Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-41/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Əkbərov Xaqani Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin (hakim X7) xx xxxxxx 2019-cu İl tarixli hökmü ilə, Məhkum-xx.xx.1973-cü ildə Ağdam rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli,işləməyən, İ qrup Qarabağ əlili, məhkumluğu olmayan, hazırda Bərdə rayonu, Şahvəlillər kəndində məskunlaşmış, barəsində başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (i ki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxx 2005-ci ildə anadan olmuş qızı Zərərçəkmiş şəxs ilə 2013-cü ilin iyundan başlayaraq 2017-ci ilin oktyabr ayınadək 14 yaşına, yəni yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxsnı bir valideyn kimi tərbiyə etmək vəzifəsi daşımağa borclu olduğu halda həmin vəzifəsini yerinə yetirməyərək, qeyd olunan tarixlərdə Zərərçəkmiş şəxsyə qarşı Bərdə rayonu, Şahvəlilər kəndində yaşadığı evində ailə üzvülərindən kimsənin olmadığı halda zor tətbiq etmədən əxlaqsız hərəkətlər, yəni öz cins iyyət üzvünü qızı Zərəçəkmiş şəxsnın qıçlarına, arxa nahiyəsinə və bədənin müxtəlif nahiyələrinə sürtməklə özündə cinsi ehtiras hissləri yaratmaqda ifadə olunan əxlaqsız hərəkətlər etmə cinayət əməlini törətmişdir. Məhkum müdafiəçisi-vəkil Teymurov İslam Teymur oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Əkbərov Xəqani Məhəmmədəli oğlu kass asiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün və bunun əsasında çıxarılmış Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi-vəkil Əkbərov Xəqani Məhəmmədəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hökm çıxararkən təqsirləndirilən şəxsin 1-ci qrup əlil olmasını, ağır şəkər xəstəsi olmasını, müharibədə olan zaman kantuziya almasını nəzərə alınmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi ittiham edən şahidlərin, əsas etibarilə zərərçəkmiş şəxsin ifadələrinə üstünlük vermişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 28.1, 28.4.1, 28.4.2, 28.4.3 və 28.5-ci maddələrinin tələbl ərini kobud surətdə pozmuşdur. Şahidlərin məhkəmə iclasındakı ifadələri düzgün qeyd edilməmiş, təhrif edilmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiya sı məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Müdafiəçisi-vəkil Əkbərov Xaqani Məhəmmədəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hökm çıxararkən təqsirləndirilən şəxsin 1-ci qrup əlil olmasını, ağır şəkər xəstəsi olmasını, mühari bədə olan zaman kantuziya almasını nəzərə alınmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi ittiham edən şahidlərin, əsas etibarilə zərərçəkmiş şəxsin ifadələrinə üstünlük vermişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 28.1, 28.4.1, 28.4.2, 28.4.3 və 28.5-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Şahidlərin məhkəmə iclasındakı ifadələri düzgün qeyd edilməmiş, təhrif edilmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hökmünə əsasən Məhkum xx xxxx 2005-ci ildə anadan olmuş qızı Zərəçəkmiş şəxs ilə 2013-cü ilin iyundan başlayaraq 2017-ci ilin oktyabr ayınadək 14 yaşına çatmayan qızı Zərərçəkmiş şəxsnı bir valideyn kimi tərbiyə etmək vəzifəsi daşımağa borclu olduğu halda həmin vəzifəsini yerinə yetirməyərək, qeyd olunan tarixlərdə Zərərçəkmiş ş əxsyə qarşı Bərdə rayonu, Şahvəlilər kəndində yaşadığı evində ailə üzvülərindən kimsənin olmadığı halda zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı sərbəst ifadələrində, təqsirləndirilən şəxslə üzləşdirilməsi zamanı və həm də məhkəmə iclaslarındakı ifadlərində eyni məzmunlu, elan edilmiş ittihama uyğun ifadələr vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməpsixoloji ekspertizanın rəyinə əsasən X4 əqli inkişafında psixi xəstəliklə ələqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. X8 yaş və fərdi-psixi xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə qarşılaşdığı şəraitdə ona qarşı edilən hərəkətləri adekvat olaraq qavramaq, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zər ərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə öz hərəkətlərini idarə etmək və qarşılaşdığı şəraitdə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malikdir. X15 qızının fərdi- psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxsin öz təqsirsizliyinə dəlalət edən dəlillər, Zərərçəkmiş şəxsnın babası və nənəsinin təsiri altında, onun qulluğuna ehtiyaclarının olduğu üçün ona qarşı böhtan xarakterli ifadə verməsi barədə dəlillər öz təsdiqini tapmamış, əksinə şahidlər X3, X2, X5 və X6 ifadələri ilə tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Məhkum öz təqsirsizliyinə dair irəli sürdüyü dəlillər, eləcə də baxılan kassas iya şikayətində göstərilən dəlillərin əsaslılığı və həqiqətə uyğunluğu birinci və apelyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv yoxlanılmış və təkzib edilmişdir. Şahidlərin ifadələrinin düzgün yazılmaması və təhrif olunması heç bir sübutla təsdiq edilməmiş və bu barədə məhkəmə iclası protokollarına kimsə tərəfindən hər hansı qeyd verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən Məhkum 1-ci qrup əlil olmasının, ağır şəkər xəstəsi olmasının, müharibədə olan zaman kantuziya alması kimi halların nəzərə alınmaması barədə dəlillər də əsassızdır. Belə ki, cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən müəyyən edilir ki, məhkəmə cəza təyini məsələsini həll edərkən Məhkum yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində zərərçəkmişlə birlikdə 3 azyaşlı uşağın olmasını və İ dərəcəli Qarbağ müharibəsi əlili olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər subyektiv mülahizə xarakterli əsassız dəlillər olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tar ixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Əkbərov Xaqani Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı Məhkum müdafiəçisi-vəkil Əkbərov Xaqani Məhəmmədəli oğ lunun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-41/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-41/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver