Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-412/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Re spublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil İsmayılov Sərdar Əbülfət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə hakimlər: N.N.Mirzəyev (sədrlik edən və məruzəçi), R.İ.Hüseynov və B.M.Məmmədovdan ibarət tərkibdə) Məhkum- xx xxxxxx 1983-cü il tarixdə Göyçay rayonunun Alxasava kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayonunun Dövranlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Azərbaycan Respublik ası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxx 2018-ci il tarixdə saat 13 radələrində Göyçay rayonunun Qaraməryəm kəndində yaşayan Füzuli rayonunun Yuxarı Seyidəhmədli kənd sakini Zərərçəkmiş şəxs2 mülkiyyətində olan Shacman SX331 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindən keçən 214-cü kilometrində Yevl ax istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib Göyçay rayonunun Hacalıkənd kəndində yaşayan X3 həmin yolda idarə edərək sola dönmə işıq siqnalı verməklə sola dönmə əməliyyatı apardığı VAZ 21063 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfdən ötmə əməliyyatı həyata keçirməsi səbəbindən idarə etdiyi avtomobil həmin avtomobillə sol hərəkət yolunda toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan VAZ 21063 markalı avtomobilin sürücüsü X3 qapalı kəllə beyin travması, beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, döş qə fəsinin hər iki yarısında qabırğaların soxsaylı sınıqları, sol bazu sümüyünün orta 1/3-də açıq yerdəyişən sınığı, sol çanaq sümüklərinin sınıqları, üz sümüklərinin sol yarısının yerdəyişən sınıqları,başın ənsə sümüklərinin sınıqları, üz sümüklərinin sol yarısının yerdəyişən sınıqları, başın ənsə və sol qaşüstü nahiyənin yumşaq toxumalarının əzilmiş cırılmış yaraları, sol göz yuvası ətrafı və sağ gözün yuxarı qapaq nahiyələrinin hematomaları, gövdənin arxa səthində sol kürəkaltı nahiyənin və belin sol iç səthlərində və sol əlin İ-İİ-İİİ barmaq falanqalarının sıyrıqlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alaraq, kəllə beyin travması nəticəsində baş verən baş beyin toxumasına, onun mədəciklərinə, qişaları altına, döş qəfəsinin hər iki yarı sında qabırğaların çoxsaylı sınıqları, sol bazu sümüyünün orta 1/3dən açıq yerdəyişən və sol çanaq sümüklərinin sınıqları fonunda qansızmalar və travma şokundan hadisə yerində və həmin avtomobildə olmuş sərnişin İsmayıllı şəhərində yaşayan X4 isə açıq ağır kəllə beyin travması, sol təpə gicgah sümüyünün açıq qəlpəli yerdəyişmiş sınığı, həmin nahiyənin epidural və subdural hematoması, baş beyinə sol yarısına qansızma, ağır dərəcəli beyin əzilməsi, başın sol alın-təpə gicgah və sağ çənə bucağı nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış yaraları, üzün sol yanaq nahiyəsində səthi dəri yaralarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alaraq, kəllə qapağı sümüklərinin açıq qəlpəli yerdəyişən sınığı fonunda baş verən epidural və subdural hemat oması, baş beyinə sol yarısına qansızma və ağır beyin əzilməsindən xx xxx 2018-ci il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanasında ölümlərinə, eləcə də həmin avtomobildə olmuş digər sərnişin, İsmayıllı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 sağlamlığına İV,V,Vİ qabırğaların az yerdəyişmiş sınığı ilə müşayiət edilən, dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurulmasına, eyni zamanda “Shacman SX331” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində mülkiyyətçi Zərərçəkmiş şəxs2 3000 (üç min) manat, VAZ 21063 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhv olması nəticəsində isə mülkiyyətçi X6 2200 (iki min iki yüz) manat dəyərində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Məhkum müdaf iəçisi-vəkil X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və R.Ə.Əliyevdan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil İsmayılov Sərdar Əbülfət oğlu kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Məhkum cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil İsmayılov Sərdar Əbülfət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisənin törədilməsində Məhkum təqsiri olmamışdır. Çünki h adisə baş verən zaman mərhum X8 idarə etdiyi VAZ 21063 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə qəflətən sola dönmə əməliyyatı edərkən arxadan gələn Məhkum idarə etdiyi Şhacman SX331 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə faktiki olaraq hadisənin qarşısını almaq imkanı olmamışdır. Qeyd olunduğu kimi, zərərçəkmiş şəxs tərəfindən dönmə əməliyyatının qəflətən həyata keçirilməsi səbəbindən təqsirləndirilən şəxs tərəfindən hadisənin qarşısının alınması qeyri-mümkün olmuşdur. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticə lərə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, hadisənin törədilməsində Məhkum təqsiri olmamış, mərhum X8 idarə etdiyi VAZ 21063 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə qəflətən sola dönmə əməliyyatı edərkən arxadan gələn Məhkum idarə etdiyi Şhacman SX331 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə faktiki olaraq hadisənin qarşısını almaq imkanı olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə icla s protokolundan müəyyən edilir ki, Məhkum eian edilmiş ittihamda özünü təqsirli bilərək, ittihamın məzmununa uyğun etirafedici ifadə vermişdir. Onun etiraf ifadəsi cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə uyğunluq təşkil etdiyindən ittihamı təsdiq edən və birinci instansiya məhkəməsinin hökmünün də əsaslandığı sübut kimi qiymətləndirilmişdir. Məhkəməyədək icraat zamanı təyin olunaraq keçirilmiş kompleks məhkəmə yolnəqliyyat hadisələri və məhkəmə-trasoloji ekspertizası üzrə Azərbayjan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli, 21233 saylı ekspert rəyində göstərilmişdir ki, nəqliyyat vasitələri ilkin kontakt anında “Shacman SX-331” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sahəsi (küncü) il ə “Vaz-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan sahəsi arasında toqquşma təxminən 40-45 dərəcə bucaq altında baş vermişdir. Həmin rəydə həmçinin göstərilmişdir ki, “Shacman SX-331” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixli kompleks məhkəmə-yolnəqliyyat və trasoloji ekspertizanın xx.xx.2018-ci il tarixli 21233 saylı rəyi ilə tanış etmə barədə protokoldan da müəyyən edilmişdir Məhkum müdafiəçisi-vəkil Rasim Vəliyevin iştirakı ilə rəylə tanış olduqdan sonra şikyətinin və vəsatətinin olmadığı barədə qeyd edib protoklu imzalamışlar. Cinayət işinin materialları ilə təqsirləndirilən şəxsin və müdafiəçisinin tanış edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli prtokolda görünür ki, Məhkum müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə heç bir məhdudiyyət qoyulmadan tanış olması, vəsatətinin və şikayətinin olmaması barədə qeyd etməklə protokolu imzalamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə toplanıb, tədqiq edilmiş və qiymətləndirilmiş mötəbər sübutlarla təsdiq edilmiş və Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Kassasiya şikayətində göstərilən məhkumun təqsirsizliyinə dair dəlillər cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən yoxlanılaraq obyektiv hüquqi qiymət verilmişdir. Məhkum əməlində cinayət tərkibinin olmaması barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edirlir. Məhkum cəzasının yüngülləşdirilməsi barədə müdafiəçisinin apellyasiya şikayətinə baxılarkən şikayətində göstərilən dəlillər tam, hərtərəfli araşdırılaraq hüquqi qiymət verilmiş və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil İsmayılov Sərdar Əbülfət oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-412/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-412/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver