Məhkəmə qərarları › İş №1(102)-413/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-413/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-413/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ilkin baxış iclasının apellyasiya şikayətinin hərəkətsiz saxlanılması haqqında 07 avqust 2023-cü il tarixli qərarından məhkumlar Məhkum1 və Şahid1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı) Məhkum1, xx xxxxx 1972-ci il tarixdə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Se yfəli kəndində yaşayan, və Məhkum2, xx xxxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yaşayan, hər birisi CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ayrı-ayrılıqda aylıq qazanclarının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 02 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində qardaşı Zərərçəkmiş şəxs2 ilə aralarında sonuncunun qeyri-rəsmi nigah münasibətlərində yaşadığı arvadı Zərərçəkmiş şəxs1 18 avqust 2022-ci il tarixdə yaşadığı evi tərk edərək getməsi və bir gün əvvəl geri qayıt masına görə telefon danışığı zamanı yaranmış şəxsi münasibətlər zəminində sözlə mübahisə səbəbindən Zərərçəkmiş şəxs2 yaşadığı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən evinin həyətinə gələrək orada əlləri və ağac parçası ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif hissələrindən qəsdən vuraraq sonuncuya sol qulaq seyvanının əzilmiş yarası, sol almacıq nayihəsinin, sol qoltuqaltı nayihəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər və başın tüklü hissəsində təpə nahiyəsinin sol yarısının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkum2 02 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində anası Məhkum1 dayısı Zərərçəkmiş şəxs2 qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi səbəbindən sonuncunun qeyri-rəsmi nigah münasibətlərində yaşadığı arvadı Zərərçəkmiş şəxs1 ilə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən evin həyətində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əlləri və ağac parçası ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif hissələrindən qəsdən vuraraq sonuncuya təpə nayihəsinin sol yarısının sıyrığı, alt dodağın selikli nayihəsinə qansızma ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər və alt çənə nayihəsinin sol yarısının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. B irinci instansiya məhkəməsinin hökmündən məhkumlar Məhkum1 və Şahid1 tərəfindən 12 iyul 2023-cü il tarixdə birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 07 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, Məhkum1 və Məhkum2 isə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 386-cı maddəsinin tələblərini yerinə yetirmələri üçün 20 (iyirmi) gün müddət təyin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, məhkumlar Məhkum1 və Şahid1 apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmaqla vermiş, lakin bu müddətin bərpa edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət etməmişlər. Məhz həmin vəsatətin verilməsi üçün məhkum olunmuş şəxslərə 20 (iyirmi) gün müddət verilmişdir. Lakin, Məhkum1 və Şahid1 göstərilən müddət ərzində apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında vəsatət qaldırmaq əvəzinə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2023-cü il tarixli qərarından birgə kassasiya şikayəti vermiş və həmin şikayətdə, apellyasiya şikayətində olduğu kimi, onlara təyin olunmuş islah işləri cəzasının 06 (altı) ayadək endirilməsini xahiş etmiş, həmin şikayətdə isə yalnız birinci instansiya məhkəməsinin hökmündən narazı olduqlarını bildirmişlər. Hüquqi məsələlər: Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya ş ikayətinə əsasən cinayət işinin materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, kassasiya şikayəti CPM-nin 413-cü maddəsinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, CPM-nin 413-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestində aşağıdakılar öz əksini tapmalıdır: 413.1.1. kassasiya şikayəti və ya kassasiya protestinin ünvanlandığı kassasiya instansiyası məhkəməsinin adı; 413.1.2. kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin adı və statusu; 413.1.3. hökm və ya qərarı çıxarmış məhkəmənin adı; 413.1.4. hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması; 413.1.5. kassasiya şikayətini və y a kassasiya protestini verən şəxsin xahişi; 413.1.6. kassasiya şikayətinə və ya kassasiya protestinə əlavə edilən sənədlərin siyahısı. Cinayət işinin materiallarında görünür ki, məhkumlar Məhkum1 və Şahid1 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2023-cü il tarixli qərarından birgə verdikləri kassasiya şikayətində onlara təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər və həmin qərarın qanunsuz və əsassız olması ilə bağlı heç bir dəlil irəli sürməmişlər. CPM-nin 413.1.4 və 413.1.5-ci maddələrinin tələblərindən isə görünür ki, kassasiya müraciətinin müəllifi öz müraciətində mübahisələndirdiyi qərarın qanunsuzluğunun, əsassızlığının və ya ədalətsizliyinin, həmçinin xahişinin nədən ibarət olmasını qeyd etməlidir. Lakin, hazırkı iş üzr ə kassasiya şikayətinin məzmunundan görünür ki, məhkumlar qanunvericiliyin təsvir olunan normalarının ziddinə olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuzluğu, əsassızlığı və ya ədalətsizliyi ilə bağlı heç bir dəlilə əsaslanmamış və hazırki mərhələdə münasibət bildirilməsi mümkün olmayan tələb irəli sürmüşlər. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2023cü il tarixli qərarı işə mahiyyəti üzrə baxılması ilə bağlı olmamış, həmin qərarda məhkumların əməlinin tövsifinə və ya onlar cəza təyini ilə bağlı məsələlərə hüquqi qiymət verilməmiş, həmin qərarla yalnız məhkumlar tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatət verilməsi üçün apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və Məhkum1 və Məhkum2 CPM-nin 386-cı maddəs inin tələblərini yerinə yetirmələri üçün 20 (iyirmi) gün müddət təyin olunmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin verilməsi ilə bağlı CPM-nin tələbləri yerinə yetirilmədən həmin şikayət icraata qəbul edilmiş və cinayət işi ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. CPM-nin 418.3-cü maddəsində isə təsbit edilmiş qaydaya görə, kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydas ında şikayət üzrə icraatın materiallarını apelyasiya instansiyası məhkəməsinə qaytarmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin baxılmamış saxlanılması haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışın dinləyərək hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 birgə verdikləri kassasiya şikayəti CPM-nin 413-cü maddəsinin tələblərinin yerinə yetirilməsi üçün baxışdan çıxarılmalı və həmin şikayətin mümkünlüyünə baxılması üçün müraciət cinayət işi ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 418.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 avqust 2023-cü il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 t ərəfindən birgə verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün müraciət cinayət işi ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar