Məhkəmə qərarları › İş №1(102)-405/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-405/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-405/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 -ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), M.Ə.Abdullayev və A.H.Hacıyevdən ibarət tərkibdə) Məhkum- xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşaq atası, işsiz, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-nin 181.2.2, 181.2.3, 181.2.5, 228.4, 66.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlı qdan məhrum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 05 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 206.2-ci maddəsi ilə 5(beş) il 6(altı) ay müddətə, CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan mərhum etmə cəzalarına, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8(səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı xx xxxxxx 2017-ci il tarixdən hesablanmışdır. Məhkum Azərbaycan Respublikası CM-in 93-1.2-ci maddə si tətbiq olunmaqla tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi, cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxxxx 2017-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 37,974 qram heroin narkotik vasitəsini əldə etmiş, 1 ədəd polietilen bükülüdə qablaşdırıb saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib daşımış və xx xxxxxx 2017-ci ildə, saat 13:30 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: R.M.Cəfərov (sədrlik edən və məruzəçi), Ə.Ə.İ.Novruzov və E.Ə.Camalovdan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə əsassız verilmiş ittihama xitam verilməsini, CM-nin 234.4.3-cü maddənin 234.1-ci maddəyə tövsif edilərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasından İran İslam Respublikasına və geriyə gedib-gələrkən dövlət sərhəddinin qadağan olunmuş ərazisindən və qanunsuz yolla keçməmişdir. Ona görə də ona CM-nin 206.2-ci maddəsi ilə elan edilmiş ittiham əsassızdır. Bundan başqa cinayət işinin materialları üzrə hər hansı şərti alıcı, satılmış narkotik vasitə və ya alınmış pul məbləğləri müəyyən edilməmişdir. Ona görə də CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham da əsassızdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, CM-bib 206.2-ci maddəsi ilə elan olunmuş əsassız ittihama xitam verilməsini və CM-nin 234.4.3-cü maddəsinin isə 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətin in dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində Azərbaycandan İran İslam Respublikasına qanuni yolla gedib gəldiyini bildirmiş və ona görə də CM-nin 206.2-ci maddəsi ilə ona verilmiş ittihama əsassız olduğu üçün xitam verilməsini, CM-nin 234.4.3-cü maddəsinin isə 234.1ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Qanunun tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olmasını, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri n tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini düzgün sayır. Belə ki, iş materiallarında olan 25205 nömrəli, xx.xx.2017-ci il tarixli ekspertiza rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DGK Biləsuvar Gömrük İdarəsi Məhkum barəsində.... ” yazı, imzalar olan polietilen paketdəki, 1 bükümdə, təmiz çəkisi: 37,874 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ilkin təmiz çəkisi: 37,974 qram olmuşdur. (xx.xx.2017-cil il tarixli 19362 №-li ekspert arayışı). Heroinin qalığı 37,774 qramdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların kül li miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanuna əsasən «heroin» narkotik vasitədir, heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Məhkum aşkar olunmuş narkotik vasitə olan heroinin xalis çəkisi 37,974 qram olmaqla külli miqdarda olmuşdur. Məhkəmə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla yanaşı, onun xeyli miqdarda olması, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, şəxsin maddi imkanları və vəziyyəti, işin digər halları nəzərə alınmalıdır. Maddi vəziyyəti ağır olan, heç bir y erdə işləməyən, Məhkum əldə etdiyi külli miqdarda 37,974 qram heroin narkotik vasitəsinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə, yəni 253,16 dəfə, külli miqdardan isə 18,897 dəfədən çox olması, satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Həmçinin “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhz satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə keçirmiş və onun əməllərindən CM-in 206.2-ci maddəlsinin xaric edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkumun kassasiya şikayətində qeyd etdiyi Azərbaycan Respublikasından İran İslam Respublikasına və geriyə gedib-gələrkən dövlət sərhəddinin qadağan olunmuş ərazisindən və qanunsuz yolla keçməməsi ilə bağlı xüsusata dair məhkəmə kollegiyası bildiri r ki, məhkum qanunla qadağan olunmayan ərazidən dövlət sərhəddini keçsə belə üzərində dövriyyəsi qanunla qadağan edilmiş – narkotik vasitəni keçirdiyi üçün onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin təsiri altına düşmüşdür. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilm işdir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkum törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin təl əblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaəti nə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi ü zrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar