Məhkəmə qərarları › İş №1(102)-411/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-411/2021

29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-411/2021 29.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X4, Məhkum Rzaağa oğlunun Məhkumun müdafiəçisi “Mirzəyev və Partnyorlar” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonu Xiyabani küçəsi ev80-də q eydiyyatda olan və Ünvandə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü ilə (hakim E.M.Hüseynov) Məhkum CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş və ona cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulan ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd e dilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 sentybar 2020-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədov) apellyasiya protesti qismən təmin edilmiş, zərərçəkmiş şəxsin apellyasiya şikayəti və apellyasiya şikayətinə edilmiş əlavə qismən təmin edilmiş. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin Məhkum barəsində olan 22 iyul 2020-ci il tarixli bəraət hökmü ləğv edilmiş və iş üzrə ittiham hökmü çıxarılmıdır. Məhkum CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək. CM-in 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Məhkum CM-in 128-ci maddəsi ilə cəza təyin edilməmişdir. İşin halları: Apellyasiya məhkəməsinin hökmü ilə Məhkum ona görə məhkum edilmişdir ki,o, 24 avqust 2018-ci ildə saat 20 radələrində, Bakı şəhəri Nəsimi rayonu H.B.Əliyev küçəsi 56 mənzil 11-də qeyri rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs ona 25 avqust 2018-ci il tarixdə rəsmi nikahda olduğu əri X1 boşanacağını deyərək, cari ayın sonu onunla nigaha daxil olmaları üçün müvafiq sənədləri hazırlamaları xahiş etməsindən əsəbləşərək, Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı saçından tutub evin içində sürümüş, əl zərbələri ilə vuraraq Zərərçəkmiş şəxs sol göz qapağı, sol çiyin və sağ yanaq nahiyyələrinin hematoması və sıyrıqları ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb o lan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmün ləğv edilməsi və işin apellyasiya məhkəməsində yenidən baxılması xahiş olunur. Kassasiya şikayətinin müəllifi, apellyasiya instansiyası məhkəməsinin qərarından narazı olduğunu bildirir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, və onun müdafiəçisi E.Rəcəbovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aş ağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyə n edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasi ya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Məhkum əməlində CM-nin 128-ci maddəsinin tərkibi olmamasına dair kassasiya şikayətindəki arqumentlə əlaqədar olaraq məhkəmə k ollegiyası cinayət qanunvericiliyinin normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qanunvericiliyin şərhinə dair qərarlarına müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi sağlamlığa qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş q əsdən sağlamlığa yüngül zərər nəzərdə tutur. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən ittihamın verilməsi yalnız zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə əsaslanmış və digər heç bir sübutla öz təsdiqini tapmamışdır. İş materiallarında Zərərçəkmiş şəxs ifadəsindən savayı, onun Məhkum tərəfindən sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirilməsini təsdiq edən heç bir sübut yoxdur. İş materiallarından görünür ki, 25 avqust 2018-ci il tarixdə Məhkum ailəsi ilə İsmayıllı rayonunda olduğu zaman Rühəngiz Hacıyeva ona zəng edərək arvadı ilə İsmayıllıda olduğunu bildiyini və təcili evə onun yanına gəlmədiyi təqdirdə polisə və təcili yardıma zəng vurub bir gün əvvəl döyülməsi barədə şikayət edəcəyini bildirmişdir. Bundan sonra, sonuncunu n gəlməməsini görüb təcili yardıma zəng vurması nəticəsində təcili tibbi yardım həkiminin tərtib etdiyi arayış əsasında saxta cinayət faktı əmələ gətirilmişdir. Həmin xüsusatla bağlı Rühəngiz Hacıyeva ilkin ərizəsində və sonra müxtəlif instansiyalara yazdıqları ərizələrində, izahatlarında, şahid və sonra zərərçəkmiş şəxsin ifadələrində Məhkum onu 24 avqust 2018-ci il tarixdə saat 14 radələrində yaşadıqları evdə döydüyünü, həmin vaxt gözünün altında hematoma və kürəyində sıyrıq əmələ gəldiyini göstərmişdir. Qeyd olunan xəsarətləri də təcili tibbi yardım həkimi bir gün sonra çağırışa evə gəldikdə arayışda qeyd etmişdir. Lakin istintaqın sonunda müstəntiq Yaqub Məmmədov həm Şükürün, həm də Rühəngizin istifadələrində olan mobil nömrələr üzrə danışıqlar barədə məlumatları mobil operatordan aldı qda məlum olmuşdur ki, Rühəngizin çox saylı şikayətlərində göstərdiyi tarix və vaxtda Şükür işlədiyi məhkəmə Ekspertiza Mərkəzində olmuş, həmin gün evə yalnız saat 19:30 radələrində gəlmiş, təxminən 2-3 saat sonra çıxıb getmişdir. Həmin xüsusat bütün cinayət işi materialları ilə ziddiyət təşkil etdiyi üçün ibtidai istintaqı aparan orqan zərər çəkmişin əlavə ifadəsini alaraq qeyd etmişdir ki, güya döymə işıqlı vaxtda baş verdiyi üçün Rühəngiz vaxtı səhv salmış, Şükür Rühəngizi axşam saat 20 radələrində döymüşdür. Bundan başqa, “Bakcell” mobil operatorundan alınmış Rühəngiz Hacıyevanın istifadəsində olan nömrələr üzrə məlumatlarda onun Şükürü hədələməsi, evə gəlmədiyi təqdirdə onun barəsində yalan məlumat verəcəyi barədə mesajlar öz əksini tapmışdır. Bundan başqa birinci instansiyası məhkəmə sində məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin verilmiş suallara cavabından göründüyü kimi, o, əvvəllər bir neçə dəfə özünü öldürməyə cəhd etmiş, özünə xəsarət yetirmişdir. Həmçinin 08.08.2019-cu il tarixli, T259/2019 saylı ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs xəsarətlərininistər şəxsin özü, istərsə də kənar şəxstərəfindən yetirilməsi inkar olunmur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən ed ilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunu n “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiym ət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab dir ki, apellyasiya instansiyası məhkəməsi yalnız zərəçəkmiş şəxsin ifadəsinə istinad etməklə, Məhkum barəsində CM-in 128-ci maddəsi ilə əsassız olaraq ittiham hökmü çıxarmışlar. Azərbaycan Respublikası CPM-in 416.0.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü Məhkum Rzaağa oğlunun Azərbaycan Respublikas ı CM-in 128-ci maddəsi ilə məhkum edilmələrinə aid hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən cinayətdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum Rzaağa oğlu barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 və 419.10.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən cinayətdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar