Məhkəmə qərarları › İş №1(102)-406/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-406/2019

05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-406/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 406/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, məhkum X2 iştirakları ilə, Sabunçu rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixl i hökmü ilə Məhkum1 və X2 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabunçu rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Şirinov Ziya Allahverdi oğlu) xx xxxxxx 1973-cü ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, işləməyən, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, Sabunçu rayon, ünvan 1 ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. 30 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, işləməyən, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X7 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 02 (iki) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 23 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək məhkumlar Məhkum1 və X2 əməlləri CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilməklə həmin maddələrin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cəza təyin edilməsi və cinayət nəticəsində vurulmuş ziyanın Məhkum1 və X1 alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İstintaqın gəldiyi nəticəyə əsasən Məhkum1 bir qrup şəxs halında X8 ilə 17 iyul 2017-ci il tarixdə, saat 18:30 radələrində Sabunçu rayon, Yeni Ramana qəsəbəsi, Bünyadzadə küçəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörm ətsizlik ifadə edən qərəzli hərəkətlər edərək heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən döyüb baş-beyin silkələnməsinə səbəb olan burun sümüyünün yerdəyişən və sağ almacıq sümüyünün qapalı sınıqları, sağ göz almasının ağlı qişasına qansızma, sağ göz ətrafı və sağ almacıq nahiyyələrinin hematomaları, burun nahiyyəsinin qançırı və sağ topuq nahiyyəsinin sıyrığı ilə müşayiət olunan Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs xəsarəti şəxsi münasibətlər zəmnində mübahisə və dalaşma gedişində yetirildiyini və bu zaman ictimai qaydanın kobud surətdə pozulmaması müəyyən edilmişdir. Kassasiya şika yətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumlara təyin edilmiş cəza həddindən artıq yüngül cəzadır və məhkumların şəxsiyyətinə uyğun deyil. Məhkəmə cəzanı təyin edərkən məhkumların şəxsiyyətini, cəzanı ağırlaşdıran halları, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməməsini nəzərə almamışdır. Bundan başqa, məhkumlar Məhkum1 və X7 onu döyərkən və az ağır bədən xəsarəti yetirərkən ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunduğundan əməlləri xuliqanlıq kimi tövsif olunmalıdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təm in edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun, kassasiya şikayətinin cəza təyin edilməsi hissəsində təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nətic ələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri m əhkumlar Məhkum1 və X2 əməlinin CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilməklə həmin maddələrin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cəza təyin edilməsi və cinayət nəticəsində vurulmuş ziyanın Məhkum1 və X1 alınıb ona ödənilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 127.2.3-ci maddəsində ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 21.2.1-ci maddəsində bir qrup şəxs tərəfindən və ya təkrar törədilmiş Xuliqanlıq cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq c inayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Birinci instansiya məhkəməsi araşdırması zamanı təsdiq edilmişdir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X7 arasında Məhkum1 evində usta kimi işləm əsinə görə Zərərçəkmiş şəxs hər dəfə Raci Seyfullayevi təhqir etməsinə görə münaqişəsi yaranmışdır. Hadisə günü isə X7 məhz Zərərçəkmiş şəxs onu Məhkum1 ilə əxlaqsızlıq etməsində günahlandırması və təhqiramiz ifadələr işlətməsi səbəbindən onu vurmuşdur. Hadisələrin məhz bu cür baş verməsi təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin biri-birinə uyğun və biri-birini tamamlayan ifadələri ilə tam sübuta yetirilmişdir. Həmin yerdə mübahisənin yaranması isə ona dəlalət edir ki, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxslər X7 və Məhkum1 qabaqcadan əlbir olub ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətləri olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və X2 CM-nin 127.2.3 və 221.2.1-ci maddəsi ilə təqsi rli bilinməli olması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin dəlilləri həm də məhkumlara daha ağır cəza təyin edilməli olması barədədir. Cinayət işinin materiallarından görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində 01 (bir) il 02 (iki) ay müddətə, Məhkum1 isə 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilmişdir. CM-nin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində n əzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən X2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Məhkum1 himayəsində biri yetkinlik yaşına çatmayan üç uşağının olmasını ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə cavab verən və cəzanın məqsədi barədə CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə uyğun nəticəyə gəlmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə də dəlilləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cinayət əməlinin törədilməsi ilə əlaqədar zərər çəkmiş şəxsin aldığı xəsarətlərin müalicəsi nə çəkilmiş xərclərin təqsirləndirilən şəxsdən alınması barədə cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyinə görə həmin xərclər məhkumdan mülki mühakimə icraatı qaydasında tələb edilə bilər. Lakin bu hal hazırkı iş üzrə məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və X2 təqsirli bilinib məhkum edilmələri barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar