Məhkəmə qərarları › İş №1(102)-412/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-412/2019

19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-412/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Məhkum Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.T.Axundov) 13 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.2.2, 127.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilinib, CM-in 127.2.2 və 127.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 133.2.4 və 133.2.6-cı maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 27 avqust 2017-ci il tarixdən hesablanmışdır. Məhkum 24 sentyabr 2018-ci il tarixdə vəsatətlə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin 13 fevral 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətini üzrlü səbəbdən buraxdığını bildirməklə, apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.T.Axundov) 15 oktyabr 2018-ci il tarixli qərarı ilə vəsatət təmin olunmamış, apellyasiya şikayətinin verilmə müddəti bərpa edilməmişdir. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilib, hökmdən apellyasiya şikayəti verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 08 noyabr 2018-ci il tarixli qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, qərar ləğv edilsin və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, o, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddəti xəstəliyi və latın qrafikasını bilmədiyi üçün üzrlü səbəbdən ötürmüşd ür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısı Cövdət Mehrəliyevin çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmən in digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. İşin materiallarından görünür ki, Məhkum və onun müdafiəçisi X4 birinci instansiya məhkəməsində işə baxılarkən işin məhkəmə baxışı və hökmün elan olunması zamanı məhkəmə prosesində iştirak etmişlər. Hökm 13 fevral 2018-ci il tarixdə elan edilmiş və onun surəti 15 fevral 2018-ci il tarixdə tərəflərə göndərilmişdir. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün vaxtında alınmamasını mübahisələndirmir. Məhkum Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən hökmü aldığı 20 gün müddətind ə, yəni 05 mart 2018-ci il tarixədək apellyasiya şikayəti verməli idi. Lakin iş materiallarından görünür ki, o, hökmü aldığı gündən altı aydan çox müddət keçəndən sonra apellyasiya şikayəti vermiş və bununla da müddəti ötürmüşdür. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətində xəstə olması və latın qrafikasını bilməməsi ilə əlaqələndirir və bunu buraxılmış müddətin üzrlü səbəb kimi nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haq qında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. İş materiallarından görünür ki, məhkumun apellyasiya şikayətinin üzrlü səbəbə görə buraxdığını təsdiq edən heç bir tibbi sənədlər işə əlavə edilməmişdir. Bundan başqa, Məhkum kassasiya şikayətində latın qrafikalı əlifbanı bilmədiyini qeyd etsə də, işdən görünür ki, nə istintaq zamanı, nə də məhkəmədə o bu barədə bildirməmiş, həmçinin hökmün surətinin kiril əlifbası ilə ona verilməsini xahiş etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün müddət in bərpa edilməsinə dair vəsatəti təmin etməməklə cinayət prosessual qanunun tələblərini pozmamışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə gəldiyi nəticə əsaslıdır, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cinayət prosessual qanunun normalarına riayət etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkumun kassasiya şikayətinin dəlillərini əsassız, apellyasiya instansiyası məhkəməsinin qərarını isə əsaslı və qanuni sayır. Həmin səbəblərdən də kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respubli kası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar