Məhkəmə qərarları › İş №1(102)-412/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-412/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-412/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 31 may 2023-cü il tarixli, 1(025)14/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1966-cı ildə Qəbələ rayonu, Daşca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Şimal-Qərb RETSİ Qəbələ Elektrik Şəbəkəsində baş mühəndis və iş rəhbəri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış Qəbələ rayonu, Daşca kəndində qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 313 və 314.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 313-cü maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə, CM-in 314.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Məhkum qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası və 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmidir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli iblinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 2019-cu il tarixdən 5-ci ixtisas dərəcəsinə malik olmaqla Şimal-X8 Təchizatı Satışı İdarəsinin Qəbələ Elektrik Şəbəkəsinin 10/6/0.4 KV-luq İstismar şöbəsinin baş mühəndisi və “Azərişıq ASC”-nin texniki direktorunun xx.xx.2022-ci il tarixli № 8-22/062 saylı göstərişinə əsasən iş rəhbəri vəzifəsində işləyərkən “Azərişıq ASC”-nin texniki direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən sənədləşməni düzgün və dəqiq aparmalı, cavabdeh olduğu şəbəkədəki itkiləri aradan qaldırmaq üçün lazımi tədbirlər görməli, şəbəkədə baş verən qəza hallarını vaxtında və itkisiz aradan qaldırılmasını təmin etməli, tabeçiliyində olan işçilərin naryad əsasında işə başlamasını təmin etməli, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində təmin etməli, hava xətlərinə baxış keçirilməsini təşkil etməli, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etməli, texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasına, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını təmin etməli olduğu, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.5-ci yarımbəndinə əsasən naryadverən şəxs işin vacibliyini və təhlükəsiz yerinə yetirilməsinin mümkün olub-olmamasını təyin etməli, naryadda göstərilən təhlükəsizlik tədbirlərinin tam və dürüst olmasını təmin etməli olduğu, 2.1.8-ci yarımbəndinə əsasən iş yerlərinin hazırlığına, avadanlıq və qurğuların açılmasına dair əmrlərin verilməsi və onların yerinə yetirilməsinin təsdiqlənməsinə, həmçinin, elektrik və ya istilik qurğuları və şəbəkələrinin faktiki sxemini nəzərə almaqla, naryad ilə təyin olunmuş iş yerlərinin hazırlığı üzrə tədbirlərə müvafiq olaraq qurğuların və avadanlıqların müstəqil şəkildə açılmasına, idarəçiliyində olan avadanlığın açılmasının v ə qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmamasına, elektrik və ya istilik qurğularında işlərə buraxılan briqadaların, vaxt və yerlərinin koordinasiyası, həmçinin briqadaların qeydiyyatı, elektrik və ya istilik qurğularında işə buraxılmış bütün briqadalardan işlərin tam bitirilməsi, elektrik və ya istilik qurğularının işə qoşulma mümkünlüyü barədə məlumatların alınmasına, buraxılan briqadaların iş apardıqları yerlərə gərginliyin və ya istilik daşıyıcılarının verilməsini istisna etmək məqsədilə, verilən göstərişlərin, həmçinin kommutasiya aparatlarının qoşulması üzrə müstəqil hərəkətlərin düzgünlüyünə cavabdeh olduğu, 2.1.10-cu yarımbəndinə əsasən naryadda göstərilən iş yerlərinin hazırlanması üzrə bütün tədbirlərin yerinə yetirilməsinə və tam həcmdə olmasına, onun tərəf indən təyin edilmiş işlərin icra şəraitinə görə əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə, briqadanın mütəxəssis baxımından tam olmasına, işlərə buraxılış verən və iş icraçısı tərəflərin keçirdiyi xüsusi təlimlərin keyfiyyətinə, o cümlədən işlərin təhlükəsiz aparılmasının təşkil edilməsinə görə cavabdeh olduğu, 2.12-ci bəndinə əsasən işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini, iş yerində kənar əşyaların mövcud olmadığını və iş yerlərinin lazımi təmizliyini yoxlamalı və sonra vaxtı və tarixi qeyd etməklə naryadın müvafiq sətrini imzalamalı, işin rəhbəri iş yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirməli, işin tam qurtarması ilə bağlı sənədləşdirilmiş naryadı aldıqdan sonra işəburaxan iş yerinə baxış keçirməli old uğu, eləcə də “Elektrik qurğularının quraşdırılması qaydasının” 2.4.4.2ci bəndinə əsasən izolə edilməmiş və izolə edilmiş naqili hava xəttində dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ya ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə etməli olduğu halda, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Bum qəsəbəsində xx.xx.2022-ci il tarixdə açılmış № 391 naryada əsasən 10KV-luq Bum hava xəttində yenidənqurma ilə əlaqədar ******* kodlu 400KVA KTM-in 0.4KV-luq şəbəkəsində köhnə xəttə qoşulmuş sayğacların yeni xəttə qoşulması işlərinə rəhbərlik edərkən həmin ərazidə olan №391 naryadla üzərində iş gedən A25 markalı 0.4Kvluq məftil üzərindəki bütün abonentlər təzə xəttə keçirildiyi halda, “Azərişıq ASC”-nin texniki direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatının 10 və 15-ci bəndinə əsasən (hava, kabel xətlərinin normal vəziyyətdə olmasını və texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasına təmin etməli) həmin xəttin kəsilməsi və gərginliyin dayandırılması üçün heç bir tədbir görməmiş, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.12-ci bəndinə əsasən (işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini yoxlamalı, işəburaxan iş yerinə baxış keçirməli) işin tam və etibarlı yerinə yetirilməsini müəyyən etmək üçün iş yerinə baxış keçirməmiş, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinə əsasən (izolə edilməmiş və izolə edilmiş naqili hava xəttində dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ya ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə etməli olduğu halda) iş sonunda elektrik gərginliyi olan xəttin dirəyə bağlanma vəziyyətini yoxlamamış, xəttin dirəyə sağlam və təhlükəsiz vəziyyətdə bağlanmasını təmin etməmiş, A25 markalı 0.4Kvluq məftil elektrik dirəyinə deyil, ağaca bağlı olduğunu bildiyi halda onun elektrik dirəyinə bağlanması üçün heç bir tədbir görməmiş, həmçinin, Təqsirləndirilən şəxs “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.13-cü bəndinin “e” yarım bəndinə əsasən (iş icraçısı işlərin təh lükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsinə cavabdehdir) iş sonunda elektrik gərginliyi olan xəttin dirəyə bağlanma vəziyyətini yoxlamamasını, həmçinin xəttə üzərində heç bir abonent qalmamasına baxmayaraq xəttə gərginlik verilməsini dayandırmamasını, xətti kəsməməsini, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2-ci bəndinə əsasən (izolə edilməmiş və izolə edilmiş naqili hava xəttində dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ya ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə etməli olduğu halda) xəttin ağaca təhlükəli vəziyyətdə bağlandığını gördüyü halda xəttin dirəyə sağlam və təhlükəsiz vəziyyətdə bağlanmasını təmin etməməsini Elektrik və istilik q urğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.12-ci bəndinə əsasən (işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini yoxlamalı, işəburaxan iş yerinə baxış keçirməli) iş yerinə gələrək yoxlamamış, iş yerinə baxış keçirməmiş və nəticədə köhnə izoliyasiya edilməmiş, ağaca təhlükəli vəziyyətdə bağlanmış A25 markalı 0.4Kvluq məftilin xx.xx.2022-ci il tarixdə bağlı olduğu ağacdan boşalaraq insanların həyat və sağlamlığı üçün təhlükə törədən həddə yerə sallanmasına səbəb olmuş, nəticədə Qəbələ rayon Bum qəsəbə sakini, azyaşlı X6 xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Qəbələ rayon Bum qəsəbəsində yerləşən açıq çay kənarı ərazidə oynayarkən yerə təhlükəli vəziyyətdə sallanmış və izoliyasiya edilməmiş məftilə toxunduğu anda o nu elektrik cərəyanı vurmuş və yüksək gərginlikli elektrik cərəyanının təsiri nəticəsində sağ əlin İ barmağının və sol saidin arxa aşağı 1/3-nin elektrik nişanələri (yanıqları) ilə müşahidə olunan yüksək gərginlikli elektrik cərəyanının təsirindən bədənə birbaşa təsir edən ağır bədən xəsarətləri alması nəticəsində ölmüş, bununla da Məhkum həmin hərəkətləri ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.12-ci maddəsinə əsasən işin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini, iş yerində kənar əşyaların m övcud olmadığını və iş yerlərinin lazımi təmizliyini yoxlamalı və sonra vaxtı və tarixi qeyd etməklə naryadın müvafiq sətrini imzalamalı, işin rəhbəri iş yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirməli, işin tam qurtarması ilə bağlı sənədləşdirilmiş naryadı aldıqdan sonra işəburaxan iş yerinə baxış keçirməli olduğu halda, həmçinin “Azərişıq ASC”-nin texniki direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatının 6cı bəndinə əsasən sənədləşməni düzgün və dəqiq aparmalı olduğu halda, sair şəxsi niyyətlə, yəni Şimal-Qərb RETSİ Qəbələ Elektrik Şəbəkəsinin ustası Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifələrini düzgün və vaxtında yerinə yetirmələri, həmçinin sənədləşmənin vaxtında və düzgün aparmaları görüntüsü yaratmaq niyyəti i lə iş qurtardıqdan sonra iş yerini və görülən işin tam və etibarlı yerinə yetirilməsini yerində yoxlamadan işin tam qurtarmasını hadisədən bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Şimal-X8 Təchizatı Satışı İdarəsinin Qəbələ Elektrik Şəbəkəsinin binasında №391 naryada saxta məlumatlar daxil etməklə sənədləşdirmə apararaq vəzifə saxtakarlığı etmişdirlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Xəqani Səmədov) 02 avqust 2023-cü il tarixli 1(107)-281/2023 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 1(025)-14/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməm işdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, sözügedən qərar maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Kassator qeyd edir ki, məhkəmələr tərəfindən onun təqsirli bilindiyi əməllərin törədilməsinə aidiyyəti olmamışdır. Apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan, istintaq orqanı tərəfindən təqdim edilmiş sübutların mötəbərliyi ilə razılaşıb, həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görməmiş, onun adından təhrif olunmuş və işin halları ilə ziddiyyət təşkil edən “ifadəsinə” əsaslanmışdır. Halbuki, ibtidai istintaq zamanı Qəbələ rayon prokurorunun köməkçisi Nərmin Ağayeva tərəfindən ifadəsi kompüterdə əvvəldən tərtib edilməklə, məsuliyyətinin istisna olunduğuna və ifadənin düzgün yazıldığına inandınlıb, oxumağa imkan verilmədən və ona imzalatdırıldığından, bütün istintaq və məhkəmə sənədlərində ifadələri elektron qaydada, eyni məzmunda köçürüldüyündən, bir çox hallar ziddiyyətli və təhrif olunaraq yazılmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, cinayət işinə əlavə edimiş qarışıq, əsassız və ziddiyyətli müddəalardan ibarət mülahizələrə əsaslanan və iş materiallarında olan b əraətverici halları nəzərə almadan birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Cinayət qanununun tələblərinə əsasən onun səhlənkarlıq cinayətinə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı vəzifəli şəxs kimi üzərinə qoyulmuş xidməti vəzifənin icrası üçün obyektiv və subyektiv imkanlarının olub-olmadığı, məhz konkret olaraq xidməti vəzifənin hansı bəndlərinin tələblərinin lazımınca yerinə yetirilmədiyi və nəticədə səhlənkarlıq hərəkətlərinin bilavasitə zərərçəkmişin ölümü ilə səbəbli əlaqəsinin olubolmadığı araşdırılmamışdır. Baş mühəndis kimi təlimat üzrə əsas vəzifəsi şəbəkədə təsdiq olunmuş qrafik üzrə təmir-təftiş işlərininin aparılması, baş vermiş qəzaların aradan qaldırılması, habelə tabeliyində olan işçi qrupların fəaliyyətini və bu qrupların xidmətinin koordina siyasını vaxtında təmin etmək, bütün işçilərin vəzifə təlimatına uyğun işlərin və öhdəliklərin vaxtında və şəffaf yerinə yetirilməsini təmin etmək, və sair bu kimi texniki sahəyə aid işlərə ümumi rəhbərliyi həyata keçirməkdən ibarətdir. Habelə, vəzifə təlimatının 15-ci bəndində göstərilən “Hava xətlərinə baxış keçirilməsini təşkil etmək” vəzifəsini isə hər bir naryadın vaxtının bitdiyi və növbəti naryadın açılması zamanı deyil, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.12-ci bəndinin tələblərinə görə, yalnız həmin ərazidəki bütün yenidənqurma işləri tam başa çatdıqdan sonra hava xətlərində baxış keçirilməsin təşkil etmək, iş yerinin yoxlanması və qəbulu, habelə təhvil-təslim işləri aparılmalıdır. 391№-li naryadda qeyd edilən iş isə hələ tam başa ç atmamış və qurtarmamışdır. Sözügedən ərazini elektrik enerjisi ilə təmin edən transformatorun bütün fiderlərindəki abonentlərin sayğacları yeni xəttə köçürüldükdən sonra bütün işin tam qurtarmış hesab edilməsi nəzərdə tutulmuşdur. Halbuki, Bum qəsəbəsindəki yenidənqurma işləri tam başa çatmadığına görə işin icrası dövründə, yəni 09 mart 2022-ci ildən 17 may 2023-cü il tarixədək, cəmi 1 il 2 ay müddəti əhatə edən dövrdə 36 sayda naryadlar yazılmışdır (siyahı əlavə olunur). O cümlədən 391 N-lı naryad bağlanan gün, həmin işin davam etdirilməsinə dair 28 iyul 2022ci il tarixdə növbəti 400 №-li naryad-buraxılış sənədi yazılmışdır. Belə olan halda böyük ərazini əhatə edən Qəbələ rayon elektirik şəbəkəsi üzrə hadisə gününə, yəni 27 iyul 2022ci il tarixə şəbəkənin əhatə etdiyi rayonun daha çox əra zilərində bir sıra müxtəlif naryadlar üzrə şəbəkənin xətlərində iş icraçıları-nəzarətçiləri tərəfindən aparılan xeyli sayda işlərə faktiki ümumi rəhbərlik etdiyimdən, müxtəlif iş yerlərində gündəlik texniki təhlükəsizlik qaydalarını təmin etmək bilavasitə iş icraçılarının vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, nə birinci instansiya məhkəməsinin hökmündə, nə də apellyasiya məhkəməsinin qərarında konkret olaraq hansı xidməti vəzifəni lazımınca yerinə yetirmədiyi bilavasitə ehiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olması nəinki düzgün göstərilməmiş, nə azyaşlının ölümü ilə əlaqəsi olmayan, nə də ölümünə səbəb olmayan tələblər pozulmuş, ona aid vəzifə təlimatının bəndlərinin məzmunu da təhrif edilmişdir. Beləliklə, ittiham hökmü verilərkən onun hadisədən əvvəl, həmin ərazidə bütün i şlər tam yekunlaşmadığından iş yerinə gəlməli olmadığı və iş yerini yoxlamalı olmadığı, nə də vaxtından əvvəl iş yerinə baxış keçirməli olmadığı kimi hallar, habelə onun bu kimi “səhlənkarlıq hərəkətlərində”, baş vermiş nəticə yəni, ağac dirəyə bağlanmış məftilin bağlı olduğu dirəkdən naməlum səbəbdən boşalmaqla təhlükə törədən həddə yerə sallanması ilə azyaşlının elektrik vurması nəticəsində ölməsi arasında bilavasitə səbəbli əlaqənin olmadığı, həmçinin hadisənin törədilməsinə aidiyyəti olmadığı və həmin hərəkətlərimin cinayət tərkibi yaratmadığı məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Həmçinin, məhkəmənin ittiham hökmü ilə o, Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş vəzifə saxtakarlığına görə də qanunsuz və əsassız olaraq məhkum olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 313-cü maddəsinin dispozisyasında vəzifə saxtakarlığı, yəni rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmunu təhrif edən düzəlişlər edilməsi, tamah və sair şəxsi niyyətlə törədildikdə - cinayət tərkibi yarandığı halda, ittiham hökmündə gəstərilmişdir ki, guya o, “işin tam qurtarması ilə bağlı sənədləşdirilmiş 391 N-li naryadı aldıqdan sonra iş yerinə baxış keçirməli olduğu və vəzifə təlimatının 6-cı bəndinə əsasən sənədləşməni düzgün və dəqiq aparmalı olduğu halda, sair şəxsi niyyətlə, yəni iş icraçısı Təqsirləndirilən şəxsla əlbir olub bir qrup şəxs halında vəzifələri düzgün və vaxtında yerinə yetirmək, həmçinin sənədləşməni vaxtında və düzgün aparmaq “görüntüsü yaratmaq niyyə ti” ilə, iş qurtardıqdan sonra iş yerini və görülən işin tam və etibarlı yerinə yetirilməsini yerində yoxlamadan, işin tam qurtarmasını hadisədən bir gün sonra, yəni 28 iyul 2022-ci il tarixdə Qəbələ Elektrik Şəbəkəsinin inzibati binasında “saxta məlumatlar” daxil etməklə, sənədləşdirmə apararaq, guya, vəzifə saxtakarlığı etmişdir. Halbuki, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydasının 2.12.3, 2.12.4, 2.12.5 və 2.12.6-cı bəndlərinə əsasən, iş icraçısı (nəzarətçi) işə buraxana, işin tam qurtarması haqqında və onlar tərəfindən bu Qaydanın təhlükəsizlik tələblərini yerinə yetirdikləri barədə məlumat verməlidir. İşin tam qurtarmasını sənədləşdirən iş icraçısı (nəzarətçi) iş yerini və naryadı işəburaxana təhvil verməlidir. Əgər, naryadın verilməsi çətinləşərs ə, iş icraçısı (nəzarətçi) naryadı özündə saxlaya bilər. Bu halda o, naryadı növbəti gündən gec olmayaraq təqdim etməlidir. Bundan əlavə, Cinayət Məcəlləsinin 313-cü maddəsində tövsifedici əlamət kimi nəzərdə tutulmadığı halda, ittiham hökmündə “Elxan Məmmdyarovla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında” əlamətlər qanunsuz olaraq ona verilən ittihama daxil edilmişdir. Əksinə, Cinayət Məcəlləsinin 313-cü maddəsinin əsas tövsifedici əlaməti kimi “bilə-bilə yalan məlumatların daxil edilməsi” nəzərdə tutulduğu halda, bu əlamət ittihama daxil edilməmiş və bu məsələyə hüquqi qiymət verilməmişdir. Faktiki olaraq həmin 391 №li naryada heç bir yalan məlumat daxil etmədiyi halda, guya vəzifələri düzgün və vaxtıda yerinə yetirməyi, habelə sənədləşmənin vaxtında və düzgün aparmaq görüntüs ü yaratmaq niyyəti ilə, guya iş qurtardıqdan sonra, iş yerini və görülən işin tam və etibarlı yerinə yetirilməsini yerində yoxlamadan işin qurtarmasını hadisədən bir gün sonra yəni, 28 iyul 2022-ci il tarixdə 391 №-li naryada saxta məlumatlar daxil etməklə, sənədləşdirmə apararaq vəzifə saxtakarlığı etmişik. Lakin, ittham hökmündə yalan məlumatın nədən ibarət olması əsaslandırılmamış, habelə heç bir görüntü yaratmaq niyyətləri olmadığı, həmin ərazidə faktiki bütün işlər tam qurtarmadığı, belə olan halda iş yerini və görülən işin tam və etibarlı yerinə yetiriməsini yerində natamam vəziyyətdə qəbul etmək və yoxlamaq vəzifəsinə aid edilmədiyi halda, istintaq orqanı və məhkəmə səhvən və əsassız olaraq, 391 №-li aralıq naryadını guya “bütün işin tam qurtarması ilə bağlı sənədləşdirilmiş narya d” kimi qəbul edib ittihama daxil etmiş, nəticədə o, həmin hökmlə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Yuxarıda şərh edilənlərdən məlum olur ki, onun nə baş vermiş hadisəyə aidiyyəti olmamış, nə də onun tərəfindən Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri törədilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmənin hökmünü ləğv edib barəsində bəraət hökmü çıxarmalı olduğu halda, qanunsuz və əsassız olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iuştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayət i təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 313 və 314.2-ci maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı işin halları ilə ziddiyyət təşkil edən, müstəntiq tərəfindən təhrif edilmiş şübhəli və heç bi r əsası olmayan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əmə lin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü mad dəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkum özünün, digər məhkum Təqsirləndirilən şəxs, şahidlər Şahid4, Şahid6, Şahid1, Şahid2, V.Şahid3, Şahid11, A.Şahid10 və T.Ş ahid5 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 313 və 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, hə min sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 313 və 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum birinci və apellyasiya instansiyası instansiyası məhkəmələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də və heç bir cinayəti törətməməsini bildirsə də, onun elan edilmiş ittihamda təqsiri onun özünün cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə ilə yanaşı yuxarıda qeyd edilən digər sübutların məcmusu ilə təsdiq olunmuşdur. Məhkəmələr Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdiyi ifadə isə özünü müdafiə və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum i btidai istintaqın mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıda göstərilən işin hallarına əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə bilə cəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkum ibtidai istintaq mərhələsində verdiyi ifadələrin düzgün yazılmadığı, aldadılıb ona imzalandığını kassasiya şikayətində qeyd etsə də, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokollardan görünür ki, o, cinayət işi üzrə ibtidai istintaq zamanı ifadələri istintaqın ilkin mərhələsində təyinat üzrə müdafiəçinin, istintaqın sonrakı mərhələsində isə müqavilə üzrə işə buraxılmış müdafiəçinin iştirakları ilə vermiş, protokollarla tanış olub imzalamışdır. Həmin ifadələrdə Məhkum cinayət əməllərinin törətməsini göstərmişdir. Bundan sonr a cinayət işinə əlavə edilmiş cinayət işinin materialları ilə tanış etmə haqqında 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqın qurtardıqdan sonra cinayət işinin materialları ilə öz müdafiəçinin iştirakı ilə tanış olmuş və onun dindirilməsi barədə işdə olan protokollarda ifadələrin düzgün qeyd edilməməsinə dair heç bir şikayət və ya vəsatət verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 313 və 314.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyas ı məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 313 və 314.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0 2 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar