Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-409/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən), X11 və X8 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi və vəkili nun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi - X2 nümayəndə si tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliövsəd Abbasov (sədrlik edən və məruzəçi), Mahmud Ağalarov və Eldar Mikayılovdan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli hökmü ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 120.2.2ci maddəsi ilə 15 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü ma ddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2015-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin iş üzrə maddi sübutlar və məhkəmə xərcləri məsələləri də həll edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilib məhkum edərkən belə nəticəəyə gəlmişdir o, xx xxxx 2015-cı il tarixdə, saa t 04:25-də tanışları X14 və X7 ilə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev küçəsi, 54 saylı binanın həyətində, binanın 2-ci girişinin qarşısında dayandıqları vaxt, həmin girişin ikinci mərtəbəsində yaşayan X10 mənzilinə tanışı X4 ötürən X3 blokda Aysel Mənsimovanı qucaqladığını görüb, sonuncu Aysel Mənsimovadan ayrılıb həyətə çıxarkən onu yanına çağırıb burada yaşadığını, odur ki, gələcəkdə belə hərəkətlərə yol verməməsini, binada anası və bacısının yaşadığını dedikdə, Nazim Ələkbərli «bu vaxt anan, bacın blokda nə gəzir?» deyib, soruşmasını, yəni cüzi səbəbi bəhanə gətirərək, habelə başqa tanışlarının yanında üstünlüyünü nümayiş etdirmək üçün,xuliqanlıq niyyəti ilə öldürmək qərarına gələrək, ictimai qaydalara açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoyaraq, onl ara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə aşkar hörmətsizlik nümayiş etdirib,Nazim Ələkbərlinin tapança gətirəcəyi ilə hədəsindən və beysbol bitası ilə ona xəsarət yetirdiyindənnaməlum mənbədən qanunsuz əldə edib gəzdirdiyi soyuq silah olan bıçaqla Nazim Ələkbərliyəqarnın ön divarının aşağı hissəsində göbəkdən sola və sağa, sağ qalça çuxurunda üç ədəd, bir ədəd öndən arxaya, yuxarıdan aşağıya doğru istiqamətdə qarnın sağ yarısında qarnın yumşaq toxumalarından, nazik bağırsaq müsariqəsindən, nazik bağırsaqlardan keçən, bir ədəd öndən arxaya, yuxarıdan aşağıya doğru sağ qalça çuxurunda daxilə keçərək sağ qalça nahiyəsinin yumşaq toxumalarından kor bağırsaqdan keçib, peritonarxası sahədə yerləşən qalça arteriya və venasını zədələyən, bir ədəd öndən arxaya, azacıq aşağıdan yuxarıya doğru qarnının sol yarısında qarnın ön divarından nazik bağırsağın müsariqəsindən və nazik bağırsaqdan keçən bir ədəd - həm ayrı ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirmiş, orada olan şəxslərin müdaxiləsindən sonra Məhkum məxsus maşınla sonuncunun dostları Nazim Ələkbərlini 5 saylı xəstəxanaya aparmasına və həkimlər tərəfindən göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq Nazim Ələkbərli almış olduğu xəsatərlər nəticəsində baş vermiş kəskin qanitirmədən ölmüş, yəni Məhkum xuliqanlıq niyyəti ilə Nazim Ələkbərlini qəsdən öldürməklə həyatdan məhrum etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(101)-973/2016 saylı hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, həmin hökmün ləğv edilərək Məhkum it tiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri üzrə bəraət verilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı xxx apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(101)-973/2016 saylı hökmünün Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 120.2.2-ci maddəsi ilə daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, AR CM-nın 66.3-cü maddəsinə əsasən ona daha yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilib cinayət qanununun normasını düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmiş dir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(101)-973/2016 saylı hökmünü Məhkum cəza təyini hissəsində dəyişdirilməsini və təqsirləndirilən şəxs barəsində qəti olaraq ömürlük həbs cəzası təyin edilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X2 digər nümayəndəsi X5 da apellyasiya şikayəti verərək, Məhkum Azərbaycan Respublikası CM-nın 120.2.2 və 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair sözügedən hökmün ləğv edilməsinə və qatilin ömürlük azadlıqdan məhrum edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1, zərərçəkmi ş şəxsin hüquqi varisi X2 nümayəndələri Nümayəndə1 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı xxx tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(101)-973/2016 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarından zərərçəkmişin hüquqi varisi və onun nümayəndəsi tərəfindən ayrı-ayırlıqda kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 1(102)-1483/2017 saylı qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı zərərçəkmişin hüquqi varisinin və onun nümayən dəsinin kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlanılmış, kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli, 1(102)636/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayət i qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair xx xxxxxx 2016-cı il tarixli, 1(101)-973/2016 saylı hökmü müdafiəçinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum elan olunmuş ittiham üzrə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif edilmiş əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilmiş və MəhkumAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 11 (on bir) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin olunan və hökmlə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin olunmuş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edimiş, hökm məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-ci il tarixli, 1(102)-1070/2019 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş, kassasiya şikayəti qismən təmin edilmiş, Bak ı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş cəzaya aid hissə hökmdən və qərardan xaric edilmiş, hökmdən və qərardan CM-nin 66.3-cü maddəsinə dair müddəa çıxarılmış, Məhkum üzərində qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsində yenidən baxılmasına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli iclasına təyin edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İşə kassasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi və vəkili kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təqdim edərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş edilmişdir. Ərizə zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi və vəkili tərəfindən imzalanmışdır. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə məhkumun ərizəsi ilə bağlı, zərərçəkmiş şəxsin hüquqi va risi X2 nümayəndəsi nun izahatını vədövlət ittihamçısının çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 414.4-cü maddəsinə görə, müdafiəçi ö z kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi - X2 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №1(102)-409/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-409/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver