Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-409/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1955-ci il tarixdə Göygöl rayonu, Hacıməlik qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, işləməyən, təqaüdçü, məhkumluğu olmayan, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hal- hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 1(104)-420/2022 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, habelə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmü ilə (hakimlər: D.H. İmanov (sədrlik edən), N.T.Əliyev və R.N.Ələkbərli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssi səsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 26 sentyabr 2021-cı tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı ilə, (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ç.B.Məmmədov və E.İ.Xasməmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmü cəza aid hissədə dəyişdirilmiş, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) il 05 (beş) aydan 03 (üç) il 06 (altı) aya endirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, məhkumun müdafiəçisi tərəfindən isə kassasiya şikayəti verilmişdir. Məhkum Ali Məhkəməyə hazırda cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 12 oktyabr 2022-ci il tarixli xx/xx-3666 saylı məktubu ilə müşayiət edilən kassasiya protestinə qarşı etiraz (vəsatət) göndərimişdir. İşin halları: Hökmə əsasən Məhkum 25 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində qızı Şahid2 keçmiş əri, əvvəllər də aralarında dəfələrlə mübahisə və münaqişəsi olmuş Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən evinə gələrək qızı X9 ayrı yaşadığı evdə olmayıb onun evində o lmasını iddia edərək X9 çağırmasını tələb etməsi səbəbindən aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onun, arvadı Şahid1 və qızı X9 ünvanına nalayiq sözlər işlətdikdən sonra o, Zərərçəkmiş şəxs birdəfəlik yaxa qurtarmaq məqsədi ilə sonuncunu öldürmək niyyətinə gəlmiş və bu niyyətlə də Zərərçəkmiş şəxs üstünə hücum çəkib sonuncu ilə qarşılıqlı əlbəyaxa olan zaman evin həyətindəki masa üzərində olmuş məişət təyinatlı mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, o cümlədən həyat üçün mühüm əhəmiyyət kəsb edən döş qəfəsinin ürək yerləşən nahiyəsinə zərbələr endirib, döş boşluğuna nüfuz edərək iki tərəfli hemopnevmoraks, hər iki ağ ciyərin, perikardın, diafraqmanın, yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan döş qəfəsinin sağ yarısı nın ön səthində bir, sol yarısının ön səthində iki ədəd, ayrı-ayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan deşilmiş-kəsilmiş yaralar olmaqla sağlamlığa ağır zərər, həmçinin alt dodağın sol yarısında bir, döş qəfəsinin sol yarısının ön-bayır səthində üç, bayır səthində iki ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan deşilmiş-kəsilmiş yaralar olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olan, ümumilikdə 9 ədəd xəsarət yetirdikdən sonra arvadı Şahid1 onun əlindən bıçağı alaraq hərəkətlərini davam etdirməsinin qarşısını aldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri və etirazlar: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsas olmadan Məhkum cəzasını Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az olan müddətə azaltmaqla məhkumun şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmiş, bununla da Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 62-ci maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməlində qəsdən sağlamlığa ağır zərər vurma cinayətini nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkibi olduğu halda, məhkəmələr tərəfindən onun əməli əsassız olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs öldürməyə cəhd etmə kimi Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə tövsif edilmiş. Əslində Məhkum məqsədinin zərərçəkmiş şəxsi öldürmək deyil, onun qanunsuz hərəkətlərinə qarşısının almaq olmuşdur. Bu səbəbdən hesab edir ki, Məhkum əməlində Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri ol madığından sonuncunun əməlinə düzgün hüquqi qiymət verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya protestinə qarşı etirazında, protestin əsassız olduğunu, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının düzgün və ədalətli olduğunu bildirmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya insta nsiyası məhkəməsinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Məhkum şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları əsalandırmadığını, məhkumun cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutduğu qaydada azaltmaqla ona həddindən artıq yüngül cəza təyin etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkum müdafiəçisi kassasiya şikayətində Məhkum məqsədinin zərərçəkmiş şəxsi öldürmək deyil, onun qanunsuz hərəkətlərinə qarşısının almaq olduğu, buna baxma yaraq onun əməlinin əsassız olaraq qəsdən adam öldürməyə cəhd kimi – Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə tövsif olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilərək Məhkum əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15 maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, Müdafiəçi hazırki qərarın “Kassasiya protesttinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması bar ədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamas ının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Belə ki, Məhkum, zərərçəkmiş Zərərçəkmiş şəx s, Şahid1 və iş üzrə keçən digər şahidlərin ifadələrinə, istintaq hərəkətlərinin protokollarına, maddi sübutlara, məhkəmə ekspertizalarının rəylərinə və digər sübutlara görə hadisə zamanı Məhkum deşici-kəsici xassələrə malik bıçaqdan istifadə etmiş, həmin bıçaqla Zərərçəkmiş şəxs həyati əhəmiyyətli orqanlarının yerləşdiyi nahiyələrinə (döş qəfəsinin ürək yerləşən nahiyəsinə) 3 zərbə vurub (ayrı-ayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan deşilmiş-kəsilmiş yaralar olmaqla sağlamlığa ağır zərər) ümumilikdə isə 9 deşilmişkəsilmiş yaralar yetirmiş, zərərçəkmiş şəxsin hər iki ağ ciyərin, perikardın, diafraqmanın zədələmiş, sonra arvadı Şahid1 onun əlindən bıçağı alaraq hərəkətlərini davam etdirməsinin qarşısını aldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir (qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Məhkəmələr qeyd olunan faktları Məhkum niyyətinin məhz Zərərçəkmiş şəxs həyatdan məhrum etmək olduğunu, lakin arvadı Şahid1 onun əlindən bıçağı alaraq hərəkətlərini davam etdirməsinin qarşısını aldığı üçün - öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs öldürmək məqsədinə çata bilməyərək bu cinayətə cəhd etdiyini göstərən (əməlin Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə tövsifini şərtləndirən) xüsu satlar kimi qiymətləndirilmişlər. Məhkəmələrin həmin faktlara məhz bu cür qiymət vermələri cinayət-prosessual qanunun sübutlar və sübutetməyə, məhkəmə hökmünün (qərarının) əsaslılığına (CPM, maddə 349.5) dair normalarına uyğun olmaqla yanaşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin dispoziyası və cinayətə cəhd etməni nəzərdə tutan 29-cu maddəsi ilə də uzlaşır. Belə ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bənd). Adı çəkilən qərarın 3-cü bəndində göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Birbaşa qəsdin tərifini tə sbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Məhkum isə birbaşa qəsdlə (həyatdan məhrum etməyi arzu edərək) zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı zərbələr vurduğundan, lakin iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs öldürmək məqsədinə çata bilməyib, cinayətkar hərəkətini başa çatdırmadığından, onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə tövsif edilmişdir (yəni, məhkəmələr tərəfindən CPMin 349.4-cü maddəsində nəzərdə tutulmuş məhkəmə hökmünün qanuniliyi barədə tələbə də əməl olunmuşdur). Bu səbəbdən Məhkum şərh edilən əməlinin hüquqi tövsifinin həmin maddələrdən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə dəyişdirilməsi barədə kassasiya tələbi əsaslı sayıla bilməz. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Verilmiş kassasiya protestinə diqqət etdikdə isə aydın olur ki, dövlət ittihamçısı məhkum tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsini və cinayətin hüquqi tövsifini mübahisələndirməmiş, Məhkum münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməsini və sonuncuya Cinayət Məcəlləsinin 29,120.1ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mübahisələndirmişdir ki, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və i ctimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və o nun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi z amanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsində nəzərdə tutulmuş (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəza təyini zamanı əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstər ilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə nəzərdən keçirilməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olmaqla cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalı və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutla r elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olmaqla onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların tələbləri baxımından və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən dövlət ittihamçısının kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, kassasiya protestinin əsaslı olduğu müəyyən edilir. Yuxarıda qeyd olunduğu kimi protest müəllifi Məhkum CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə azadlıqdan mə hrum etmə cəzasının təyin edilməsinin əsassızlığını xüsusilə onda görür ki, apellyasiya məhkəməsi cinayətin ictimai təhlükəliliyinə, xarakterinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi əhəmiyyət verməmiş, müstəsna olmayan halları Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə əsas verən hallar kimi qiymətləndirmişdir. Əslində, hökmdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallardan Məhkum cinayəti törətdikdən bilavasitə sonra təqsirini boynuna almaqla könüllü məlumat verməsi, zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsı, zərərçəkmiş şəxslə barışması, həmçinin apellyasiya məhkəməsi tərəfindən nəzərə alınan cəzanı yüngülləşdirən hallar kimi cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, məhkumun xəstəliyi və yaşı bağlı olan xüsusatlar Cinayət Məcəlləsinin 62.1-ci maddəsində sözügedən güzəştli institutun tətbiqi əsasları kimi təsbit edilən halların dairəsinə aid olan xüsusatlardır. Lakin, Cinayət Məcəlləsinin nə 62.1-ci maddəsi, nə də ki, cəzanın təyin olunması məsələlərinə həsr olunmuş digər müddəaları bu kimi xüsusatların ayrılıqda götürülməklə, işin digər hallarından, o cümlədən cinayətin xarakterindən, ictimai təhlükəlilik dərəcəsindən, törədilmə hallarından asılı olmayaraq - özü-özlüyündə cəzanın AR CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərini təmin etməyəcək həddə yüngülləşdirilməsini şərtləndirən hallar kimi qymətləndirilməsinin mümkünlüyünü nəzərdə tutmamışdır. Hazırki işin cinayətin ictimai-təhlükəliliyi, törədilməsi ilə bağlı olan diqqətəlayiq halları isə odur ki, Məhkum Cinayət Məcəlləsinin 15.5-ci maddəsində xüsusilə ağır cinayət kimi təsnif edilən qəsdən adam öldürmə cəhd etmək kimi cinayətini törətmiş, həmçinin Məhkum ilkin ifadələrindən dəfələrlə Azəri öldürüb ondan canını qurtarmaq istədiyini, həyətdəki stolun üstündə bıçağın olmasını isə məqsədinə nail olmaq üçün yəni Azəri öldürmək üçün əla vasitə kimi gördüyünü bildirmişdir. Cinayətin xarakterini və ictimai təhlükəliliyini səciyyələndirən bu cür halların fonunda apellyasiya məhkəməsinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək ona törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyinə uyğun olmayan həddə yüngül cəza təyin etməsi onu göstərir ki, həmin məhkum barəsində qeyd olunan güzəştli institut tətbiq olunarkən onun şəxsiyyəti ilə yanaşı, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi lazımınca nəzərə alınmamışdır. Qeyd olunanlar onu göstərir ki, əslində apellyasiya məhkəməsinin Məhkum CM-in 62-ci maddəsinin qaydaları əsasında təyin olunmuş həmin cəza vasitəsilə islah oluna bilməsinə inam yaratmasına, cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının həmin güzəştli institutun tətbiqinə yol verməsinə dair qənaəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutların məcmusundan, baxılan məsələnin həlli üçün əhəmiyyətli olan (cəzanın müəyyən edilməsinə təsir göstərən) bütün halların nəzərə alınmasından irəli gəlmir. Bu qaydada, yəni Cinayət Məcəlləsinin 8, 58.3, 62-ci maddələrində göstərilən, cəzanın müəyyən edilməsinə, güzəştli institutun tətbiq edilməsinə təsir gö stərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yünüglləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi qiymət verilməməsi ilə) təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzanın nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini (o cümlədən, sosial ədalətin bərpasını) təmin edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şə raitinə təsirini nəzərə almalıdır. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi üçün əsasın müəyyən oldunğunu, məhkəmələr tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, müdafiəçinin kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, habelə özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, dövlət ittihamçı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protesti isə əmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 iyul 2022-ci il tarixli, 1(104)-420/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkumlar barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cin ayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum X4 haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 1(104)-420/2022 nömrəli qərarı ləğv edilsin.Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-409/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-409/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver