Məhkəmə qərarları › İş №1(102)-408/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-408/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-408/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1951-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, Oğuz rayon Olimpiya Mərkəzində məşqçi müəllim işləmiş, Oğuz rayonunun Kərimli kəndində qeydiyyatda olmaqla, orada yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 1(107)-53/2021 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən),hakimlər R.Hüseynov və B.Məmmədovdan ibarət tərki bdə) 02 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hö kmü baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 11 avqust 2022-ci ildə Şəki Apellyasiya Məhkəməsinə kassasiya şikayəti, o cümlədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət ilə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: A.M.Eyvazov, hakimlər: G.Q.Abbasov və İ.H.Şükürov), Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 okty abr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun qızı həmin vaxt Azərbaycan Respublikasından hüdudlarında kənarda İran İslam Respublikasında olmuş. COVİD-19 virusunun geniş yayılması səbəbi ilə Azərbaycana gələ bilməmiş və bu səbəbdən vəkillə müqavilə bağaya bilməmişdir. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ədalətsiz və qanunsuz hesab etdiyi 05 oktyabr 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və həmin məhkəmənin 09 fevral 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edi lməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunv erici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qan unun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə iştirak etmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və dövlət ittihamçısının iştirakları ilə elan olunmuş, qərarın surəti isə məhkum Təqsirləndirilən şəxs təqdim edilməsi üçün 17 fevral 2021-ci il tarixli 1 (107)-53/2021 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki İstintaq Təcridxanasına göndərilmiş, məhkum Təqsirləndirilən şəxs da 20 fevral 2021-ci il tarixdə müvafiq qəbzə imza edərək rəsmi qaydada qərarın surətini almışdır. Belə olan halda kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 12 (on iki) aylıq prosessual müddətin axımı müdafiəçi üçün 09 fevral 2021-ci il tarixdən, məhkum üçün isə 20 fevral 2021-ci il tarixdən başlamış və şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət 21 fevral 2022-ci il tarixdə başa çatmışdır. Öyrənilmiş cinayə t işi materiallarında görünür ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən tərtib olunmuş kassasiya şikayəti 04 avqust 2022-ci tarixdə imzalanmaqla 11 avqust 2022-ci tarixdə Şəki Apellyasiya Məhkəməsində qeydiyyatdan keçmişdir. Göründüyü kimi müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarından kassasiya şikayətini 21 fevral 2022-ci il tarixə kimi, yəni qanunla müəyyən edilmiş 12 ay ərzində deyil, həmin müddət keçdikdən sonra vermiş və bununla da kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət onun tərəfindən hər hansı üzrlü səbəblər olmadan buraxılmışdır. Kassasiya şikayətinin məzmununa görə, müdafiə tərəfi məhkum Təqsirləndirilən şəxs barəsindəki 09 fevral 2021-ci il tarixli qərardan kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdə verməməsini COVİD-19 virusunun geniş yayılması səbəbi ilə məhkumun qızının Azərbaycana geri dönə bilməməsi, bu səbəbdən kassasiya şikayətin verilməsi müdafiəçi ilə müqavilə bağlamaq imkanın olmaması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarını qanuni və əsaslı, müdafiə tərəfinin dəlilərini isə əsassız hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatət, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayəti subyektiv mülahizələrə deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən obyektiv sübutlara əsaslanmalıdır. Lakin verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəfinin müxtəlif subyektiv mülahizələrdən çıxış etdikləri müəyyən olunur. Belə ki, müdafiəçi kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətdə ilkin olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə edilmiş dəyişiklərdən xəbərsiz olmalarına istinad etdiyi halda kassasiya şikayətində isə fərqli bir əsasdan çıxış edərək COVİD-19 virusunun geniş yayılması səbəbi ilə məhkumun qızının Azərbaycana geri dönə bilməməsinə, bu səbəbdən kassasiya şikayətin verilməsi müdafiəçi ilə müqavilə bağlamaq imkanın olmamasına istinad etmişdir ki, məhkəmə kollegiyası g östərilən bu halı kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı müdafiə tərəfinin atmış olduğu uğursuz addım kimi qiymətləndirir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsi tərəfindən 09 fevral 2021-ci il tarixli qərar qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, həmçinin bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə o deməkdir ki, Z.M.X6 Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarından kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutu lmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Belə ki, Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlah iyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış mü ddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 05 oktyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar