Məhkəmə qərarları › İş №1(102)-404/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-404/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-404/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli, 1(103)-532/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 1(101)-1087/2022 nömrəli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və R.Ə.Sadıxov) xx.xx.1997-ci ildə Xızı rayonu, Xələnc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Xələnc kəndində qeydiyyatda olan və X yaşamış, hal hazırda cəza çəkən Məhkum1 xx.xx.1961 -ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşamış Məhkum2 hər biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2021-ci ildən hesablanmaqla 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum olunmuş şəxslərin müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarı ilə, (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov ) apellyasiya protesti və Məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Mə hkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1087/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum1 və Məhkum2 tərəfindən törədilən cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək Məhkum1 04 (dörd) il müddətinə, Məhkum2 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz ol araq, 82,004 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi 3-cü mədən, S.Əliyev küçəsi nömrəsiz evə gətirməklə saxlamış, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən "miss Bahar” geyim mağazasının yaxınlığında həmin narkotik vasitənin 5,458 qram hissəsini 80 manat müqabilində narkotik vasitələrin satışı məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi Məhkum2 satmış, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 21:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 yerləşən Nizami RPİ-nə gətirilmiş və videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı əynində o lan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd üzərində «VİCTORY» sözləri yazılmış kibrit qutusunda 3,237 qram çəkidə, Məhkum2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə bioloji tərkib komponentlərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr, olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin gün əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi 3-cü mədən, S.Əliyev küçəsi nömrəsiz evə videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı yataq otağındakı dəmir saxlanc yerindən 19 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,311 qr, 3,623 qr, 3,717 qr, 3,763 qr, 3,681 qr, 3,914 qr, 3,849 qr, 4,074 qr, 3,754 qr, 4,566 qr, 4,493 qr, 3,510 qr, 4,186 qr, 3,766 qr, 3,698 qr, 3,893 qr, 3,740 qr, 3,945 qr, 3,826 qr qram olmaqla, ümumi çəkisi 73,309 qram çəkidə, üzərindən və Məhkum2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə bioloji tərkib komponentlərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkum2 narkotik vasitələrin qanunsuz satışı məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi Məhkum1 24 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında 80 manat müqabilində, qanunsuz olaraq, 17 bükümdə 5,458 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanan ı əldə edib yaşadığı ünvan 6 ünvana daşıyaraq hissələrə ayırıb üzərində saxlamaqla daşımış, 28 oktyabr 2021-ci il tarixdə saat 20:00-da Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 yerləşən Nizami RPİ-nə gətirilmiş və videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı əynində olan ağ-qara rəngli toxuma jaketin sağ yan cibindən 17 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,395 qr, 0,045 qr, 0,103 qr, 0,102 qr, 0,063 qr, 0,358 qr, 0,375 qr, 0,337 qr, 0,355 qr, 0,480 qr, 0,352 qr, 0,425 qr, 0,391 qr, 0,495 qr, 0,392 qr, 0,379 qr, 0,411 qram olmaqla, ümumi çəkisi 5,458 qram çəkidə, Məhkum1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə bioloji tərkib komponentlərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olmasının, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılığın əldə edilməsinin müəyyən edilməmədiyini qeyd edərək Məhkum1 və Məhkum2 yuxarıda sadalanmış narkotik vasitələri, satış məqsədi (hər biri müstəqil niyyətlə) ilə əldə edib daşımaları və saxlamaları haqqında nəticəyə gəlmiş və onların əməllərini Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən 234.2-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırm ışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş satışı məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaları və saxlamaları cinayətini törətmələri təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum1 və Məhkum2 cinayət əməllərinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsindən 234.2-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı bildirir ki, Məhkum2 ilə Məhkum1 arası nda narkotik vasitələrin satılması ilə bağlı əvvəlcədən sövdələşmə olmuş və hər ikisinin əvvəlcədən maddi marağı olmuşdur. Yəni Məhkum1 Məhkum2 narkotik vasitəni verərkən sonuncunun həmin narkotik vasitəni satacağını şüurlu surətdə dərk etmiş və həmin vaxtdan qeyd olunan narkotik vasitənin satışından hər ikisinin gəlir əldə etmək niyyəti yaranmışdır. Bundan başqa dövlət ittihamçısı CM-in 16.1-ci maddəsinə istinad edərək bildirir ki, məhkəmə kollegiyası Məhkum1 tərəfindən Məhkum2 narkotik vasitəni iki dəfə satılması cinayətin təkrar törədilməsi kimi qiymətləndirməmişdir. Dövlət ittihamçısının fikrincə Məhkum1 və Məhkum2 əməlləri CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməli idi. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 6.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pr otestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum1 və Məhkum2 əməllərinin Cinayə t Məcəlləsinin 234.4.1-cü maddəsi, hətta CM-in 234.4.2-ci maddəsinə tövsif edilməli olduğu halda CM-in 234.2-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdı rmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum1 və Məhkum2 narkotik vasitələrin qanunsuz satışı məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaları və daşımaları haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum2 ilə Məhkum1 arasında əvvəlcədən sövdələşmənin və hər ikisinin əvvəlcədən maddi marağın olması səbəb olmuşdur. Məhkum1 və Məhkum2 barələrində olan cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticədən fərqli olaraq həmin qərarında Məhkum1 və Məhkum2 onlara elan olunmuş ittiham üzrə sonuncuların satışı məqsədilə, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin əldə edib saxlamaları və daşımaları haqqında qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduqları əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrini müəyyən etməyərək onların əməllərini CM-nin 234.2-ci maddəsinə tövsif etmişd ir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və Məhkum2 törətdikləri cinayət əməllərinin məhz “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin ehtimal xarakterli nəticələri apellyasiya şikayətinə baxılması zamanı məhkəmə tərəfindən cinayət işinin materiallarına əsaslanmaqla və cinayət prosesinin iştirakçıları dinlənilməklə yoxlanılmış və apellyasiya instansiya məhkəməsi CM-nin 234.4.1-ci maddəsini ittihamdan xaric etməklə gəldiyi nəticəni qəbul etdiyi qərarında kifayət qədər, inandırıcı şəkildə əsaslandırmışdır. Belə ki, CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki v ə ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi isə CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin tələblərindən görünür ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını as anlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi, cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər, üçüncüsü isə, bu hərəkətləri edərkən eyni məqsəd izləməklə eyni nəticəyə gəlməkdən ötrü birgə səy göstərməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Məsələyə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi anlayışlarına müvafiq izah və tövsiyələr vermişdir. Belə ki, həmin Qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əm əllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi ü çün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-nin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilmə si məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-nin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəm ələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Lakin öyrənilmiş cinayət işi materiallarından görünür ki, nə ibtidai istintaq orqanı, nədəki birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 ona narkotik vasitəni satan Məhkum1 ilə qabaqcadan narkotik vasitələrin satılması və əldə ediləcək mənfəətin bölünməsi, ümumiyyətlə belə bir razılığın olması ilə bağlı hər hansı mötəbər sübuta istinad edilməmiş, əksinə verilmiş ittihamdan müəyyən olunur ki, sonuncu 5,458 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 80 manat ödəməklə X2dan əldə etmişdir. Göstərilən hal Məhkum1 və Məhkum2 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri ilə təsdiq olunur. Göründüyü kimi Məhkum2 narkotik vasitə qurudulmuş marixuananı Məhkum1 pul müqabilində almış və həmin maddəni ona satan X2la narkotik vasitələrin satışı və bu maddələrin satdıqdan sonra satışı ndan mənfəət əldə edilməsi barədə hər hansı söhbət aparmamış və razılıq əldə etməmişdir. Məhkum2 və Məhkum1 əməllərinin satışı məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz əldə edib saxlamaları və daşımaları yəni CM-nin 234.4.1 maddəsi (narkotik vasitə xeyli miqdarda olduğundan) ilə tövsif edilməsi üçün, yuxarıda göstərildiyi kimi, tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin satış məqsədi ilə əldə edərək saxlanılması və daşınması ilə bağlı məhkumların qanunsuz hərəkətlər etmələri və bu vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olması mübahisəsiz sübuta yetirildiyi halda (CM-nin 234.2-ci maddəsinə tövsif) məhkumların onlara istinad edilən əməli qabaqcadan əlbir olan qrup şəkilində törətmələri isə araşdırılmış sübutlarla təsd iq olunmur. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görsənir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edərkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb-qiymətləndirilmiş sübutların məcmusuna (onların gerçək məzmununa) əsaslanmışdır. Odur ki, kollegiya apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkum1 və Məhkum2 şəxsi istehlak miqdarından artıq miqdarda olan narkotik vas itələrin satış məqsədi ilə əldə edərək saxlanılması və daşınması ilə haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Məhkəməm kollegiyası dövlət ittihamçısının Məhkum1 Məhkum2 narkotik vasitəni iki dəfə satmaqla cinayətin təkrar törədilməsi dəlilə gəldikdə ilk öncə bildirir ki, Ali Məhkəmənin Plenum qərarının 13-cü bəndində məhkəmələrə izah olunur ki, “Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəlki cinayətə görə məhkumluq götürüldükdə, ödənildikdə və yaxud cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə təkrarlıq əlaməti yaranmır. Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir..” Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum1 82,004 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı sa tış məqsədi ilə əldə etmişdir ki, bu da öz növbəsində sonuncunun qeyd olunan narkotik vasitənin bir şəxsə və ya bir çox şəxsə satmasını istisna etmir. Belə olan halda Məhkum1 birinci dəfə həmin narkotik vasitənin Məhkum2 5,458 qramını satması, ikinci dəfə 3,237 qram çəkidə hissəsini satmaq istəməsi (Məhkum2 ikinci dəfə satmaq üçün apararkən polis əməkdaşları tərəfindən saxlanılmış) - həmin narkotik vasitələrinin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi tövsif edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, öyrənilmiş cinayət işinin materiallarının təhlili göstərir ki, narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşıması cinayəti təkrar törətməsinə görə Məhkum1 və ya Məhkum2 qarşı CM-nin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməmiş, bununla ibtidai araşdırma orqanı ilə yanaşı, həm də dövlət ittihamçıları da razılaşmış və bu kimi hallarda sonuncular məhkəmələrdə CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxslərə qarşı daha ağır ittihamın irəli sürülməsi üçün cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətlərlə çıxış etməmişlər. Belə olan halda, dövlət ittihamçısının kassasiya protestində Məhkum1 və Məhkum2 əməllərinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi əsaslı sayıla bilməz. Çünki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan əməlləri cinayət olaraq məhz CM-in 234.2-ci madd əsi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etmiş olduğu digər dəlillər də, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni və əsaslı qərarın ləğv edilməsini şərtləndirən əsaslı arqument kimi qəbul edilə bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 25 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli, 1(103)-532/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar