Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-408/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Verdiyeva Aytən Çingiz qızı və Nemətov Məhəmməd Nəsir oğlunun işt irakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum, Cinayət Məcəlləsinin 144.3, 32.5, 149.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2nun barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumlar Məhkum və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənzadə İradə Xəlil qızı, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 1998-ci ildə Tərtər ray onunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi qaydada fəhlə işləmiş, üçüncü qrup əlil, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun İmanbinə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 144.3-cü maddəsi ilə 12 il müddətə, CM-nin 149.2.3-cü maddəsi ilə 07 il 06 ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 1974-cü ildə Kəlbəcər rayonunun Şam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ibtidai təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul ol muş, ikinci qrup əlil, Kəlbəcər rayonunun İmanbinə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşamış Məhkum2oğlu Azərbaycan Respublikası CM-nin 144.3 və 32.5, 149.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 144.3-cü maddəsi ilə 12 il müddətə, CM-nin 32.5, 149.2.3-cü maddəsi ilə 07 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim N.R.Mövsümov, hakimlər V.C.Cəfərov və R.O.Əsgərovadan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli h ökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumlar Məhkum və Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum atası ilə qabaqcadan sövdələşib atası Məhkum 2 ilə qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşadığı Qanuni nümayəndənin övladı, 2003-cü il 31 dekabr təvəllüdlü, doqquzuncu sinif şagirdi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə evlənmək niyyəti ilə oğurlamağı planlaşdırmış, bu məqsədlə 2018-ci il noyabrın 24-də saat 11 radələrində 150 manat müqabilində ağ rəngli «VAZ-2107» markalı avtomobilin şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə qabaqcadan razılaşmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov küçəsində atası ilə birgə taksiyə minib qızın təhsil aldığı Xırdalan şəhərindəki 8 saylı orta məktəbdən çıxmasını gözləmiş, Zərərçəkmiş şəxs dərsdən çıxaraq evlərinə tərəf gedərkən avtomaşından düşməklə sonuncuya yaxınlaşmış, «anan evdə yoxdur, otur maşına» deyib qızın avtomobilə əyləşməsini tələb etmiş, Zərərçəkmiş şəxs imtina etdikdə qızın iradəsinə zidd şəkildə zor tətbiq edərək avtomaşına əyləşdirərək Abşeron rayonu, Novxanı qəsəbəsi, Hafiz Abdullayev küçəsində yerləşən qohumları X1 məxsus nömrəsiz bağ evinə aparmaqla zərərçəkmiş şəxsi oğurlamış, atası Məhkum2 evdə kimsənin olmamasına əmin olub, cinayətin törədilməsini asanlaşdırmaq üçün qapının qıfılını sındırıb onların evə daxil olmasına şərait yaratdıqdan və cinayətin törədilməsi üçün məsləhət və məlumatlar verməklə yardım etdikdən sonra həmin bağ evində yataq otağında Zərərçəkmiş şəxs yetkinlik yaşma çatmadığını aşkar surətdə bildiyi halda ona zor tətbiq edib döş qəfəsinin ön səthinin sol yarısında oval formalı, göyümtül-qırmızımtıl rəngli 2,0xl,5sm ölçüdə qançır, burnunun sümüklü hissəsi ilə qığırdaqlı hissəsinin sərhədinin sol yan səthində tünd-qırmızımtıl rəngli 0,5x0,2 sm ölçüdə olan sıyrıq xəsarətlərini yetirməklə, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər törədib sonuncu ilə məcburi şəkildə təbii yolla cinsi əlaqədə olub onu zorlamışdır. Hökmə əsasən, Məhkum2 övladı Məhkum ilə qabaqcadan sövdələşərək özünün qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşadığı Qanuni nümayəndənin övladı, 2003cü i l 31 dekabr təvəllüdlü, doqquzuncu sinif şagirdi, aşkar surətdə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxsi özünün övladı Məhkum ilə evləndirmək niyyəti ilə oğurlamağı planlaşdırmış, bu məqsədlə 2018-ci il noyabrın 24-də saat 11:00 radələrində 150 manat müqabilində ağ rəngli «VAZ-2107» markalı avtomobilin şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə qabacadan razılaşaraq Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov küçəsində oğlu Məhkum ilə birgə taksidə əyləşib Zərərçəkmiş şəxsin təhsil aldığı Xırdalan şəhəri 8 saylı orta məktəbdən çıxmasını gözləmiş, sonuncu dərsdən çıxıb evlərinə tərəf gedərkən Məhkum avtomobildən düşərək Zərərçəkmiş şəxsi iradəsinə zidd şəkildə zor tətbiq edərək onu avtomobilə əyləşdirdikdən sonra, Zərərçəkmiş şəxsin müqavimət göstərməsinin qarşısını almaq ü çün yol boyu onun əllərindən və qollarından tutub, Abşeron rayonu, Novxanı qəsəbəsi, Hafiz Abdullayev küçəsində yerləşən qohumu X1 məxsus nömrəsiz bağ evinə aparmaqla Zərərçəkmiş şəxsi oğurlamış, bundan sonra evdə kimsənin olmamasına əmin olub, bu barədə oğlu Məhkuma məlumat verib, ona həmin evdə cinayətin törədilməsi üçün heç bir maneənin olmadığı barədə məsləhətlərini verməklə və cinayətin törədilməsini asanlaşdırmaq üçün qapının qıfılını sındırıb oğlu və Zərərçəkmiş şəxsin evə daxil olmasına şərait yaratmaqla Məhkumun aşkar surətdə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxsi zorlaması cinayətini törətməsinə köməklik etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş birinci in stansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı ədalətsiz və qanunsuzdur. Məhkəmələr işin bütün halları ətraflı araşdırmamış, ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularını, onun hüquqlarının pozulmasını, zərərçəkmiş şəxsi ailə qurmaq məqsədilə qaçırtdığını nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, törətdiyi cinayət əməlinin düzgün tövsif edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin onun barəsində qəbul etdikləri qərarlar qanunsuz və qeyri-obyektivdir. Məhkəmələr işin bütün hallarını keyfiyyətli araşdırmamış, oğlu Məhkumun zərərçəkmiş şəxsi ailə qurmaq məqsədilə qaçırdığını nəzərə almamışdır. Odur ki, göstərilənləri, törədilmiş cinayət əməlində onun heç bir iştirakının olmamasını, oğlunun ailə qurmaq istəməsində heç bir rolunun olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkumun kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında müdafiəçilər A.Ç.Verdiyeva və M.N.Nemətov çıxış edərək məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin d əlilərinin əsassız olduğunu, cinayət əməllərinin məhkumlar tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkumlara təqsirli bilindikləri maddələrin sanksiyası hüdudlarında törətdikləri əmələ və şəxsiyyətlərinə uyğun cəza təyin edildiyini bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayı r. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərində məhkəmələr tərəfindən barələrində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiy i və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, həmçinin barələrində ağır cəza təyin edildiyi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumların kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qe yd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsin in tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, Məhkum, müdafiəçilərin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş yetkinlik yaşına çatmayan şəxsin oğurluğu və təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama ilə bağlı ittiham, məhkum Məhkum2 oğluna verilmiş yetkinlik yaşına çatmayan şəxsin oğurluğu və təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlamağa köməkçilik ilə bağlı ittiham birinci in stansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər süutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumnın əməllərin ə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 144.3 və 32.5, 149.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiy yəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum və Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərində həmçinin təyin olunmuş cəzanın ağır olduğu və onların törətmiş olduğu əməlləri n ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ə dalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum və Məhkum2ya cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətlə ri, cəzalarını yüngülləşdirən hallar (üçüncü və ikinci qrup ümumi xəstəlikdən əlil olmalarını, şəhid ailəsi olmalarını, müsbət xarakterizə olunmalarını), cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkumlar Məhkum və Məhkum2nın islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etməd ən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumlar Məhkum və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumlar Məhkum və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum, Cinayət Məcəlləsinin 144.3, 32.5, 149.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2nun barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı məhkumlar Məhkum və Məhkum2oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-408/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-408/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver