Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-41/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3 Zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Ağdam rayonunun Muradbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ”xxxx” MMC-nin kadrlar şöbəsinin rəisi işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin (bundan sonra CM-in) 120.1, 228.1 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli hökmünə əsasən (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər: E.H.Vəliyev və İ.X.Həsənzadə) Məhkum Azərbaycan Respublikası CM-in 120.1, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 120.1-ci maddəsi ilə ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, ona qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 28 avqust 2015ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim C.C.Ramazanov, hakimlər: S.A.Mirzəyev və F.A.Qasımov) apellyasiya protesti və şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinay ətlər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 120.1ci maddəsi ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 09 ilə endirilmiş və həmin cəza CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum CM-nin 228.1 və 228.4-cü maddələri ilə təyin edilmiş cəzaları ilə qismən toplanmaq yolu ilə, ona qəti olaraq 09 (doqquz) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkum ittiham irəli sürülmüşdür ona görə ki, o, X5, onun yaxın münasibətdə olduğu X2 sevgi münasibətlərinin bərpası ilə və yenidən münasibət qurmaq istəməsi ilə bağlı tez-tez narahat etdiyinə, onu isə tanımadığı halda barəsində müxtəlif yerlərdə nalayiq ifadələr işlətdiyinə, 27 avqust 2015-ci il tarixdə isə H6 işlədiyi turizm şirkətinə gedərək ye nidən onu narahat etdiyinə, bu əməllərindən əl çəkməsi üçün ümumi tanışları olan X1 vasitəsilə H6 onunla yaşaması barədə Nadir İbrahimovu xəbərdar edərək onların bu münasibətlərinə müdaxilə etməməsini bildirsə də, həmin günü saat 22.30 radələrində Yasamal rayonunda yerləşən '"Şokoladniça" restoranından onunla çıxan H6aya zəng edən şəxsin onun haqqında ağır söyüşlər etdiyini eşidib, həmin şəxsin N6 olduğunu bilərək telefonu H6 alıb sonuncudan onu tanımadığı halda barəsində nədən söyüş söydüyünü soruşmuş, N6 isə heç bir əsaslı səbəb olmadan onu və ailə üzvlərini nalayıq ifadələrlə söydüyündən həmin söyüşləri təhqir kimi qəbul edib sonuncudan qisas almaq üçün öldürmək qərarına gələrək, H6anı Tbilisi prospektində düşürüb, qanunsuz olaraq əldə edib avtomaşınında gəzdirdiyi odlu silah olan FİK-2 017 nömrəli "Makarov" markalı tapançanı götürüb hazır vəziyyətə gətirərək gödəkcəsinin altında belinə yerləşdirib, A6 ilə əlaqə saxlayaraq sonuncunun dostları ilə oturduğu Neftçilər prospektində yerləşən "145"' çay evinə gəlmiş, orada A6 onu N6la görüşdürməsini xahiş etmiş, A6 isə onları görüşdürməkdən imtina etdiyi üçün, N6u özü axtarıb tapması qərarına gəlməklə, onun "Lexus" markalı, nömrəsi "333" ilə qurtaran avtomaşını olmasını və təxmini olduğu yerləri güman edərək, həmin vaxt "145" çay evində olan dostu X6 əsl niyyətini demədən onunla birlikdə özünə məxsus **-*********-*** dövlət qeydiyyat nişanlı "Lexus LX570" markalı avtomaşını ilə N6un Nizami rayonu, Q.Qarayev və Neftçilər metrosunun ətrafında olması ehtimalı ilə həmin istiqamətdə müxtəlif küçələrdə avtomaşını idarə edib, 28 avqus t 2015-ci il tarixdə saat 00.30 radələrində ünvan 2 ünvanında yerləşən "Şuşa'* restoranının qarşısından keçərkən, N6a məxsus **-*********-*** dövlət qeydiyyat nişanlı "'Lexus LX570" markalı avtomaşını kafenin qarşısında görüb dayanmış, avtomaşından düşərək "N6" deyə səslənəndə səkidə qulağında telefon dayanmış şəxsin ona tərəf baxdığını görüb, "mənəm R6" demiş, bu vaxtı onun istiqamətində qaçaraq onun və ailəsinin ünvanına yenidən nalayiq ifadələr işlədən şəxsin X7 olduğunu bilmiş, qısqanclıqdan doğan şəxsi münasibətlər zəminində qisas almaq üçün, qanunsuz olaraq üzərində gəzdirdiyi odlu silah olan və əvvəlcədən atəşə hazır vəziyyətdə saxladığı "Makarov" markalı HK-2017 nömrəli tapançanı gödəkcəsinin altından çıxarıb ona tərəf qaçaraq birneçə dəfə atəş açmış, ilkin atəşlər nəticəsində arxa sı üstə yerə yıxılan N6 həmin vəziyyətdə atəşləri davam etdirərək ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan sol ağciyərin zədələnməsi, sol tərəfli hemopne*********otoraksla müşayiət olunan döş qəfəsinin sol və sağ yan səthlərini 1 ədəd dəlib keçən, sol döş boşluğuna keçən 1 kürək və sol bazu oynağının ön səthinin 1 ədəd dəlib keçən, solağciyərin zədələnməsi ilə müşayiət olunan onurğanın döş nahiyəsinin sol onurğayam xətt üzrə 1 ədəd kor qurtaran, habelə canlı şəxslərdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən sol bazunun və döş qəfəsinin sağ yan səthinin aşağı şöbəsinin 2 ədəd səthi toxunan xəsarətlərlə müşayiət olunan döş qəfəsinin odlu silah yaralanmaları fonunda sol ağ ciyərin zədələnmə ləri nəticəsində inkişaf etmiş ölümünə səbəb olan hemorragik şokla nəticələnən ağır xəsarətlər yetirərək qəsdən öldürmüş, habelə hadisə yerinə gəldiyi özünə məxsus "Lexus LX570" markalı ***********-*** dövlət qeydiyyat nişanlı avtomaşında qanunsuz olaraq əldə etdiyi soyuq silah hesab edilən bıçağı gəzdirmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif edilərək Məhkum həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı hədd ə cəza təyin edilməsi, Məhkum CM-nin 228.4-cü maddəsi ilə bağlı verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, birinci instansiya məhkəməsinin hökmündə Məhkum əməli əsassız və qanunsuz olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmiş, apellyasiya instansiyası məhkəməsi də həmin hökmü dəyişdirilmədən qüvvədə saxlamaqla cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Müdafiə tərəfinin mövqeyi ondan ibarətdir ki, Məhkum zərərçəkmiş şəxs X5 mütəmadi ağır təhqir, qanunsuz və əxlaqsız davranışında ifadə olunan hərəkətləri ilə əlaqədar yaranmış güclü ruhi həyəcan (affekt) vəziyyətində sonuncunu öldürmüş və bununla da CM-nin 122.1-ci maddəsində nəzərdə tutulan əməli törətm işdir. Nadir İbrahimovun qanunsuz və əxlaqsız hərəkətləri iş üzrə toplanmış materiallarla tam təsdiq olunur. Müdafiəçi hesab edir ki, bəzi hallarda zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışından dərhal sonra deyil, müəyyən müddət keçəndən sonra da təqsirkarda qəflətən yaranan güclü ruhi həyəcan vəziyyəti zərərşəkmiş şəxsin qətlə yetirilməsi ilə nəticələnə bilər. Şikayət müəllifi eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı CPM-nin 399.1.1-ci maddəsinin tələbləri pozularaq məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan çıxarılmışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum “Şəxsiyyətin isterik tipli pozuntusu tez-tez dekompensasiyalarla” diaqnozu ilə Azərbaycan Respublik ası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə aldığı nəzərə alınmaqla onun barəsində kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizası təyin edilməsi və ekspertizanın həmin şəraitdə keçirilməsi düzgün nəticəyə gəlinməsi üçün kifayət deyil. Zəruri idi ki, kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizası təyin edilsin və obyektiv rəy alınsın. Şikayət müəllifinin fikrincə Məhkum hərəkətlərində CM-nin 228.4-cü maddəsinin də əlamətləri yoxdur və həmin maddə ilə də onun barəsində əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işi xitam edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilmə məsi barədə dövlət ittihamçısı R6 və zərərçəkmiş şəxsin hüquqi varisi E6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə,barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin qəsdən adam öldürmə epizodu üzrə hüquqi tövsifi və qanunsuz olaraq soyuq silah hesab edilən bıçağı gəzdirmə epizodu üzrə isə təqsirliliyi mübahisə edilir. Hesab edilir ki, Məhkum əməli CM-nin 120.1-ci maddəsindən 122.1-ci maddəsinə tövsif edilməli və CM-nin 228.4-cü maddəsi ilə olan hissədə isə əməlində cinayət tərkibi olmaması əsası ilə xitam edilməlidir. Kassasiya şi kayətində zərərçəkmiş şəxs X5 təqsirləndirilən şəxs Məhkum tərəfindən qəsdən öldürülməsinin sübutları mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununla əlaqədar sübutların geniş şərhini zəruri hesab etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbə b olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X15rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərar ın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclasların da faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlini CM-nin 120.1, 228.1 və 228.4-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. CM-in 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə deməkdir. CM-in 122.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə şəxsin həmin maddə ilə cinayət məsuliyyətini yaradır. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 4-cü bəndində tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. CM-nin 122.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddənin CM-nin 120.1-ci maddəsində qəsdən adam öldürmənin təsvir olunan anlayışından fərqi cinayətin subyektiv cəhətinin əlaməti olan, zərərçəkmiş şəxs tərəfindən edilən qanunsuz və əxlaqsız hərəkətlər nəticəsində təqsirləndirilən şəxsdə yaranan emosional (yəni güclü ruhi həyəcan) vəziyyətdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə təqsirləndirilən şəxsin əməlinin CM-nin 122.1-ci maddəsi ilə tövsif edilməsi üçün zəruri olan ilk şərt zərərçəkmiş şəxs tərəfindən ona qarşı edilən qanunsuz və əxlaqsız hərəkətlərin edilməsidirsə, 2-ci şərt təqsirləndirilən şəxsdə emosional (yəni güclü ruhi həyəcan) vəziyyətin dərhal yaranması və həmin vəziyyətdə ona qarşı qanunsuz və əxlaqsız hərəkərlər etmiş şəxsi öldürmək qərarına gəlməsidir. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq qanunsuz olmalı və həm fiziki, həm də psixi formada olmaqla döymədə, sağlamlığa zərər vurmada, zorlamada, rüsvayedici məlumatlar yaymaqda və sairədə ifadə oluna bilər. Zərərçəkmiş şəxs tərəfindən edilən əxlaqsız hərəkətlər faktiki və ya rəsmi nikahda olan ər-arvadın biri digərinə aşkar xəyanət etməsində və sairədə ifadə oluna bilər. İş üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, və kassasiya şikayətinin müəllifi tərəfindən də etiraf edilir ki, Məhkum əməlinin CM-nin 122.1-ci maddəsi ilə tövsif edilməsi üçün zəruri olan, Məhkum zərərçəkmiş şəxs N6un ona qarşı etdiyi qanunsuz hərəkətlər nəticəsində güclü ruhi həyəcanın qəflətən baş verməsi əlaməti yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən arqumenti, yəni müəyyən müddət keçəndən sonra da təqsirkarda qəflətən yaranan güclü ruhi həyəcan vəziyyəti zərərşəkmiş şəxsin qətlə yetirilməsi ilə nəticələnə bilməsi arqumentini əsassız hesab edir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik və psixoloji ekspertizaların rəyi də kassasiya şikayəti müəllif inin həmin arqumentinin əsassız olduğunu təsdiq edir. Müdafiəçinin, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarının CPM-nin 399.1.1-ci maddəsinin tələbləri pozularaq məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan çıxarılması, təqsirləndirilən şəxs Məhkum “Şəxsiyyətin isterik tipli pozuntusu tez-tez dekompensasiyalarla” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə aldığı nəzərə alınmaqla onun barəsində kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixioloji ekspertizası təyin edilməsi və ekspertizanın həmin şəraitdə keçirilməsi düzgün nəticəyə gəlinməsi üçün kifayət olmaması, kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixioloji e kspertizası təyin edilməklə rəy alınmasının zəruri olmasına dair kassasiya şikayətində irəli sürdüyü dəlilləri də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki,stasionar məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının keçirilməsinin zəruri olması üçün iş materiallarında heç bir əsas yoxdur və kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixioloji ekspertizasını keçirmiş ekspertlər də bunu zəruri hesab etməmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunun mənasına görə zərərçəkmiş şəxs tərəfindən edilən hər bir təhqir təqsirləndirilən şəxsdə güclü ruhi-həyəcan vəziyyətinin yaranması nəticəsinə gəlməyə əsas vermir. CM-nin 122.1-ci maddəsinin dispozisiyasında zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir nəzərdə tutulur ki, belə təhqir də təqsirlən dirilən şəxsin şəxsiyyətinin, şərəf və ləyaqətinin müstəsna dərəcədə kobudluqla alçaldılmasında ifadə olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin Məhkum hərəkətlərində CM-nin 228.4-cü maddəsinin əlamətlərinin olmaması barədə arqumentləri də əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 120.1, 228.1 və 228.4-cü maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişdir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutları n tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №1(102)-41/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-41/2019
13.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver