Məhkəmə qərarları › İş №1(102)-41/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-41/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-41/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, katib İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum b arəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: N.M.Əliyev (sədrlik edən), R.İ.Hüseynov (məruzəçi) və C.C. Ramazanovdan ibarət tərkibdə) Məhkum - xx xxxxx 1971-ci ildə Balakən rayonu, Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Balakən rayonu, Yeni Şərif kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 237.2.3-cü maddəsi ilə 5 (beş) il müddətə, CM-in 234.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəza larına, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum qəti cəza 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etmə cinayət əməlini törətmişdir. Məhkum 2017ci ilin noyabr ayında X2 Respublikasından çətənə bitkisinin toxumlarını əldə edərək saxlamış, 2018-ci ilin yanvar ayında ünvan 2 ünvanında yerləşən evinin biri nci mərtəbəsində otaqların birini xüsusi örtüklə izolya edərək narkotik tərkibli bitkiləri yetişdirmək və qurutmaq üçün müxtəlif növ avadanlıqlarla təchiz edilmiş istilik vermə cihazları, məqsədyönlü buxarlandırma sistemləri, xüsusi hazırlanmış ultrabənövşəyi şualandırma işıqları, enerji saxlayıcı batareyalar, istilik ölçmə cihazları, kiçik ölçülü otaq şəraitinə uyğun hazırlanmış trasfarmator və digər zəruri avadanlıqlarla təchiz edərək özündə saxladığı toxumların bir hissəsini 2018-ci ilin fevral ayının ortalarında qanunsuz olaraq həmin otaqda əkmişdir. Bitmiş çətənə (kannabis) bitkilərindən əldə etdiyi külli miqdarda 46 kiloqram 145,52 qram qurudulmuş marixuananı bir ədəd plasmas qabda, dörd ədəd kisədə və üç ədəd sellofanda qablaşdırıb yaşadığı evin birinci mərtəbəsində satış məqsədi il ə qanunsuz olaraq saxlamışdır. 2018-ci ilin aprel ayında yenidən toxumların bir hissəsini qanunsuz olaraq əkmiş, bitmiş külli miqdarda 40 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini qeyd edilən otaqda böyütmüş, daha sonra dibçəklərdə əkərək yaşadığı evin həyətində düzəltdiyi istixanaya köçürmüşdür. 2018-ci ilin may ayının əvvəllərində toxumların daha bir hissəsini dibçəklərdə əkmiş, bitmiş külli miqdarda 95 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə narkotik vasitənin yetişdirilməsi və qurudulması üçün düzəltdiyi otaqda alaq otlarından təmizləyib suvararaq, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmişdir. xx xxx 2018-ci ildə saat 14:00 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Məhkum həyə tyanı torpaq sahəsinə baxış keçirilərkən həyətdə olan istixanada əkdiyi külli miqdarda 45 ədəd, evin içərisində olan laboratoriyada əkdiyi 90 ədəd cəmi 135 ədəd tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri, 11,200 kiloqram qurudulması üçün sərilmiş külli miqdarda narkotik vasitə olan qurudulmamış marixuana, bir ədəd plasmas qabda, dörd ədəd kisədə və üç ədəd selofanda qablaşdırılmış külli miqdarda 46 kiloqram 145,52 qram qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: M.M.Hüseynov (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə ap ellyasiya şikayəti qismən təmin edilərək, hökm dəyişdirilmiş, məhkuma Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilə və CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti 10 (on) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, bir əmələ görə iki maddə ilə cəzalandırılmışdır, cinayət işi üzrə toplanmış sübutlar CPM-nin 146.1-ci maddəsinin tələbinə cavab vermir. Avar m illətindən olsa da tərcüməçinin iştirakı təmin edilməmişdir. Latın qrafikasını bilmədiyi üçün iş materialları ilə tanış olmamış və vəsatət verə bilməmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, k assasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarında olan birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan müəyyən edilir ki, Məhkum özünü elan edilmiş ittihamda qismən təqsirli bilmiş, birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində isə əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilərək, bu qanun əsasında ona cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar apellyasiya şikayətinin dəlillərini araşdırıb hüquqi qiymət vermişdir. Kassasiya şikayətində isə məhkum Avar millətindən olsa da tərcüməçinin iştirakının təmin edilməməsindən, latın qrafikasını bilmədiyi üçün iş materialları ilə tanış olmamasından şikayət etmişdir. Cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra cinayət işinin materia lları ilə müdafiəçisinin iştirakı ilə tanış olarkən isə məhkum heç bir şikayətinin və tələbini olmamsı barədə tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli protokoldakı qeydi öz imzası ilə təsdiq etmişdir. Şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri barədə protokollarda “Azərbaycan dilini latın əlifbası ilə sərbəst oxuya və yaza bilirəm” qeydini müdafiəçisinin iştirakı ilə öz imzası ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. Kassasiya şikayətində həm də məhkum cinayət işi üzrə toplanmış sübutların CPMnin 146.1-ci maddəsinin tələbinə cavab vermədiyini göstərsə də konkret dəlillərə istinad etməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki məhkumun Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərini təsdiq edən mötəbər sübutların məcmusu tam toplanmış və məhkumun cinayət əməllərinin hüquqi tövsifi üçün kifayət edən həddədir. Cəza təyini məsələsinə gəldikdə cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Məhkum əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2007-ci il təvəllüdlü Qismət adlı bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, cəzasını a ğırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilən halların nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası apellyasiya instansiya məhkəməsi tərəfindən onun səhhətində yaranmış problemlər də nəzərə alınaraq dəyişdirilərək yüngülləşdirilmişdir. Məhkumun cəzasını yüngülləşdirilməsi üçün başqa qanuni əsasların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar