Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-408/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bərdə Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əbilov Qamət Mehman oğlu) Məhkum, xx xxxxxx 1990-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər Bərdə Rayon Məhkəməsinin 13 mart 2008-ci il tarixli hökmü ilə CM-nin 177.2.3, 179.2.2, 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 11 mart 2009-cu il tarixli hökmü CM-ni 177.2.2, 178.2.2, 179.2.2, 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyul 2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 20 (iyirmi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 25 fevral 2013-cü il tarixli hökmü ilə CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmus u üzrə qəti olaraq 03 (üç) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 11 (on bir) gün müddətində hissəsindən şərti olaraq vaztından əvvəl azad olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816 VDQ saylı Qanunu tət biq edilərək həmin cəzasının müddəti 03 (üç) il 08 (səkkiz) ayadək endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən isə həmin cəza Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanaraq qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətə, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən isə həmin cəza Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay azadlıqdan m əhrum etmə cəzasının 9 (doqquz) ay 26 (iyirmi altı) gününün onun tərəfindən çəkilməsi nəzərə alınaraq həmin müddət hazırkı hökmlə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla məhkumun üzərində qəti olaraq 4 (dörd) il 2(iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və həmin cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, bu cəzanın əvvəlinin isə 26 aprel 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Məhkum özgə əmlakını gizlli yolla talamaq məqsədilə 30 iyun 2021-ci tarixdə saat 13 radələrində tanışı Zərərçəkmiş şəx s yaşadığı Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evdən 881 manat dəyərində qızıl-zinət əşyalarını və 100 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilkdə 981 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən dövlət ittihamçısı Kazımov Rövşən Zahid oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum R,M.Mustafayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə) 09 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Məhkum barəsindəki Bərdə Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmdən məhkum olunmuş şəxsin əməlində cinayətlərin xüsusi təhlükəli residivinin müəyyən edilməsinə və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair müddəalar xaric edilmiş, ona Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 9 (doqquz) ay 4 (dörd) gün müddət ona hazırki hökmlə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, onun həmin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qət edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 3 (üç) ilədək endirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində cəza təyin etmənin əsasları və prinsipləri təsbit edilmiş CMnin müvafiq maddələrinə, barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətini belə əsaslandırmışdır ki, onun barəsindəki cinayət işinə baxan Bərdə Rayon Məhkəməsi çıxardığı 26 aprel 2022-ci il tarixli hökmdə səhvən əməlində xüsusilə təhlükəli residivinin olmasını və buna görə də onun təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu müəyyən etsə də, apelyasiya ins tansiyası məhkəməsi bu haqda müddəaları hökmdən xaric etməklə düzgün nəticəyə gəlmiş, lakin CM-nin 58.3-cü maddəsinin tələblərinə zidd olaraq təyin olunmuş cəzaya heç bir münasibətini bildirməmiş və bu hissədə hökmün dəyişdirilmədən saxlanılması barədə ədalətsiz qərar qəbul etmişdir. Halbuki iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar – himayəsində İ qrup əlil olan və ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkən anasının olması, atasının vəfat etməsi, cəzanın onun həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təyin olunmuş cəza yüngülləşdirilə bilərdi. Qeyd olunanlara əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandı rılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəmyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndəCPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasınd a sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliy i, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyas iya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunverici liyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz müraciətində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun törətməsinə görə təqsirli bilindiyi əməlinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və məhkəmələr tərəfindən sonuncunun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi ilə bağlı qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Bununla belə, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu şikayətlə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs, şahidlərin ifadələrinə, maddi sübutların götürülməsi və bir çox digər istintaq hərəkətlərinin aparılması haqqında protokollara, maddi sübutlara, məhkəməəmtəəşünaslıq ekspertizasının rəylərinə, habelə işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsinin tam sübuta yetirilməsi və onun həmin əməlinin CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməsi barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməs i də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunan məsələlərlə bağlı məhkəmələrin gəldikləri həmin nəticələri qanuni hesab edir və onların şübhə altına alınması üçün heç bir əsas görmür. Məhkum barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının v ə azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edi lməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumiyyətlə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Belə ki, CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınma qla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdir ən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsində isə müəyyən edilmişdir ki, Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində tələb olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaş dıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə ə sasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun t örədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daş ıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halla rın düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına gör ə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişd ir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan digər hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkumun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum əvvəllər Bərdə Rayon Məhkəməsinin 13 mart 2008-ci il tarixli hök mü ilə CM-nin 177.2.3, 179.2.2, 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 11 mart 2009cu il tarixli hökmü CM-nin 177.2.2, 178.2.2, 179.2.2, 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyul 2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 20 (iyirmi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsin in 25 fevral 2013-cü il tarixli hökmü ilə CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 (səkkiz) ay 11 (on bir) gün müddətində hissəsindən şərti olaraq vaztından əvvəl azad olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816 VDQ saylı Qanunu tətbiq edilərək həmin cəzasının müddəti 3 (üç) il 8 (səkkiz) ayadək endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətə, CM-nin 66.5-ci madd əsinə əsasən isə həmin cəza Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanaraq qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmünə əsasən, həmin məhkəmə Məhkum barəsindəki Nizami Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, habelə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli və Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmləri ilə (həmin hökmlərlə Məhkum qəsdən az ağır cinayətlər törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur) yaranmış məhkumluqları, yəni sonuncunun üç dəfə ardıcıl olaraq qəsdən az ağır cinay ətlər törətdiyinə görə məhkum olunmasını və həmin məhkumluqları ödənilmədən yenidən qəsdən ağır cinayət törətməsini xüsusi təhlükəli residivin müəyyən edilməsinə əsas yaradan hallar kimi qiymətləndirmiş və buna görə də, həm ona CM-nin 65.2-ci maddəsində xüsusi təhlükəli residivə görə cəzanın təyin edilməsi, həm də CM-nin 56.1.4cü maddəsinin tələblərinə uyğun olaraq onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olması barədə nəticəyə gəlmişdir. Hökmdən Məhkum əməllərində xüsusi təhlükəli residivinin düzgün müəyyən edilməsi və onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olması barədə nəticələrlə razılaşmayan dövlət ittihamçısı R.Z.Kazımov tərəfindən verilmiş apellyasiya protestinə və məhkumun apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi Gənc ə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum hazırki iş üzrə cinayəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmlərindən əvvəl, yəni 30 iyun 2021-ci tarixdə törətməsini nəzərə alaraq belə qənaəti gəlmişdir ki, bu hal məhkumun əməlində cinayətlərin xüsusi təhlkəli residivin yaranması və onun cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməli olması barədə nəticəyə gəlmək üçün əsas vermir və buna görə onun Nizami Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, həmin məhkumluğu ödənilmədən isə yenidən qəsdən az ağır cinayət törətməsi kimi hallara əsaslanaraq özünün 09 sentyabr 2022-ci il tarixli qərarı ilə iş üzrə cinayə tlərin xüsusilə təhlükəli residivin müəyyən edilməsinə və Məhkum cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasına dair müddəaları xaric etmişdir, məhkuma xüsusi təhlükəli residivə görə cəzanın təyin edilməsinə isə heç bir münasibət bildirməyərək ona CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən təyin olunmuş cəzanı dəyişdirmədən saxlamışdır. Qeyd olunmaladır, apellyasiya instansiyası məhkəməsinin bu nəticələri ilə həmçinin həmin məhkəmədə və kassasiya instansiyası məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokurorlar da razılaşmışlar. Məhkəmə kollegiyası isə hesab edir ki, nə qədər ki, barəsində xüsusi təhlükəli residivə görə cəza tədbiri seçilmiş Məhkum əməlində bu ağırlaşdırıcı halın müəyyən edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir, bu hal ona təyin edilmiş azadl ıqdan məhrum etmə cəzasının müddətində də özünü göstərməli idi. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, həmin məhkəmə Məhkum yalnız Nizami Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli hökmü ilə ödənilməmiş məhkumluğunu nəzərə alaraq ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən etmiş, lakin diqqətindən qaçırmışdır ki, birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsnin növünü düzgün müəyyən etməməklə yanaşı həmçinin cəzanın həddini xüsusi təhlükəli residivə görə CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş həddə müəyyən edərkən də cinayət qanunu normasını tətbiqində səhvə yol vermişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, Məhkum başqa cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq T əcridxanasında saxlanılarkən Bərdə rayonunda tanışı Zərərçəkmiş şəxs evindən oğurluq etməsini könüllü olaraq etiraf etmiş, bu haqda həmin Təcridxananın əməkdaşları tərəfindən 20 avqust 2021-ci il tarixli protokol tərtib olunmuş, Zərərçəkmiş şəxs 08 sentyabr 2021-ci il tarixli ərizəsində Məhkumun oğurladığı qızıl-zinyət əşyalarının sonuncu tərəfindən qaytarılmasını, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə - ona vurulmuş bütün ziyanın tam həcmdə ona ödənilməsini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi CM-nin 59-cu maddəsinə istinad edərək həm sonuncu halı, həm də Məhkumun törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini və cavan olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da onun əməlində xüsusi təhlükəli residivin müəyyən edilməsi kimi CM-nin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hala əsaslanaraq ona məhz bu hala görə cinayət qanunvericiliyində müəyyən olunmuş həddə cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu haqda müddəanı xaric etsə də yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə almadan məhkuma həm CM-nin 177.2.3-cü maddəsi ilə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanı dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, cəzanı yüngülləşdirən hallar kimi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış və iş materialları ilə müəyyən edilmiş halları nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş bu nöqsan aradan qaldırılmalı və məhkuma CM-nin 177.2.3-cü maddəsi ilə və CM -nin 66.2.və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar kassasiya şikayətində göstərilən həddə deyil, bundan yuxarı həddədək yüngülləşdirilməli, bu əsasla da Məhkum kassasiya şikayəti qismən təmin edilməlidir. O, ki qaldı, Məhkum himayəsində xəstə və qoca anasının olması, atasının isə vəfat etməsi haqda onun kassasiya şikayətində göstərdiyi hallara, bu halları təsdiq edən sübutlar məhkum olunmuş şəxs tərəfindən istər ibtidai araşdırma orqanına, istərsə də məhkəmələrə təqdim edilmədiyindən məhkəmə kollegiyası CPM-nin 139.0.5-ci maddəsinə əsaslanaraq həmin halların hazırki qərarda nəzərə alınmasını mümkün bilmir. Yuxarıda qeyd olunduğu kimi, CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edib apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini qeyd edərək və kassasiya şikayətinin təmin edilməməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli və Məhkum CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarında dəyişiklik edilməklə ona həm təqsirli bilindiyi maddə ilə, həm də CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzalar yüngüləşdiril məlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 3 (üç) ayadək endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Məhkum hazırki qərarla təyin olunmuş cəza Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ona Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 9 (doqquz) ay 4 (dörd) gün müddətində hissəsi hazırki qərarla təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 26 ( iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-408/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-408/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver