Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-411/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxs X1, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Vüsal Qurbanov) 03 aprel 2023-cü il tarixli, 1(005)-72/2023 nömrəli hökmü ilə xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, 22 saylı şəhər Poliklinikasında həkim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesab edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X3 icarəyə işlətdiyi ünvan 2 ünvanda yerləşən “Ayan” klinikasında gözəllik salonunda birgə iş qurmağı, avadanlıqlar alacağına, onu həmin salona işə götürəcəyinə, epillyasiya lazer apa ratı ilə işləməyi öyrədəcəyinə, sertifikat təşkil edəcəyinə dair yalandan vəd verərək, 2021-ci ilin iyun ayından həmin ilin noyabr ayınadək olan müddət ərzində ondan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cuma küçəsi 32 ünvanında “Ayan” klinikasında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 22000 manat məbləğində nağd pul alıb ələ keçirməklə zərərçəkmiş şəxs Samirə Heydərovaya qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubov) 24 avqust 2023-cü il tarixli, 1(103)-1258/2023 nömrəli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 1(005)-72/2023 nömrəli hökmü dəyişdirilmədən s axlanılmış, məhkumuin müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və 21184 manat məbləğində maddi və mənəvi ziyanın əvəzi olaraq ödənilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən istintaq zamanı edilən qanunsuzluqlar nəzərə alınmadan və məhkəmə istintaqı zamanı da hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsizliyini sübuta yetirən heç bir hal araşdırılmadan bu nəticəyə gəlinmişdir. Bütün bu hallar Bakı Apellyasiya Məhkəməsində diqqətə çatdırılsa da əhəmiyyət verilməmişdir. Kassator qeyd edir ki, hökm çıxarılarkən təqsirləndirilən şəxsin xeyrinə olan heç bir xüsusat nəzərə alınmamış, yalnız zərərçəkmiş şəxsin və onun yaxın rəfiqəsinin şahid kimi ifadəsi sübut kimi qiymətləndirilmişdir. Bundan başqa məhkəməyə məsələdən birb aşa xəbərdar olan təqsirləndirilən şəxsin anası Yasəmən Quliyevanın və qardaşı Vüsal Əsgərovun şahid qismində dindirilməsi barədə vəsatəti əsassız olaraq təmin edilməməmişdir. Halbuki, işdə olan SD disklərində olan səslərdə də zərərçəkmiş şəxs Samirə Heydərova onların adlarını çəkir. Yəni bu şahidlər hər iki tərəfi tanımaqla məsələ ilə bağlı düzgün ifadə verə bilərdilər. İş materiallarında olan sübutlar, zərərçəkmiş qismində tanınmış X7 Süleymanova tərəfindən yazılmış qəbz, məhkəmə iclasında tədqiq edilmiş səs yazılarında Məhkum 12000 manat məbləğində borcu olmasını, yəni aralarında mülki münasibətlərin olduğunu təsdiq edir. Konkret olaraq tərəflərin arasında iş qurulması ilə bağlı hər hansı bir sübut yoxdur. Cinayət işinin materiallarında və məhkəmə istintaqı zamanı kifayət qədər şübhəli məqamlara rast gəlindi. Həmin şübhələr təqsirləndirilən şəxsin leyhinə həll olunmalı olduğu halda əleyhnə həll olundu. Eyni halla apellyasiya məhkəməsində zərərçəkmiş və onun şahidi dindiriləndə də qarşılaşdıq. Lakin məhkəmə hər iki ifadəyə münasibət bildirmədi. Bundan başqa X5 Süleymanovadan telefona görə ilkin ödəniş etdiyi 1050 manatı tələb etməsi əsassızdır. Belə ki Samirə Heydərova telefonun onda olduğunu etiraf edir. Nəzərə almaq lazımdır ki, həmin telefona görə bu günləri "xxxx" MMC Məhkum qarşı pul tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 23 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 4555 manat əsas borc, 95 manat dəbbə pulu, cəmi 4650 manat və iddiaçı tərəfin dən 75,16 manat məbləğində ödənilmiş dövlət rüsumunun Məhkum alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Ümumiyyətlə bu fakt onu təsdiq edir ki, Samirə Heydərova telefonu onda olduğu halda bu günləri həmin əşyaya görə pul tələb edir. Ümumiyyətlə mülki iddia öz təsdiqini tapmamışdır. Qeyd olunan məbləğin əsasının olub- olmaması, ümumiyyətlə bu məbləğin hansı mötəbər sübuta söykəndiyi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs S.N.Heydərovanın nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı cəza təyini hissəsində və mülki ziyanın ödənilməsi hissəsində əsassızdır. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməli ibtidai istintaq dövründə və hər iki instansiya məhkəməsinə kifayət qədər sübuta yetirməyinə baxmayaraq, sonuncu hələdə törətdiyi əməli müxtəlif donlar geyindirərək və fərqli ifadələr verməklə etiraf etməkdən yayınmışdır. Buda onu göstərir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman deyil və öz əməlinə haqq qazandırır. Cinayət işinin materialından göründüyü kimi Məhkum zərərçəkmiş şəxs Samirə Heydərovanı ibtidai istintaq dövründə ictimai yerdə təhqir etməsinə dair sübut olmağına baxmayaraq, hər iki instansiya məhkəməsi ona dəymiş mənəvi zərərin ödənilməsini təmin etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edi lməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərə tutulmuş cinayətin tərkibini yaratmır, onun elan edilmiş ittihamda təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Ona görə də cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməlidir. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnı z sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları –zərərçəkmiş şəxs X2, şahidlərin ifadələri və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə məhkumun ifadəsini digər sübutlarla təkzib olunduğundan həqiqətə uyğun olmayan və özünü müdafiə xarakter daşıyan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxıb, birinci instansiya məhk əməsinin gəldiyi nəticələrlə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş ittiham üzrə təqsirliyinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkum təqsirini müəyyən edən sübutlar məhkəmələrin hökm və qərarında ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkum haqqında qərar qəbul edərkən onun cinayətin törədilməsində iştirakını istisna edən sübutların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarında məhkumun cinayətdə iştirakını istisna edən hər hansı bir sübut yoxdur. Həmin dəlil müdafiə tərəfin apellyasiya şikayətində də göstərilmiş və apellyasiya baxışının predmeti olmuşdur. Apellyasiya məhkəməsi həmin dəlillə əlaqədar ətraflı araşdırma aparılmış və onun əsassız olmasına dair nəticəyə gələrək öz mövqeyini qərarda əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə iş materiallarına uyğun olduğundan razılaşır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-ci m addəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini özünü müdafiə xarakterli hesab etməklə, işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmamasını qeyd etmiş, onun törətdiyi cinayət əməli iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq b irinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətini onun elan edilmiş ittihamda təqsirsiz olması, onun zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayəti deyil borc aldığını əsaslandırsa da, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum kassasiya şikayətinin əsaslandırılması üçün qeyd etdiyi hallar iş materiallarındakı sübutlarda öz əksini tapmamışdır. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun tə qsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələr i yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göründüyü kimi, Məhkum Azərbaycan Res publikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. İş üzrə zərərçəkmiş şəxs S.N.Heydərovanın nümayəndəsi Nümayəndə kassasiya şikayətinin ilkin dəlili Məhkum təyin edilmiş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məh kumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Ci nayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunv ericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümu mi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyandan 12.000 manat hissəsinin ödənilməsini, himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törət məkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Həmin cəza məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Məhkuma təyin edilmiş cəza öz yüngüllüyünə görə acıq aydın ədalətsiz cəza kimi hesab edilə bilməz. Məhkəmə Məhkum cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiya həddində ədalətli cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın yüngüllüyü barədə dəlili ilə razılaşmır. Zərərçəkmiş şəxs S.N.Heydərovanın nümayəndəsi Nümayəndə digər dəlili mülki iddia üzrə mənəvi zərərin ödənilməməsi ilə əlaqədardır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs S.N.Heydərova tərəfindən verilmiş mülki iddianın tələblərinə dəyişiklik edərək vurulmuş maddi ziyanla bərabər 10.000 manat məbləğində maddi ziyanın da cavabdeh təqsirləndirilən şəxs Məhkum tutulmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs mənəvi ziyanın tutulmasını onunla əsaslandırmışdır ki, Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı onu “şantajçı” adlandıraraq, onun şərəf və ləyaqətini alçatmış və ona mənəvi ziyan vurmuşdur. Mülki iddiada təqsirləndirilən şəxs Məhkum dələduzluq hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə mənəvi ziyanın vurulması barədə heç nə qeyd edilməmişdir. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinin tələblərinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda m ülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1-ci maddə: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2-ci maddə: ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. Göründüyü kimi cinayət prosessual qanunvericilikdə cinayət işi üzrə icraatı zamanı yalnız təqsirləndirilən şəxsə istinad edilən cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddianın verilməsi nəzərdə tutulur. Zərərçəkmiş şəxs S.N.Heydərova tərəfindən verilmiş mülki iddiadan, habelə kassasiya şikayətinin dəlillərindən isə görünür ki, zərərçəkmiş şəxs ona vurulmuş mənəvi ziyanı təqsirləndirilən şəxsin dələduzluq hərəkətləri ilə deyil, ünvanına onun şərəf və ləyaqətini alçaldan sözlərin deməsi ilə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs mülki iddiada təqsirləndirilən şəxsin dələduzluq hərəkətləri nəticəsində ona hər hansı bir mənəvi ziyanın vurulması barədə qeyd etməmiş, həmin ziyanın nədə ifadə olunmasını və onun miqdarını əsaslandıran h eç bir hal göstərilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 mülki iddiasını qismən təmin etmiş, mülki cavabdeh (təqsirləndirilən şəxs) Məhkum onun törətdiyi dələduzluq cinayətinin nəticəsində vurulmuş və ödənilməmiş qalmış 11.174 (on bir min yüz yetmiş dörd) manat məbləğində vəsait tutularaq, mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 xeyrinə ödənilməsi barədə qərarı qəbul etmiş, iddia tələbinin mənəvi ziyanla bağlı hissəsini təmin etməmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda q eyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-411/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-411/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver