Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-411/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Mirzəyev Ramiz Məmməd oğlunun iştirakları ilə Bakı Ağır Cina yətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Ramiz Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.A.Qəribov, hakimlər R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) xx xxxxxxx 1980-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, subay, orta təhsilli, Ağdam rayonu, (Güllücə Ə/N, Tağıbə yli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.Ə.Abbasov, hakimlər Q.X.Babayev və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının xx xxxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Ramiz Məmməd oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxx 2017-ci il tarixdə saat 2-də alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, xxx küçəsi ilə Bakı şəhəri, xxx küçəsinin kəsişməsində yerləşən "xxxx” adlı obyektin sağ tərəfində səkidə tanışı X1 ilə aralarında yaranmış sözlə mübahisə zamanı təxminən il yarım bundan əvvəl tanımadığı şəxslə mübahisə edən z aman X1in onu tutub saxladığı üçün həmin şəxsin ona bıçaq xəsarəti yetirməsinə səbəbkar olduğunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə bir qədər əvvəl avtomaşına tökmək adı ilə Yasamal rayonu, Xiyabani küçəsində yerləşən "xxxx” kafesində ofisant işləyən X2 yolun əks tərəfində yerləşən “xxxx” yanacaqdoldurma məntəqəsindən aldırdığı bir litrlik plasmas qabda olan benzini X1in üstünə töküb ona xüsusi əzab verdiyini dərk edərək alışqanla yandırıb, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xarakterik başın ənsə-təpə nahiyyələrinin, hər iki qulaq seyvanlarının, boyunun arxa və yan səthlərinin, gövdənin arxa səthinin və sağ yuxarı ətrafın, eləcə də sol əlin 1 barmağının ümumi bədən səthinin 28%-ni əhatə edən 2-3-cü dərəcəli termiki yanığı ilə müşayiət edilən xəsarətlər yetirərək qaçmış, X1in qışqırıq səsini eşidib hadisə yerinə gələn şəxslərin köməkliyi ilə alov söndürülərək X1ə ilkin tibbi yardım göstərilib həyatı xilas olduğundan bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən etdiyi əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, X1i xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Ramiz Məmməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki məhkəmənin gəldiyi nəticə səhvdir və bu kobud səhvin ucba tından Təqsirləndirilən şəxs törətmədiyi əmələ görə ağır cəzaya məruz qalmışdır və hazırda da təqsiri olmadığı əmələ görə cəza çəkir. Hər iki məhkəmə Təqsirləndirilən şəxs yalnız ona görə təqsirli hesab etmişlər ki, o, tanışı X1i guya qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs özünü həmin maddələrlə deyil, CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilmiş, X1i öldürmək məqsədi olmadığını bildirmişdir, yalnız məqsədi onu qorxutmaq olmuşdur. Təsadüfi deyil ki, cinayət işi də məhz CM-nin 127.1ci maddəsi ilə başlamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin29,120.2.2, 29,120.2.4-cü maddələrinin tərkibi olmadığına görə həmin maddələr ittihamdan xaric edilməli və o, CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə həmin maddə ilə ona cəza təyin edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin mad dədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara g örə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif olunmadığı, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda əsassız olaraq CM-nin 29, 120.2.2 və 29, 120.2.4cü maddələri ilə təqsirli bilinərək ağır cəzaya məhkum edildiyi iddia edilir və buna dair dəlillərə istinad olunur. Apellyasiya məhkəməsinin qərarında əməlin tövsifi ilə əlaqədar göstərilmişdir: “...Belə ki, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilən X1 b aş vermiş hadisə ilə bağlı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq “get mənə benzin al” deyə bildirmişdir. Ona demişdir ki, işləyir, işdən çıxa bilməz. Ondan sonra o, qab-qaşığı yığışdıran zaman səs-küy gəlmiş, kürək nahiyəsinə maye tökülmüş və onun iyindən benzin olduğunu hiss etmişdir. Ətrafda olan şəxslər onu sakitləşdirməyə çalışmışdır, aralarında dava olmamışdır. Təqsirləndirilən şəxs buna baxmayaraq, əlində olan siqaret kötüyünü ona tərəf atmışdır. O özü də ondan xahiş etmişdir ki, çıxıb getsin. Bundan 3-4 dəqiqə keçmişdir ki, qəflətən əynində olan köynəyin alışdığını görüb arxaya tərəf çevrilmiş və Təqsirləndirilən şəxsin əlində olan alışqanla onu yandırıb qaçıb getdiyini görmüşdür. Alov bütün kürəyini bürüdüyü üçün paltarını söndürə bilməmiş, o tərəf, bu tərəfə qaçmağa başlamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X1 ifadəsində göstərdiklərini hadisənin yerində yoxlanılması zamanı də təsdiq etmiş, istintaq hərəkəti protokollaşdırılmış, fotoşəkillər çəkilmiş və iş materiallarına əlavə edilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, ibtidai araşdırma zamanı zərər çəkmiş şəxs X1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı X1 ifadəsində göstərdiklərini təsdiq edib, təqsirləndirilən şəxsin üzünə qarşı bildirmişdir ki, onun üstünə benzini atdıqdan sonra alışqanla yandırmış, alovu söndürməkdə köməklik etməyib qaçıb getmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində göstərdiklərini təsdiq edərək onu öldürmək məqsədinin olmadığını, X1i üstünə siqaret kötüyü ataraq yandırdığını demişdir. Bundan başqa, i ş materiallarına əlavə edilmiş ibtidai araşdırma dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli 621 saylı rəyindən görünür ki, X1in bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilməsi barədə fikir söyləmək mümkündür. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsədə, onun törətdiyi cinayət əməli zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşd ırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə tövsif etmişdir....”. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam təsdiq olunduğu qənaətinə gəlmiş, məhkəmə baxış iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi i fadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişlər. Daha doğrusu məhkəmələr həmin sübutları formal surətdə sadalamaqla kifayətlənmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar bax ış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tətqiq edilməməsini hökm və ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Bundan əlavə sübutların tətqiq edilməməsi və ya düzgün qiymətləndirilməməsinin nəticəsi kimi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, işin faktiki hallarına düzgün qiymət verilməməsi, həmçinin cinayət qanunu normasının düzgün şərh edilməməsi nəticəsində əməlin tövsifində səhvə yol verildikdə CPM-nin 416.1.15-ci maddəsinə əsasən məhkəmənin hökm və ya qərarı kassasiya qaydasın da ləğv edilə və ya dəyişdirilə bilər. Əməlin tövsifi məsələsinə gəldikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuli qanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)... Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yö nəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası baxılan iş üzrə əməlin tövsifində mühüm əhəmiyyət kəsb edən bir sıra hallarıda qeyd etməyi vacib hesab edir. Belə ki, aydın məsələdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda həmin cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilir və bu halda əməli əlavə olaraq faktiki baş vermiş hər hansı nəticəni nəzərdə tutan maddə ilə tövsif etmək tələb olunmur. Lakin bəzən bu kimi cinayətlərdə qəsd-qeyri müəyyən olaraq konkret xarakter daşamaya da bilər. Belə olduğu halda qeyrimüəyyən qəsdlə cinayət törədən şəxsin qəsdi ilə baş vermiş kriminal nəticə - yəni ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və s. əhatə oluna bilər. Yəni ölüm baş verməmişdirsə ictimai təhlükəli əməl sağlamlığa ağır zərər vurma (CM-126-cı mad.), sağlamlığa az ağır zərər vurma (CM-127-ci mad.) maddələri ilə tövsif edilməlidir. Əgər təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edən başqa sübutlar yoxdursa, əməl qəsdən adam öldürməyə cəhd kimi deyil, baş vermiş faktiki nəticələrə görə məsuliyyətə səbəb olacaqdır. Lakin məhkəmələr yuxarıda qeyd edilən hallara uyğun əməli düzgün tövsifni etmək üçün cınayət törədən zaman təqsirkarın qəsdinin məzmunu və istiqamətini dəqiq aydınlaşdırmalıdırlar. İşə baxan məhkəmə təqsirkarın qəsdinin məzmunu və istiqaməti məsələsini aydınlaşdırarkən törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmalı, işin faktiki hallarını dəqiq müəyyən etməli, xüsusilə zərərçəkmiş şəxsə yetirilən bədən xəsarətlərinin xarakterini, sayını, cinayət hərəkətlərinin kəsilməsi səbəbini, habelə təqsirkarın şəxsiyyətini, onun zərərçəkmiş şəxslə qarşılıqlı münasibəti, onunla hadisədən əvvəl və hadisə vaxtı davranışı haqqında məlumatları tətqiq etməlidirlər. Yuxarıda qeyd edilənlərə əsasən kassasi ya məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, məhkəmələr Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təqsirli hesab yuxarıda göstərilən xüsusatları nəzərə almamış, verilmiş ittiham üzrə əməlin tövsif edilməsində müəyyən şübhələr mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr müdafiə tərəfinin irəli sürdüyü dəliləri ətraflı yoxlamamış, bunun üçün müvafiq tədbirlər görməmiş, ittiham tərəfinin təqdim etdiyi sübutları tam tədqiq etməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş və nəticə də əməlin tövsifində qeyd edilən şübhələr aradan qaldırılmamışdır. Belə ki, məhkəmə qərarına əsasən müəyyən olunur ki, zərərçəkmiş X1in üzərinə Təqsirləndirilən şəxs tərəfindən benzin tökülməsinə dai r hal yalnız zərərçəkmiş şəxsin ifadəsində öz əksini tapmış və bu halın məzmunu tam araşdırılmamış, hadisə zamanı məhkumun sərxoş olması və bu halın qəsdin məzmunu və istiqamətinə təsiri müəyyən edilməmiş, məhkum Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin əvvəllər normal münasibətlərinin olması, heç bir düşmənçilik və ədavətlərinin olmaması, ümumilikdə onun zərərçəkmiş şəxslə qarşılıqlı münasibəti, onunla hadisədən əvvəl və hadisə vaxtı davranışı qiymətləndirilməmiş, həmçinin Təqsirləndirilən şəxs qəsdinin məhz zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə yönəlməsi, yəni cinayət törədərkən təqsirkarın qəsdinin məzmun və istiqaməti dəqiq müəyyən olunmamış, əməlində xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd cinayətlərinin tərkib əlamətlərinin olmasına dair əsasl ı şübhələr aradan qaldırılmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə - yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərinin edilməsi və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin edilməsi mötəbər sübutların məcmusu ilə təsdiq olunmasını müəyyən etmək mümkün deyil. Cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şü urlu surətdə yol vermək və ya onların qarşısının alınmasını güman etmək və s. kimi əlamətini nəzərdə tutur. Bu əlamətlər əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən ka ssasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların mü əyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təq sirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, əməlin tövsifinin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasi ya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə istintaqı araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Məhkəmə kollegiyasının qənaətinə görə buna diqqət yetirilməlidir ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etdiyi mövqeyində olan məhkəmələr (bunun üçün yuxarıda göstərildiyi kimi, kifayət qədər əsasların olmadığına baxmayaraq) bunların hansı niyyətlə edilməsi, xuliqanlıq niyyətinin, xüsusi amansızlığın, ən başlıcası, Təqsirləndirilən şəxs qəsdən adam öldürmək niyyətinin ol ub-olmadığı məsələlərini kifayət qədər ətraflı araşdırmamış, bu məsələlər üzrə mövqelərini faktiki olaraq əsaslandırmamışlar. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etdiyi mövqeyində olan məhkəmələr bu qənaətə gələrkən qəsdən adam öldürmə cinayətinin subyektiv cəhətini – yəni təqsirkarın zərərçəkmiş şəxsi öldürmək niyyətinin olub-olmamasını ətraflı araşdırmamışdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci bə 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən müd afiəçinin kassasiya şikayəti qismən əsaslı hesab edilməli, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) və 416.1.15 -ci maddəsində (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş əsasla mübahisələndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Azərbaycan R espublikası CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Ramiz Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının xx xxxx 2018-ci il tarixli qərarı Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Ramiz Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-411/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-411/2020
30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver