Məhkəmə qərarları › İş №1(102)-413/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-413/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-413/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Məcidov Azad Əli Ağa oğlu (sədrlik edən və məruzəçi), Bayramov Mayıl Abbas oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə), Məhkum, xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, “ENERMECH” şirkətində qaldırıcı kran operatou vəzifəsində işləmiş, 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.3.1 və 206.3.2 maddələri ilə 05 (beş) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 05 (beş ) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümümi rejimli cəzaçəkmə müəssəsində 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddəni təkrar satış məqsədilə qanunsuz olaraq əldə etmiş, təkrar qaçaqmalçılıq yolu ilə Azərbaycan Re spublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək qanunsuz olaraq saxlamış, daşımış və satmışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci ilin mart ayının əvvəllərində əldə edilmiş razılığa əsasən digəri tərəfindən Bolqarıstan Respublikasının Varna şəhərindən istintaqa məlum olmayan mənbədən, çəkidə və sayda «MDMA» psixotrop maddəsinin həbini satış məqsədilə qanunsuz olaraq əldə edilmiş, daşınmış və saxlanmış maddəni qaçaqmalçılıq yolu ilə Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq poçt vasitəsilə keçirilmiş həmin psixotrop maddəni qəbul ederək əldə etmişdir. Öz cinayət əməllərini davam edərək, o, digəri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi, daşıdığı və saxladığı həmin psixotrop maddədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,1 qram çəkidə olan beş həbini 2018-ci ilin mart ayının əvvəllərində Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 5 saylı Şəhər klinik xəstəxanasının yanında tanışları X7 və X11 hər biri 50 manat olmaqla ümumilikdə 250 manat müqabilində qabaqcadan əlbir olan bir qrup şəxs halında satmış, bundan sonra, o, X7 və X11 həmin həblərdən dördünü istehlak etmiş, qalan şəxsi istehlak miqdarından artıq miqdarda olan psixotrop maddə, yəni ümumi təmiz halda çəkisi 0,42 qram təşkil edən 1 ədəd «MDMA» həbini X7 yaşadığı ünvan 2 ünvanında qanunsuz saxlamışdır. Bundan sonra, o, 2018-ci ilin aprel ayının ortalarında qabaqcadan əldə edilmiş razılığa əsasən digəri tərəfindən Bolqarıstan Respubli kasının Varna şəhərində istintaqa məlum olmayan mənbədən külli miqdarda psixotrop maddə, yəni ümumi təmiz halda çəkisi 6 qram təşkil edən 40 ədəd «MDMA» kapsulunu satış məqsədilə qanunsuz olaraq təkrar əldə edilmiş, daşınmış və saxlanılmış maddəni qaçaqmalçılıq yolu ilə Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq poçt vasitəsilə keçirilmiş həmin psixotrop maddəni qəbul ederək təkrar əldə etmişdir. Öz cinayət əməllərini davam edərək, o, digəri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq təkrar əldə etdiyi, daşıdığı və saxladığı külli miqdarda olan həmin psixotrop maddəni xx xxxxx 2018-ci ildə Bakı şəhərinin Xətai rayonunda yerləşən 2 saylı «ASAN Xidmət» mərkəzinin yanında tanışları X7 və X11a 1000 manat müqabilində qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar satmışdır. Hökmdən məhkumun müdafiəçiləri Rzayev Qəzənfər Zeynalabdin oğlu və Yusifova Ülkər Bayram qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və CM-nin 206.3.1 və 206.3.2 maddələri ilə özünü təqsirli bilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, onun əməlinin CM-nin 234.4.1, 234.2.2 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi onun barəsindəki cinayət işinə baxılması nəticəsində düzgün və ədalətli qərar qəbul etməmişdir. Məhkum öz kassasiya şikayətində göstərmişdir ki, özünü CM-nin 234.1ci maddəsi ilə təqsirli bilir, lakin onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, psixotrop maddələri bədənində olan ağrılarını keyləşdirmək üçün qəbul etmiş, həmin psixotrop vasitələrini satmaq niyyəti olmamışdır. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikasının sərhədini heç vaxt keçməmi ş və buna görə də CM-nin 206.3.1, 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti, yəni qaçaqmalçılıq cinayətini törətməmişdir. Psixotrop maddələri ona verilməsi üçün poçt vasitəsi ilə X1 sonuncunun qardaşı X27 göndərmiş, o, da, həmin psixotrop maddələri özü üçün və sonradan iki yaxın dostları üçün X22 25 manata almışdır. Qeyd olunanları nəzərə alaraq Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və CM-nin 206.3.1 və 206.3.2 maddələri ilə özünü təqsirli bilmədyindən ona həmin maddə ilə bəraət verilməsi, onun əməlinin isə CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasın ın xx xxxxxx 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsindən məhkum Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Bak Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından öz ü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi 06 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış xx xxxxxx 2021-ci il tarixli 17/21-401 saylı məktubla müşaiyət edilmişdir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkum Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bak Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar