Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-41/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum, müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli, 1(105)-318/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 1(124)-268/2024 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 29 aprel 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə Məhkum əməli əsassız olaraq Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə tövs if olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi1 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrinin tərkib əlamətləri olmadığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-in 120.2.4 və 120.2.9-cu maddələrindən CM-in 124-cü maddəsinə tövsif edilməsini xahiş edir. İşə kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (ərizə 04 fevral 2024-cü il tarixdə tərtib olunmuşdur) müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni iş materi alları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı məhkumun, onun müdafiəçilərin və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məcəllənin 414.8-ci maddəsinin tələblərindən həmçinin görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və Məhkum kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumun ərizəsi təmin edilməli, müdafiəçinin məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarından vermiş olduğu kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum ərizəsi təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli, 1(105)-318/2024 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya müraciəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-41/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-41/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver