Məhkəmə qərarları › İş №1(102)-413/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-413/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-413/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunun Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Surra kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.1 və 180.2.3-cü ma ddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2024-cü il tarixli 1(106)-572/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(056)-122/2023 nömrəli hökmü ilə (hakim S.M.Allahverdiyev) Məhkum – Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 23 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikay əti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2024-cü il tarixli 1(106)572/2024 nömrəli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), P.V.Hacıyev və H.X.Bəhmənov) apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(056)-122/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum özgənin əmlakını gizli talamaq məqsədi ilə, tanışı Şahid3 və Şahid2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 mart 2022-ci il tarixdə gecə saat 03 radələrində sonuncunun idarə etdiyi «VAZ 21074» markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Mürsəlli kənd sakini Zərərçəkmiş şəxs məxsus mağazanın qarşısına gəlmiş, əvvəldən aralarında olan rol bölgüsün ə əsasən Şahid2 avtomobildə oturaraq gözləmiş, o isə ola biləcək təhlükələr barədə əvvəldən məlumat vermək üçün mağazanın qarşısında dayanmış, Şahid3 isə əlindəki dəmir alətlə mağazanın dəmir barmaqlıqlardan olan qapısının qıfıllarını sındırıb qanunsuz olaraq içəri daxil olmuş, orada kassa aparatının yanındakı siyirtmədən 170 manat dəyərində müxtəlif danışıq kartları, 600 manat kağız əskinasları və 40 manat qəpik pulları, cəmi 810 manat məbləğində özgənin əmlakını götürüb çölə çıxarkən həmin vaxt onların bu əməllərini görüb mağazaya gəlmiş, qarşılarını kəsmək istəyən kənd sakinləri Şahid4 və onun oğlu Şahid1nа məhəl qoymadan, onların gözləri qarşısında avtomobilə oturaraq orada uzaqlaşmaqla,Zərərçəkmiş şəxs məxsus 810 manat məbləğində əmlakı qabaqcadan əlbir olanbir qrup şəxs halında saxla nc yerinə qanunsuz daxil olmaqla açıq talayıb soyğunçuluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il nömrəli qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, zərər çəkmiş şəxsə vurduğu ziyanı ödəmiş, zərər çəkmiş şəxslə barışıq olmuşdur. Himayəsində ürək-damar xəstəsi olan anası və epilepsiya xəstəsi olan atası vardır. O, törətdiyi əmələ görə peşmandır və özünü cəzaçəkmə müəssəsində nizam-intizamlı aparmışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Re spublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçıl arının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: M əhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar