Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-406/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qərarından məhkumlar Məhku m1 və Məhkum2 verdikləri kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət məhkəmə tərkibi) Məhkum1 (xx xx xx 1993-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsiili, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.2-ci maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə a zadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 01 dekabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə Məhkum2 (xx xx xx 1994-cü il tarixdə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.2-ci maddələri ilə 11 (on bir) il müddə tə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 05 dekabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum1 və Məhkum2, habelə onların müdafiəçiləri X5 və X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittiha mçısı tərəfindən verilmiş apellyasiya protesti isə təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü Məhkum1 aid hissədə dəyişdirilmiş, Məhkum1 Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.2-ci maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum1 hökmlə Cinayət Məcəlləsininin 221.3-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, Məhkum1 qəti olaraq 13 (on üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 kasasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən, Məhkum1 xuliqanlıq, yəni bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmiş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, tanışı Zərərçəkmiş şəxs 25 noyabr 2017-ci il tarixdə, saat 16 radələrində ünvan5nun qarşısında ona bıçaqla bir zərbə vuraraq sol budun deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan yüngül dərəcəli bədən xəsarəti yetirdiyinə görə qardaşı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halınd a Zərərçəkmiş şəxs qisas alıb qəsdən öldürmək qərarına gəlib və bu məqsədlə 28 noyabr 2017-ci il tarixdə saat 18 radələrində yaşadıqları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi ev 31-də görüşüb cinayətkar niyyətlərini həyata keçirmək üçün bıçaqlarla silahlanıb, sonra isə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanın yaxınlığında yerləşən "Hövsan market" ərzaq mağazasına bitişik bərbərxanada olduğunu öyrənib və saat 21 radələrində oraya gəlib salona daxil olaraq, o, və qardaşı Məhkum2 Zərərçəkmiş şəxs ünvanına söyüşlər söyüb sonuncuya və bərbərxanada olan şəxslərə öz üstünlüklərini nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə qardaşı Məhkum2la birlikdə Zərərçəkmiş şəxs hücum edib bıçaqlarla zərbələr endirdikləri zaman sonuncu, zərbələrdən yayınıb yerə yıxılmış və onun vurduğu bıçaq zərbələrindən biri Zərərçəkmiş şəxs sağ buduna dəyərək sağlamlığa zərər vurmayan səthi kəsilmiş yarası ilə müşayiət olunan bədən xəsarəti yetirmiş, bərbərxanada olan şəxsiər Yusifov qardaşlarının qarşısını alaraq salondan bayıra çıxarmış, lakin onlar daha da aqressivləşərək əvvəlcədən planlaşdırdıqları cinayəti başa çatdırmaq məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq etməklə, öz üstünlüklərini sonuncuya və ətrafdakılara nümayiş etdirmək məqsədilə insanlar ara sında bərqərar olunmuş birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, onların cinayətkar hərəkətlərinə mane olan şəxslərə əhəmiyyət verməyərək yenidən bərbərxanaya zorla daxil olub, salondan çölə çıxmaq istəyən Zərərçəkmiş şəxs yerə yıxıb və qardaşı Məhkum2la əllərindəki bıçaqlarla Zərərçəkmiş şəxs sol döş qəfəsinə ümumilikdə 4 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarəti ilə müşayiət olunan sol ağciyərin zədələnməsi, döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və sağlamlığa yüngül zərərvurmaya aid sol döş qəfəsi boşluğuna nüfuz etməyən 3 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan bədən xəsarətləri yetirmiş, salonda olan şəxslərin onların hərəkətlərinin qarşısını almaları nəticəsində iradələrindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətlərini axıra kimi həyata keçirə bilməm əklə, bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan İstifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmişdir. İstintaq orqanı tərəfindən Məhkum2 da eyni ittiham irəli sürülmüş və həmin ittiham üzrə birinci instansiya tərəfindən onun barəsində ittiham hökmü çıxarılmışdır. məzmunlu məhkəməsi Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən qismən məhkəmə istintaqı aparılmaqla keçiril miş apellyasiya instansiyası məhkəməsinin iclasında onun və Məhkum2lunun verdikləri ifadələri və bu ifadələri təsdiq edən (onun öldürmək niyyəti ilə deyil, sadəcə qisas almaqdan ötrü xəsarət yetirmək niyyəti ilə bıçaqla Zərərçəkmiş şəxs bir zərbə vurduğunu, digər xasərətlərin isə Zərərçəkmiş şəxs qayçı ilə müdafiə olunarkən təsadüfən aldığını, heç kimin onun hərəkətlərinə mane olmadığını, xuliqanlıq etmədiyini, cinayətin törədilməsində Məhkum2 ümumiyyətlə iştirak etmədiyini, onun artıq hadisə baş verdikdən sonra bərbərxanaya gəldiyini göstərən) Zərərçəkmiş şəxs ifadəsini həqiqəti əks etdiməyən ifadələr kimi qiymətləndirib qəbul etməkdən əsassız olaraq imtina etmiş, nəticədə Məhkum2 bəraət verilməli, özünün əməli isə müstəsna olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, onlar əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinmiş və ona əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin edilmişdir. Məhkum1 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1, 416.0.2, 416.0.3, 416.0.6 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum2 cinayətə aidiyyatı olmadığından onun barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəllənin 39.2-ci maddəsində göstərilən əsasla xitam verilməsini, özünə münasibətdə isə əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 29,12 0.2.1, 29,120.2.2-ci maddələrindən 126.1-ci maddəsinə dəyişdirilməsini, ittihamın Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan hisssəsi üzrə əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından, Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsasla cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkum2 da kassasiya şikayətində cinayətin törədilməsində iştirak etmədiyini, hadisə baş vermiş bərbərxanaya hadisə qurtardıqdan sonra gəldiyini iddia etməklə, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinməsi haqqında fikrini məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaları pozmaları haqqında dəlillə əsaslandırmışdır. Kassasiya şikayətinin məzmununa görə Məhkum2 Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xiam verilməsini, Məhkum1 əməlinin isə o, zərərçəkmiş şəxsi öldürmək niyyətində olmadığından Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzr ə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarının, o cümlədən 143-146-cı maddələrini n tələblərinin pozulduğunu, nəticədə əməli qəsdən sağlamlığa ağır zərər vurma kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, düzgün olmayaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd kimi Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.2-ci maddələri ilə tövsif olunduğunu, eləcə də əməlində xuliqanlıq cinayətinin tərkibinin əlamətləri müəyyən edilmədən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilib Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsi hissəsində cinayət işi üzrə icraata xitam verilməsi, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunması və həmin maddəyə uyğun olaraq cəzalandırılm ası barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2, 416.0.3, 416.0.6, 416.0.21-ci maddələrində və kassasiya şikayətinin məzmununa görə 416.0.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum2 da kassasiya şikayətində sübutlar və sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu qeyd edərək, cinayətə aidiyyatı olmadığı halda əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinməsi haqqında iddiasını və bu iddiadan irəli gələn mübahisələndirilən qərarın ləğv edilməsi, ona aid hissədə cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələbini faktiki o laraq Cinayət-Prosessual Məcəllənin 416.0.1-416.0.3 və 416.0.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası məhkumların kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuli yyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkum1 hesab edir ki, onun hərəkətlərinə şamil edilməli olan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin norması yalnız ağırlaşdırıcı əlamətlər olmadan qəsdən sağlamlığa ağır zərər vurmanı nəzərdə tutan 126.1-ci maddəsidir. Məhkum1 hərəkətlərində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd, habelə xuliqanlıq cinayətlərinin tərkib əlamətlərinin olmaması barədə fikrini onunla əlaqələndi rir ki, hərəkətləri xuliqanlıq motivi ilə şərtləndirilməmiş, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti də olmamış, bir neçə gün əvvəl ona xəsarət yetirməsinə görə qisas almaq niyyəti ilə təkbaşına – qardaşı Məhkum2 iştirakı olmadan Zərərçəkmiş şəxs bərbərxanada bir dəfə bıçaqla vurmuş, həmin vaxt onun hərəkətlərinin qarşısını heç kim almamış və Zərərçəkmiş şəxs əlavə bıçaq zərbələri vurmağa imkanı olduğu halda, o, öz iradəsi ilə zorakı hərəkətlərini davam etdirməmişdir. Məhkum2 isə cinayətə aidiyyatının olmaması barədə iddiasını onunla əsaslandırır ki, o, hadisə yerinə - Zərərçəkmiş şəxsun olduğu bərbərxanaya artıq hadisə başa çatdıqdan sonra gəlmiş və heç bir şəkildə qardaşı Məhkum1 tərəfindən törədilən əməldə (onun iddiasına görə - qəsdən sağlamlığa ağır zərər vurmada) iştirak etməmişdir. L akin, məhkumların qeyd olunan mülahizələri işin həqiqi hallarına əsaslanmır. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, Zərərçəkmiş şəxs 25 noyabr 2017-ci il tarixdə Məhkum1 sağlamlığa yüngül zərər vuran xəsarət yetirsə də, Məhkum1 bundan 3 gün keçəndən sonra – 28 noyabr 2017-ci ildə saat 18 rədələrində, həm də qabaqcadan qardaşı Məhkum2la əlbir olub – hər biri bıçaqla silahlanmaqla Zərərçəkmiş şəxs olduğu Hövsan qəsəbəsində yerləşən “Hövsan market” ərzaq mağazasına bitişik bərbərxanaya gəlmiş və bərbərxanaının salonunda digər şəxslərin olmasına baxmayaraq, onlara və hərəkətlərinin bərbərxananın normal fəaliyyətini pozmasına əhəmiyyət verməyərək bıçaqlarla Zərərçəkmiş şəxs hücum etmişlər. Zərərçəkmiş şəxs, müqavimətinə baxmayaraq bıçaqla budundan sağlamlığa zərər vurmay an bir xəsarət yetirdikdən və Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra bərbərxanada olan digər şəxslər onları salondan bayıra çıxarsalar da, yenidən zorla bərbərxanaya daxil olub birlikdə Zərərçəkmiş şəxsu yerə yıxmış və ona bıçaqlarla zərbələr vurmağa davam etmişlər. Bu zaman Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxsin bədəninin həyati-əhəmiyyətli orqanların yerləşdiyi sol döş qəfəsi nahiyəsinə ümumilikdə dörd zərbə endirməklə ona biri sol ağ ciyərin zədələnməsi ilə nəticələnməklə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran, üçü sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, hadisə yerində olan şəxslər güc tətbiq etməklə onları zərərçəkmiş şəxsdən kənarlaşdırıb çölə çıxardığı üçün Məhkum1 və Məhkum2 hərəkətlərini davam etdirə bilməmişlər. Məhkəmələr qeyd olunan faktları Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs olaraq və xuliqanlıq niyyəti ilə hərəkət etdiklərini; zərərçəkən Zərərçəkmiş şəxs vurduqları çoxsaylı bıçaq zərbələri və bunların nəticəsi (sağlamlığa zərər vurma) ilə kifayətlənmək istəmədiklərini; zərərçəkənin özünün və digər şəxsin müqavimətinə baxmayaraq, bıçaqlarla Zərərçəkmiş şəxs vurmağa davam etmək niyyətində qətiyyətli və israrlı olduqlarını, yəni niyyətlərinin məhz Zərərçəkmiş şəxs həyatdan məhrum edilməsinə yönəldiyini, lakin zərərçəkən şəxsin müqavimətini və bərbərxanada olan başqa şəxslərin (xüsusilə, X1) zərərçəkmişi qurtarmaqdan ötrü hadisəyə aktiv müdaxiləsini dəf edə bilmədikləri üçün - öz iradələrindən asılı olmayan səbəblərdən niyyətlərini həyata keçirə, Zərərçəkmiş şəxs öldürmək məqsədinə çata bilməyərək bu cinay ətə cəhd etdiklərini; eyni zamanda bərbərxanada zərəçəkmiş Zərərçəkmiş şəxs silah qismində istifadə edilən bıçaqlarla zor tətbiq olunması ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etdiklərini göstərən (əməllərin Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.2-ci maddələri, habelə 221.3-cü maddəsi ilə tövsifini şərtləndirən) xüsusatlar kimi qiymətləndirilmişlər. Məhkəmələrin həmin faktlara məhz bu cür qiymət vermələri kassasiya şikayətində iddia olunanların əksinə olaraq, cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən CPM-in 143-146-cı maddələrinin müddəalarına uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilmiş materiallara – ittihamın məzmunu ilə üst-üstə düşən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrinə, şahidlər X1, X6, X2 məlumatlarına, zərərçəkmiş şəxsdə aşkar edilmiş xəsarətlərin sayına, xarakterinə, lokalizasiyasına, ağırlıq dərəcələrinə dair məhkəmə-tibbi ekspertizasının 4 yanvar 2018-ci il tarixli rəyinə, təqsirkarların psixi cəhətdən anlaqlı olmaqla öz hətəkətlərinin mənasını (yəni, o cümlədən bıçağın xassələrini və onunla bədənə vurulan zərbələrin doğura biləcəyi fiziki zərəri, nəticələri) dərk etmələrinə, onları ölçüb-biçmək iqtidarında olmalarına dair kompleks məhkəmə psixiartik və məhkəmə psixoloji ekspertizasının 5 yanvar 2018-ci il tarixli 4 və 5 saylı rəylərinə, digər sübutların məcmusuna əsaslanır (bu və başqa sübutlar birinci instansiya məhkəməsinin hökmündə ət raflı təsvir olunub həm hökmdə, həm də apellyasiya məhkəməsinin qərarında həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Məhkəmələrin qiymətləndirməsi Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2-ci maddələrinin dispozisiyaları və cinayətə cəhd etməni nəzərdə tutan 29-cu maddəsi, habelə Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin (221.1-ci maddəsi ilə birlikdə götürülməklə) məzmunu ilə də uzlaşır. Belə ki, baxılan işin kontekstində Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələrinin nəzərdə tutduqları cinayətlər bu maddələrin dispozisiyalarında qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni həmin əlamətlərlə digər şəxsi qəsdən həyatdan məhrum etmə kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət” dedikdə, “qabaqcadan razılaşmaqla iki və daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət” başa düşülür. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bənd). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Adı çəkilən Ali Məhkəmənin Plenum qərarının 6-cı bəndinə əsasən “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Qabaqcadan əlbir olmuş Məhkum1 və Məhkum2 isə birbaşa qəsdlə (həyatdan məhrum etməyi arzu edərək), həm də ictimai yerdə davranış qaydalarını pozub özlərinin zərərçəkmiş Zərərçəkmiş şəxs üstünlüyünü (istənilən yerdə və istənilən hərəkətə görə onu “cəzalandırmaq hüququ”na malik olduqlarını) nümayiş etdirməklə, yəni xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs bıçaqlarla çoxsaylı zərbələr vurduqlarından, lakin iradələrindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs öldürmək məqsədinə çata bilməyib, cinayətkar hərəkətlərini başa çatdırmadıqlarından, onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.2-ci maddələri ilə tövsif edilmişdir. Eynilə, Məhkum1 və Məhkum2 hərəkətlərində xuliqanlıq cinayətinin əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş zəruri əlamətlər (şəxsə qarşı zor tətbiq olunmaqla müşayiət edilən qərəzli hərəkətlərlə ictimai qaydanın kobud şəkildə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması), habelə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilən tövsifedici əlamət (zərərçəkmiş şəxsə silah qismində istifadə edilən əşya tətbiq etməklə zor tətbiq olunması) müəyyən edildiyindən, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi də onların əməllərinə düzgün şamil edilmişdir. Bu səbəblərdən Məhkum1 əməlinə müstəsna olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin şamil edilməsi və ona CM-in 126.1-ci maddəsinin sanksiyasına uyğun olaraq daha yüngül cəzanın təyin edilməsi, Məhkum2 münasibətdə isə cinayət işi üzrə icraata cinayətlərə aidiyyatının olmamasına gö rə xitam verilməsi barədə kassasiya tələbləri də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası Məhkum1 ilə yanaşı Məhkum2 da cəzasının yüngülləşdirilməsi üçün əsas görmür və bu zaman ondan çıxış edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 təyin olunmuş cəzaları yoxlayarkən hər hansı pozuntuya yol verməmiş, Məhkum1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2-ci maddələri ilə və cinayətlərin məcmusu üzrə hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını dəyişdirib ona müvafiq olaraq 11 il 3 ay və 13 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə, Məhkum2 cəzasını isə dəyişdirilmədən saxlamaqla cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, başa çatmayan cinayətə (cəhdə) v ə cinayətlərin məcmusuna görə cəzanın təyin edilməsi qaydalarına dair CM-in müvafiq olaraq 41.2, 58.3, 59, 61, 63.3 və 66.3-cü maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Təsvir edilənlərdən görünür ki, kassasiya şikayətləri ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır, məhkəmə tərəfindən həmin aktın ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək pozuntulara, o cümlədən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.11, 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməməsinə dair döv lət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri təmin edilməməli, onların barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 21 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-406/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-406/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver