Məhkəmə qərarları › İş №1(102)-407/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-407/2020

10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-407/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxx 1992-ci ildə Cəbrayıl tayonu Şükürbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən Bakı Neft-Energetika Kollecinin yataqxanasında yaşamış, hal-hazırda həb sdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), C.C.Nəbiyev və M.Ə.Abdullayev) Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2018-ci ildən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin İran İslam Respublikasının vətəndaşı X1 da CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), R.M.Cəfərov və F.K.Soltanov) apellyasiya şikayəti qismən təmin edimiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təyin edilmiş 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasının müddəti 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, həmin cəza hökmlə təqsirli bilindiyi CM-nin 32.5, 206.3.2-ci maddələri ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, X1 və Məhkum İran İslam Respublikasının sakini, şəxsiyyəti məlum olm ayan X adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 2018-ci ilin dekabr ayında razılığa gəlməklə yanaşı, Məhkum Nazanin Bargirikaniyə və şəxsiyyəti məlum olmayan cinayətkar qrupun digər üzvlərinə bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək həmin maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd vermiş, bundan sonra Nazanin Bargirikani xx xxxxxx 2018-ci ildə cinayətkar qrupun şəxsiyyəti məlum olmayan X adlı üzvündən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 288,055 qram narkotik vasitə he roini aşkar edilməsini çətinləşdirmək üçün 23 ədəd bükümdə qablaşdırıb bükümlərin 21 ədədini düz bağırsağına və 2 ədədini uşaqlıq yoluna yerləşdirib saxlamaqla həmin tarixdə saat 19:30 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyıb Dövlət Sərhəd Xidmətinin Astara sərhəd nəzarət məntəqəsindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində müdafiə etdiyi şəxsin barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və Məhkum haqqında bəraət hökmünün çıxarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş üzrə məhkum edilmiş İran İslam Resp ublikasının vətəndaşı X1 Azərbaycan dilini bilmədiyindən Məhkumla onun arasında heç bir telefon danışığı olmamışdır. Həmçinin Məhkum gömrük sərhədində və ya gömrük sərhəddinin yaxınlığında olmamışdır. Məhkum məqsədli şəkildə çağırılmış və barəsində tədbirlər görülmüşdür. Müdafiəçi hesab edir ki, yuxarıda təsvir olunan vəziyyətdə Məhkum hər hansı bir cinayəti törətməsindən söhbət gedə bilməz. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəki ldə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar