Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-410/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 may tarixli, 1(103)-1235/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X10 (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Telman Hüseynovdan ibarət tərkibdə) 2024-cü il 1 aprel tarixli, 1(101)-628/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1985-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Müşkür ərazi dairəsi, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci ma ddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs və müdafiəçisi ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər:Elbəy Allahverdiyev (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədovdan ibarət tərkibdə) 2024cü il 29 may tarixli, 1(103)-1235/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum qanunsuz olaraq külli miqdarda psi xotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 9,845 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 12:40-da Bakı şəhəri, Sabunçu rayonu, Şahid1 prospekti 323 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində həmin gün s aat 14:45-dən etibarən şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 9,845 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 4,713 qram və 5,132 qram olmaqla iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə zamanı tədqiq edilmiş sübutlardan, iş materiallarından, habelə ifadələrdən görünür ki, onun verilmiş ittihamlar üzrə cinayət törədilməsində aidiyyatı yoxdur. Belə ki, məhkəmə zamanı həqiqətin müəyyən edilməsi üçün müdafiə tərəfi olaraq vəsatətlərinin müəyyən hissəsi təmin olunsa da, sübu tlar əldə edilə bilməmiş, onun təqsirli olmağına dair sübut və şübhələr olduğu halda barəsində ittiham hökmü çıxarılmışdır. Bundan başqa, məhkəmə zamanı o, imzaların ona aid olmaması barədə bildirsə də, müdafiəçinin vəsatəti təmin edilməmiş, məhkəmə xətşunaslıq ekspertizası təyin edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən onun tutulduğu ərazidə olan təhlükəsizlik kameralarının görüntüləri ilə bağlı TŞ avtomatlaşdırılmış idarəetmə mərkəzinə sorğular verilmiş, lakin videogörüntülərin olmadığı bildirilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən və təqsirli olması tam sübuta yetirilmədyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 may tarixli, 1(103)-1235/2024 nömrəli qərarının ləğv edilməsi və ona bəraət verilməsi və ya təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqini və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə etdi və əlavə olaraq göstərdi ki, polis əməkdaşları onu tutduqdan sonra polis idarəsinə apararaq ona işgəncə vermiş və onu etiraf ifadəsi verməyə məcbur etmişlər, polislər onun başının üstünə qalın kitab qoyaraq yumruqla, güclü zərbə ilə başının üstündən dəfələrlə vurmuş, zərbə nəticəsində başının içərisi sirkələnmişdir. Onun narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur, onu yaşadığı yerdə baş verən dalaşma hadisəsi ilə bağlı tutmuş və narkotik vasitəni üzərinə qoymuşlar. Odur ki, kassasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 may tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsa s verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək və ya barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiqini xahiş edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin q ərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraə t verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Bu prinsip və normaları rəhbər tutan məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından da görünür ki, Məhkum b irinci instansiya məhkəməsində verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanmasının səbəbi kimi 2023-cü ilin fevral ayında dostu Əfqan adlı şəxslə Xaçmaz rayonu ərazində olan kafedə dalaşması ilə bağlı kafe sahibinin onun evinə gəlməsi nəticəsində yaranmış mübahisə olmasını və məhz bu təqibdən yayınmaq məqsədi ilə Bakı şəhərinə gəldiyini göstərmişdir. Lakin işin bu mühüm halı məhkəmələr tərəfindən yoxlanılmamış, belə bir hadisənin baş verib-verməməsi, həmin hadisə ilə bağlı polisə hər hansı qaydada müraciət edilibedilməməsi araşdırmadan kənarda qalmışdır. Bu məsələnin araşdırılmasının zəruriliyi məhs bu səbəbdən meydana çıxır ki, Məhkum dalaşma ilə bağlı evinə gələn şəxlərin hədəsindən yayınmaq məqsədi ilə silahının olduğunu bildirmiş və məhkumun özünün bildirdiyinə görə Bakı şəhə rində polislər onu saxlayarkən ondan silahının harda olmasını soruşmuş və pnevmatik tapança həqiqətən də məhkumda aşkar edilmişdir. Bundan əlavə, məhkum polis əməkdaşları tərəfindən saxlanıldığı yeri mübahisləndirmiş, verilmiş ittihamda qeyd edilən yerdə deyil, əslində başqa yerdə saxlandığını bildirmişdir. Məhkəmələr tərəfindən bu məsələnin araşdırılmasına cəhd edilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Lakin məhkumun bu iddiası məhkəmə qiymətləndirməsindən kənarda qalmışdır. Maraqlıdır, Mərdəkan qəsəbəsindən gələrək Xaçmaz rayonuna gedən şəxs hansı səbəbdən Heydər Əliyev prospekti ilə hərəkət etməlidir?! Növbəti araşdırma zamanı bu məsələyə də ağlabatan münasibət bildirilməsi tövsiyyə olunur. Bundan əlavə, Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, polis əməkdaşla rı tərəfindən 13 mart 2023-cü il tarixdə saat 12:40-da saxlanılmış və onun üzərinə baxış həmin gün saat 14:45-dən etibarən keçirilmişdir. Məhkum üzərinə baxış keçirilərkən təyin edilmiş müdafiəçi iştirak etsə də, lakin həmin müdafiəçinin şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi ilə bağlı hər hansı fəaliyyəti müşahidə olunmur, müdafiəçi qismində iştirak edən vəkil baxış keçirilərkən müşahidəçi qismində iştirak edir, məhkumun hüquqlarını müdafiə edəcək heç bir hərəkət etmir, məhkuma heç bir sual vermir, öz müdafiə funksiyalarını icra etmir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dö vlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. “ İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 19.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndiri lən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılma sına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təmina tı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquql arı üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir. Həmçinin hazırki işin hallarından və videodiskdən görünür ki, Məhkum müdafiəçi si ilə konfidensial ünsiyyət saxlamadan istintaq hərəkətlərinin həyata keçirilməsinə cəlb edilmiş, bununla da onun hüquqları bir daha məhrumiyyətə məruz qalmışdır. Belə ki, Məhkum üzərində axtarış keçirilməsinə dair videoçəkilişdən görünür ki, axtarış başlamamışdan öncə müstəntiq Məhkum müdafiəçini təqdim edir və etiraz edib- etməməsini aydınlaşdırır. Lakin çəkilişin sonrakı mərhələsində Məhkumlə müdafiəçinin konfidensiyal şəkildə artıq görüşdüyünü bildirir. Bundan sonra isə Məhkum belindən tapança və şalvarının cibindən isə metamfetamin aşkar edilir. Belə aydın olur ki, Məhkum tutulduğu vaxtdan keçən 2 saatdan artıq müddət ərzində polis idarəsində, eləcə də müdafiəçisi ilə konfidensial görüş keçirərkən belində tapança və şalvarının cibində psixiotrop maddə metamfetaminlə gəzmişdir. İşin bu halı real görünməməklə əsaslı şübhələrə zəmin yaradır. Cinayət işinin materiallarında müdafiə hüququnun əsas elementlərindən biri olan şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmasına dair mötəbər və inandırıcı heç bir sübut mövcud deyil. CPM-in 90.7.8-ci və 91.5.8-ci maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır. Bu hüququ təmin etmək və bu hüququn reallaşdırmasını praktiki olaraq təmin etmək təhqiqat və istintaq orqanlarının vəzifəsidir. Həmin məsələ istər daxili Qanunvericilikdə, istərsə də Avropa Məhkəməsinin qərarlarında kifayət qədər geniş şərh edilmiş və həmin pozuntu Konvens iyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilmişdir. Avropa Məhkəməsi Saxnovski Rusiyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkili ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. Müştərilər və vəkillər arasındakı münasibətlər üzərində səciyyəvi və ya birbaşa hər hansı məhdudiyyət təqsirləndirilən şəxsin malik olduğu effektiv hüquqi yardım hüququna əngəl yaratmamalıdır (§ 102). İştirakçı Dövlətlərdən yalnız vəkil təqsirləndirilən şəxsin maraqlarını açıq-aşkar səmərəsiz təmsil etdikdə və ya sadəcə bu səmərəsizlik onun diqqətinə çatdırıldıqda müdaxilə etmək tələb olunur (Kamasinksi Avstriyaya qarşı, § 65; İmbrio skia İsveçrəyə qarşı, § 41; Daud Portuqaliyaya qarşı, § 38). Vəkil təqsirləndirilən şəxs üçün hərəkət etmədikdə (Artiko İtaliyaya qarşı, §§ 33, 36), yaxud vəkil əsas prosessual tələblərə əməl etmədikdə (tələblərə riayət olunmama düşünülmüş müdafiə taktikası və ya arqumentasiyanın yetərsizliyi hesab oluna bilmədikdə) Dövlətin məsuliyyəti yaranır (Czekalla Portuqaliyaya qarşı, §§ 65, 71). Həmçinin Məhkəmə X3rşı iş üzrə qərarında göstərmişdir ki, müştərisi ilə məsləhətləşmə apara və ondan nəzarət altında olmadan məxfi təlimatlar ala bilmədikdə, hüquqşünasın yardımı yararlılığını əhəmiyyətli dərəcədə itirir Həmçinin CPM-in 92.9.2-ci maddəsinə əsasən müdafiəçinin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vard ır. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi vacib hesab edir ki, formal olaraq istintaq hərəkətləri aparılarkən müdafiəçinin iştirak etməsi və cinayət işinin materiallarında olan sənədlərin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə tərtib olunması müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə yüksək keyfiyyətli hüququ yardım göstərildiyini deməyə əsas vermir, əksinə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin edilməsi məqsədi ilə müdafiəçinin prosesdə iştirakı açıq-aşkar görünməli, hiss edilməli, müdafiəçinin təqsirləndirilən şəxsin mənafeyinə uygun bir hərəkət etməsi, müdafiəni səylə və səmərəli həyata keçirdiyi bariz şəkildə nümayiş etdirilməlidir. Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olu nmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177). Təqsirləndirilən şəxsə təmin edilən "imkana" vəkillə məsləhətləşmə imkanı da daxildir (Kempbell və X8rşı, § 99; Qoddi İtaliyaya qarşı, § 31). Təqsirləndirilən şəxsə vəkili ilə məsləhətləşmək imkanın verilməsi müdafiənin hazırlanması üçün fundamental əhəmiyyət daşıyır (Bonzi İsveçrəyə qarşı (qər); K an Avstriyaya qarşı, § 52). Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir (Salduz Türkiyəyə qarşı [BP], § 51). Bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır (Dayanan Türkiyəyə qarşı, § 31). Bütövlükdə məhkəmə icraatının ədalətli olub-olmadığının müəyyən edilməsi zamanı həmçinin müdafiə hüquqlarına riayət edilib-edilmədiyi nəzərə alınmalıdır. Xüsusən, ərizəçiyə sübutun həqiqiliyinə və istifadəsinə qarşı etiraz etmək imkanının verilibverilmədiyi mütləq yoxlanmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, onun əldə edildiyi şərait və bu şəraitin sübutun etibarlılığına və s əhihliyinə kölgə salıb-salmadığı mütləq nəzərə alınmalıdır. Əldə edilmiş sübut başqa materialla dəstəklənmədikdə, ədalətlilik problemi mütləq surətdə ortaya çıxmasa da, qeyd edilə bilər ki, sübut çox güclü olduqda və etibarlı olmamaq riski daşımadıqda, dəstəkləyici sübuta olan ehtiyac da müvafiq olaraq zəif olur (Bıkov Rusiyaya qarşı [BP], § 89; Yalloh Almaniyaya qarşı [BP], § 96). Bununla əlaqədar olaraq, Məhkəmə sözügedən sübutun məhkəmə icraatının nəticəsi üçün həlledici olub-olmadığına da əhəmiyyət verir (Gefgen Almaniyaya qarşı). Lakin məhkəmələr tərəfindən Məhkum ibtidai istintaq zamanı yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilib-edilməməsi araşdırılmamış, bu məsləyə hüquqi qiymət verilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “X2rşı”, “X4rşı”, “Ermi İtaliyaya qarş ı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyə n edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməs inin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Hazırki işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən qərarın əsaslandırıcı hiss əsində istinad edilən ziddiyyətli məqamların ətraflı araşdırılması, şəxsin təqsirliliyi ilə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 419.1.12-ci maddəsinin tələblərinə uyğun olaraq CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12. 2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Məhkum kassasiya şikayətin həmçinin təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsini və ya barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ni, alternativ qaydada, xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edildiyindən, kassasiya şikayətinin cəza ilə bağlı tələbinə münasibət bildirilməsinə zərurət aradan qalxmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 2024-cü il 29 may tarixli, 1(103)-1235/2024 nömrəli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-410/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-410/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver