Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-405/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli 1(106)-369/2024 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 1(036)-42/2023 nömrəli hökmü ilə (hak im Ü.O.Qənbərov) XXX-ci il tarixdə İmişli rayonu, Yuxarı Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, XXX kəndində yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsi 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il, 4 (dörd) ay, 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmışdır. xx x xxxx 1958-ci il tarixdə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İmişli şəhəri, Meliorator qəsəbəsi ev 11, mənzil 12-də yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.X.Bəhmənov (sədrlik edən), E.İ.Xasməmmədov və P.V.Hacıyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum1 Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyətilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əlilliyə görə sosial müavinət düzəltdirəcəklərini vəd verib aldatmış, bu məqsədlə Məhkum2 2021-ci ilin yanvar və mart aylarında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 Bakıİmişli marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan, istintaqa məlu m olmayan şəxslərdən hər dəfə 1500 (min beş yüz) manat olmaqla iki dəfəyə göndərdiyi ümumilikdə 3000 (üç min) manat pulu İmişli şəhəri, Meliorator qəsəbəsində yerləşən 11 saylı evin yaxınlığında, 2021-ci ilin mart ayının sonlarında isə Zərərçəkmiş şəxs1 anası Şahid1 göndərdiyi 300 (üç yüz) manat pulu İmişli şəhəri, A.Şadlınski 24 küçəsində yerləşən İmişli şəhər Poliklinikasının inzibati binasının qarşısında götürüb onunla aralarında bölmüş, o, Məhkum2la birlikdə əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 3300 (üç min üç yüz) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirmək niyyətilə ona təyin olunmuş müavinətin 01 oktyabr 2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə dayandırılmayacağını, müavinətin verilməsinin davam edəcəyini vəd verib aldatmış, bu məqsədlə 2021-ci ilin avqust ayında İmişli şəhəri, Ə.Qurbanov küçəsində yerləşən 24 nömrəli evdə Zərərçəkmiş şəxs3 1000 (min) manat pulunu alıb ələ keçirmiş və sosial müavinətin verilməsinin davam edəcəyi barədə vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs3 1000 (min) manat dəyərində əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2nın əmlakını ələ keçirmək niyyətilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əlilliyə görə sosial müavinət düzəldəcəklərini vəd ver ib aldatmış, bu məqsədlə Məhkum2 2021-ci ilin oktyabr ayında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat və 1200 (min iki yüz) manat olmaqla iki dəfəyə ümumilikdə 1500 (min beş yüz) manat pulunu İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının qarşısında götürüb aralarında bölmüş, o, Məhkum2la birlikdə əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirmək niyyətilə ona təyin olunmuş və xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyinə görə verilməsi da yandırılmış müavinətin yenidən veriləcəyini vəd verib aldatmış, bu məqsədlə 2021-ci ilin avqust ayının ortalarında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 400 (dörd yüz) manat, 2022-ci ilin yanvar ayının əvvəlində isə 600 (altı yüz) manat pulunu İmişli şəhəri, X.Bəylərov küçəsi 12 ünvanında yerləşən “İmişli Mərkəzi Rayon Xəstəxanası” X14 inzibati binasının həyətində alıb ələ keçirmiş və dayandırılmış sosial müavinətin yenidən veriləcəyi barədə vədinə əməl etməyərək, aldatma və etibardan sui- istifadə yolu ilə Zərərçəkmiş şəxs4 1000 (min) manat dəyərində əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirmək niyyətilə tanışları X6 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs5 İmişli rayonu, Muradxanlı kəndindəki fermasında sağıcı işləyən işçisi X3 üçün sosial müavinət düzəltdirəcəklərini vəd verib aldatmış, bu məqsədlə o, 2019-cu ilin noyabr ayında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 2500 (iki min beş yüz) manat, 2022-ci ilin yanvar ayında isə 500 (beş yüz) manat pulunu İmişli şəhəri, X.Bəylərov küçəsi 12 ünvanında yerləşən “İmişli Mərkəzi Rayon Xəstəxanası” X12rşısındakı çayxanada götürüb qrup üzvləri ilə aralarında bölmüş və o əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 3000 (üç min) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmünə əsasən Məhkum2 Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyətilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əlilliyə görə sosial müavinət düzəltdirəcəklərini vəd verib aldatmış, bu məqsədlə o, 2021-ci ilin yanvar və mart aylarında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 Bakı-İmişli marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan, istintaqa məlum olmayan şəxslərdən hər dəfə 1500 (min beş yüz) manat olmaqla iki dəfəyə göndərdiyi ümumilikdə 3000 (üç min) manat pulu İmişli şəhəri, Meliorator qəsəbəsində yerləşən 11 saylı evin yaxınlığında, 2021-ci ilin mart ayının sonlarında isə Zərərçəkmiş şəxs1 anası Şahid1 göndərdiyi 300 (üç yüz) manat pulu İmişli şəhəri, A.Şadlınski 24 küçəsində yerləşən İmişli şəhər Poliklinikasının inzibati binas ının qarşısında götürüb aralarında bölmüş, o, Məhkum1la birlikdə əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 3300 (üç min üç yüz) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2nın əmlakını ələ keçirmək niyyətilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əlilliyə görə sosial müavinət düzəldəcəklərini vəd verib aldatmış, bu məqsədlə o, 2021-ci ilin oktyabr ayında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat və 1200 (min iki yüz) manat olmaqla iki dəfəyə ümumilikdə 1500 (min beş yüz) manat pulunu İmişli şəhəri, H.Ə liyev prospektində yerləşən “Nuray” şadlıq sarayının qarşısında götürüb aralarında bölmüş, o, Məhkum1la birlikdə əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui- istifadə etmə yolu ilə X 1500 (min beş yüz) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirmək niyyətilə tanışları X6 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs5 İmişli rayonu, Muradxanlı kəndindəki fermasında sağıcı işləyən işçisi X3 üçün sosial müavinət düzəltdirəcəklərini vəd verib aldatmış, bu məqsədlə Məhkum1 2019cu ilin noyabr ayında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şə xs5 2500 (iki min beş yüz) manat, 2022-ci ilin yanvar ayında isə 500 (beş yüz) manat pulunu İmişli şəhəri, X.Bəylərov küçəsi 12 ünvanında yerləşən “İmişli Mərkəzi Rayon Xəstəxanası” X12rşısındakı çayxanada götürüb qrup üzvləri ilə aralarında bölmüş və o, əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 3000 (üç min) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr onun şəxsiyyətinə uyğun olmayan həddindən artıq ağır və ədalətsiz cəza təyin etmişlər. Halbuki onun Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün, həmçinin CM-in 62-ci maddəsinin tətbiqi üçün real əsaslar, o cümlədən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, 2-ci qrup əlil olması, ağır xəstəlikdən əziyyət çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olması, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olmaması, zərərçəkmiş şəxslərlə barışması kimi məsuliyyəti yüngülləşdirən hallar mövcud olmuşdur. Məhkum2 isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddəlləri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə ədalətsiz hökm çıxardığı halda, apellyasiya instansiyası məhkəməsi cəzanın daha çox yüngülləşdirilməsinə əsas verən halların olmas ına baxmayaraq (gözündən 2-ci qrup əlil olması, insult tipli ağır şəkər xəstəliyindən əziyyət çəkməsi, əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxslə barışması) işi tam araşdırmadan əsassız olaraq hökmdən onun tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Məhkum hesab edir ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar cəza təyini zamanı kifayət qədər nəzərə alınmamış, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası onun şəxsiyyətinə adekvat deyil. Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, onlara daha yüngül cəzanın təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Ka ssasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən onlara cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən (CM-in 62-ci və 70-ci maddələrinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onların həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə onlara daha yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüll əşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Ci nayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıq dan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların fonunda və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda məhkumlar Məhkum1 və Məhkum2 onlara həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilindikləri cinayət əməlləri – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən törədilmiş dələduzluq - Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 2 il olmaqla yuxarı həddi isə 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, eyni zamanda azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza növü olan dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və azadlığın məhdudlaşdırılması cəzası (1 ildən 3 ilədək müddətə) nəzərdə tutulmuşdur. Məhkumlar kassasiya şikayətində onlara daha sərt cəzanın təyin edilməsini iddia etsələr də, öyrənilmiş məhkəmə aktlarından müəyyən olunur ki, Məhkum1 və Məhkum2 CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, sanksiya daxilində və Cinay ət Məcəlləsinin 42-ci maddəsində əksini tapmış sıralamaya görə azadlıqdan məhrum etmə ilə müqayisədə daha yüngül növdə olan cəzadır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı Məhkum1 və Məhkum2 törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, törədilmə hallarını, təqsirkarların şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına təsirini də nəzərə almış, Məhkum1 və Məhkum2 barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərində məhz azadlığın məhdudlaşdırılması cəzası tətbiq etməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışdır. Digər tərəfdən Məhkum1 və Məhkum2 barəsində Cinayət Məcə lləsinin 70-ci maddəsi tətbiq edilməklə onların şərti məhkum edilməsinə dair iddialar sonuncular tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddialar ilə razılaşmayıb və müdafiə tərəfinin tələblərini təmin etməyib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə Məhkum1 2 (iki) il, 4 (dörd) ay, 4 (dörd) gün müddətinə, Məhkum2 isə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bağlı İmişli Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən onların cəzanı yüngülləşdirə n halları – zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini (zərərçəkmiş şəxslərlə barışıq əldə etmələri cəzanı yüngülləşdirən hallar kimi qəbul olunsa da, nəzərdən qaçırılmamalıdır ki, onlar zərərçəkmiş şəxslərə könüllü olaraq deyil, yalnız cinayət məsuliyyətinə cəlb edildikləri və təyin edilmiş cəza təhdidindən qurtulmaq üçün barışıq əldə etmişlər), ağırlaşdıran halların müəyyən edilmədiyini, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, təqsirkarların şəxsiyyəti, təyin olunan cəzanın onların ailələrinin həyat şəraitinə və islah olunmalarına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Göründüyü kimi müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətində irəli sürülmüş cəzanın şərti məhkum etmənin tətbiq edilməsi barədə tələblərlə razılaşmayıb hökmü dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətlərində gətirilən digər halları Məhkum1 və Məhkum2 cəzasının yüngülləşdirilməsini və yaxud onların barələrində Cinayət Məcəlləsinin 62-ci və 70-ci maddələrinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhd udlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar məhkumların kassasiya şikayətlərinə baxılması nəticəsində bu şikayətlərdə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumların kassasiya şikayətləri təmin edilməməli, Məhkum1 və Məhkum 2 barələrində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli 1(106)369/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2024-cü il tarixli 1(106)-369/2024 nömrəli qərarı məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-405/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-405/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver