Məhkəmə qərarları › İş №1(102)-408/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-408/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-408/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarından kassasiya şikayə tinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkum Təqsirləndirilən şəxsvəsatətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.A.Qəribov, hakimlər Ə.N.Hacıyev və N.A.Kərimovdan ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xxxxxxx 1974-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çək məsi, cəzaçəkmə müddətinin 03 iyun 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.K.Abdinbəyov, hakimlər R.K.Səfərov və Q.F.Məmmədovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Vəsatətin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs vəsatətində Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddəti buraxmasının səbəbləri kimi savadının olmamasına və bununla əlaqədar qanunları, yəni o cümlədən kassasiya şikayəti vermək hüququnu və şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti bilməməsinə istinad edərək, üzrlü hesab etdiyi həmin səbəblərə görə buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin müvafiq materiallarını araşdıraraq, vəsatətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, hesab edir ki, aşağıdakı səbəblərə görə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən onun çıxarıldığı gündən 18 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarının çıxarılmasından sonra 18 aydan artıq vaxt keçməklə həmin müddət buraxılmışdır. Belə ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini 26 noyabr 2019-cu ildə, yəni apellyasiya məhkəməsinin yekun qərarının çıxarılmasından 23 aydan artıq vaxt keçdikdən sonra tərtib etmiş və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə müşayiət olunmayan həmin kassasiya şikayəti 28 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəmə Müə ssisəsinin 17/22-3878 saylı məktubu ilə Ali Məhkəməyə göndərilmişdir (prosessual müddətin bərpasına dair məhkumun vəsatəti ayrıca olaraq cəzaçəkmə müəssisəsi tərəfindən 11 dekabr 2019-cu il tarixdə məhkəməyə təqdim olunmuşdur). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit edilir ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntu larına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda və ya kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə təmin etmək hüququna malikdır. Lakin, Təqsirləndirilən şəxs vəsatətində onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən hansısa bir fövqəladə hadisənin baş verməsinə və yaxud apellyasiya məhkəməsinin qərarının çıxarılmasından sonrakı dövrdə hansısa xəstəlik keçirməsinə, yəni cinayət-prosessual qanunun 411.2-ci maddəsinin nəzərdə tutduğu halların heç birinə istinad etməmişdir. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin qərarından qanunla müəyyən olunmuş müddətdə kassasiya şikayəti verməməsini savadının ol maması, qanunları, yəni o cümlədən hansı müddətdə kassasiya şikayəti vermək hüququna malik olduğunu bilməməsi ilə izah etməsinə gəldikdə, bu dəlillər əsaslı sayıla və prosessual müddətin gerçəkdən də üzrlü səbəblərdən buraxıldığını göstərən əsaslar kimi nəzərdən keçirilə bilməz. Belə ki, işdə olan materiallardan görünür ki, Təqsirləndirilən şəxs orta təsillidir, o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının onun apellyasiya şikayətinə baxılması üzrə 21 dekabr 2017-ci tarixli məhkəmə iclasında iştirak etmiş, eyni zamanda tərcüməçinin xidməti, habelə XXX65nın vəkili X3 hüquqi yardımı ilə təmin olunmuşdur. Məhkəmə iclasının əvvəlində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 91-ci maddəsi ilə nəzərdə tutulmuş prosessual hüquqları, yəni o cümlədən, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından kassasiya şikayəti vermək hüququ izah olunmuşdur. Bundan başqa, ayrıca olaraq apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququna və qaydasına dair izahı da əks etdirən 21 dekabr 2017-ci il tarixli qərarın surəti 25 dekabr 2017-ci il tarixdə məhkəmənin müşayiətedici məktubu ilə məhkum Təqsirləndirilən şəxs verilməsi üçün onun saxlanıldığı Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Təsvir olunanlardan görünür ki, məhkumun apellyasiya instansiyası məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qərarından vaxtında kassasiya şikayəti verməməsi onun hüquqlarını bilməməsindən, o cümlədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətdən, şikayətin verilməsi qaydasından məlumatsız olmasından irəli gəlməmişdir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs vəsatətinə baxılması nəticəsində CPM-in 411.2-ci maddəsinin təsbit etdiyi hallar və yaxud gerçəkdən də onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər üzrlü hallar müəyyən edilmir. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit olunan halların və yaxud CPM-in 203-cü maddəsinin işığında üzrlü səbəblər kimi qiymətləndirilə biləcək (məhkumu obyektiv olaraq məhkəmə qərarından vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən) digər halların müəyyən edilməməsi isə müddətin bərpasına dair vəsatətin təmin edilməsi üçün əsasların mövcud olmadığını göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 203 və 411-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Təqsirləndiri lən şəxs onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar