Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-405/2023 15.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, Təqsirləndiri lən şəxs2 Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər X12 və X5 ibarət tərkibdə) 9 fevral 2022-ci il tarixli hökmü ilə xx xxxx 1949-cu il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Tərtər şəhəri, B.Bağıro va küçəsi, ev 38 ünvanda yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 14 dekabr 2019cü il tarixdən 11 iyun 2019-cu il tarixədək şübhəli şəxs qismində tutuldu ğu və "ev dustaqlığında” saxlandığı 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhhrum etmənin bir gününə hesablanmaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) il 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin onun tutulduğu andan, 01 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. 09 avqust 1984-cü il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 3 ünvanda q eydiyyatda olmaqla, ünvan 4amış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 14 dekabr 2019-cü il tarixdən 16 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan nıhrum etmənin bir gününə hesablanmaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin onun tutulduğu andan, 01 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut ların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) 5 iyul 2022-ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «09» fevral 2022-ci il tarixli, 1(100)-20/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilmiş və Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü mad dələri ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi, barəsində qanunsuz qətimkan tədbiri seçilməsi, qanunsuz həbsdə saxlanılması və barəsində qanunsuz ittiham hökmü çıxarılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ və qaydası izah edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanın müddəti 05 (beş) il 06 (altı) aya endirilmiçdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 14 dekabr 2019-cu il tarixdən 11 iyun 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu və “ev dustaqlığında” saxlandığı 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-maddəsinə əsasən həbsdə sax lamanın bir günü azadlıqdan məhhrum etmənin bir gününə hesablanmaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş üzrə məhkəmə ekspertizası aparılmasına çəkilmiş 32,40 manat (otuz iki manat qırx qəpik) məbləğində məhkəmə xərcinin məhkum Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, hökmdən məhkum Təqsirləndirilən şəxs2 cinayət əməlini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair müddəalar xaric olunması, hökmdə «cinayət əməlinin X9 ilə birlikdə törədilməsinə» dair müddəa «cinayət əməlinin haqqında ayrıca icraat ayrılmış başqa şəxslərlə birlikdə törədilməsinə» dair müddəa i lə əvəz edilməsi, Tərtər rayon polis şöbəsi tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlərinin nəticəsini özündə əks etdirən 28 avqust 2020-ci il və 01 iyul 2022-ci il tarixli məktublar, həyata keçirilmiş əməliyyat axtarış fəaliyyəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq yoxlanılmadığından və həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan sübutlar siyahısından xaric edilməsi hökm edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «09» fevral 2022-ci il tarixli, 1(100)-20/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs2 aid qalan hissədə, eləcə də maddi sübutlara və müdafiəçilərin hüquqi yardımının ödənilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 v ə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə aralarındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri müəyyən edilməmiş üzvündən ayrı-ayrılıqda çəkiləri 458,012 qram, 452,615 qram, 448,819 qram və 407,435 qram olmaqla 4 bağlamada külli miqdarda, ü mumilikdə 1766,881 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Təqsirləndirilən şəxs1 məlum olmayan tarixdə və yerdə qohumları - X9, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə aralarındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən ayrı-ayrılıqda çəkiləri 458,012 qram, 452,615 qram, 448,819 qram və 407,435 qram olmaqla 4 ba ğlamada külli miqdarda, ümumilikdə 1766,881 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Bundan sonra cinayətkar məqsədlərinin icrası ilə bağlı, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Babək Sultanovun istifadəsində olan "Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin siləcəklərinin mühərriki yerləşən hissədə olan boşluqda gizlətməklə saxlamış, Babək Sultanovun əvvəlcədən Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən "Qırmızı Körpü” gömrük postundan keçib Gürcüstana gedərək onları orada qarşılayacağı barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs1 isə qeyd olunan narkotik vasitəni özünün müşayiəti və nəzarəti altı nda Azərbaycan Respublikasından qaçaqmalçılıq yolu ilə Gürcüstana apararaq Babək Sultanova təhvil verilməsi və daha sonra birlikdə realizəsini həyata keçirmək üçün sonuncu tərəfindən 11 dekabr 2019-cu il tarixdə verilmiş etibarnamə əsasında həmin nəqliyyat vasitəsini idarə etməklə səhəri günü, yəni xx.xx.2019-cu il tarixdə Tərtər rayonundan Gürcüstan Respublikası ilə dövlət sərhədində yerləşən Qazax rayonu istiqamətində yola düşmüşdürlər. 12 dekabr 2019-cu il tarixdə "Qırmızı Körpü” gömrük postuna yaxınlaşdıqdan sonra ümumi cinayətkar niyyətlərinə uyğun olaraq həmin gün saat 20 radələrində avtomobildən düşüb gömrük postu əməkdaşlarına yaxanlaşaraq avtomobildə gömrük nəzarətindən gizli və dövriyyəsi qadağan olunan əşyaların olmamasını bildirib Təqsirləndirilən şəxs2la birlikdə Azərbaycan Re spublikasından Gürcüstan Respublikasına yuxarıda qeyd olanan miqdarda narkotik vasitələrini daşıyarkən, 12 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postundan qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qəsdən gizli yolla keçirilməsinə nail olmuş, gömrük nəzarəti zamanı həmin narkotik vasitə avtomobilin qeyd olunan mühərrik hissəsindən aşkar edilərək götürülmüş, Babək Sultanov isə həmin gün saat 19:05 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstana getmişdir. Təqsirləndirilən şəxs2 məlum olmayan tarixdə və yerdə oğlu X9, qohumu Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri məlum olmayan digər şəxslərl ə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə aralarındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən ayrı-ayrılıqda çəkiləri 458,012 qram, 452,615 qram, 448,819 qram və 407,435 qram olmaqla 4 bağlamada külli miqdarda, ümumilikdə 1766,881 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Bundan sonra cinayətkar məqsədlərinin icrası ilə bağlı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Babək Sultanovun istifadəsində olan "Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin siləcəklərinin mühərriki yerləşən hissədə olan boşluqda gizlətməklə saxlamış, Babək Sultanovun əvvəlcədən Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən "Qırmızı Körpü” gömrük postundan keçib Gürcüstana gedərək onları orada qarşılayacağı barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs1la birlikdə qeyd olunan narkotik vasitəni özlərinin müşayiəti və nəzarəti altında Azərbaycan Respublikasından qaçaqmalçılıq yolu ilə Gürcüstana apararaq Babək Sultanova təhvil verilməsi və daha sonra birlikdə realizəsini həyata keçirmək üçün sonuncu tərəfindən 11 dekabr 2019-cu il tarixdə verilmiş etibarnamə əsasında avtomobil Təqsirləndirilən şəxs1 tərəfindən ida rə olunmaqla, səhəri günü, yəni xx.xx.2019-cu il tarixdə Tərtər rayonundan Gürcüstan Respublikası ilə dövlət sərhədində yerləşən Qazax rayonu istiqamətində yola düşmüşlər. 12 dekabr 2019-cu il tarixdə "Qırmızı Körpü” gömrük postuna yaxınlaşdıqdan sonra ümumi cinayətkar niyyətlərinə uyğun olaraq həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs1 avtomobildən düşüb gömrük postu əməkdaşlarına yaxanlaşaraq avtomaşında gömrük nəzarətindən gizli və dövriyyəsi qadağan olunan əşyaların olmamasını bildirib Təqsirləndirilən şəxs1la birlikdə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına yuxarıda qeyd olanan miqdarda narkotik vasitələrini daşıyarkən, 12 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postundan qaça qmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qəsdən gizli yolla keçirilməsinə nail olmuş, gömrük nəzarəti zamanı həmin narkotik vasitə avtomobilin qeyd olunan mühərrikxana hissəsindən aşkar edilərək götürülmüş, Babək Sultanov isə həmin gün saat 19:05 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstana getmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən və bir-birini tamamlayan mötəbər sübutların məcmusuna əhəmiyyət verməyərək is üzrə Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarmışdır. Apellyasiya məhkəməsi bəraət hökmünün təsviri əsaslan dırıcı hissəsində öz mövqeyini təkzib edəcək bir sıra halları diqqətdən qaçırmışdır. Belə ki, təqsirləndirilən şəxslərdə müalicəyə getdikləri təqdirdə müayinə və müalicə üçün onların üzərində iki nəfərə cəmi 20 manat pul olması və həmin pulla müalicə və müayinə olunmanın və eləcə də yanacaqdoldurma məntəqəsində onların adını və soyadını bilmədiyi şəxslə görüşüb həkimə getmələri barədə ifadələri də real görünmədiyi halda bu məsələyə obvektib qiymət verilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 telefonundan aşkar edilmiş sonuncunun Babək Sultanovla “E götürmüşdü varım amma qewey cixmadi qece getirdi bir bas uc vere boldum vaxwiki yoxsa olerdik” məzmunlu whatsapp yazışmasını nəzərə almamışdır. Apellyasiya məhkəməsi işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayət-pros essual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələrinə əsaslanmaqla yalnış nəticəyə gəlmiş, bunun nəticəsi olaraq agır cinayət törətmiş şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs2 əməlini CM-in 206.2-ci maddəsinə tövsif etmiş, Təqsirləndirilən şəxs2 CM-in 206.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanın müddətini 05 il 06 aya endirmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə əsassız olaraq Təqsirləndirilən şəxs2 yaşadığı ver üzrə müsbət xarakterizə olunmasını, yaşını, səhhətini onun cəzasını yüngülləşdirən hallar kimi qeyd etmiş və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ədalət və humanizm prinsiplərinin tələblərinə riayət olunmasını qeyd etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə almamaqla istinad etdiyi cəzanı yüngülləşdirən hallar mülahizəsinə görə müəyyən etmiş və bunu yekun qərarda kifayət qədər əsaslandırılmamışdır. Kassasi ya protestində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi çıxardığı ittiham hökmünü əsaslandırarkan iş materiallarında olan ekspertiza rəyləri, təqsirləndirilən şəxslərin bir-birlərinə qarşı verdikləri ziddiyyətli ifadələri, şahid ifadələri, telefon danışıqları ilə öz təsdiqini tapdığını qeyd etmişdir. Ancaq bu rəylərin, ifadələrin, telefon danışıqlarının nəyi sübut etməsi, təqsirləndirilən şəxsin özü nü müdafiəsi üçün gətirdiyi dəlilləri hansı sübutların təkzib etməsi şərh edilməmiş, hökm əsaslandırılmamışdır. İttiham orqanı Təqsirləndirilən şəxs2 qarşı ittihamı elan edərkən qeyri-mötəbər sübutlara əsaslanmış, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək barəsində ittiham hökmünü çıxararkan mülahizələrə əsaslanmışdır. Hansı ki, cinayət prosesual qanunvericilik bu kimi “mülahizələr”lə şəxsin barəsində ittiham hökmü çıxarılmasını qadağan edir. Təqsirləndirilən şəxs2 əvv əllər məhkum olunmamış, yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin 20 may 2022-ci il tarixli, 20-04/-684 saylı məktubuna görə xx.xx.2022- ci il tarixdə 2 saylı istintaq təcridxanasmdan oftamoloji müayinə məqsədi ilə müalicə müəssisəsinə köçürülmüşdür. O, laborator, instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya olunmuşdur. Nəticədə “OD buynuz qişanın perforasiyası” diaqnozu müəyyən edilmiş və müvafiq müalicə aparılmış, X14 xx.xx.2020-ci il tarixli tibbi sənədinə əsasən onun müayinəsi nəticəsində müəyyən edilmişdir ki, vəzin ölçüləri böyüyüb, vəzin strukturunda hipo və hiperexogen ocaqlar və kist tərkibli düyünlər təyin olunur. Diffuz düyünlü zob. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 21 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli tibbi sənədindən görünür ki, Təqsirləndirilən şəxs2 arvadı Şahid6 birinci dərəcə əlildir, başqa şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu PHŞ-in 5 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 birinci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə görə 50 (əlli) manat müddətsiz Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən yüngülləşdirici halların olduğunu, ağırlaşdır ıcı halların olmadığını müəyyən edərək cəza təyini ilə bağlı işin hallarına əsasən onun 73 yaşında olmasını, səhhətini və ailə vəziyyətini nəzərə alaraq anlaşılmayan maraqlı bir qənaətə gələrək hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə onun islah olunması mümkündür, lakin ona yuxarı həddə cəza təyin edilməsi ədalət və humanizm prinsiplərinin tələblərinə zidddir və həmin şəxsə işgəncə verilməsi təsəvvürünü yarada bilər. Azərbaycanda insanlar arasında gözlənilən ömür uzunluğu haqda məlumata istinad edildiyi halda Təqsirləndirilən şəxs2 cəza çəkmə müəssisəsində ömrünün son günlərinin yaşadığı aydın olur və bu hal isə ona təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın həmin şəxs üçün cəza yox artıq işgəncə olmasını gö stərir. Qeyd olunan bu hallarda ədalət və humanizm prinsiplərinin tələblərinə zidddir və Təqsirləndirilən şəxs2 dərhal azadlığa buraxılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən hökmdə Tərtər rayon polis söhəsinin əməliyyat fəaliyyəti nəticəsində əldə edilmiş və nəticəsini özündə əks etdirən 28 avqust 2020-ci il və 01 iyul 2022-ci il tarixli məktubları, həyata keçirilmiş əməliyyat axtarış fəaliyyəti qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun əldə edilmədiyindən və yoxlanılmadığından, eləcə həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına böyük şübhələr olduğundan sübutlar siyahısından xaric edib, həmçinin hökmdə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli Qərarına istinad edərək təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməməsi ilə bağlı mövqeyinə istinad etsə də, hüquqi tövsifdə səhvə yol vermiş, nədənsə Təqsirləndirilən şəxs2 CM-in 234.4.1-ci maddəsi ilə məhkum etmiş, sübutlar bazasının mötəbərliyi olmadığı halda belə yenə də Təqsirləndirilən şəxs2 CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli törətməsi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs2 CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsiri qanunla nəzərdə tutulmuş mötəbər sübutlarla təsdiq edilməmiş, həqiqət müəyyən edilmədən o, əsassız olaraq məhkum edilmişdir. Kassasiya şikayətində Gəncə Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək Təqsirləndirilən şəxs2 CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə baraət verilməsi, bu hal mümkün olmadıqda Təqsirləndirilən şəxs2 barəsində CM-nin 62-ci maddəsi tətbiq etməklə təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən cəzadan daha yüngül azadlığın məhdudulaşdırılması, yaxud azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də aşağı həddə cəza təyin etməklə də olduğu müddət nəzərə alınmaqla cəzası başa çatmış hesab edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə, kass asiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya insta nsiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normal arının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, kassasiya şikayətində Təqsirləndirilən şəxs2 təqsirlilik məsələsi, hər iki müraciətdə həmçinin Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyə nləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığı nın ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla həm ittihamın əsasını təşkil edən sübutlara, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları təhlil edib, mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılı qda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPMnin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Məhkum Təqsirləndirilən şəxs1 apellyasiya instansiya mə hkəməsində məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin mart ayında Türkiyədən Rusiyaya getmiş və orada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin ilin dekabr ayının 8-də o, Rusiyadan Azərbaycana qayıtmışdır. Dekabrın 9-da o, yaşadığı evin yaxınlığındakı çayxanaya getmiş və orada dostları ilə görüşmüşdür. Həmin vaxt çayxanada Təqsirləndirilən şəxs2 da görmüş və onunla da görüşmüşdür. Onlar İslamla bir-birindən hal-əhval tutduqdan sonra İslam ona zob xəstəliyindən əziyyət çəkdiyini, bu səbəbdən Gürcüstana getməli olduğunu, oğlu Babəkin Bakı şəhərində məhkəməsi olduğundan onu Gürcüstana aparmasını xahiş etmişdir. O, İslamdan ayrıldıqdan sonra sonuncunun oğlu Babək gəlib onunla görüşmüşdür. Söhbət zamanı B abək ona atasının onu Gürcüstana aparmasının xahiş etmiş da ona bu barədə xəbəri olduğunu demişdir. Bundan sonra Babək ona “sabah gedək sənə etibarnamə verim” demişdir. Səhəri gün Babək onu da götürüb etibarnamə almaq üçün Bərdə şəhərinə getmiş,lakin həmin gün rəsmiləşdirmə aparılsada etibarnaməni götürə bilməmişlər. Səhəri gün o, taksi ilə İslamgilin evinə gedib onu evdən götürüb birlikdə etibarnamə almaq üçün Bərdə şəhərinə getmişdir. Etibarnamə aldıqdan sonra o, İslamla birlikdə Gürcüstana getmək üçün Qazax şəhəri istiqamətində yola çıxmışdır. Yolda olarkən İslam bir neçə dəfə ailəsi ilə telefonla əlaqə saxlamışdır. Gömrük postuna yaxınlaşdıqda gömrük əməkdaşları onları yoxlayıb ştrix kod verib buraxmışlar. Yoxlanışdan 10 dəqiqə sonra onlar getmək istəyərkən arxadan gömrük əməkdaşları s əslənib təkrar onları saxlamışlar. Gömrük əməkdaşlarından biri ondan avtomobildə nə olduğunu soruşmuş,o da avtomobildə bir nəfər yaşlı və xəstə adam olduğunu, qanunsuz heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra onların üzərinə və avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilən zaman onları başqa yerə aparıb üzərilərinə baxış keçirmişlər. Baxış keçirildikdən sonra onlar yenidən avtomobil olan yerə gətirilmiş və həmin vaxt avtomobildə axtarış davam etmişdir. Avtomobildə axtarış aparılan zaman onlar kənardan baxmışlar. Baxış zamanı gömrük əməkdaşları xüsusi təlim keçmiş itdən də istifadə etmişlər. Avtomobildə axtarış aparılarkən əməkdaşlardan biri “tapdıq, narkotik aşkar olundu” demiş,həmin vaxt gömrük əməkdaşları onu çağırmış,o da İslama “bu nədi” deyə soruşmuşdur. İslam i sə “mən nə bilim” deyə cavab vermişdir. Bundan sonra onları əvvəlcə Tovuz bölməsinə, oradan isə Bakı şəhərinə gətirilmişlər. İslam xəstəlikdən əziyyət çəkdiyini, avtomobil sürərkən özünü narahat hiss etdiyini dediyindən, Babək ondan atasını həkimə aparmasını xahiş etdiyindən, İslam qohumu və yaşlı olduğundan o, sonuncunu Gürcüstana həkimə aparmağa razılıq vermişdir. O, Babəkə məxsus olan avtomobili Gürcüstana getdikləri gün İslamın yaşadığı evin həyətindən İslamla birlikdə götürüb idarə etmişdir. Ondan əvvəl həmin avtomobil onda olmamışdır. Gömrük postunda onlar ikinci dəfə yoxlanılarkən o, İslamdan avtomobilin hansı səbəbdən yoxlanılmasını soruşması ilə əlaqədar Babəkə zəng etməsini istəmişdir. Gömrük postunda olarkən gömrük əməkdaşlarından biri Babəkin 20 dəqiqə əvvəl Gürcüstana keçdiyin i bildirmişdir. Onun avtomobildə aşkar olunan narkotik vasitədən xəbəri olmamışdır. Məhkum Təqsirləndirilən şəxs2 apellyasiya instansiya məhkəməsində məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gürcüstana getdikləri günün səhəri evdə olmuş, yoldaşı ilə ailədaxili münaqişə yarandığından evdən çıxıb yeməkxanaya getmişdir. Həmin vaxt oğluna məxsus avtomobil yaşadığı evdə olmamışdır. Yolda olarkən oğlu Babək ona zəng edərək Gürcüstanda bir həkimlə danışdığını, parkın yanına getməsini, Farizin gəlib onu oradan götürüb əvvəlcə etibarnamə almaq üçün Bərdə şəhərinə, daha sonra isə Gürcüstana aparacağını demişdir. O da parkın yanına gedib Farizlə görüşüb birlikdə Gürcüstana doğru yola çıxmışlar. Onlar yola çıxmazdan əvvəl Babə k ona özünün Gürcüstana gedəcəyini deməmiş, ona Gürcüstan Respublikasının ərazisində yanacaqdoldurma məntəqəsinin yaxınlığında adını və soyadını bilmədiyi şəxsin onları qarşılayıb həkimə aparacağını demişdir. Daha sonra o, Farizlə birlikdə Gürcüstana gedərkən yolda olan zaman Babək ona zəng etmiş və özünün də Gürcüstana getdiyini, onları orada gözləyəcəyini demişdir. Həmin vaxt Fariz də Babəkin Gürcüstana getdiyini bilmişdir. Onlar gömrük postuna çatdıqdan sonra gömrük əməkdaşları onları yoxlayıb buraxmış, lakin bir neçə dəqiqədən sonra onları saxladıb təkrar yoxlama aparmağa başlamışlar. Gömrük əməliyyatçıları əvvəl avtomobilə baxış keçirməyə başlamış, lakin bir müddət sonra Farizlə onun üzərilərinə baxış keçirmək məqsədilə başqa yerə aparmışlar. Həmin vaxt avtomobildə axtarış aparılmaqda davam etmişdir. Onlar baxışdan qayıtdıqdan sonra avtomobilə baxış davam etmiş və əməliyyatçılar axtarışda xüsusi təlim keçmiş itdən də istifadə etmişlər. Avtomobilə baxış keçirilən zaman Fariz ondan Babəkə zəng etməsini istəmiş,o da Babəkə zəng edib avtomobilə baxış keçirildiyini demiş, Babəkdə “yoxlayırlar yoxlasınlar” deyə cavab vermişdir. Bir müddətdən sonra axtarış aparan əməliyyatçılar “tapdıq” deyə qışqırmışlar. O, avtomobildən bükülü çıxarıldığını görsə də içərisində narkotik olub-olmadığını bilməmişdir. Gömrük məntəqəsində olduqları zaman gömrük işçilərindən biri Babəkin onlardan əvvəl sərhəddi keçərək Gürcüstana getdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş sübutlardan və cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, hazırki cinayət işi nin ilkin istintaqı Dövlət Gömrük Komitəsi tərəfindən aparılmış, sonradan cinayət işi aidiyyəti üzrə X11 (Qazax rayon polis şöbəsinə) göndərilmişdir.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənafeləri arasında kəskin ziddiyyət mövcuddur ki, bu hal da hər iki təqsirləndirilən şəxsin bir-birinə zidd ifadə verməsi zərurətini doğurmuşdur. Təqsirləndirilən şəxs1 ilkin istintaq dövründə (Dövlət Gömrük Komitəsində) vermiş olduğu ifadələri istintaqın sonrakı dövrlərində də təsdiq etmiş, o, ifadələrində hər hansı bir dəyişikliklərə yol verməmiş, Təqsirləndirilən şəxs2 Gürcüstan Respublikasına həkimə aparmaqla bağlı məhz ilkin olaraq Təqsirləndirilən şəxs2 ondan xahiş etdiyini, Təqsirləndirilən şəxs2 oğlu Babək Sultanova məxsus minik avtomobilinin sonuncunun evinin h əyətində olduğunu, Təqsirləndirilən şəxs2 sonuncunun həyətindən götürərək Asan Xidmət mərkəzinə, oradan da Qazax gömrük postuna yollandıqlarını göstərmişdir. Cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 ilkin istintaq dövründə (Dövlət Gömrük Komitəsində) olan ifadələri ilə, sonrakı ifadələri arasında (xüsusilə cinayət işi Qazax rayon polis şöbəsində istintaq edilərkən) əhəmiyyyətli ziddiyyətlər olmuş, o, ilkin izahatlarında Təqsirləndirilən şəxs1 onlara gəldiyini, söhbət əsnasında özünün, Farizə zob xəstəliyindən əziyyət çəkdiyini, yaxın vaxtlarda Gürcüstan Respublikasının Tbilisi şəhərində həkim müayinəsi üçün getmək istədiyini, eləcə də, xx.xx.2019-cu il tarixdə Farizin günortadan sonra onlara gəldiyni və onu götürərək birlikdə əvvəl Bərdəyə “Asan Xidmətə”, etibarnaməni götürdükdən sonr a isə birbaşa “Qırmızı-Körpü” gömrük postuna yollandıqlarını göstərmişdir. Eyni zamanda o, yolda olarkən təxminən üç dəfə Babəklə əlaqə saxladığını, Babəkin onların harada olmağını soruşduğunu göstərmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 Qazax RPŞ-də istintaq aparılarkən vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, istintaq orqanı da məhz bu xüsusata əsaslanaraq Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlinə aidiyyəti ilə bağlı yalnış nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 bütün istintaq dövründə vermiş olduğu ifadələri təhlil edilərkən müəyyən olunur ki, o, ilkin istintaq dövrü ilə müqayisədə sonrakı ifadələrində çox ciddi dəyişikliklər etmiş və onun sonrakı ifadələri işin həqiqi halları ilə ziddiyyət təşkil etməklə həqiqət ə uyğun deyil və Təqsirləndirilən şəxs2 öz müdafiəsini həyata keçirmək, cinayət hadisəsinin onun tərəfindən deyil, Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi görüntüsü yaratmaq məqsədi ilə bu məzmunda ifadələr vermişdir. Apellyasiya məhkəməsi düzgün olraq qeyd etmişdir ki, narkotik vasitələrin avtomaşının gizli saxlanc yeri kimi qəbul olunan hissəyə yerləşdirilməsi kifayət qədər vaxt, imkan tələb edir ki, bu isə avtomaşın mülkiyyətçisi və ya faktiki sahibliyi həyata keçirən şəxsin iştirakı, nəzarəti və icazəsi olmadan qeyri-mümkündür. Bu səbəbdən hadisə baş verməmişdən əvvəl avtomaşının kimin istifadəsində və nəzarətində olması xüsusi əhəmiyyət kəsb edir. Bu hissədə istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 ilkin ifadələrindən fərqli və ziddiyyətli olan izah atlarına istinad edərək avtomobilin hadisədən bir gün qabaqcadan Təqsirləndirilən şəxs1 sahibliyində və istifadəsində olması nəticəsinə gəlmişlər. Çünki Təqsirləndirilən şəxs1 öz ifadələrində hadisə baş verən gün Təqsirləndirilən şəxs2 evinə getdiyini, avtomobili sonuncunun həyətindən götürərək onunla birlikdə getdiklərini göstərmişdir. Kassasiya məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ifadələrini iş materiallarında olan sübutlarla əlaqəli surətdə təhlilinə və həmin ifadələri tam, hərtərəfli və obyektiv surətdə yoxlanılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadələr işin həqiqi hallarına uyğun gəlməsi və digər mötəbər sübutlarla təsdiq edilməsi, Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadələrin isə onun həm özünün ilkin istintaq dövründə vermiş olduğu izahatları, həm də ailə üzvlərinin izahatları eləcə də digər iş materialları ilə tamamilə təkzib edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, Təqsirləndirilən şəxs2 cinayət işinin materiallarında olan izahatları təhlilindən görünür ki, Təqsirləndirilən şəxs2 ilkin izahatında “Təqsirləndirilən şəxs1 onlara gəldiyini, söhbət əsnasında özünün, Farizə zob xəstəliyindən əziyyət çəkdiyini, yaxın vaxtlarda Gürcüstan Respublikasının Tbilisi şəhərində həkim müayinəsi üçün getmək istədiyini, eləcə də, xx.xx.2019-cu il tarixdə Farizin günortadan sonra onlara gəldiyini və onu götürərək birlikdə əvvəl Bərdəyə “Asan Xidmətə”, etibarnaməni götürdükdən sonra isə birbaşa “Qırmızı-Körpü” gömrük postuna yollandıqlarını” göstərmişdir. Eyni zamanda o, yolda o larkən təxminən üç dəfə Babəklə əlaqə saxladığını, Babəkin onların harada olmağını soruşduğunu göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 14 dekabr 2019-cu il tarixli şübhəli şəxs qismində izahatından görünür ki, yuxarıda qeyd olunan izahatında göstərdiyi xüsusatları o, şübhəli şəxs qismində dindirilərkən bir daha təsdiq etmiş, əlavə hər hansı əhəmiyyətli xüsusat göstərməmişdir. 16 dekabr 2019-cu il tarixli Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında olan üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir ki, onu maşınla Gürcüstana aparmaq təklifini Farizə o, yox Babək etmişdir. Gürcüstana getdikləri gün Fariz onu evlərindən yox, küçədən götürmüşdür. Yolda gedəndə Babək 2-3 dəfə zəng vurub harda olduqlarını soruşmu ş, həmin vaxt bir dəfə də telefonu Farizə vermiş, Fariz Babəklə danışmışdır. Babək ona demişdi ki, özü Gürcüstanda onları qarşılayacaq. Fikirləşmişdir ki, Babək bəlkə özü başqa bir dostu ilə gedir deyə onu aparmır. 16 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində izahatında oğlu Babəkin Farizdən onu müalicə etdirmək üçün aparmasını xahiş etdiyini, Farizin xx.xx.2019-cu il tarixdə günortadan sonra gələrək onu yoldan götürdüyünü bildirmişdir. Cinayət işi aidiyyəti üzrə Qazax rayon polis şöbəsinə göndərildikdən sonra 13 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən o əvvəlki izahatlarında ümumiyyətlə bəhs etmədiyi və göstərmədiyi xüsusatlar ifadə edərək zahatında göstərmişdir ki, Babək ona bir nəfər tanışı ilə Gür cüstan Respublikasına gedib onu orada gözləyəcəyini və oradan onu Tbilisi şəhərinə aparıb müayinədən keçirəcəyini demişdir. O, da oğlu Babəkin onun yanında siqaret çəkməyə utandığı üçün onun birlikdə Gürcüstana getmək istəmədiyini fikirləşmişdir.... Qohumu Təqsirləndirilən şəxs1 gəlib onu parkdan götürmüş və həmin gün, yəni 12 dekabr 2019-cu il tarixdə onlar birlikdə Gürcüstan Respublikasına yola düşmüşlər....Təxminən 20 dəqiqə keçdikdən sonra Fariz rəngi ağarmış vəziyyətdə onun yanına gəlib “bizi tutdular” demişdir. O, Farizdən nə baş verdiyini soruşduqda, sonuncunun həyəcanlı olduğunu və danışa bilmədiyini görmüşdür.... O, Farizlə üzləşdirilərkən sonuncu asta səslə ona “sakit dur, heç nə demə” bildirmişdir. Lakin o, susmayacağını, hər şeyi olduğu kimi danışacağını Farizə demişdir.... O, cəmi bir dəfə, hadisə baş verən vaxt avtomobil gömrük əməkdaşları tərəfindən yoxlanılarkən Farizin təkidi ilə oğlu Babəkə zəng edib avtomobilin gömrükdə yoxlanıldığını dediyini, bu zaman Babəkin ona laqeyd formada “qoy yoxlasınlar da” deyib başqa heç nə demədiyini bildirmişdir. Bundan sonra o, Babəkin sözündən arxayın olub avtomobildən heç nə çıxmayacağına əmin olmuşdur. 14 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən o yenə də əvvəlki izahatlarında ümumiyyətlə bəhs etmədiyi və göstərmədiyi xüsusatlar ifadə edərək izahatında göstərmişdir ki,... hadisə baş verməmişdən bir gün qabaq, yəni 11 dekabr 2020-ci il tarixdə axşam radələrində oğlu Babək Sultanov onun yaşadığı evə gəldikdən sonra, sonuncuya “Mercedes Benz 190 minik” markalı, **-DZ -*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs1 verməsi barədə ona heç bir söz demədiyini, nə də ki, o, həmin vaxt avtomobilin həyətlərində olmasını görmədiyini bildirmişdir. Axşam yatmağa hazırlaşarkən həyat yoldaşı Zenfira ona bildirmişdir ki, Babək avtomobili idarə etmək üçün Farizə vermişdir. O həmin vaxt oğlu Babəkin onu Gürcüstana aparması üçün avtomobili Farizə verdiyini fikirləşmişdir. Səhəri gün, saat 09 radələrində evdən çıxıb parka gedərkən, onlara məxsus olan “Mercedes Benz 190 minik” markalı, **DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin həqiqətən də, nə evlərinin həyətində, nə də ki, evin qarşısında olduğunu görməmişdir. H.Əliyev adına parkda çay içərkən oğlu Babək ona zəng edərək, avtomobili idarə etmək üçün Farizə etibarnamə verdiyini və onun Farizlə görüş üb X20 Xidmət Mərkəzindən etibarnamənin sənədlərini götürərək oradan, Gürcüstana yola düşmələrini bildirmişdir. Bir neçə dəqiqədən sonra Fariz ona zəng edib qeyd olunan avtomobillə parkın qarşısından sonuncunu götürərək Bərdə şəhərinə, oradan isə Qazax rayonuna yola düşmüşlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin dekabr ayının 12də o, günorda saatlarında bazarın yanında olarkən Fariz əlində xeyli yüklə ona yaxınlaşaraq onu M.Hüseynzadə küçəsinə aparmasını istəmiş, o da razılaşmışdır. Həmin vaxt o, Farizlə uzun müddətdən sonra ilk dəfə qarşılaşmışdır. Bundan sonra onlar Farizin yaşadığı ünvana getmiş, Fariz əlindəkiləri evə qoyub təkrar sonuncunun yanına qayıtmış və onu Bəsti Bağ ırova küçəsinə aparmasını istəmişdir. O, da X16 küçəsinə aparmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə narkotik vasitənin avtomobilin gizli saxlanc yeri hesab edilən hissəsinə yerləşdirilməsi xüsusi vaxt və imkan tələb etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 ifadələrində sonradan müəyyən dəyişikliklər edərək avtomobilin hadisədən bir gün qabaq Təqsirləndirilən şəxs1 olması barədə ifadəsinin iş materiallarında olan digər şahidlərin ifadələri, eləcə də sair iş materialları ilə tamamilə təkzib edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, cinayət işinin materiallarından görünür ki, 24 avqust 2020-ci il tarixdə müstəntiq hadisədən 8 ay 9 gün sonra Mersedes Benz markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomaşının 11 dekabr 2019-cu il tarixdə k im tərəfindən idarə edildiyi və kimin həyətində saxlanmasına dair əməliyyat tapşırığı vermişdir. Əməliyyat tapşırığına cəmi 4 gün sonra, yəni 28 avqust 2020-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 idarə etmişdir. Lakin həmin avtomobilin qeyd olunan tarixdə kimin evində saxlanılması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 ilkin izahatından və şübhəli şəxs qismində dindirmə protokolundan, Təqsirləndirilən şəxs1la üzləşdirmə protokollarından görünür ki, həmin avtomobil Təqsirləndirilən şəxs2 həyətində saxlanılmış, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə taksi ilə İslamgilə gedərək oradan İslamı və avtomob ili götürüb əvvəlcə Bərdə ASAN xidmətə,oradan da Gürcüstana getmişlər. Eyni zamanda bu faktı məhkəmədə əlavə şahid qismində dindirilmiş taksi sürücüsü X7 da təsdiq etmişdir. CPM-in 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndinə görə CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanu nuna uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qərarda daha sonra vurğulanmışdır ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı y oxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Tərtər RPŞ-i tərəfindən əməliyyat fəaliyyəti nəticəsində əldə edilmiş və hazırki cinayət işi üzrə sübut kimi istifadə edilən əməliyyat axtarış tədbirlərinin nəticəsini özündə əks etdirən 28 avqust 2020-ci il və 01 iyul 2022-ci il tarixli məktubları, həyata keçirilmiş əməliyyat axtarış fəaliyyəti qüvvədə olan Qanunvericiliyin tələblərinə uyğun əldə edilmədiyindən və yoxlanılmadığından, eləcə də həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına böyük şübhələr olduğundan düzgün olaraq sübutlar siyahısından xaric etmişdir. Belə ki, Tərtər RPŞ-i tərəfindən təqdim edilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uy ğun olaraq yoxlanılmamışdır. Həmin məlumatların əldə olunma forması və mötəbərliyi apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, lakin həmin məlumatların həqiqiliyini və mötəbərliyini müəyyənləşdirmək mümkün olmamışdır. Məlumat hadisədən 8 ay 9 gün sonra tələb edilmiş, 8 ay əvvəl avtomobilin kimin qapısında saxlanılmasını, kimin istifadəsində olmasının müəyyən edilməsi şübhə doğurur. Qeyd olunanlar isə Təqsirləndirilən şəxs1 əslində hazırki cinayət hadisəsinin törədilməsinə aidiyyəti olmamasını, onun bu cinayət hadisəsindən məlumatı olmadığını təsdiq edir. Apellyasiya məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan şahid ifadələrini, ekspert rəylərini, i stintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, haqlı olaraq, Təqsirləndirilən şəxs1 törətməkdə ittiham olunduğu cinayət əməlinin ona düzgün olaraq istinad olunmaması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən aparılan istintaq hərəkətlərinin xronoloji ardıcıllığı tədqiq edilərkən müəyyən olunmuşdur ki, Dövlət Gömrük Komitəsində aparılan ətraflı araşdırma zamanı Təqsirləndirilən şəxs1 təqsirliliyinə dair heç bir sübut əldə edilmədiyi halda, cinayət işinin materialları Qazax rayon polis şöbəsinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 barəsində müstəntiq tərəfindən saxta sübutlar t oplanmış, bu məqsədlə ifadələrin nəzərə çarpacaq dərəcədə dəyişdirilməsi, heç bir hüquqi əsası olmayan, hadisədən 8 aydan çox bir vaxt keçdikdən sonra Tərtər RPŞ-dən alınmış mənbəyi məlum olmayan şübhəli əməliyyat məlumatı əldə edilməklə nəyin bahasına olursa-olsun təqsirsiz şəxsə ittiham elan edilməsinə nail olunmuşdur. Beləliklə, ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs1 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunve riciliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mə nbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyal ar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər ha nsı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ittiham irəli sürülməsi üçün əsas olmuş sübutların Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılması üçün hər hansı bir mötəbər sübut müəyyən edilmir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu M əcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci maddələri). CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən p rinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən Tərtər RPŞ-i tərəfindən əməliyyat fəaliyyəti nəticəsində əldə edilmiş və hazırki cinayət işi üzrə sübut kimi istifadə edilən əməliyyat axtarış tədbirlərinin nəticəsini özündə əks etdirən 28 avqust 2020-ci il və 01 iyul 2022-ci il tarixli məktubları qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirərək sübutlar siyahısından xaric olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, həmin s übutlar CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübutlar hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Təqsirləndirilən şəxs1 şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə aralarındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri müəyyən edilməmiş üzvündən ayrı-ayrılıqda çəkiləri 458,012 qram, 452,615 qram, 448,819 qram və 407,435 qram olmaqla 4 bağlamada külli miqdarda, ümumilikdə 1766,881 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutların həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəx sin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsi rləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublik ası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkiş mə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyy əti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Təqsirləndirilən şəxs1 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbl əri, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələni tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutl arın məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri i ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təq sirsiz hesab edilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmündə cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında Təqsirləndirilən şəxs1 təqsirsiz olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məc musu ilə müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisinin cinayət hadisəsinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməməsini, bu səbəbdən də əməlində cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması barədə kassasiya şikayətinin dəlillərinə onun təqsirli olması baxımından kassasiya məhkəmə kollegiyası yuxarıda qiymət vermişdir. Həmçinin qeyd olunur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil və müdafiə tərəfinin Təqsirləndirilən şəxs2 barəsində bəraət iddiasının faktiki və hüquqi əsası yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və müəyyən edilmişdir ki, mötəbər sübutların məcmuyu məhkum Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olsa da, onun əməllərinin CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı olmamışdır. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qru p şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyrimüəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2 CMin 206-cı maddəsində nəzərdə tutulan cinayət əməlini tək törətmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqeyə görə həmin maddədə nəzərdə tutulmuş əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən deyil, yalnız Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs2 cinayət əməlinin CM-in 206.3.2-ci maddəsindən CM-in 206.2-ci maddəsinə tövsif edilməsi, ona qarşı irəli sürülmüş ittihamlardan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsinə dair müddəaların xaric edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır. Bundan başqa, həm kassasiya protestində, həm də kassasiya şikayətində Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza mübahisələndirilmi ş, dövlət ittihamçısı məhkuma təyin olunmuş cəzanın yüngül olmasını qeyd etmiş, müdafiəşi isə məhkum barəsində CMin 62-ci maddəsinin tətbiqinin zəruriliyini göstərmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlil ik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İş materiallarında olan DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmam ışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tərtər rayon İcra Başçısının Tərtər şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin 20 may 2022-ci il tarixli, 20-04/-684 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə 2 saylı istintaq təcridxanasından oftamoloji müayinə məqsədi ilə müalicə müəssisəsinə köçürülmüşdür. O, laborator, instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya olunmuşdur. Nəticədə “OD buynuz qişanın perforasiyası” diaqnozu müəyyən edilmiş və müvafiq müal icə aparılmışdır. İş materiallarında olan X14 xx.xx.2020-ci il tarixli tibbi sənədindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinəsi nəticəsində müəyyən edilmişdir ki, vəzin ölçüləri böyüyüb, vəzin strukturunda hipo və hiperexogen ocaqlar və kist tərkibli düyünlər təyin olunur. Diffuz düyünlü zob. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 21 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli tibbi sənədindən görünür ki, Təqsirləndirilən şəxs2 arvadı Şahid6 birinci dərəcə əlildir, başqa şəxsin köməyinə və qulluğuna ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu PHŞ-in 5 saylı regional ərazi filialının xx.x x.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 birinci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə görə 50 (əlli) manat müddətsiz Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Apellyasiya məhkəməsi cəza təyini ilə bağlı işin hallarına əsasən hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs2 münasibətdə birinci instansiya məhkəməsinin müəyyən etdiyi cəzanı yüngülləşdirən halları (yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması), cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 yaşını, səhhətini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 206.2-ci maddəsinin sanksi yası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə azaldılmalıdır. Apellyasiya məhkəməsi belə bir nəticəyə gələrkən məhkum Təqsirləndirilən şəxs2 73 yaşında olmasını, səhhətini və ailə vəziyyətini nəzərə almiş və qeyd etmişdir ki, 73 yaşlı xəstə bir şəxsə ittiham olunduğu maddələrin sanksiyasının yuxarı hədlərində cəza təyin edilməsi həmin şəxsə işgəncə verilməsi təsəvvürünü yarada bilər ki, bu hal da ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağli mövqeyi ilə razılaşır və kassasiya şikayətinin məhkum Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cina yət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha yüngül və ya aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi ol an əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ni, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıd ır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edilm iş həddindən daha aşağı həddə və ya yüngül cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum Təqsirləndirilən şəxs2 barədə cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi), həmçinin təyin edilən cəzanın yüngül olması barədə kassasiya protestinin dəlillərini əsassız hesab edir. Bel ə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 8ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstəri lməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CMnin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət in xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəs ində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinay ət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmü kassasiya ş protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-405/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-405/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver