Məhkəmə qərarları › İş №1(102)-412/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-412/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-412/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 1(101)-2086/2023 nömrəli (hakimlər: Hüseynov Cavid İbadulla oğlu (sədrliyi), İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, xxx-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, şübhəli şəxs qismində cəzaçəkmə müddətinin əvvəlinin 13 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2024-cü il tarixli 1(103)-485/2024 nömrəli (ha kimlər: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti, müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən isə kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli hökmünə görə, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqd arda, yəni təmiz çəkisi 9,583 qram təşkil edən kustar üsulla hazırlanmış, qəhvəyi rəngli, tozşəkilli heroin narkotik vasitəsini əldə edib özündə saxlayaraq daşımış, 13 may 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Xəyal” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış, Bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 9,583 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli, tozşəkilli heroin narkotik vasitəsini 1 ədəd bükümdə olmaqla onun əynindəki qara rəngli cins şalva rın sağ yan-diz cibindən aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ƏLAVƏNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini, müdafiəçi isə kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışlar ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin onun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, o narkotik vasitələrin istifadəçisi olmamışdır. Məhkum 13 may 2023-cü ildə Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saat 16-da tutulmuş, bölmədə ona hədə-qorxu gələrək sənədlərə imza etməyə məcbur edilmiş, saat 16:40-da şü bhəli şəxsin tutulması protokolu tərtib edilmiş və saat 16:56-17:02-də üzərində şəxsi axtarış aparılmışdır. Belə ki, Məhkum saxlanıldığı və şəxsi axtarışa məruz qaldığı müddətdə, yəni 56 dəqiqədə tamamilə polisin nəzarətində olmuş, qoluna qandal vurulmamışdır. Bundan əlavə baxmayaraq ki, təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərarında Məhkum üzəri, evi, avtomobili yoxlanılmalı idi, amma heç bir polis onu saxlayarkən üzərini yoxlamamışdır. Məhkum bölməyə gətirildikdən şübhəli şəxs kimi tutulması vaxtına kimi, yəni 40 dəqiqə ərzində 6 istintaq hərəkəti aparılmış və bu müddətdə vəkili dəvət etmiş, vəkil gəldikdən sonra isə 13 istintaq hərəkəti aparılmış və saat 16:56-da şəxsi axtarış aparılmışdır. Habelə Məhkum bir müddət əvvəl vəkil tələb etdiyi halda, şəxsi axtarış a parılan zaman vəkilin iştirakından imtina etmişdir. 3 noyabr 2023-cü ildə məhkəmə prosesində Şahid1 bildirmişdir ki, şəxsi axtarışa kimi Məhkum heç bir sənədə imza atmamış və vəkili olmamışdır. O, tutulduğu andan müdafiə hüququ pozulmuşdur. Ona dövlət hesabına vəkil təyin edilsə də, vəkil onun müdafiəsini həyata keçirməmiş, əksinə təhqiqatçı və müstəntiqin verdiyi sənədləri sorğu-sualsız imza etmişdir. Məhkum ekspert tərəfindən narkomaniyadan əziyyət çəkməməsi barədə rəy verilməsinə baxmayaraq, məhkəmə onu CM-in 234.1-1-ci maddə ilə təqsirli bilmişdir. Məhkum bildirmişdir ki, polis əməkdaşları tərəfindən edilmiş hədələrdən qorxaraq onların dediklərini səsləndirmiş və sənədlərə imza etməyə məcbur olmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2024-cü il ta rixli qərarının ləğv edilərək, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin və ona əlavənin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və ona əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıla rı qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxım ından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhk əmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinay ət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən ci nayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və ona əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli m iqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində və ona əlavədə Məhkum əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irə li sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum məhkəməyədək istintaq dövründə verdiyi etirafedici izahat və ifadələri, şahid qismində dindirilmiş şəxslər Şahid1 və Şahid2 ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 may 2023-cü il tarixli protokol, həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən DVD formatlı disk, “DVD diskə baxış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli 6/2784 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən «Xəyal» ticarət mərkəzinin yaxınlığında saxlanılıb, Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş Məhkum üzərində şəxsi axtarış apaırmışdır. Şəxsi axtarış Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı, polis kapitanı X tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarışda təhqiqatçı X, saxlanılan şəxs Məhkum, Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları Şahid1 və Şahid2 iştir ak etmişlər. Şəxsi axtarışa başlamazdan əvvəl saxlanılan şəxs Məhkum üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər olduğu təqdirdə, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Məhkum könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ yan-diz cibindən bir ədəd sellofan bükümündə naməlum kütləni çıxarıb otaqda olan stolun üzərinə qoymuş, təqdim etdiyi bir ədəd şəffaf sellofanda olan tünd rəngli maddənin narkotik vasitə olduğunu, növünü dəqiq bilmədiyini, həmin kütləni istifadə etmək üçün Bakı şəhəri, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən alıb üzərində saxla yaraq daşıdığını, lakin istifadə etmədiyini bildirmişdir. O cümlədən, protokolda qeyd olunmuş hallar şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinə dair videogörüntülərlə, o cümlədən həmin videogörüntülərin əks olunduğu DVD formatlı diskə baxış keçirilməsi haqqında 18 may 2023-cü il tarixli protokolla da öz təsdiqini tapır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında “narkotik vasitənin ona aid olmaması ilə əlaqədar” verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Birinci instansiya və apellyasiya instansiyası məhkəmə kollegiyaları haqlı olaraq Məhkum ona elan olunmuş ittiham üzrə məhkəməyədək istintaq dövründə verdiyi izahat və ifadələrini işdə olan digər sübutlarla bi rlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması barədə məqsəd güddüyünə dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Müdafiəçi kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanuns uz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qər əzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Kassasiya araşdırması zamanı kassasiya şikayətinin “məhkuma qarşı hədə-qorxu tətbiq olunması” barədə dəlillərini araşdırarkən müəyyən olundu ki, apellyasiya şikayətində hədə-qorxu faktının araşdırılması məqsədilə apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsi apellyasiya məhkəməsindən xahiş edilmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə təqsirləndirilən şəxs Məhkum müdafiəçisinin Məhkum Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkd aşları tərəfindən saxlanılan zaman hədə-qorxuya və işgəncəyə məruz qalması barədə olan müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı müraciətdə qeyd olunanlar təsdiqini tapmadığından material üzrə 24 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərardan isə şikayət verilməmişdir. İstər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq Məhkum təzyiq altında etirafedici ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri qeyd edilənlərə istinadən əsassız hesab etmişdir. Odur ki, istər Məhkum özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxt ında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.1-1 -ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş mat eriallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində iki azyaşlı uşağının olması və qardaşının «20 Yanvar Şəhidi» statusuna malik olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza (minimum həddə) təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya q ərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və ona əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar