Məhkəmə qərarları › İş №1(102)-405/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-405/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-405/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhku m olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abdullayev Asif Saleh oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(100)-354/2022 nömrəli (hakimlər: Mahmudov Faiq Nüsrət oğlu (sədrliyi), Səmədov Xəqani Hacı oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx -cı il tarixdə Tovuz rayonu, xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, məhkumluğu olmayan, işsiz, xxxx kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək, on a CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-in 66.5-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olu nmuş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 5 (beş) il 3 (ay) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzaçəkmənin başlanğıcının 25 oktyabr 2022-ci il tarixindən hesablanması hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli 1(104)211/2023 nömrəli (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinə dair müddəalar (bu maddə əsasında irəli sürülmüş ittiham) hökmdən xaric edilmiş, hökm ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il və CM-in 310-cu maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzaları CMin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü CMin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-in 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abdullayev Asif Saleh oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin noyabr ayında X10 vasitəsi ilə tanıdığı Füzuli rayonu, 1-ci Qayıdış qəsə bə sakini Şahid5 işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları şöbəsinin səlahiyyətli şəxsi kimi təqdim edərək özünün geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, Şahid5 Dövlət Neft Şirkətində aylıq 920 manat əmək haqqı olmaqla sürücü kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Dövlət Neft Şirkətinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismi ndə veriləcəyini, bunun üçün verilməli olan 4.000 manat pul vəsaitindən 1.000 manatının özünə, qalan 3.000 manatının isə Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid5 yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində, “Heydər Əliyev adına olan park”da yerləşən “Paxlava” adlanan kafedə Şahid5 inandırmaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və hərbi biletinin surətlərini, habelə 1.000 (bir min) manat məbləğində pul vəsaitini alıb, bundan sonra, Şahid5 2 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 7 ünvanında yerləşən “Rahat” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi öz ünə məxsus olan "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə 1.500 (bir min beş yüz) manat, 4 dekabr 2020-ci il tarixdə Beyləqan rayonu, Magistral küçəsində yerləşən “Sizin market”də yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid həmin nömrəli debet kartın müvafiq hesab nömrəsinə 1.500 (bir min beş yüz) manat pul vəsaitini köçürməsinə nail olub, 3.000 (üç min) manat pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan həmin müddətdə çıxararaq şəxsi ehtiyaclarına xərcləməklə, cəmi 4.000 (dörd min) manat pul vəsaitini əldə edib, inandırmaq məqsədi ilə Şahid5 13 dekabr 2020-ci il tarixdə işə başlayacağını, 21 dekabr 2020-ci il tarixdə isə 1 günlük “X19” kursa cəlb ediləcəyini, daha sonra Füzuli rayonu ərazisində sürücü kimi işləyəcəyini yalandan bildirərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istif adə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin yanvar ayının sonlarında cinayətdən xəbərsiz Şahid9 vasitəsi ilə tanıdığı Bakı şəhəri, Suraxanı rayon sakini Şahid3 qardaşı Şahid4 və xalası X6 işə düzəlmələrində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncunu inandırmaq məqsədilə ona guya özünün “İdeal” adlı şirkətin müdiri "xxxx" olmasını bildirməklə aldadaraq özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, Şahid4 Dövlət Neft Şirkətində aylıq 800 manat əmək haqqı olmaqla sürücü kimi, Şahid isə Dövlət Neft Şirkətində aylıq 800 manat əmək haqqı olmaqla aşbaz kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin mü sbət həlli üçün yaxın münasibətdə olduğu Dövlət Neft Şirkətinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Şahid xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində veriləcəyini, bunun üçün Şahid4 görə verilməli olan 644 manat pul vəsaitindən 144 manatının guya “Socar” şirkətinin həkim komissiyasına getmədən sağlamlıq barədə arayış alınmasına görə, qalan 500 manatının isə rüşvət qismində Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə verilməsinin, eyni zamanda Şahid görə verilməli olan 664 manat pul vəsaitindən 164 manatının guya “Socar” şirkətinin həkim komissiyasına getmədən sağlamlıq barədə arayış alınmasına görə, qalan 500 manatının isə rüşvət qismin də Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə verilməsinin zəruri olmasını Şahid3 yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid3 29 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Bravo Supermarket”də yerləşdirilmiş “eManat” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə 144 (bir yüz qırx dörd) manat, 29 yanvar 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ərzaq mağazasında yerləşdirilmiş “eManat” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi tanışı X17 məxsus olan "xxxx" ASC-yə aid “4169********2570” nömrəli debet kartın “388**************224” hesab nömrəsinə 500 (beş yüz) manat, 2021-ci ilin fevral ayının əvvəllərində Şahid3 məxsus “Birkart” vasitəs i ilə əvvəlcədən verdiyi tanışı X17 məxsus olan "xxxx" ASC-yə aid “4169********2570” nömrəli debet kartın “388**************224” hesab nömrəsinə 500 (beş yüz) manat, 8 fevral 2021-ci il tarixdə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə 164 (bir yüz altmış dörd) manat köçürməsinə nail olmaqla, cəmi 1.308 (bir min üç yüz səkkiz) manat pul vəsaitini əldə edərək həmin pul vəsaitini Tovuz rayonu ərazisində qeyd edilən müddətdə ayrı-ayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına xərcləyib, inandırmaq məqsədi ilə Şahid4 və Şahid 2021-ci ilin fevral ayının ortalarında sürücü və aşbaz kimi işə başlayacaqlarını yalandan bildirərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 anası Şahid2 məxsus cəmi 1.308 (bir min üç yüz səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Şahid xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid3 vahid niyyətlə təkrarən təhrik etmişdir Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin yanvar ayının sonlarında cinayətdən xəbərsiz Şahid9 vasitəsi ilə tanıdığı Bakı şəhəri, Xəzər rayon sakini Şahid8 qızının bacısı oğlu X12 işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncunu inandırmaq məqsədilə ona guya özünün “İdeal” adlı şirkətin müdiri "xxxx" olmasını bildirməklə aldadaraq özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, X23 Neft Şirkətində aylıq 800 manat əmək haqqı olmaqla sürücü kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Dövlət Neft Şirkətinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X-in xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində veriləcəyini, bunun üçün verilməli olan 664 manat pul vəsaitindən 164 manatının guya “Socar” şirkətinin həkim komissiyasına getmədən sağlamlıq barədə arayış alınmasına görə, qalan 500 manatının isə guya s ürücülük stajı məsələsinin həll edilməsindən ötrü rüşvət qismində Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə verilməsinin zəruri olmasını Şahid8 yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid8 1 fevral 2021- ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Lev Starchuk 18 ünvanında yerləşən marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə 124 (bir yüz iyirmi dörd) manat, 2 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, XX Qurultay küçəsində yerləşən “OBA-Market-188”-də yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə özünə məxsus olan "xxxx" ASC-yə aid həmin nömrəli debet kartın müvafiq hesab nömrəsinə 40 (qırx) manat, 10 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Bravo Supermarket”də yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə özünə məxsus olan "xxxx" ASC-yə aid həmin nömrəli debet kartın müvafiq hesab nömrəsinə 500 (beş yüz) manat köçürməsinə nail olmaqla, həmin pul vəsaitini Tovuz rayonu ərazisində ayrıayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına xərcləməklə, inandırmaq məqsədi ilə Xin 2021-ci ilin fevral ayının ortalarında işə başlayacağını yalandan bildirərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid8 qızına məxsus cəmi 664 (altı yüz altmış dörd) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X-in xeyrinə edəcəyi hərəkətə g örə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid8 vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin fevral ayının əvvəllərində cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə tanıdığı Bakı şəhəri, Suraxanı rayon sakini Şahid1 işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya adını qəsdən "xxxx" kimi təqdim edərək özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, Şahid1 Dövlət Neft Şirkətində aylıq 800 manat əmək haqqı olmaqla aşbaz kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin m üsbət həlli üçün yaxın münasibətdə olduğu Dövlət Neft Şirkətinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində veriləcəyini, bunun üçün verilməli olan 1.160 manat pul vəsaitindən 160 manatının guya “Socar” şirkətinin həkim komissiyasına getmədən sağlamlıq barədə arayış alınmasına görə, 500 manatının guya ümumi portal sistemindən Şahid1 hazırda işlədiyi xadiməçi vəzifəsinin silinməsinə görə, qalan 500 manatının isə rüşvət qismində Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə verilməsinin zəruri olmasını Şahid1 yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid1 03 fevral 2021-ci il tari xdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Ballı” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid “4169********3942” nömrəli debet kartın “388**************208” hesab nömrəsinə 160 (bir yüz altmış) manat, 3 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Ballı” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid həmin nömrəli debet kartın müvafiq hesab nömrəsinə 500 (beş yüz) manat, 5 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Ballı” marketdə yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən ver diyi özünə məxsus olan "xxxx" ASC-yə aid həmin nömrəli debet kartın müvafiq hesab nömrəsinə 500 (beş yüz) manat köçürməsinə nail olmaqla, cəmi 1.160 (bir min bir yüz altmış) manat pul vəsaitini əldə edərək həmin pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına xərcləməklə, inandırmaq məqsədi ilə Şahid1 şəxsiyyət vəsiqəsi, əmək kitabçasının şəkillərini “Whatsapp” proqramı vasitəsi ilə əldə edərək sonuncunun 16 fevral 2021-ci il tarixdə aşbaz kimi “Socar” şirkətində işə başlayacağını yalandan bildirərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 1.160 (bir min bir yüz altmış) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, 24 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Qazax-Tovuz regional məşğulluq filialının ***-**-*-**-** saylı xidməti telefon nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsilə əlaqə saxlayaraq telefon zənginə cavab verən həmin xxx vəzifəsində işləyən X13 özünün X30 İstismarı İdarəsinin İnsan resursları üzrə mütəxəssisi “Anar” olmasını bildirərək, guya çalışdığı müəssisədə Qazax-Tovuz rayonu üzrə əmək haqqı 620 manat olan mühafizəçi və əmək haqqı 870 manat olan sürücü işi üzrə vakant yerinin olduğunu qeyd etməklə istifadəsində olan ***-***-**-** mobil nömrəsini həmin əməkdaşa verib iş axtaran namizədlərin şəxsən onunla əlaqə saxlamasını istəməsindən sonra, 24 yanvar 2022-ci il tarixdə ***-***-**-** mobil nömrə ilə özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayan iş axtaran vətəndaş kimi bildiyi üçün Tovuz rayonu üzrə sürücü vakansiyasına namizəd olduğunu qeyd etdiyi Qazax-Tovuz regional məşğulluq filialının Filialın Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Şahid10 işə düzəlməsində köməklik göstərilməsi üçün özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı özünün X30 İstismarı İdarəsinin İnsan resursları üzrə mütəxəssisi “Anar” olmasını bildirərək Tovuz rayonunda sürücü kimi işə götürüləcəyinə nail olacağını ona yalandan vəd verib, qeyd edilən məsələni n müsbət həlli üçün yaxın münasibətdə olduğu X30 İstismarı İdarəsinin rəisinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində veriləcəyini, bunun üçün verilməli olan 484 manat pul vəsaitindən 84 manatının guya həkim müayinəsindən keçmək üçün rüsum kimi, qalan 400 manatının isə X30 İstismarı İdarəsinin rəisinə verilməsinin zəruri olmasını Şahid10 yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid10 onunla telefon danışığı zamanı 24 yanvar 2022-ci il tarixdə Qazax şəhəri, Heydər Əliyev prospekti 78 ünvanında yerləşən, “Oba” marketdə yerləşdirilmiş “eManat” ödəniş terminalında bank xidmətləri bölməsində “ATB” seçildikdən sonra açılmış pəncərədə kart nömrəsi hissəsində özünə məxsus olmaqla, rəqəmlərini dediyi “5213********8373” nömrəsinin yazılması nəticəsində açılmış pəncərədə “MəhkumH” adı və “410**************012” hesab nömrəsinin görsənməsinə nail olmasına baxmayaraq, Şahid10 şübhələnərək əməliyyatda donma olmasını bəhanə gətirərək qeyd olunan pul vəsaitini köçürməkdən imtina etməsi ilə əlaqədar, həmin pul vəsaitini ondan ala bilməyib, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum müdafiəçisi Abdullayev Asif Saleh oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və müvafiq olaraq yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək hökmü cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən dəyişdirilərək CM-in 70-ci maddəsinin tələbinə uyğun cəza təyin edilməsini xahiş edilsə də, apellyasiya məhkəməsi tərəfindən həmin şikayət tam təmin edilməmişdir. Bundan əlavə Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini müxtəlif vaxtlarda törətmişdir və təkrarlıq yaradan həmin cinayət əməli böyük ictimai t əhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində göstərilən müddətin keçməsi ilə bağlı şəxs həmin cinayətə görə məsuliyyətdən azad edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət məsuliyyətinə cəlb etmə müddətin keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə dair müddəaların qərardan xaric edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsini n prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, CM-in 310-cu maddəsi ilə ittihamı müdafiə edib, kassasiya şikayətinin qismən təmin edilməsini və məhkəmə qərarından CM-in 178.2.2-ci maddəsi ilə cəza təyininə dair müddəaların xaric edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi Abdullayev Asif Saleh oğlu tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci madəsinə dair müddəaların qərardan xaric edilməli olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndir ən əsaslar CPM-in 416.1.11-ci (məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Kassasiya şikayətinin şərh olunan dəlillərinə münasibət bildirməmişdən öncə kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzaki rə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin qismən təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cə zalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənil ən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsin ə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, ona elan edilmiş ilk dörd epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, həmin dörd epizod üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təq sirli bilinərək ona cəza təyin edilməməlidir. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu qeyd etmək istərdi ki, Azərbaycan Respublikası Cinayət Məcələsinin 75-ci maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətləri konkret olaraq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə, xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin, müddətlərin cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablandığı və şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablandığı gö stərilmişdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı müddəaların hər bir cinayətə münasibətdə müddətlərin müstəqil hesablandığı nəzərə alaraq kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiya hissəsində isə həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törət miş şəxslərin min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılması göstərilmişdir. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin baxışında araşdırılaraq tədqiq edilmiş sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Lakin Məhkum irəli sürülmüş ittihamlara görə dələduzluq cinayəti ilə bağlı olan bütün epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni, yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Məhkum törətmiş olduğu cinayət üzrə zərərçəkmiş şəxs Şahid5 böyük ictimai təhlükə törətməyən cinayət əməli olan birinci epizod üzrə cəmi 4.000 (dörd min) manat, zərərçəkmiş şəxs Şahid2 böyük ictimai təhlükə törətməyən cinayət əməli olan ikinci epizod üzrə cəmi 1.308 (bir min üç yüz səkkiz) manat, zərərçəkmiş şəxs Şahid8 Sadıq qızına böyük ictimai t əhlükə törətməyən cinayət əməli olan üçüncü epizod üzrə cəmi 664 (altı yüz altmış dörd) manat və zərərçəkmiş şəxs Şahid1 böyük ictimai təhlükə törətməyən cinayət əməli olan dördüncü epizod üzrə cəmi 1.160 (bir min bir yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə dələduzluq cinayətini 2020-ci ilin dekabr ayından 2021-ci ilin fevral ayınadək törətmişdir. Həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri hər dörd epizod üzrə keçmişdir. Odur ki, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək, yəni Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il t arixli qərarı qəbul edilənədək 2 (iki) il müddət keçdiyindən Məhkum CM-in 178.2.2-ci maddəsinə dair hissədə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməlidir və apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək, qərardan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə cəza təyininə dair müddəalar xaric edilməlidir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən məhkuma təyin edilmiş cəzaya dair qeyd edir ki, məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (dələduzluq cinayət əməli üzrə vurduğu ziyanı qismən ödəməsi, əməlin dən səmimi peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması), ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Cinayət işinin materiallarında olan Tovuz Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli CB-56926/164/2022 nömrəli məktubundan görünür ki, X7 Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum hazırki hökm üzrə təyin edilmiş cəzasından 21 (iyirmi bir) gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün təşkil edir. Odur ki, yuxarıda qeyd edilən cəza təyininə dair normaların tələblərindən çıxış edərək kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü Cinayət Məcəlləsi nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən toplamaq yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcuddur, kassasiya şikayətinin dəlilləri isə qismən əsaslıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Abdullayev Asif Saleh oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilsin. Qərardan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cə za təyininə dair müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən toplamaq yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar