Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-41/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 1(103)-1439/2022 nömrəli il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 25 may 2022-ci il tarixli 1(101)-1056/2022 nömrəli hökmü ilə xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla xxx küçəsi ev 58 mənzil 7 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum e dilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxslə əldə edəcəkləri külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qiymətinə və çəkisinə dair əvvəlcədən sövdələşib razılığa gələrək qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib sonuncunun Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində gizlətdiyi yerdən istintaqa məlum olmayan mənbədən götürməklə 47,868 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 9,733 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2021-ci il tarixdə səhər saatlarında qanunsuz əldə edərək üzərində saxlayaraq daşıyıb evinə gətirmiş, orada hissələrə bölərək narkotik vasitə heroini üç ədəd, psixotrop maddə metamfetamini isə iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərə qablaşdırmış, bir hissəsini yaşadığı, ünvan 2 ünvanında gizlətməklə, digər hissəsini isə üzərində daşıyaraq saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 10:30-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Kazımovski küçəsi ev 58 ünvanının yaxınlığında saxlanılaraq gətirildiyi Binəqədi rayo n Polis İdarəsinin 7-ci Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd şəffaf sellofan bağlamaya bükülmüş təmiz çəkisi 38,044 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bağlamaya bükülmüş təmiz çəkisi 4,153 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra elə həmin tarixdə Məhkum özünün razılığı ilə yaşadığı, ünvan 2 ünvanına keçirilmiş baxış zamanı mənzilin ona aid otağındakı kreslonun və güzgülü dolabın üzərindən narkotik vasitələrin və psixotrop maddələrin qablaşdırılması və alışdıraraq tüstüsünü çəkmək üçün hazırlanan, üzərilərində narkotik vasitə h eroinə məxsus izlər olan bir neçə ədəd kiçik ölçüdə kəsilmiş şəffaf sellofan parçaları, 16(on altı) ədəd kiçik ölçülü plastik borucuqlar, gümüşü rəngli kağız-folqa parçaları və 20(iyirmi) ədəd alışqanlar, otaqdakı masanın üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 9,051 qram və 0,773 qram olmaqla iki ədəd şəffaf sellofan bağlamalara qablaşdırılmış ümumi təmiz çəkisi 9,824 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bağlamaya qablaşdırılmış təmiz çəkisi 5,580 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Faiq Qasımov (sədrlik edən və mə ruzəçi) Elmar Rəhimov və Kamran Əkbərov) 18 oktyabr 2022-ci il tarixli 1(103)-1439/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(101)-1056/2022 nömrəli hökmü ilə dəyişdirilmiş, hökmlə Məhkum təyin edilmiş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(103)-1439/2022 saylı qərarını ləğv edib, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3 maddəsi ilə ittihamından xaric edib, bəraət hökmü çıxarıb və ittihamın 234.1 maddəsi ilə ona cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayət ini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, nə cinayət işi üzrə ibtidai istintaq zamanı, nə məhkəmələrdə məhkumun narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən heç bir hal müəyyən edilməmiş, məhkum özü narkotik vasitə heroini istifadə edir və onun aldığı heroinin miqdarı onun bir aylıq tələbatına uyğun gəlir. Ona görə də müdafiəçi hesab edir ki, məhkum sırf narkotik vasitələrinin istifadəçisidir, narkotiklərin satışı ilə məşğul olmayıb, onun 47 qram miqdarında heroini məhz satış məqsədi ilə alması və ümumiyyətlə onun narkotik vasitələrin satışı ilə məşğul olması sübutlarla təsdiq olunmur. Satış məqsədi sübuta yetirilmədiyi halda əməl CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin maddənin dispozisiyası, sa tış məqsədi olmadan istifadəçinin üzərində külli miqdarda narkotik vasitənin aşkar edilməsin nəzərdə tutur. Bu maddənin cinayət məcəlləsinə əlavə olunmasına baxmayaraq istintaq və məhkəmə yalnız narkotikin miqdarına əsaslanaraq, ədalətsiz nəticəyə gələrək, qeyri-obyektiv hökm və qərarlar qəbul edirlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apelyasiya məhkəməsinin qərarı aşağıda göstərilən səbəblərə görə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protest inə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olduğu halda məhkəmələr əsassız olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmə nin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Qanunun yuxarıda qeyd edilən normalarına görə Məhkum təqsirli bilindiyi cinayət tərkibinin bütün əlamətləri məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutlarla təsdiq edilməlidir. İbtidai istintaqın ittihamı ilə razılaşan birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxslə əldə edəcəkləri külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qiymətinə və çəkisinə dair əvvəlcədən sövdələşi b razılığa gələrək qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib sonuncunun Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində gizlətdiyi yerdən istintaqa məlum olmayan mənbədən götürməklə 47,868 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 9,733 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2021-ci il tarixdə səhər saatlarında qanunsuz əldə edərək üzərində saxlayaraq daşıyıb evinə gətirmiş, orada hissələrə bölərək narkotik vasitə heroini üç ədəd, psixotrop maddə metamfetamini isə iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərə qablaşdırmış, bir hissəsini yaşadığı, ünvan 2 ünvanında gizlətməklə, digər hissəsini isə üzərində daşıyaraq saxlamışdır. Azərbaycan Respublikası CPM-in 34-cü maddəsinə görə q abaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət dedikdə bu cinayətin qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmi şdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi kon kret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı və məhkəmələr Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməli istintaqla müəyyən edilməmiş İİR-n vətəndaşı olan Aydın adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxslə törətməsinə dair nəticəyə onun ifadəsinə əsasən gəlmişlər. Məhkəmə ba xışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni iranlı Aydın adlı şəxsdən “Whatsapp” mobil tətbiqi vasitəsilə alırmış. İranlı şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsilə istifadəsində olmuş ********** saylı mobil nömrə vasitəsilə əlaqə saxlayırmış. O, İran İslam Respublikasında olmuşdur, lakin narkotik vasitə aldığı iranlı şəxslə İran İslam Respublikasında tanış olmamışdır. Narkotik vasitə aldığı iranlı şəxsin nömrəsini kimsə ona vermişdir. Narkotik vasitəni iranlıdan “Whatsapp” mobil tətbiqi vasitəsilə alırmış, narkotik vasitə aldığı şəxsi üzdən tanımamışdır. Narkotik vasitə aldığı şəxs özünün iranlı olduğunu ona demişdir. Narkotik vasitə aldığı şəxs ona narkotik vasitə yerləşdirdiyi yerin şəklini atırmış və o da gedib oradan götürürmüşdür. Narkotik vasitənin 1 qramını 15 manata alırmış. Saxlanılarkən üzərində təqribən ümumilikdə 40-50 qram miqdarda narkotik vasitə olmuşdur. Məhkəmə kollegiyası məhkumun ifadələrini təhlil edərək nəticəyə gəlir ki, Məhkum cinayət əməlini başqa şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup halında törətməsi həmin ifadələrlə təsdiq olunmur. Cinayət işi üzrə Məhkum narkotik dövriyyəsi ilə məşğul olmaq üçün istintaqla müəyyən edilməmiş Aydın adlı şəxslə qabaqcadan əlbir olmasını təsdiq edən digər sübut yoxdur. Belə bir nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhk um əməlini Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə əsassız tövsif etmişlər. Belə ki, Məhkum elan edilmiş ittihamdan görünür ki, Məhkum külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroini istintaqla müəyyən olunmayan şəxsdən alanadək həmin şəxslə, və ya hər hansı bir digər şəxslə həmin narkotik vasitə və psixotrop maddənin satılması, gəlirin əldə edilməsi və bölünməsi və ya narkotik vasitə və psixotrop maddə barədə hər hansı bir razılığa və ya sövdələşməyə gəlməsi müəyyən edilməmişdir. Belə bir razılaşma olmadan Məhkum digər şəxsdən narkotik vasitə və psixotrop maddəni alması onun bu əməli narkotik vasitə və psixotrop maddəni satan şəxslə birlikdə, yəni qrup halında törətməsi kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəməl ər tərəfindən Məhkum CM-in 234.4.1-ci maddəsi üzrə verilmiş ittiham qanunsuz və əsassız olmuşdur. Məhkum CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Qeyd olunanlardan belə nəticə çıxır ki, məhkəmələr təqsirləndirilən Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə tövsif edərkən onun tərəfindən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi barədə nəticəyə gələrkən hər hansı bir sübutu deyil, ancaq ibtidai istintaqın fərziyyəsini əsas götürmüşlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspan iyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud zidd iyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçiri lən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan ş əxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bundan əlavə məhkəmə kollegiyası Məhkum əməlində CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham ilə qeyd edir ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1 və Şahid2 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edilməsi və saxlaması barədə nəticəyə gələrkən sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməmiş, onun əməli CM-in 234.4.1ci maddəsi ilə düzgün ittiham verilməmiş, işə baxan məhkəmələr də Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qeyd olunan cinayəti törətməsi barədə nəticəyə gələrkən səhvə yol vermişlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum üzərindən aşkar olunmuş narkotik maddəni məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilir, lakin onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həmin əməlini törətməsi təsdiq edilmədiyindən onun əməli yalnız Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü CM-in 234.4.1- ci maddəsinə dair hissədə ləğv edilməli, Məhkum CM-in 234.4.1-ci maddəsi onun ittihamından xaric edilməli, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 1(103)-1439/2022 nömrəli tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin. Məhkum ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi xaric edilsin. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-41/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-41/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver