Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-409/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Sübhan Fərmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmü ilə (hakimlər: Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum o lunmamış, Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış, CM-nin 311.3.3-cü və 311.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Məhkum üzərinə isə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuş, davranışı üzərində nəzarətin Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməsi, ona təyin edilmiş sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində istəmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 28 dekabr 2017-ci il tarixli, 11/625-K nömrəli əmrlə keçirilmə qaydasında Bakı şəhəri Pirallahı rayon prokur orunun böyük köməkçisi vəzifəsinə işə qəbul olunmaqla 18 fevral 2020-ci il tarixli 11/87-K nömrəli əmrlə Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş, həmin vəzifədə işləyərkən öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunlarını, cinayət, cinayət-prosessual, inzibati xətalar, mülki-prosessual və digər qanunvericilik aktlarını, habelə Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”nı rəhbər tutmalı olmasına baxmayaraq, buna əməl etməyib, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayə t qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, şübhəli şəxs tərəfindən cinayətin törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplandığı halda, onu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və ona ittiham elan etmək, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək, şübhəli şəxsi tutmaq, onu, zərərçəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyinetmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə) aparmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamveric i funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni X6 tanışı Şahid1 ona hədə-qorxu gəlməsi ilə əlaqədar 19 dekabr 2021-ci il tarixdə yaşadığı mənzildə ülgüclə hər iki qolunun bilək nahiyəsini kəsməklə özünü öldürməyə cəhd etməsi barədə 20 dekabr 2021-ci il tarixdə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə daxil olmuş müraciəti üzrə toplanmış və 28 dekabr 2021-ci il tarixli, 1182x-21 nömrəli dərkənar ilə icraatına daxil olmuş cinayət xarakterli yoxlama materialı üzrə ilkin araşdırma apararkən Şahid7 qeyd edilən hadisənin baş verməsində Şahid1lə yanaşı Şahid3 və Şahid2 da iştirakının olmasını bildirməsi ilə əlaqədar sonunculara və onların yaxın qohumlarına, hədə-qorxu tətbiq edib hədənin icrası üç ün real hərəkətlər edərək material üzrə cinayət işinin başlanmamasına və onların tutulub cinayət məsuliyyətinə cəlb olunmamalarına görə 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Qaradağ rayon prokurorluğunun inzibati binasındakı xidməti otağında, habelə 2022-ci ilin yanvar ayının əvvəllərində istifadəsində olan ***-*****-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” tətbiqetməsi vasitəsi ilə danışıqları zamanı, habelə, eyni niyyətlə, 9 yanvar 2022-ci il tarixdə Şahid3 atası Şahid4 xidməti otağında külli miqdarda maddi nemət olan 30000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəmiş, bundan sonra, 2022-ci ilin yanvar ayının ortalarında “WhatsApp” tətbiqetməsi vasitə silə danışıqları zamanı Şahid1 həmin məbləği verməyə maddi imkanının çatmayacağını bildirdikdə cinayətkar niyyətini davam etdirib tələb etdiyi pul vəsaitinin məbləğini 15000 manata endirib külli miqdarda maddi nemət olan həmin pul vəsaitinin eyni niyyətlə təqdim olunmasını sonuncudan, habelə 2022-ci ilin yanvar ayının ortalarında Şahid2 və onun qardaşı Şahid5 özü üçün birbaşa yolla şəxsən hədə-qorxu tətbiq etməklə rüşvət qismində istəmiş, bundan sonra, 2022-ci ilin yanvar ayının sonlarında Şahid1 “WhatsApp” tətbiqetməsi vasitəsilə danışıqları zamanı həmin niyyətlə 15000 manat pul vəsaitini də verməyə maddi imkanının çatmadığını, yalnız mülkiyyətində olan “Mercedes Benz ML350” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq əldə edəcəyi 8300 manatı həmin niyyətlə ona tə qdim edə biləcəyini bildirdikdə, buna etiraz edib eyni xarakterli hədə-qorxu hərəkətlərini davam etdirib həmin niyyətlə külli miqdarda maddi nemət olan 10000 manat məbləğində pul vəsaitinin təqdim edilməli olmasını qeyd edərək, həmin məbləğdə maddi nemət olan pul vəsaitini özü üçün birbaşa yolla şəxsən hədəqorxu tətbiq etməklə vahid niyyətlə rüşvət qismində istəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi S.F.Əliyev tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 31 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi S.F.Əliyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və bəraətverici əsaslarla cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM) bir sıra müddəalarına, İnsan Hüquqları Avropa Məhkəməsinin bəzi qərarlarına istinad edən müdafiəçi S.F.Əliyev kassasiya şikayətini belə əsaslandırmışdır ki, istər ibdai istintaq zamanı, istə rsə də məhkəmə iclaslarında hüquqlarını müdafiə etdiyi şəxsin CM-nin 311.3.3 və 311.3.4-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsini təsdiq edən hər hansı bir sübut əldə olunmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrində qeyd etdikləri sübut kimi qiymətləndirilən şahid ifadələri ilə də təsdiq olunmuş, iş materiallarında olan və Şahid1 tərəfindən qərəzli formada tam şəkildə yazılmayan səs yazıları ilə isə ümumiyyətlə hüquqlarını müdafiə etdiyi şəxsin CM-nin 311.3.3 cü və 311.3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq olunmamışdır. Çünki həmin səs yazılarında kompromis xarakterli və hüquqlarını müdafiə etdiyi şəxsin icraatında olan digər cinayət işi ilə bağlı adı ç əkilən şəxslərin zərərçəkmiş şəxslərlə barışmasına istiqamətlənən danışıqlar olmuşdur. Lakin Şahid1 tərəfindən məhz zərərçəkmişlərə dəymiş ziyanın ödənilməməsi üçün qərəzli olaraq Məhkum səsinin bir qisminin yazılmış olması cinayət işi üzrə icraat müddətinin uzadılmasına səbəb olmuşdur. Məhkum təqsirləndirilməsinə dair cinayət işində mövcud olan səs yazısı da onu göstərir ki, ittihamda göstərilən məbləği Məhkum Şahid1 şikayət edən şəxslərə vermək məqsədilə istəmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin təqsirlilik məsələsi həll edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada - tam, hərtərəfli və obyektiv yoxlanılmadın qiymətləndirməmiş, həmin sübutların sübutetmə predmetinin müəy yən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə kifayət etməməsinə əhəmiyyət verilməmişdir. Bundan başqa, kassasiya şikakyətinin müəllifi qeyd etmişdir ki, rüşvət predmeti olması iddia olunan pul vəsaitlərinin mövcudluğu məsələsi və hansı məqsədlə istifadə olunması isə ümumiyyətlə məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin ibtidai istintaq zamanı Məhkum Şahid1i ona məxsus olan avtomobili satmağa məcbur etməsi barədə sonuncu həqiqətə uyğun olmayan ifadələr versə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Şahid1 məxsus olan “Mercedes ML 350” markalı avtomobilin satılması barədə məlumatı o, turbo.az saytına 23 dekabr 2021-ci il tarixdə öz nömrəsi ilə yerləşdirmiş və 23 yanvar 2022-ci il tarixdə həmin məlumat onun tərəfindən yeniləmişdir. Bu hal digər sübu tlarla da təsdiq edilmişdir. Bundan başqa müdafiəçi S.F.Əliyev onu da vurğulamışdır ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı Şahid1 şahid kimi yenidən dindirilməsini və apellyasiya məhkəməsində icraatın məhkəmə istintaqı aparılmaqla həyata keçirilməsini xahiş etsə də, məhkəmə tərəfindən onun vəsatəti təmin edilməmişdir. Halbuki bu zəruri olmuşdur ona görə ki, Şahid1 sonradan özü də Məhkum təqsirinin olmaması istiqamətində ifadələr vermiş, lakin birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxararkən bu ifadələri nəzərə almamış, apelyasiya instansiyası məhkəməsi də eyni səhvə yol vermişdir. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi S.F.Əliyev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum və onun müdafiəçisi S.F.Əliyev naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi S.F.Əliyevin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatl andırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək məhkəməyə Məhkum və onun müdafiəçisi S.F.Əliyevin birgə imzaladıqları ərizə daxil olmuşdur. Ərizədə Məhkum və müdafiəçi S.F.Əliyev kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişlər. Ərizə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Mhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığ ı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum və onun müdafiəçisi S.F.Əliyevin ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi S.F.Əliyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum və müdafiəçisi S.F.Əliyevin ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından onun müdafiəçisi S.F.Əliyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-409/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-409/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver