Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-404/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Bəraət almış şəxs X8 və onun müdafiəçisi, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Məmmədov Fazil Bala oğlunun iştirakları ilə xx xxxxxxx 1990-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvanda qeydiyyatda olan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyi üçün bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tari xli hökmü ilə (hakim R.Xəlilov) X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı Əsədov X12 apelyasiya protesti verərək, hökmün ləğv edilərək, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsrili bilinib ona həmin maddənin sanksiyası həddində qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protes tinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə kassasiya şikayəti ilə yanaşı kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət ilə də müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.O.Əsgərova, hakimlər: E.M.Əhmədov və M.Ə.Rzayev), Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-62/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayət inin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi Nümayəndə, kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs, müdafiəçi F.Məmmədov və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.2-ci maddəsinə əsasən (CPM-nin xx xxxx 2020-ci il tarixə qədər qüvvədə olan redaksiyası) kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəm ə qərarından—onların çıxarıldığı gündən 6 (altı) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətini n uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcə llənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıld ıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas, ya zərərçəkmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalıdır. Yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi qərarın elan olunduğu məhkəmə prosesində iştirak etmiş, qərar onun iştirakı ilə də elan edilmişdir. Kassasiya şikayəti isə onun səlahiyyət verdiyi şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə prosessual müddətin bərpasına dair ərizə imzalanmaqla birlikdə verilmişdir. Kassasiya şikayəti xx.xx.2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətinin verilməsini “Covid-19” virusunun yayılması ilə əlaqələndirsə də, “Covid-19” pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi 2020-ci ilin mart ayından tətbiq ed ilməyə başlamışdır. Həmçinin karantin rejiminin tətbiqi onun şikayət vermə istiqamətində heç bir hüququnu məhdudlaşdırmamışdır. Ona görə də, zərərçəkmiş şəxsin hüquqi varisinin Covid-19 pandemiyası ilə əlaqədar kassasiya şikayətini vermə müddətini ötürməsinə dair dəlilləri formal mülahizə kimi dəyərləndirilməlidir. Məhkəmə kollegiyası göstərilən hallara qiymət verərək belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti əsassızdır və həmin müddət bərpa edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını ə ks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edil məsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyi üçün bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-404/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-404/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver