Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-414/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X7 iştirakı ilə, 01 yanvar 1995-ci ildə Şəmkir rayonunun ********* qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şəmkir rayonunun ********** qəsəbəsində qeydiyyatında olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263. 2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: Z.Qasımov (sədrlik edən), F.Mahmudov və S.Əzizov) Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum e dilməklə, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X5 CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), L.S.Süleymanov və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü Məhkum aid hissədə ləğv edilmiş və Məhkum bəraət verilmişdir. İşin halları: Verilmiş ittihama və birinci instansiya məhkəməsinin h ökmünə görə Məhkum idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum 27 avqust 2017-ci il tarixdə, saat 21:30 radələrində, Zərərçəkmiş şəxs3 məxsus "Mercedes Benz C 180" markalı, **-********-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şəmkir-Çinarlı avtomobil yolunun Şəmkir rayonu Yeni-Həyat kəndi ərazisindən keçən 7-ci kilometrliyində rayonun Çinarlı qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində saatda 60 km-dən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, sürət həddini aşaraq 70-80 km/saat sürətlə hərəkət etmiş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək yol hərəkəti qaydalarını pozaraq hərəkətini davam etdirib X3 idarə etdiyi sonuncuya məxsus "Naz Lifan ************" markalı **-*******-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə "Naz Lifan ************" markalı avtomobildə olan sərnişin X6 ehtiyatsızlıqdan ölümünə səbəb olan sol alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, beyinin yumşaq qişasına və beyin toxumasına qansızmalar, sol bazunun aşağı üçdə birinin bayır sə thinin qançır və sol saidin yuxarı üçdə birinin bayır səthinin sıyrığı ilə müşayiət edilən həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirmiş, bundan başqa "Naz Lifan ************" markalı avtomobilin sürücüsü X1 qaşüstü nahiyənin əzilmiş yarası, sağ kürək nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran və "Naz Lifan ************" markalı avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs1 sol gicgah nahiyəsinin şişkinlik fonunda qançırı, sol yanağın sıyrığı və bel nahiyəsinin əziyi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran ehtiyatsızlıqdan xəsarətlər yetirmiş, həmçinin, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs3 mülkiyyətində olan "Mercede s Benz C 180" markalı, **-********-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 4015 manat maddi ziyan və X3 mülkiyyətində olan “Naz Lifan ************” markalı **-*******-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1682 manat maddi ziyan vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin Məhkum bəraət verilməsinə dair hökmü ziddiyyətli ifadələrə əsaslanaraq çıxarılmışdır. Belə ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində Məhkum özünü təqsirli bilməyə rək göstərmişdir ki, 27 avqust 2017-ci il tarixdə o, tanışı E6 məxsus "Mercedes Benz C 180" markalı, **-********-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ŞəmkirÇinarlı avtomobil yolunda 60-70 km/saat sürətlə hərəkətdə olarkən 50-60 metr məsafədən həmin yola birləşən sağ yoldan avtomobil çıxmaq istədiyini gördüyündən idarə etdiyi avtomobilin işıqlarını iki dəfə yandırıb söndürmüşdür. Həmin avtomobil ilk olaraq dayanmış, lakin o çatana yaxın gözlənilmədən yolun ortasına çıxmış və o, avtomobili nə qədər yolun soluna çəksə də, məsafə az olduğundan avtomobili dayandıra bilməmiş və həmin yoldan çıxan “Naz Lifan” markalı avtomobillə toqquşmuşdur. İbtidai araşdırmanın ilkin mərhələsində Məhkum şahid qismində dindirilərkən idarə etdiyi avtomobilin sürətini 70-80 km/saat, sonrakı ifadələrind ə və birinci instansiya məhkəməsində verdiyi ifadəsində 60-70 km/saat kimi göstərmişdir. Həmin ifadələr və iş üzrə toplanmış digər sübutlar əsasında hadisənin mexanizmi müəyyən edilmiş və təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyinə görə Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş,həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan fərqli olaraq Məhkum apellyasiya instansiya məhkəməsində vermiş olduğu ifadəsində qəzanın mexanizmini dəyişərək göstərmişdir ki, əvvəl avtomobili 60-70 km/saat sürətlə idarə etsə də,yan tərəfdən yola avtomobil çıxdığını gördüyü üçün idarə e tdiyi avtomobilin sürətini 40-50 km/saata endirmiş, həmin vaxt onun idarə etdiyi avtomobilin qarşısı ilə başqa bir avtomobil eyni istiqamətdə getmiş, həmin avtomobillə onun idarə etdiyi avtomobilin arasında 30 metr məsafə olmuş, ”Naz Lifan” markalı avtomobilin sürücüsü qarşıda gedən avtomobili buraxdıqdan sonra onun yoluna çıxmışdır. Apellyasiya instansiya məhkəməsi Rəşad Əliyevin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələri deyil, apellyasiyua məhkəməsində verdiyi ifadəsini işin hallarına uyğun və düzgün ifadə sayaraq, onun guya 30 metrdən təhlükə yarandığı andan başlayaraq yalnız digər avtomobilə təxminən 4 metr qalmış tormoz əyləcini basmasını və onun idarə etdiyi avtomobilin yolda 3.8 metr tormoz izi qoyaraq digər avtomobillə toqquşmasını ümumiyyətlə qiymətlənd irmək istəməmiş, bunun nəticəsi olaraq işin hallarına uyğun olmayan qənaətə gəlmişdir. Əgər məhkəmə kollegiyası Məhkum avtomobili 60-70 km/saat sürətlə idarə etməsini qəbul edirsə, onda o, avtomobili yaşayış məntəqələri daxilində saatda 60 km-dən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, sürət həddini aşmış, bununla da "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq təşkil etmişdir. Həmçinin R.Əliyev və onun yaxın adamları, yəni zərərçəkmiş şəxs və şahid öz ifadələrini dəyişdirərək ekspertiza rəylərinə uyğunlaşdırmışlar. İşin hallarından isə görünür ki, avtomobillər toqquşmazdan 4 metrə qabaq Məhkum tormoz əyləcini basmışdır. Təhlükə yaranan anda avtomobilin sürətini azalmasını nə Məhkum, nə də iş üzrə dindirilən digər şəxslər ifadələrində deməmişlər. Onların ifadələrində Məhkum avtomobili sola verdikdən sonra tormoz əyləcini basmışdır. Lakin iş materiallarının təhlillərindən görünür ki, Məhkum, zərərçəkmiş şəxs və şahid ibtidai istintaqda və birinci instansiya məhkəməsində vermiş olduqları ifadələrinə (Məhkum ifadəsində avtomobili 60-70 km/saat sürətlə idarə etməsini göstərmiş) görə Məhkum avtomobili 70-80 km/saat sürətlə idarə etməsini bildirmişlər. Protest müəllifi hesab edir ki, apellyasiya baxışı zamanı məhkəmə toplanmış sübutlara obyektiv qiymət verməmiş, müəyyən etdiyi hallar işin faktiki hallarına uyğun olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi ba rədə dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyə tinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsin təqsirliliyi tamamilə sübuta yetirilməsinə baxmayaraq məhkəmələr ona əsassız olaraq bəraət vermiş, bununla da cinayət qanunvericiliyinin tələblərini pozmuşdur. Protestdə göstərilmiş dəlilləri əsaslı hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, Məhkum cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və bu nəticəyə gələrkən məhkəmə işin halları ilə yanaşı həmçinin maddi və prosessual qanunun normalarında əks etdirilmiş tələbləri kifayət qədər nəzərə almamışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin m üəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclaslarında araşdırılmış sübutlar Məhkum barəsində bəraət hökmünün çıxarılması üçün kifayət etməmiş, məhkəmənin gəldiyi nəticələr tədqiq edilmiş sübutlara əsaslanmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X11rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum ittiham irəli sürərkən aşağıdakı sübutlara əsaslanmışdır. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27.08.2018-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, i/v 07-19) görünür ki, yol-nəqliyyat hadisəsi Şəmkir-Çinarlı avtomobil yolunun Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisindən keçən 7-ci kilometrliyində avtomobillərin hərəkət hissəsində baş vermişdir. Avtomobillərin toqquşma nöqtəsi Çinarlı qəsəbəsi istiqamətinə hərəkət etdikdə asfalt örtüyün qurtaracağından soldan sağa 0.3 metr məsafədə yerləşir. Baxış zamanı "Mersedes-Benz" markalı avtomobilin hərəkət istiqamətində tək təkərdən 3.8 metr uzunluğunda tormoz izi aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş avtomobilə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, i/v 91-101) görünür ki, X4 məxsus "Nazlifan LF **************** markalı **-*******-*** qeydiyyat nişanlı avtomobilin sol tərəfi, sol ön və arxa qapıları əzilmiş vəziyyətdədir, Zərərçəkmiş şəxs3 məxsus "Mercedes Benz C 180" markalı, **-********-*** qeydiyyat nişanlı avtomobilin isə ön tərəfi tamamilə əzilmiş və detalları sınmış vəziyyətdədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 28.08.2017-ci il tarixli, 35 nömrəli rəyindən (cild 1, iş vərəqə 102-104) görünür ki, mərhum B8 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - sol alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, beyinin yumşaq qişasına və beyin toxumasına qansızmalar, sol bazunun aşağ ı üçdə birinin bayır səthinin qançır və sol saidin yuxarı üçdə birinin bayır səthinin sıyrığı küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 27 avqust 2017-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatidirlər. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb yol-nəqliyyat qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində beyinin yumşaq qişasına və beyin toxumasına qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, B8 ölümü meyitin müayinəyə başlanmasından 10-12 saat əvvəl baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir rayon 1 nömrəli TTS-s ı "xxxx" MMC avtotəmir emalatxanasının 18 sentyabr 2017-ci il tarixli, 14/91 nömrəli ziyan aktlarından (c/i cild 1, iş vərəqə 141-142) görünür ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs3 məxsus "Mercedes Benz C 180" markalı **-********-*** qeydiyyat nişanlı avtomobilə 4015 manat, X4 məxsus "Nazlifan ******************** markalı **-*******-*** qeydiyyat nişanlı avtomobilə isə 1682 manat maddi ziyan dəymişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 03 noyabr 2017-ci il tarixli, 25175 nömrəli rəyindən (cild 1, iş vərəqə 158-160) görünür ki, "NAZ Lifan ************" markalı, **-*******-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin sürücü A6 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. "Mercedes Benz C 180" markalı, **-********-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün "Yol hərəkəti haqqında" A zərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş əlavə məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 15 mart 2018-ci il tarixli, 4226 nömrəli rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Mersedes-Benz C 180" markalı, **-********-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə yerində qalmış 3,8 metr uzunluğunda tormoz izinə görə onun hərəkət surəti mövcud şəraitdə 30 km saata uyğundur. Lakin "Mersedes-Benz C 180" markalı və "NAZ Lifan ************" markalı avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrinin kuzov hissələri deformasiyaya uğradığından və həmin prosesə də onların mal ik olduğu kinetik enerjinin bir hissəsi sərf olunduğundan tormozlanmadan qabaq "Mersedes-Benz C 180" markalı avtomobilin real hərəkət surəti hesabatla tapılmış surətdən (29,9 km saatdan) çox olmuşdur. "MersedesBenz C 180" markalı avtomobilin toqquşma zamanı deformasiyaya sərf olunan kinetik enerjini təyin etməyə imkan verən və ekspertizada istifadə edilməsi üçün tədqiq edilmiş metodik vəsait olmadığından həmin avtomobilin hadisədən əvvəlki real hərəkət surətinin 29,9 km saatdan nə qədər-artıq olmasını ekspertiza yolu ilə müəyyənləşdirmək mümkün deyildir. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Mersedes-Benz C 180" markalı, **-********-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəs inin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Onun hərəkətlərində qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sürücü Məhkum qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs Məhkum ifadəsində hadisədə onun günahının olmadığını, hadisənin qarşısı almaq üçün lazımi tədbirləri gördüyünü, Arzuman Allahverdiyevin avtomobili sürüb yola çıxmaq istədiyini gördükdə avtomobilin işıqlarını yandırıb-söndürərək onu xəbərdar etdikdə sonuncunun avtomobili saxlayıb, so nradan qəfildən onun yoluna çıxaraq hərəkət etdiyini və nəticədə yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir Lakin keçirilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 03 noyabr 2017ci il tarixli 25175 saylı rəyi ilə təsdiq olunmuşdur ki, "Mercedes-Benz C 180" markalı, **********-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Qeyd edilən ekspertizanın rəyi, həmçinin əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 15 mart 2018-ci il tarixli, ******** nömrəli rəyi, o cümlədən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 27.08.2018-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən də görünür ki, zərərçəkmiş şəxsin ölümünə səbəb olan şərh olunan avtonəqliyyat qəzası Məhkum tərəfindən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozulması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası CPM-in 124.2.2-ci maddəsinə əsasən ekspert rəyi sübut kimi qəbul edilir. CPM-in 127.3-cü maddəsində qeyd olunur ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesin i həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. “X8rşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Lakin apellyasiya instansiya məhkəməsi cinayət işinin ibtidai istintaq və birinci instansiya məhkəməsinin istintaqı zamanı toplanmış və tədqiq olunmuş sübutlara CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq qiymət verməli və apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsin və digərlərinin hadisənin mexanizminin dəyişdirilməsi yönündə verdikləri ifadələrə tənqidi qiymət verməli olduğu halda,heç bir təhlil və araşdırma aparmadan Məhkum və ona yaxın olan şəxslərin ifadələrini həqiqət kimi qəbul edərək təkrar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası təyin etmişdir. CPM-nin 267.2-ci maddəsinin tələbinə əsasən ekspert rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda,yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Göstərilən halda, CPM-nin 267.2-ci maddəsində sadalanan əsaslardan heç biri olmamış və apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza keçirilməsinə dair qərarını kifayət qədər əsaslandırmamışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında məhkəmələrə aşağıdakılar tövsiyə olunur: “Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız ( qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdi yi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclası nda araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər.” Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar obyektiv təhlil edilərək qiymətləndirilməklə hadisənin baş vermə şəraiti və mexanizmi dəqiqləşdirilməli və yalnız zərurət olacağı təqdirdə təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası təyin edilərək rəy alınmalıdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 416.0.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəl i sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum haqqında Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü ləğv edilsin. Ci nayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-414/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-414/2019
08.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver