Məhkəmə qərarları › İş №1(102)-407/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-407/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-407/2021 05.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi) və Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi və analitik təhsil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Yaqut Bəşir qızı Əliyevanın, Məhkum və onun müdafiəçisi X4 iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 20 iyul 2020-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə (hakimlər X20 (sədrlik edən), X17 və X7 ibarət tərkibdə) 20 iyul 1943-cü ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay əvvəllər məhkum olunmamış, Goranboy rayonun Hazırəhmədli kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitersiar Xidmətinin 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4,29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: İbtidai itintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum ittiham verilmişdir ona görə ki, o, 2018-ci ilin payız aylarında Ukrayna Respublikasından yaşadığı Goranboy rayonunun Hazırəhmədli kəndinə qayıdaraq 09 iyun 1987-ci il tarixdə rəsmi olaraq ayrıldığı keçmiş arvadı X19, oğlu Məzahir İsgəndərov, sonuncunun arvadı X16 və övladları X1 yaşadığı evin birinci mərtəbəsində onlardan ayrı qalmaqla evə qeydiyyata düşmək üçün sonuncuların razılıq verməməsindən və Ukrayna Respublikasına getməmişdən əvvəl aldığı ev əşyalarının bir hissəsinin ona qaytarılmaması səbəbindən daimi münaqişədə olduğu oğlu Məzahir, gəlini Samirə və nəvəsi Aytaca qarşı bəslədiyi nifrət hissi ilə əlaqədar sonunculardan qisas almaq və onları qəsdən öldürmək qərarına gəl miş, cinayətkar niyyətini həyata keçirtmək üçün 09 iyul 2019-cu il tarixdə saat 16 radələrində yaşadığı evin birinci mərtəbəsindən kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağını götürüb həyətə çıxaraq həyətdə olan su quyusunda mühərriki təmir edən oğlu Məzahir İsgəndərovu və sonuncunun yanında olan arvadı Samirə Məmmədovanı öldürmək məqsədi ilə onlara yaxınlaşıb əvvəl Samirə Məmmədovaya əlində olan bıçaqla qəflətən sağ böyür nahiyəsindən bir dəfə vurmuş, arvadının qışqırıq səsinə quyudan başını qaldıran Məzahir İsgəndərovun gözü qarşısında, xüsusi amansızlıq göstərərək ona müstəsna qəddarlıqla əzab verdiyini dərk edib öz hərəkətlərini davam etdirərək bir daha Samirə Məmmədovanın döş qəfəsindən bıçaqla vurub ona döş qəfəsinin v ə qarın boşluğunun daxilinə nüfuz edən, sağ ağciyərin, qaraciyərin və diafraqmanın zədələnməsi, deşilmiş kəsilmiş yaraların təsirindən əmələ gələn daxili və xarici qanitirmə ilə nəticələnən, ağırlıq dərəcəsinə görə hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, daha sonra iki və daha artıq şəxsi qəsdən öldürməkdən ibarət vahid qəsdlə əhatə olunan cinayətkar niyyətini başa çatdırmaq üçün hərəkətlərini davam etdirərək əlindəki bıçaqla Məzahir İsgəndərovu qəsdən öldürmək məqsədi ilə üzərinə hücum etmiş, bu zaman Məzahir İsgəndərov ondan bıçağı almaq istəyərkən hər ikisi əlbəyaxa olub yerə yıxılmış, həmin vaxtı bıçaqla Məzahir İsgəndəro va sol əlin birinci barmağının arxa səthinin kəsici alətin təsirindən əmələ gəlmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmiş, anasının qışqırıq səsinə hadisə yerinə gəlmiş Məzahir İsgəndərovun qızı 16 dekabr 2001-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X1 gözü qarşısında ona əzab verdiyini dərk edərək Məzahir İsgəndərovu qəsdən öldürməyə yönəlmiş hərəkətlərini davam etdirib ayağa qalxaraq bir daha əlində tutduğu bıçaqla Məzahirin üzərinə cumub onu vurmaq istəyərkən sonuncu özünü müdafiə edib onu itələyən zaman əlindəki bıçaq yerə düşdüyündən məqsədinə nail ola bilməyib öz iradəsindən asılı olmayan səbəblərə görə Məzahir İsgəndərovu xüsusi amansızlıqla qəsdən öldürmək niyyətini başa çatdıra bilməmiş, daha sonra vahid niyyətlə əhatə olunan iki və ya daha çox şəxsi qəsdən öldürməkdən ibarət məqsədini başa çatdırmaq üçün ailənin digər üzvü Aytac İsgəndərovanın üzərinə cumub atası Məzahir İsgəndərovun və həmin vaxtı hadisə yerinə gələn nənəsi X12 gözü qarşısında onlara əzab verdiyini dərk edərək xüsusi amansızlıqla onu qəsdən öldürmək məqsədilə hər iki əlləri ilə boğazından tutub möhkəm sıxıb boğmağa başlamış, X8 İsgəndərovanı onun əlindən almağa çalışmış, buna nail ola bilmədikdə isə sağ çiynindən dişləyib ona sağ bazunun qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirsə də, Aytacı buraxmayıb boğmaqda davam etmiş, yalnız səs-küyə hadisə yerinə gələn qonşusu X9 müdaxilə edərək onun əllərini aralamaqla A.İsgəndərovanı öldürməyə yönəlmiş qəsdinin qarşısını almaqda Məzahirə kö mək etdikdən sonra Aytac İsgəndərovanı onun əlindən almağa nail olduqlarına görə o, öz iradəsindən asılı olmayan səbəbdən niyyətini başa çatdıra bilməyib Aytac İsgəndərovanın sağlamlığına zərər vurmayan olduğu üçün dərəcələri təyin edilməyən boyun nahiyəsinin sıyrıqlarından ibarət xəsarətlər yetirib onu xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş, yəni X13 qəsdən xüsusi amansızlıqla öldürmüş, X10 və X2, yəni iki şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2020-cı il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, apellyasiya şikayəti isə təmin edil məmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarı ləğv etməklə yüngülləçdirici halları nəzərə almaqla ədalətli cəza təyin edilməsiniə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Ş.Ə.Qasımov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə zamanı gəlini tərəfindən döyüldüyü üçün özünü müdafiə etmişdir. Onun nə oğlunu, nədə qızını öldürmək niyyəti olmamışdır. O əsəblərinə hakim ola bilmədiyi üçün onlarla mübahisə etmişdir. Onun məhkum olunduğu CM-nin 120.2.4, 29, 120.2.4 və 29,Ş 120.2.7ci maddələrinin CM-nin 120.1-ci maddəsinə tövsif edilməklə və onun yaşlı olmasını nəzərə alaraq daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəm ə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyininin Gəncə şəhər şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 11 iyul 2019-cu il tarixli 943 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol əlin birinci barmağının arxa səthinin yarası-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 09.07.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyininin Goranboy rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 10 iyul 2019-cu il tarixli 416 nömrəli rəyindən görünür ki, Məhkum bədəni üzərində müəyyən olunmuş xəsarətlər – a) sol saidin kəsilmiş yarası kəsici alətin (lərin) təsirindən, o cümlədən bıçaqla yetirilmə zamanı, b) sağ bazunun qançırı dişləmə zamanı, c) sağ baldırın sıyrığı isə təpiklə vurulma zamanı əmələ gələ bilərdi. Qeyd olunan bütün bu xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni 09.07.2019-cu il tarixə uyğun gələ bilər və ayrı-ayrılıqda götürüldükdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin e dilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyininin Gəncə şəhər şöbəsi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair 09 iyul 2019-cu il tarixli 51 nömrəli rəyindən görünür ki, mərhum X11 bədən səthində iki ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi. Yaralardan biri döş qəfəsinin ön səthində, digəri isə döş qəfəsinin arxa səthində yerləşmişdir. Döş qəfəsinin ön səthində olan yara döş sümüyünü kəsərək döş qəfəsinin daxilinə nüfuz etmiş və ağciyəri zədələmişdir. Yara kanalının istiqaməti öndən arxaya, yuxarıdan aşağıya və soldan sağa doğrudur. Digər ikinci yara döş qəfəsinin arxa səthində sağda arxa qoltuq altı xətt üzrə İX-X qabırğalar arası sahədə yerləşmişdir, daxilə nüfuz edən yara olub, qaraciy əri və diafraqmanı zədələmişdir. Yara kanalının istiqaməti arxadan önə, aşağıdan yuxarıya, bir qədər sağdan sola doğrudur. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarda göstərilmişdir. Məhkum törətdiyi əmələ hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 1202.4,29,120.2.4 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının ləğv edilməli, məhkum Məhku m barəsində daha yüngül cəza təyin edilməsini, bununla bağlı bir sıra dəlillərə istinad edilir. Məhkəmə kollegiyasının qənaətinə görə həmin dəlillər iş materiallarına uyğun olmamaqla əsassızdır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla Məhkum CM-nin 1202.4,29,120.2.4 və 29, 120.2.7-ci ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə onun aidiyyətinin olmasına və t əqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldlran halların, həmçinin Məhkum oğlunun cinavət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair qanuni, əsaslı və ədalətli olan yekun nəticəyə gəlmişdir. ” Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, bununla əlaqədar gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası ittihamın təsdiq edildiyinə dair nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (işə baxan məhkəmələr tərəfindən qanunla nəzərdə tutulmuş qaydada yoxlanılmış) Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4,29,120.2.4 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Mə hkəmələrin qanunsuzluğa yol verdiyinə dair məhkumun müraciətləri, o cümlədən kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, Məhkum əməlində məhkum olunduğu maddə üzrə cinayət tərkibinin olmadığına, əməlinin cinayət məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməsinə dair kassatorun dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmələr əməlin tövsifi ilə bağlı mövqeyini öz yekun qərarlarında göstərmiş, belə mövqedə olmasının səbəblərini açıqlamış və gəldikləri nəticəni əsaslandırmışlar. Həmin nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayət in xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 120.2.4,29,120.2.4 və 29, 120.2.7-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası CM-nin 120.2.4,29,129.2.4,29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar