaydada tutulmasına deyil, yalnız “xxxx” MMC-dən ödənilməmiş qalan 44.346,42 manat məbləğində pulun müştərək qaydada tutulmasına qərar vermişdir. Halbuki, həmin şəxslər qabaqcadan əlbir olub vergi ödəməkdən yayınma cinayəti törətdikləri üçün mülki iddia məbləği hər iki şəxsdən müştərək qaydada tutulmalı idi. Belə ki, xx.xx.2018-ci il tarixli ittiham aktında “xxxx” MMC-nin fəaliyyətinə cavabdeh şəxslər kimi Məhkum1 və Məhkum2 müəyyən edilmiş və onlar ayrı-ayrılıqda CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinmişlər. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəzanın kifayət qədər ciddi və ağır, məhkumların törətmiş olduqları cinayət əməlinə uyğun olduğunu, cəzanın sərtləşdirilməsinin CM-nin ədalət və humanizm prinsiplərinə zidd old uğu qeyd edilməklə cəzaya aid hissədə verilmiş şikayət apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkumlara CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın ən yüngülünün tətbiq edilməsi birbaşa olaraq zərərçəkmişhüuqi şəxsin mənafeyinə aid xüsusat hesab edilir. Yüngül cəzaların təyin edilməsi öz növbəsində cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağı məhkumun marağının itməsinə gətirib çıxarır. Məhkum1 və Məhkum2 təqsirliliyi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən şahidlərin ifadələri, üzləşdirmələr, ekspertiza rəyləri, digər istintaq hərəkətləri protokolları, maddi sübutlar və iş materiallarında olan müvafiq sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Məhkum1 yaşayış yerindən müsbət xarakterizə olunmasını, səmimi peşiman olub törətdiyi əməli etira f etməsini, dəymiş ziyandan 1.000 manat ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə həmçinin, Məhkum2 Barətəli oğlunun ilk dəfə olaraq ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, səmimi peşiman olub törətdiyi əməli etiraf etməsini, dəymiş ziyandan 1.000 manat ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Ödənilmiş məbləğ ümumilikdə dəymiş ziyanın 2,2 %-ni təşkil etdiyi halda məhkəmənin həmin ödənişi yüngülləşdirici hal kimi nəzərə alması əsassızdır. Bununla belə, ona cəza təyin edərkən məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə almamışdır. Bundan başqa, məhkəmə məhkumların başqa şəxslə əlbir olub vergi ödəməkdən yayınma cinayəti törətməsini ağırlaşdırıcı hal kimi qiy mətləndirməsinə baxmayaraq, cəza təyin edərkən CM-nin 213.1-ci maddəsinin sanksiyasında ən yüngül cəzanı təyin etməsi ədalətli cəza hesab oluna bilməz. Məhkəmənin məhkumların dəymiş zərərdən 1.000 manat ödəməsini yüngülləşdirici hal kimi nəzərə almış, halbuki, bir ildən artıq müddətdə davam edən məhkəmə istintaqı zamanı yalnız hökmün elan olunmasından bir gün əvvəl 45.346,42 manat olan mülki iddiadan cəmi 1.000 manat ödəniş edilmişdir ki, həmin məbləğ ümumilikdə 2,2%-ni təşkil edir. Ödənilmiş məbləğin hər iki məhkuma eyni məbləğdə yüngüllədirici hal kimi qeyd olunması əsassızdır. Məhkəmə yüngüllüyünə görə ədalətsiz olan cəza təyin etməklə həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredi ci məqsədinin tələblərini pozmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilib maddənin sanksiyasında qeyd olunan üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılması və mülki iddianın məhkumlar - Məhkum1 və Məhkum2 müştərək qaydada tutulması barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısı vəsatətlə çıxış edərək, Məhkum1 və Məhkum2 45.988,6 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındığını, həmin əməlin CM-nin 213.1-ci maddəsinin “Qeyd” hissəsində edilmiş dəyişikliyə əsasən cinayət tərkibi yaratmadığını, x xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli qanununa əsasən Məhkum1 və Məhkum2 həmin əməlinin İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hesab olunduğunu, CPM-nin 41.3, 84.6.9, və 414.2-ci maddələrini rəhbər tutaraq CM-nin 213.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyini bildirib, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasını n apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısı, məhkumların və müdafiəçinin vəsatətin təmin olunması, kassasiya şikayətinin təmin olunmaması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin vəsatətin təmin olunmaması və kassasiya şikayətinin təmin olunması barədə çıxışlarını dinl əyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə məhkumlar Məhkum1 və Məhkum2 əməllərində cinayət tərkibinin əlamətləri olmadığından ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunvericiliyinə əsasən Məhkum1 və Məhkum2 təqsirliliyi ilə bağlı halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymə tləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsində qeyd olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərli yi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkum1 və Məhkum2 hərəkətləri əməlin törədildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, xx xxxx 2020-ci il tarixdə qüv vəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin “Qeyd” hissəsində edilmiş dəyişikliyə əsasən: “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə, beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür”. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsində göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunu nun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkum1 və Məhkum2 45.988,6 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmaqdan təqsirli bilinmişlər. Hazırkı redaksiyada Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin qeydinin 1-ci bəndinə görə isə bu məbləğdə ziyan vurma həmin maddə ilə (CM-nin 213.1-ci maddəsi ilə) cinayət məsuliyyəti yaratmır. Məhkəmə kollegiyası bunu və Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Məhkum1 və Məhkum2 əməllərdə cinayət tərkibinin əlamətləri olmadığından cinayət təqib inə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir. Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsi cinayət təqibini istisna edən halların məcmusunu müəyyən edir. Həmin Məcəllənin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 41.3-cü maddəsinə görə, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə;.. Həmin Məcəllənin 419.10.3-cü maddəsinin tələbinə əsasən kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması zamanı kassasiya kolegiyası qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və cinayət işi, məhkəməy ədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək barədə qərar qəbul edə bilər. Beləliklə, qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının ittihamdan imtina barədə vəsatəti qəbul edilməli, cinayət qanunvericiliyində edilmiş dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar Məhkum1 və Məhkum2 Baraəli oğlunun əməllərində cinayət tərkibinin əlamətləri olmadığından barələrində Ağstafa Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. “Azərbaycan Respublikasını n Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun keçid müddəasının 2.7ci bəndində qeyd edilmişdir ki, bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Qeyd olunan müddəaya əsaslanaraq hazırkı qərar Məhkum1 və Məhkum2 Baraəli oğlunun İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə məsuliyyətə cəlb olunmaları məsələsinə baxılması üçün A ğstafa Rayon Polis Şöbəsinin rəisinə göndərilməlidir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 354.1.3-cü maddəsinə əsasən zərərçəkmiş hüquqi şəxs 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş - mülki iddianın mülki cavabdehlər - Məhkum1 və Məhkum2 müştərək qaydada tutulması barədə iddia baxılmamış saxlanmalı, zərərçəkmiş hüquqi şəxs - 14 saylı Ərazi Vergilər İdarəsinə mülki iddia ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası 419.10.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mülki iddiaçı və zərərçəkmiş hüquqi şəxs 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 əməllərində cina yət tərkibinin əlamətləri olmadığından barələrində olan Ağstafa Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işinin icraatına xitam verilsin. Hazırkı qərar Məhkum1 və Məhkum2 İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə məsuliyyətə cəlb olunmaları məsələsinə baxılması üçün Ağstafa Rayon Polis Şöbəsinin rəisinə göndərilsin. Zərərçəkmiş hüquqi şəxs 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş - mülki iddianın mülki cavabdehlər - Məhkum1 və Məhkum2 müştərək qaydada tutulması barədə iddia baxılmamış saxlansın. Zərərçəkmiş hüquqi şəxs - 14 saylı Ərazi Vergilər İdarəsinə mülki iddia ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar