Məhkəmə qərarları › İş №1(102)-412/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-412/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-412/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X47, Məhkum iştirakları ilə, Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Re spublikası CM-nin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi-vəkil Əlirzayev Tahir Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı Samir İsmayılov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Saatlı Rayon Məhkəməsinin (sədrlik edən hakim: İ.Ə.Abuşov) 09 yanvar 2020-ci il tarixli hökmü ilə, Məhkum - 09 may 1981-ci il tarixdə Saatlı rayonunun Afan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində üç nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, hal-hazırda Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru vəzifəsində iş ləyən, Saatlı rayonunun Yeni Novruzlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Azərbaycan Respublikası CM-nin 179.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə 4000 (dörd min) manat miqdarda cərimə, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarda cərimə, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 5000 (beş min) manat miqdarda cərimə cəzası saxlanılmışdır. İşin halları: Məhkum vahid niyyətlə 15 sentyabr 2009-cu ildən etibarən Saatlı rayon Təhsil Şöbəsinin Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən dövlətin büdcə vəsaitinin talanması üçün istifadə edərək tamah niyyəti ilə, yəni qanunsuz pul əldə etmək məqsədi ilə rəsmi sənəd hesab edilən əmrlərə, dərəcələrinə müvafiq tədris olunan dərs saatlarına görə ödəniləcək əmək haqqının məbləğlərini müəyyən edən aylıq iş tabellərinə, tədris olunmamış fərdi və evdə təhsil dərslərinə, dərnək məşğələlərinə görə ayrı-ayrı müəllimlərin adlarına əmək haqqı hesablanıb köçürülməsinin təmin olunması üçün həmin dərslərin tədris edilməsi və dərnəklərin keçirilməsi haqqında bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib Azərbaycan Respublikası Təhsil Nazirinin 29 may 2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq olunmuş «Fərdi təhsilin təşkili haqqında Qaydalar»ın 2-ci bəndinə əsasən X16 məktəb üzrə verdiyi 09 sentyabr 2014-cü il tarixli, 42 nömrəli əmrlə fərdi təhsilə cəlb olunmasına baxmayaraq, 2015-2016-cı dərs ilində məktəbdə ona fərdi dərsləri tədris etməli olan X53 faktiki olaraq bu dərsləri tədris etmədiyi halda, onun tədris prosesində iştirakına dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və X53nın öz kartı vasitəsilə bankomatdan çıxarıb nəğdiləşdirməklə tələbinə əsasən ona verdiyi 713,18 manat pulu, eləcə də 2015-2016-cı dərs ilində X16in fərdi təhsili ilə əlaqədar ödənilmiş əmək haqqına görə X53nın plastik ə mək haqqı bank kartına məzuniyyət puluna əlavə pul formasında köçürülməsini təmin etdiyi və onun kart vasitəsi ilə bankomatdan çıxarıb nəğdiləşdirməklə tələbinə əsasən poçtla ona göndərdiyi 125,27 manat pulu, həmçinin 2016-cı ilin 28-31 avqust və 01-15 sentyabr tarixlərində növbəti dərs ilinə hazırlıq prosesində iştirak etmək üçün məktəbə gəlməyən X53nın adına verilmiş plastik əmək haqqı bank kartını onun atası X28 alıb, hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib X53nın adına verilmiş əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və həmin kartdan istifadə edərək bankomatdan çıxarıb nəğdiləşdirdiyi 332,98 manat pulu, habelə fərdi təhsilə cəlb edilmiş X16ə 2016-2017-ci dərs ilində b u dərsləri faktiki olaraq tədris etmədiyi halda, X37 tədris prosesində iştirak etməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və X49nın bankomat vasitəsi ilə çıxarıb nəğdiləşdirməklə tələbinə əsasən ona verdiyi 696,73 manat pulu, Azərbaycan Respublikası Təhsil Nazirinin 10 may 2002-ci il tarixli, 77 nömrəli əmri ilə təsdiq edilmiş «Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları»na əsasən məktəb üzrə verdiyi 15 sentyabr 2016-cı il tarixli, 75/1 nömrəli əmrlə evdə təhsilə cəlb olunmuş X3 evdə dərsləri faktiki olaraq tədris etmədiyi halda, X37 tədris prosesin də iştirak etməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib onun adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və X49nın bankomat vasitəsi ilə çıxarıb nəğdiləşdirərək tələbinə əsasən ona verdiyi 158,39 manat pulu, Azərbaycan Respublikası Təhsil nazirinin 04 avqust 2017-ci il tarixli, 238 nömrəli əmri ilə təsdiq edilmiş «Ümumtəhsil məktəblərində dərnəklərin təşkili qaydası»na əsasən məktəbdə qabaqcadan planlandırılmış dərnək məşğələlərini faktiki olaraq keçmədiyi halda, X37 dərnəkləri keçməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və X49nın bankomat vasitəsi ilə çıxarıb nəğdiləşdirdiyi 830,76 manat puldan tələbinə əsasən ona verdiyi 394,88 manat pulu, fərdi təhsilə cəlb edilmiş X16ə 2016-2017-ci dərs ilində bu dərsləri faktiki olaraq tədris etmədiyi halda, X8 tədris prosesində iştirak etməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və X8un bankomat vasitəsi ilə çıxarıb nəğdiləşdirməklə tələbinə əsasən ona verdiyi 696,73 manat pulu, evdə təhsilə cəlb olunmuş X3ya evdə dərsləri faktiki olaraq tədris etmədiyi halda, X8 tədris prosesində iştirak etməsinə dair h ər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, onun adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və X8un bankomat vasitəsi ilə çıxarıb nəğdiləşdirərək tələbinə əsasən ona verdiyi 340,09 manat pulu, fərdi təhsilə cəlb olunmuş X16in fərdi təhsili və evdə təhsilə cəlb olunmuş X3nın evdə təhsili ilə əlaqədar ödənilmiş əmək haqqına görə X8un plastik əmək haqqı bank kartına məzuniyyət puluna əlavə pul formasında köçürülməsini təmin etdiyi və onun kart vasitəsi ilə bankomatdan çıxarıb nəğdiləşdirməklə tələbinə əsasən ona verdiyi 156,89 manat pulu, 2016-2017-ci dərs ilində evdə təhsilə cəlb olunmuş X3ya bu dərsləri faktiki olaraq tədris etmədiyi halda, biologiya müəlli mi X17 tədris prosesində iştirak etməsinə dair hər ay tərtib etdiyi rəsmi sənəd olan işə davamiyyət cədvəllərinə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, bu şəxsin adına verilmiş plastik əmək haqqı bank kartına köçürülməsini təmin etdiyi və X17nın bankomat vasitəsi ilə çıxarıb nəğdiləşdirməklə tələbinə əsasən ona verdiyi 364,50 manat pulu, cəmi 3979,64 manat məbləğində dövlətin büdcə vəsatini, yəni özgə əmlakını qulluq mövqeyindən istifadə edərək mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, 15 sentyabr 2009-cu ildən etibarən Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs, yəni X40 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sair şəxsi niyyətlə, yəni özünü yaxşı rəhbər kimi göstərib onun hörmətini qazanmaq üçün istifadə edərək və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatlarının» 5-ci bəndinin tələblərinə zidd olaraq məktəbin kimya-fizika laboratoriya otaqları müvafiq avadanlıqlarla təchiz edilmədiyi halda, rəsmi sənəd hesab edilən 15 sentyabr 2009-cu il tarixli, 1/48 nömrəli əmrə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib X29 inzibati xidmətedici heyətə aid olan fizika laborantı vəzifəsinə işə qəbul etdikdən sonra onun öz xidmət i vəzifələrini yerinə yetirməsi üçün laboratoriyanın zəruri avadanlıqlara təchiz edilməsindən ötrü hər hansı tədbir görməmiş və gündəlik məktəbə gələrək xidməti vəzifəsinə aid olmayan işləri yerinə yetirən X29nın adına verilmiş plastik əmək haqqı bank kartına 2009-2015-ci illərdə 7124,89 manat, 2016-cı ildə 1489,00 manat, 2017-ci ildə 1583,33 manat və 2018-ci ilin sentyabr-noyabr aylarında 566,56 manat olmaqla, cəmi 10763,78 manat məbləğində pulun köçürülməsini, eləcə də eyni qaydada xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah və sair şəxsi niyyətlə, yəni özünü məktəbin müəllimlərinə yaxşı rəhbər kimi göstərib onların hörmətini qazanmaq üçün istifadə edə rək və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, rəsmi sənəd hesab edilən dərəcələrinə müvafiq tədris olunan dərs saatlarına görə ödəniləcək əmək haqqının məbləğlərini müəyyən edən aylıq iş tabellərinə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə 22 iyun 2016-cı il tarixli 427 nömrəli əmr ilə təsdiq olunmuş 2016-2017-ci dərs ili, 28 iyul 2017-ci il tarixli 226 nömrəli əmr ilə təsdiq olunmuş 2017-2018-ci dərs ili və 20 iyul 2018-cı il tarixli F-528 nömrəli əmr ilə təsdiq olunmuş 20182019-cu dərs ili üçün ümumitəhsil məktəblərinin tədris planlarının tələblərini pozub 20162017, 2017-2018-ci tədris illərində və 2018-ci ilin sentyabr ayından dekabr ayına qədər olan müddətdə həmin tədris planlarında nəzərdə tutulm uş dərsdənkənar və fakultativ məşğələ saatlarının müvafiq tədbirləri görməklə keçirilməsini təşkil etmədiyi halda, 2016/2017-ci dərs ilində məktəbdə ingilis dili müəllimi işləyən arvadı X18 adına verilmiş plastik əmək haqqı bank kartına 641,02 manat, həmçinin coğrafiya müəllimi işləyən X11 adına verilmiş plastik əmək haqqı bank kartına 730,28 manat, 2017/2018-ci dərs ilində ingilis dili müəllimi işləyən X12 adına verilmiş plastik əmək haqqı bank kartına 244,59 manat, ingilis dili müəllimi işləyən X19 adına verilmiş plastik əmək haqqı bank kartına 185,44 manat, normativ sənədlərin tələblərinə müvafiq qaydada məktəbdə qabaqcadan planlaşdırılmış dərnək məşğələlərinin təşkili üçün üzərinə düşən vəzifələri yerinə yetirməklə, dərnəklərin keçirilməsini təmin etməyərək 2016/2017-ci dərs ilində m əktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən X30 adına verilmiş plastik əmək haqqı bank kartına 435,88 manat, həmin dərs ilində ingilis dili müəllimi işləyən X18 adına verilmiş plastik əmək haqqı bank kartına 903,21 manat, 2017/2018-ci dərs ilində coğrafiya müəllimi işləyən X11 adına verilmiş plastik əmək haqqı bank kartına 927,52 manat, həmin dərs ilində ingilis dili müəllimi işləyən X18 adına verilmiş plastik əmək haqqı bank kartına 826,59 manat, 2018/2019-cu dərs ilində coğrafiya müəllimi işləyən X11 adına verilmiş plastik əmək haqqı bank kartına 278,93 manat, həmin dərs ilində fiziki tərbiyə müəllimi işləyən X31 adına verilmiş plastik əmək haqqı bank kartına 226,21 manat, normativ sənədlərin tələblərinə müvafiq qaydada məktəbdə X16 məktəb üzrə verdiyi 09 sentyabr 2014-cü il ta rixli, 42 nömrəli əmrlə fərdi təhsilə cəlb olunmasına baxmayaraq, ona fərdi dərslərin tələb olunan qaydada məktəbdə ayrıca keçirilməsini təmin etməmiş və həmin dərs saatlarına görə 2014/2015-ci dərs ilində ingilis dili müəllimi işləyən X18 adına verilmiş plastik əmək haqqı bank kartına 323,98 manat, həmin dərs ilində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən X2 adına verilmiş plastik əmək haqqı bank kartına 480,38 manat, 2015/2016-cı dərs ilində kimya və biologiya müəllimi işləyən X20 adına verilmiş plastik əmək haqqı bank kartına 955,47 manat, riyaziyyat müəllimi işləyən X8 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 796,95 manat, tarix müəllimi işləyən X4 adına verilmiş plastik əmək haqqı bank kartına 2016/2017-ci dərs ilində 202,47 manat və 2017/2018-ci d ərs ilində 224,95 manat, fizika müəllimi işləyən X9 adına verilmiş plastik əmək haqqı bank kartına 2016/2017-ci dərs ilində 85,12 manat və 2017/2018-ci dərs ilində 88,17 manat, coğrafiya müəllimi işləyən X11 adına verilmiş plastik əmək haqqı bank kartına 2016/2017-ci dərs ilində 81,80 manat və 2017/2018-ci dərs ilində 128,08 manat, biologiya müəllimi işləyən X21 adına verilmiş plastik əmək haqqı bank kartına 2016/2017-ci dərs ilində 193,97 manat və 2017/2018-ci dərs ilində 100,64 manat, Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən X22 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 628,01 manat, Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən X32 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 166,20 manat, kimya müəllimi işləyən X13 adına ver ilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 88,17 manat, məktəb üzrə verdiyi 15 sentyabr 2016-cı il tarixli, 65 nömrəli əmrlə fərdi təhsilə cəlb olunmuş X23 fərdi dərslərin normativ sənədlərin tələblərinə müvafiq qaydada məktəbdə ayrıca keçirilməsini təşkil etməmiş və ona dərslər faktiki olaraq ümumi sinif uşaqları ilə birlikdə keçirildiyi halda, həmin dərs saatları üçün məktəbin ibtidai sinif müəllimi işləyən X42nın adına verilmiş plastik əmək haqqı bank kartına 2016/2017-ci dərs ilində 1383,98 manat və 2017/2018-ci dərs ilində 1396,21 manat, ibtidai sinif müəllimi işləyən X14 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 190,41 manat, ibtidai sinif müəllimi işləyən X24 adına verilmiş plastik əmək haqqı bank kartına 2018/2019-cu dərs ilinin sen tyabr-noyabr aylarında 245,90 manat, məktəb üzrə verdiyi 11 sentyabr 2017-ci il tarixli, 67 nömrəli əmrlə fərdi təhsilə cəlb olunmuş X15 fərdi dərslərin normativ sənədlərin tələblərinə müvafiq qaydada məktəbdə ayrıca keçirilməsini təmin etməyərək, qeyd olunan dərs saatları üçün məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən X32 adına verilmiş plastik əmək haqqı bank kartına 2017/2018-ci dərs ilində 92,88 manat, normativ sənədlərin tələblərinə müvafiq qaydada məktəb üzrə verdiyi 15 sentyabr 2016-cı il tarixli, 75 nömrəli və 01 oktyabr 2018ci il tarixli, 89 nömrəli əmrlərlə evdə təhsilə cəlb olunmuş X33 evdə dərslərin keçirilməsinin təşkili üçün üzərinə düşən vəzifələri yerinə yetirməmiş və ona dərslər məktəbdə ümumi sinif uşaqları ilə birlikdə keçirildiyi halda, həmin dərs saatların a görə 2016/2017-ci dərs ilində məktəbdə ingilis dili müəllimi işləyən X18 adına verilmiş plastik əmək haqqı bank kartına 106,63 manat, həmin dərs ilində ibtidai sinif müəllimi işləyən X25 adına verilmiş plastik əmək haqqı bank kartına 1628,09 manat, 2018/2019-cu dərs ilində ibtidai sinif müəllimi işləyən X41 adına verilmiş plastik əmək haqqı bank kartına 275,49 manat, məktəb üzrə verdiyi 15 sentyabr 2016-cı il tarixli, 75/1 nömrəli əmrlə evdə təhsilə cəlb olunmuş X3 evdə dərslərin keçirilməsinin təşkili üçün üzərinə düşən vəzifələri yerinə yetirməmiş və ona dərslər məktəbdə ümumi sinif uşaqları ilə birlikdə keçirildiyi halda, bu dərs saatlarına görə 2016/2017-ci dərs ilində məktəbdə ingilis dili müəllimi işləyən X18 adına verilmiş plastik əmək haqqı bank kartına 746,50 manat, qeyd oluna n dərs ilində coğrafiya müəllimi işləyən X11 adına verilmiş plastik əmək haqqı bank kartına 506,25 manat, fizika müəllimi işləyən X9 adına verilmiş plastik əmək haqqı bank kartına 160,02 manat, fizika müəllimi X6 adına verilmiş plastik əmək haqqı bank kartına 7,00 manat, kimya-biologiya müəllimi X26 adına verilmiş plastik əmək haqqı bank kartına 18,24 manat, öz adına verilmiş plastik əmək haqqı bank kartına 65,06 manat məbləğində pulun köçürülməsini, bununla dövlət büdcəsindən məktəbin maliyyələşdirilməsi üçün ayrılmış xeyli miqdarda, yəni cəmi 27530,47 manat məbləğində pul vəsaitinin qanunsuz əmək haqqı kimi həmin şəxslərə verilməsini təmin etmiş, nəticədə qeyd edilən hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2020-ci iltarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və İ.H.Əhmədovdan ibarət tərkibdə) məhkumun apelyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, protestə əsasən hökm Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müd dətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4000 (dörd min) manat miqdarında cərimə cəzası, Cinayət Məcəlləsinin 308,1ci maddəsi ilə təyin olunmuş 2000 (iki min) manat miqdarında cərimə cəzası və Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təyin olunmuş 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, Məhkum üzərində qəti olaraq 2 (iki) il müdd ətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi- məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5000 (beş min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Hökm apelyasiya şikayətinə və apelyasiya protestinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi-vəkil Əlirzayev Tahir Qafar oğlu tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı Samir İsmayılov tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Müdafiəçi-vəkil Əlirzayev Tahir Qafar oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, apelyasiya məhkəməsi apelyasiya şikayətinin təmin edilməməsinin əsası kimi “ibtidai araşdırma zamanı sadalanan sübu tların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməməsi, işə birinci instansiya tərəfindən ağlabatan müddətdə baxıldığı, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmadığı, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilmədiyi və mənim qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarımdan tam həcmdə istifadə etməyi üçün kifayət qədər imkanlar və şərait yaradıldığı” ilə izah edilmişdir. Apellyasiya məhkəməsi cinayət hadisəsinin baş verdiyi, birinci instansiya məhkəməsinin Məhkum əməlinə öz hökmündə hüquqi qiymət verərək, onu haqlı olaraq AR CM -nin 179.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə təqsirli bildiyi və apellyasiya şikayətinin dəlillərinin tam əsassız olduğu qənaətinə gəlmişdir. Həm birinci instansiya məhkəməsi və həm də apellyasiya instansiya məhkəməsi onu AR CM-nin 179.2.3-cü maddəsi ilə təqsirli bildikləri halda ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittiham üzrə AR ƏN-nin Məhkəmə ekspertizası mərkəzinin 12 aprel 2019-cu il tarixli 8580 saylı ekspert Rəyinə istinadən Saatlı r-n, Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən yoxlama aparıldığı 2009-2015-ci il və 20162017, 2017-2018 və 2018-2019-cu illlər üzrə cəmi 28 421.96 manat məbləğində büdcə vəsaitinin əsassız olaraq məxaricə verilməkdə ittiham etmişdir. Hansı ki, məhkəmələrin və ibtidai istintaq orqanının özünün də istinad etdiyi hallarla göstərilən məbləğlərin nə tərəfindən mənimsənilməsi, nə də i sraf olunması hallarına yol verilməsi müəyyən olunmamışdır. Göstərilən məbləğlərin göstərilən şəxslərə dərs və əlavə saatlara görə dedikləri dərsdənkənar saatlara görə hesablanmış, vəzifə bölgüsünə görə məktəbin direktor müavini tərəfindən tərtib edilmiş əmək haqqı cədvəli əsasında tərəfindən təsdiq edilərək rayon Təhsil Şöbəsi tərəfindən təsdiq edilərək rayon Maliyyə Şöbəsi tərəfindən göstərilən 2009-2019-cu illər ərzində əmək haqqı qaydasında müəllim və laborant tərəfindən alınmış və öz məsrəflərinə sərf etdikləri vəsait olmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə cəmi 28 421.96 manat məbləğində büdcə vəsaitinin tərəfindən mənimsənilməsinin və israf olunmasının sübut olunmadığı kimi ittiham aktında, hökm və qərarda göstərilmiş 3 979,64 manat məbləğində dövlətin büdcə vəsaitinin, yəni özgə əmlakının qulluq mövqeyindən istifadə edərək tərəfindən mənimsənilməsi hallan sübut olunmamışdır. Eyni zamanda 3 979,64 manat məbləğində vəsaitin adları qeyd edilən X53 tərəfindən 713.18 manat və 125.27 manat, X48 vasitəsilə (hansı ki, X28 belə bir izahat alınmamışdır) X53dan əmək haqqından 332.98 manat, X49dan 696.73 manat, 158.39 manat və 394.88 manat, X8dan 696.73 manat, 340.09 manat və 156.89 manat, X17dan 364.50 manat adı çəkilən şəxslər tərəfindən ona verilməsi və onun həmin vəsaiti adı çəkilən şəxslərdən almağını təsdiq edən hər hansı sübuta istinad olunmamışdır. Hazırkı cinayət işi üzrə həm istintaq orqanı, həm birinci instansiya və həm də apellyasiya instansiyası məhkəməsi ittihamın faktiki əsası kimi tərəfindən cəmi 28 421.96 manat məbləğində büdcə vəsaitinin mənimsənilməsinin və israf olunmasının AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyinin 07yanvar 2019-cu il tarixli Aktı ilə müəyyən edilməsi ilə əsaslandırmışdır. Lakin, həm birinci instansiya və həm də apellyasiya instansiyası məhkəməsində tərəfindən AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyinin 07 yanvar 2019-cu il tarixli Aktına istinad edilərək ittiham olunduğum cinayə hadisəsinin baş vermə dövrü olan 2009-2019-cu illər üzrə mənimsəmə və israf etmə faktlarının əgər yuxarıda göstərilən Aktla müəyyən edildiyi iddia olunurdusa tərəfindən təqdim edilmiş Saatlı rayon İcra hakimiyyətinin Bəylik kəndə İnzibati Ərazi dairəsi nümayəndəliyinin (Saatlı rayonu Yeni Novruzlu kənd orta məktəbi də əhatə olunmaqla) 2 8 mart 2014-cü il tarixli Aktla 01.01.2008.-01.03.2014-cii il tarixədək dövrü əhatə edən icmal xərc smetasının icrasının təftişi zamanı əmək haqqı və digər ödəniş cədvəllərinin yekunları bütünlüklə yoxlanılarkən kənarlaşmanın müəyyən edilmədi qeyd edildiyi məhkəmələrin diqqətinə çatdırmaqla sübut kimi təqdim edilməsinə baxmayaraq məhkəmələr bu sübut növünü hökm və qərarda istinad etməmişdir. Hansı ki, həm 28 mart 2014-cü il tarixli Akt və həm də 07 yanvar 2019-cu il tarixli Akt AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyi tərəfindən tərtib olunmuşdur. Hansı ki, Aktla Ol.03.2014-cü il tarixədək olan dövr ərzində icmal xərc smetasının icrasının təftişi zamanı əmək haqqı və digər ödəniş cədvəllərinin yekunları yoxlanılarkən hər hansı kənar laşmanın müəyyən edilmədi qeyd edilmişdi. Necə ola bilər ki, 28 mart 2014-cü il tarixli Aktla 01.03.2014- cü il tarixədək kənarlaşmanın olmadığı müəyyən edilmədiyi halda 07yanvar 2019-cu il tarixli Aktla 200901.03.2014-cü il tarixədək 28 421.96 manat məbləğində büdcə vəsaitinin kənarlaşmasının aşkar olunmasını absurd hesab edirik. Lakin məhkəmə hər iki akt arasındakı ziddiyyətləri nəzərə almamışdır. Bundan başqa cinayət işi üzrə qərarda və birinci instansiya məhkəməsinin hökmündə adları qeyd edilən X34 2017-2018-ci dərs ilində mütəmadi olaraq X10 tərəfindən fərdi dərs deyilməsi X16 qərarda göstərilən ifadəsi ilə də təsdiq olunsa da ümumiyyətlə məktəbdə fərdi təhsilə cəlb olunan uşaqlar içərisində X42 adlı şəxsin olması cinayət işi materiallarında olan sübutlarla təsdiq olunmur. X7 məhkəbdə ibtidai sinif müəlliməsidir. O ki, qaldı X1 “məktəbdə fizika-kimya laboratoriyasında lazımi avadanlıqların olmaması, müəllimlərin heç vaxt orada dərs deməməsi, kabinetdə stol və stuldan başqa heç bir avadanlığın olmaması, mənim bəzi müəllimlərə boş saatlar yazmağı, sonra onların kartlarına pul köçürüb həmin pulları götürməyi” barədə ifadəsində göstərdikləri məhkəmə istintaqı zurnanı öz əksini tapmamışdır. Məktəbdə fizika-kimya laboratoriyasında lazımi avadanlıqların olmaması barədə X1 dedikləri həmin məktəbdə fizika müəllimi işləyən X9 və məktəbdə kimya fənnindən tədris edən X27 şahid qismində verdikləri ifadələr və Saatlı rayon İHB-nin Bəylik kənd İƏD-si üzrə nümayəndəsi şahid kimi məhkəmədə ifadə vermiş X45 verdiyi ifadələrində məktəbin fizika, kimya laboratoriyalarında avadanlıqların o lduğu, lakin ləvazimatların olmadığı qeyd edilmişdir. Yəni göründüyü kimin ittiham tərəfinin qeyd etdiyindən fərqli olaraq məktəbdə fizika, kimya laboratoriyalarında avadanlıqlar olmuşdur. X1 ifadəsində göstərdikləri işdə olan digər şahid ifadələri ilə inkar olunmasına baxmayaraq məhkəmə X5 ifadəsini “mötəbər” sübut kimi qəbul etmişdir. Baxmayaraq ki, bu barədə ifadə vermiş X9, X45 və X27 ifadələrinin ittihamın sübut foluna bilməməsinə münasibətdə hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmə X1 qərəzli ifadəsində göstərilən “bəzi müəllimlərə boş saatlar yazmağı, sonra onların kartlarına aul köçürüb həmin pulları götürməyi” barədə halların və kimdən və hansı müəllimlərdən pul alımağını təsdiq edə biləcək hər hansı sübutun olmadığı halda məhkəmənin X5 qərəzli ifadəsini sübut kimi qəbul et məklə prosessual pozuntuya yol vermişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, əməlində AR CM-nin 179.2.3-cü, 308.1 -ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətləri yoxdur və olmamışdır. Göstərilən hallar məhkəmə tərəfindən apelyasiya protestinin rədd edilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsas olmuşdur, məhkəmə isə qanunsuz və əsassız olaraq apelyasiya şikayətinin təmin edilməməsi, apelyasiya şikayətinin isə qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, işin hallarından, şahid ifadələrindən, işdə olan 28 mart 2014-cü il tarixli Aktdan göriinür ki, mənim əməlimdə ittiham olunduğum cinayət əməli yoxdur. Məhkum heç bir dövlət vəsaitini mənimsənməmiş və israf etməmişəm, eyni zamanda kimdənsə bu məqsədlə pul almamışam və belə bir fakt cinayət işi materialları ilə öz əksini tapmır. Odur ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qərarını ləğv edərək Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Həmçinin dövlət ittihamçısı Samir İsmayılov kassasiya protesti verərək bildirmişdir ki, məhkəmə kollegiyasi təqsirləndirilən şəxsə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməsini zəruri hesab etməklə həmin cəzanı təyin etsə də, lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş, əsas, qəti cəza olan, 5000 manat miqdarında cərimə cəzası ilə İlə bağlı hesab etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum Əüsaiam oğluna əsas cəzanın ü mumi məqsədinə xidmət edən cərimə cəzası təyin etmiş, cəzanın həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təyin olunması barədə qanunvericiliyin tələblərini nəzərə atmışdır, Bu əsaslara görə Məhkumə təyin olunmuş əsas qəti cəza- 5000 manat miqdarında cərimə cəzasının başqa cəza təyin olunmaqla ağıriaşdırılması zəruri deyil. Hesab edirəm ki, əlavə cəzanın təyin edilməsi, işin müəyyən edilmiş faktiki halları, eləcə də, məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi mübahisə doğurmasa da, aşağıda şərh edilən dəlillərə əsasən məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. İşin hallarından görünür ki, Məhkum qəsdən mülkiyyət əleyhinə, korrupsiya cinayətləri və qulluq məna feyi əleyhinə olan digər cinayətlər kateqoriyasına aid cinayətlər törətmiş, o, Saatlı rayonu Yeni Novruzlu kənd orta məktəbinin direktoru vəzifəsində işləyərkən şəxsi niyyətlə qulluq mənafeyi əleyhinə olmaqla, dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. O, tutduğu rəhbər vəzifəsindən irəli gələn səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin mənafeyi əleyhinə olan cinayət törətməklə yanaşı dövlətin nüfuzuna da əhəmiyyətli zərər vurmuşdur. O, qulluq mövqeyindən istifadə etməklə taladığı dövlət əmlakını ödəməmiş ve cinayətin nəticəsini aradan qaldırmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin hökmünü müdafiə edərkən cinayətin ictimai təhlükəliliyini artıran həmin halların heç birini nəzərə almamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasım cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun motivlərini qərarında əsaslandırmamaqla həmin halların konkret olaraq nədə ifadə olunmasını göstərməmiş və birinci instansiya məhkəməsi tərəfindən ona təqsirləndirildiyi hər bir maddə üzrə ən yüngül cəza növü olan cərimə cəzası təyin edilməsini əsassız olaraq dəyişdirmədən saxlamışdır. İşin hallarına görə isə Məhkum cinayətləri hadisələrin təsadüfi axarı zəminində deyil, onun Saatlı rayon Yeni Novruzlu kənd orta məktəbinin direktoru vəzifəsində işləyərkən şəxsi niyyətlə, tutduğu rəhbər vəzifəsindən irəli gələn səlahiyyətlərindən suiistifadə etməklə 9 il ərzində davamlı olaraq törətməsi onu gö stərir ki, o, əvvəlcədən qanunsuz hərəkətlərini ölçüb-biçməklə planlaşdırmış və davranışlarında hadisələrin təsadüfi axarının olmasını şərtləndirən əlamətlər olmadan cinayəti törətmiş və həmin halla bağlı məhkəmənin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə zidd olmuşdur. Həmçinin işin hallarından görünür ki, Məhkum 9 il ərzində mənimsəməklə və vəzifə səlahiyyətlətində sui-istifadə etməklə dövlət büdcəsinə vurduğu maddi ziyanı barəsində cinayət təqibi və məhkəmə istintaqı aparılmasına baxmayaraq ödəməmişdir. Məhkum bu cür davranışları göstərir ki, o, dövlət əmlakına vurduğu maddi zərəri ödəməyə və törətdiyi cinayətkar əməllərin nəticəsinin aradan qaldırılmasına meylli olmamışdır. Eyni zamanda, məhkum edilmiş şəxs Məhkum nəinki cinayətin açılmasına fəal köməklik etməmiş, o, həm ibtidai istintaq zamanı, həm də məhkəmələrdə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, törətdiyi əməlləri etiraf edib peşimançılıq hissi keçirməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun dövlət əmlakım mənimsəmə və vəzifə səlahiyyətlərindən sui istifadə etmə cinayətlərini 2009-cu ildən 2018-ci ilə kimi 9 il ərzində rəhbər vəzifədə işlədiyi müddətin faktiki olaraq cinayətkar fəaliyyətlə müşayiət olunduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhiükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini, ölkədə korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə qarşı kəskin mübarizə aparılmasını nəzərə almamaqla Məhkum teyin olunmuş cərimə cəzasını qüvvədə saxlamışdır. Bu da cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 58-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə almadan, işin konkret hallarını, məhkumun şəxsiyyəti barədə məlumatları təhlil etmədən və öz qərarını əsaslandırmadan, cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasının motivlərini göstərmədən məhkum edilmiş Məhkum törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin edilməsini müdafiə etməklə cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qərarını ləğv edərək cinayət işinin yeni ape lyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassas iya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə və kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətində 3 979,64 manat məbləğində dövlətin büdcə vəsaitinin, yəni özgə əmlakının qulluq mövqeyindən istifadə edərək tərəfindən mənimsənilməsi halları sübut olunmamışdır. Eyni zamanda 3 979,64 manat məbləğində vəsaitin adları qeyd edilən X53 tərəfindən 713.18 manat və 125.27 manat, X48 vasitəsilə (hansı ki, X28 belə bir izahat alınmamışdır) X53dan əmək haqqından 332.98 manat, X49dan 696.73 manat, 158.39 manat və 394.88 manat, X8dan 696.73 manat, 340.09 manat və 156.89 manat, X17dan 364.50 manat adı çəkilən şəxslər tərəfimdən mənə verilməsi və mənim həmin vəsaiti adı çəkilən şəxslərdən almağını təsdiq edən hər hansı sübuta istinad olunmamışdır. Kassasiya şikayətinin bu dəlili ilə əlaqdar cinayət işinin materi allarından müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahidlər X48 və təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş X49 dindirilməmiş, təqsirləndirilən şəxsin ona suallar verməsi təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsinə əsasən Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə kassasiya şikayətinin dəlili qismən əsaslıdır. Bundan başqa müdafiəçinin kassasiya şikayətində göstərilmişdir ki, hazırkı cinayət işi üzrə həm istintaq orqanı, həm birinci instansiya və həm də apelyasiya i nstansiyası məhkəməsi ittihamın faktiki əsası kimi tərəfimdən cəmi 28 421.96 manat məbləğində büdcə vəsaitinin tərəfindən mənimsənilməsinin və israf olunmasının AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyinin 07yanvar 2019-cu il tarixli Aktı ilə müəyyən edilməsi ilə əsaslandırmışdır. Lakin, həm birinci instansiya və həm də apellyasiya instansiyası məhkəməsində tərəfindən AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyinin 07 yanvar 2019-cu il tarixli Aktına istinad edilərək ittiham olunduğu cinayət hadisəsinin baş vermə dövrü olan 2009-2019-cu illər üzrə mənimsəmə və israf etmə faktlarının əgər yuxarıda göstərilən Aktla müəyyən edildiyi iddia olunurdusa tərəfindən təqdim edilmiş Saatlı ray on İcra hakimiyyətinin Bəylik kəndə İnzibati Ərazi dairəsi nümayəndəliyinin (Saatlı rayonu Yeni Novruzlu kənd orta məktəbi də əhatə olunmaqla) 28 mart 2014-cü il tarixli Aktla 01.01.2008.-01.03.2014-cii il tarixədək dövrü əhatə edən icmal xərc smetasının icrasının təftişi zamanı əmək haqqı və digər ödəniş cədvəllərinin yekunları bütünlüklə yoxlanılarkən kənarlaşmanın müəyyən edilmədiyi qeyd edildiyi məhkəmələrin diqqətinə çatdırmaqla sübut kimi təqdim edilməsinə baxmayaraq məhkəmələr bu sübut növünü hökm və qərarda istinad etməmişdir. Hansı ki, həm 28 mart 2014-cü il tarixli Akt və həm də 07 yanvar 2019-cu il tarixli Akt AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyi tərəfindən tərtib olunmuşdur. Hansı ki, Aktla 01.03.2014-cü il tarixədək o lan dövr ərzində icmal xərc smetasının icrasının təftişi zamanı əmək haqqı və digər ödəniş cədvəllərinin yekunları yoxlanılarkən hər hansı kənarlaşmanın müəyyən edilmədiyi qeyd edilmişdi. Necə ola bilər ki, 28 mart 2014-cü il tarixli Aktla 01.03.2014- cü il tarixədək kənarlaşmanın olmadığı müəyyən edilmədiyi halda 07 yanvar 2019-cu il tarixli Aktla 2009-01.03.2014-cü il tarixədək 28421.96 manat məbləğində büdcə vəsaitinin kənarlaşmasının aşkar olunmasını absurd hesab edirik. Lakin məhkəmə hər iki akt arasındakı ziddiyyətləri nəzərə almamışdır. Bu məsələ ilə əlaqədar birinci instansiya məhkəməsinin hökmündə göstərilmişdir ki, müdafiəçi Tahir Əlirzayev 28 mart 2014-cü il tarixli akt təqdim edərək Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbində 01 yanvar 2008-ci il tarixdən 01 mart 2014-c ü il tarixə kimi olan dövrdə icmal xərc smetalarının təftiş edildiyini və heç bir nöqsan aşkar edilmədiyini göstərsə də, təqsirləndirilən şəxs Məhkum yuxarıda qeyd olunan əməlləri törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyinin 07 yanvar 2019-cu il tarixli yoxlama aktı ilə, Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinə aid iki ədəd əmr kitabı, fərdi təhsilin tədris edilməsi ilə bağlı yeddi ədəd və evdə təhsilin tədris edilməsi ilə bağlı beş ədəd jurnallarla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2019-cu il tarixli 8580 saylı rəyi ilə v ə iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapdığından məhkəmə həmin aktı sübut növü kimi qəbul etmir. Lakin birinci instansiya məhkəməsi 28 mart 2014-cü il tarixli aktı tərtib etmiş şəxsləri müəyyən edib məhkəmə iclasında dindirməmiş, həmin aktın qanuniliyinə, aktı tərtib etmiş vəzifəli şəxslərin qanun pozuntusuna yol verib-vermədiyinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi də göstərilən halları tam, hərtərəfli və obyektiv araşdırıb hüquqi qiymət verməmişdir. Ona görə də müdafiəçinin kassasiya şikayətinin yuxarıda göstərilən dəlilləri əsaslı hesab edilərək qismən təmin edilməlidir. Kassasiya protestinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cin ayət əməllərini törətməkdə təqsirli bilindiyi halda CM-nin 179.2.3-cü maddəsi ilə 4000 (dörd min) manat miqdarda cərimə, 308.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarda cərimə, 313-cü maddəsi ilə 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzasına, CM-nin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplamaq yolu ilə üzərində qəti olaraq 5000 (beş min) manat miqdarda cərimə cəzası saxlanılması, eləcə apellyasiya instansiyası məhkəməsi tərəfindən hökmün dəyişdirilərək, Məhkum üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5000 (beş min) manat miqdarında cərimə cəzası saxlanılması kassasiya protestində göstərilən dəlillərlə həddindan artıq yüngül hesab edilməlidir. Apelyasiya protestində olduğu ki mi dövlət ittihamçısı kassasiya protestində də göstərmişdir ki, Məhkum qəsdən mülkiyyət əleyhinə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər kateqoriyasına aid cinayətlər törətmiş, o, Saatlı rayonu Yeni Novruzlu kənd orta məktəbinin direktoru vəzifəsində işləyərkən şəxsi niyyətlə qulluq mənafeyi əleyhinə olmaqla, dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. O, tutduğu rəhbər vəzifəsindən irəli gələn səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin mənafeyi əleyhinə olan cinayət törətməklə yanaşı dövlətin nüfuzuna da əhəmiyyətli zərər vurmuşdur. O, qulluq mövqeyindən istifadə etməklə taladığı dövlət əmlakını ödəməmiş ve cinayətin nəticəsini aradan qaldırmamışdır. Cinayətin ictimai təhlükəl iyini artıran həmin halların heç birini nəzərə almamışdır. Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasım cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun motivlərini qərarında əsaslandırmamaqia nəmin halların konkret olaraq nədə ifadə olunmasını göstərməmişdir. Məhkum cinayətləri hsdisələrin təsadüfi axarı zəminində deyil, onun Saatlı rayon Yeni Novruzlu kənd orta məktəbinin direktoru vəzifəsində işləyərkən şəxsi niyyətlə, tutduğu rəhbər vəzifəsindən irəli gələn səlahiyyətlərindən sui- istifadə etməklə 9 il ərzində davamlı olaraq törətməsi onu göstərir ki, o, əvvəlcədən qanunsuz hərəkətlərini ölçüb-biçməklə planlaşdırmış və davranışlarında hadisələrin təsadüfi axarının olmasını şərtləndirən əlamətlər olmadan cinayəti törətmiş və həmin halla bağlı məhkəmənin gəldiyi nəticə işin h allarına və qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkum 9 il ərzində mənimsəməklə və vəzifə səlahiyyətlətində sui-istifadə etməklə dövlət büdcəsinə vurduğu maddi ziyanı barəsində cinayət təqibi və məhkəmə istintaqı aparılmasına baxmayaraq ödəməmişdir. Məhkum bu cür davranışları göstərir ki, o, dövlət əmlakına vurduğu maddi zərəri ödəməyə və törətdiyi cinayətkar əməllərin nəticəsinin aradan qaldırılmasına meylli olmamışdır. O, cinayətin açılmasına fəal köməklik etməmiş, həm ibtidai istintaq zamanı, həm də məhkəmələrdə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, törətdiyi əməlləri etiraf edib peşimançılıq hissi keçirməmişdir. Beləliklə məhkəmələr Məhkum törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin edilməsini müdafiə etməklə cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilən və apelyasiya instansiyası məhkəməsinin qərarı ilə qismən təmin edilən apelyasiya protestinin eyni dəlillərini təkzib edəcək mötəbər sübutlara istinad etmədən məhkuma təyin edilmiş əsas cəzanın növünü daha ciddi cəza növünə dəyişmək məsələsini müzakirə etməmişdir. Bu mənada kassasiya protestinin dəlilləri tamamilə əsaslı hesab edilir və kassasiya protesti tam təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəmə kollegiyası cinayət prosesi tərəfinin (həmçinin müdafiə tərəfinin) təqdim etdiyi, irəli sürülmüş itti hamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən yuxarıda şərh edilənləri əsassız imtina etiyindən də yeni apelyasiya baxışında araşdırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.21-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı Samir İsmayılov tərəfindən verilmiş kassasiya protesti tam, məhkumun müdafiəçisi-vəkil Əlirzayev Tahir Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3, 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar