Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-413/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2017-ci il tarixli qərarından kassasiya şikayəti nin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Məhkumvəsatətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Tağıyev) X7 (xx xxxxxx 1981-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2, 12,320.1 və 29,318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 2 (iki) 6 (altı) ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 12,320.1-ci maddələri ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,318.1-ci maddələri ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 oktyabr 2016-cı il tarixdən hesablanması, mülki iddia tam təmin edilməklə 533751,06 manat məbləğində pulun Məhkum tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2017-ci il tarixli qərarı ilə (sədr lik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər M.Ə.Abbasov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum X7 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2017-ci il tarixli qərarından kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq vergitutma obyekti olan və vergilərin hesablanması, dövlət büdcəsinə ödənilməsinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilm əsinə cavabdeh şəxs kimi sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu 11 saylı Ərazi Vergilər Departamentinə 2012-ci il üzrə fiziki şəxsin gəlir vergisi bəyannaməsi təqdim etməyərək 366690,86 manat, 2013-cü il üzrə fiziki şəxsin gəlir vergisi bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək 167060,20 manat məbləğində fiziki şəxsin gəlir vergisini, ümumillikdə külli miqdar təşkil edən 533751,06 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum 2012-ci il üzrə 9167271,59 manat məbləğində kənd təsərrüfatı məhsullarının Azərbaycan Respublikasının müxtəlif rayonlarından alınaraq Rusiya Feder asiyasına ixrac edilməsindən əldə etdiyi gəlirdən həmin il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsində 366690,86 manat məbləğində fiziki şəxsin gəlir vergisini hesablayaraq dövlət büdcəsinə ödəməli olduğu halda, həmin il üzrə fiziki şəxs olaraq qeydiyyatda olduğu 11 saylı Ərazi Vergilər Departamentinə fiziki şəxsin gəlir vergisi bəyannaməsi təqdim etməyərək 366690,86 manat, habelə 2013-cü il üzrə 5011806,10 manat məbləğində kənd təsərrüfatı məhsullarının Azərbaycan Respublikasının müxtəlif rayonlarından alınaraq Rusiya Federasiyasına ixrac edilməsindən əldə etdiyi gəlirdən həmin il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsində 167060,20 manat məbləğində fiziki şəxsin gəlir vergisini hesablayaraq dövlət büdcəsinə ödəməli olduğu halda, həmin il üzrə fiziki şəxs olaraq qeydiyyatda olduğ u 11 saylı Ərazi Vergilər Departamentinə təqdim etdiyi fiziki şəxsin gəlir vergisi bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin olmadığını göstərərək 167060,20 manat, cəmi külli miqdar təşkil edən 533751,06 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, Məhkum Azərbaycan Respublikasına qayıtmaq məqsədi ilə 2016-cı ilin oktyabr ayında Rusiya Federasiyası Moskva şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğundan rəsmi sənəd hesab edilən və Azərbaycan Respublikasına qayıtmağa hüquq verən Azərbaycan Respublikasına Qayıdış Şahadətnaməsini əldə etmək üçün həmin Konsulluğa gedərək öz fotoşəklini və şahadətnamənin hazırlanmasına əsas olan blanka 29.09.1985-ci il təvəllüdlü X4 anket məlumatlarını yazıb dolduraraq, yalan məlumatla rı daxil edib saxtalaşdırdığı həmin blankı təqdim etməklə Konsulluqdan AA ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış Şahadətnaməsini əldə etmişdir. Bundan başqa, Məhkum Bakı şəhəri, Xəzər rayonunda yerləşən Heydər Əliyev adına Beynəlxalq hava limanında 28 oktyabr 2016-cı il tarixdə saat 14:53-də Bakı-Moskva aviareysi ilə gələrkən öz fotoşəkili yapışdırılmış, lakin özgəsinə, yəni qardaşı 29.09.1985-ci il təvəllüdlü X4 anket məlumatları ilə olan həmin AA ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış şahadətnaməsini sərhəd nəzarətinə bilə-bilə təqdim etməklə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əmə kdaşları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Müddətinin bərpa edilməsinə dair vəsatətin dəlilləri: Məhkum X7 vəsatətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti buraxmasının (vaxtında kassasiya şikayəti verməməsinin) səbəblərini göstərmədən, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin müvafiq materiallarını araşdıraraq, vəsatətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxıını dinləyib, hesab edir ki, aşağıdakı səbəblərə görə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən onun çıxarıldığı gündən 18 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2017-ci il tarixli qərarının çıxarılmasından sonra 18 aydan artıq vaxt keçməklə həmin müddət buraxılmışdır. Belə ki, Məhkum kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatətlə müşayiət olunmayan kassasiya şikayəti 04 sentyabr 2019-cu ildə, yəni apellyasiya instansiyası məhkəməsinin yekun qərarının çıxarılmasından 2 (iki) il 4 (dörd) aydan artıq vaxt keçdikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsinin 17/31-4019 saylı müşayiətedici məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir (ayrıca olaraq Məhkum buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti cəzaçəkmə müəssisəsinin 13 dekabr 2019-cu il tarixli17/31-5604 saylı müşayiətedici məktubu ilə Ali Məhkəməyə təqdim olunmuşdur). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit edilir ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhəti nin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda və ya kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə təmin etmək hüququna malikdır. Lakin, Məhkum vəsatətində onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisənin baş verməsinə və yaxud xəstəlik keçirməsinə istinad etməmiş, ümumiyyətlə vaxtında kassasiya şikayətinin verilməməsini nə CinayətProsessual Məcəllənin 411.2-ci maddəsinin birbaşa göstərdiyi, nə də ki, CPM-in 203.3-cü maddəsi ilə ehtiva olunan əsaslarla uzlaşa biləcək hər hansı bir konkret səbəblə əlaqələndirməmişdir. Məhkumu qanunla müəyyən ed ilmiş prosessual müddət daxilində apellyasiya instansiyası məhkəməsinin yekun qərarından kassasiya şikayəti vermək imkanından məhrum edən səbəbin olmadığını göstərən hallar kimi məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, Məhkum müdafiəçisinin verdiyi apellyasiya şikayətinə baxılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2017-ci il tarixli məhkəmə iclasına Məhkum özü, eləcə də onun müdafiəçisi – Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının vəkili X5 iştirak etmiş, sədrlik edən tərəfindən iclasın əvvəlində məhkumun Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları, o cümlədən apellyasiya məhkəməsinin yekun qərarından kassasiya şikayəti vermək hüququ elan edilmiş, məhkəmə iclasının sonunda isə yekun qərar elan edildikdən d ərhal sonra ayrıca olaraq qərardan kassasiya şikayəti vermək hüququ və qaydası digər proses iştirakçıları ilə yanaşı Məhkum bir daha izah edilmiş, kassasiya şikayətinin verilməsi qaydasına və müddətinə dair izahı da əks etdirən 20 aprel 2017-ci il tarixli yekun qərarın surəti həmin tarixdə Məhkum təqdim olunması üçün onun həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasına, habelə onun müdafiəçisi Müdafiəçia göndərilmişdir. Bundan başqa, hazrki kassasiya şikayətindən əvvəl Məhkum 23 aprel 2018-ci il tarixdə, yəni qanunla müəyyən olunmuş prosessual müddət daxilində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2017-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, lakin həmin şikayət məhkumun özü tərəfindən geri götürülmüşdür (Azərbaycan Respublikası Ali Məhkəməinin Cinayət k ollegiyasının 29 avqust 2018-ci il tarixli 1(102)-937/2018 saylı qərarı). Göründüyü kimi, məhkumun vəsatətinə baxılması nəticəsində CPM-in 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər üzrlü hallar müəyyən edilmir. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit olunan halların və yaxud CPM-in 203-cü maddəsinin işığında üzrlü səbəblər kimi qiymətləndirilə biləcək (məhkumu obyektiv olaraq məhkəmə qərarından vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən) digər halların müəyyən edilməməsi isə müddətin bərpasına dair vəsatətin təmin edilməsi üçün əsasların mövcud olmadığını göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 203 və 411-ci maddələrini rəhbər tutub, QƏR A R A A L D İ: Məhkum onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №1(102)-413/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-413/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver