Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-414/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, cəza təyin edilmədən təqsirli bilinmiş Məhkum, bəraət almış şəxslər X16, X12 və X13, habelə cəza təyin edilmədən təqsirli bi linmiş Məhkum, bəraət almış şəxslər X14un və X21in müdafiəçisi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 və bəraət almış şəxs X17un müdafiəçisi – 4 saylı Vəkil Bürosunun vəkili X2, bəraət almış şəxs X21in müdafiəçisi – Bərdə Rayon Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Allahverdiyev) Məhkum (xx xxxx xx 1974-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “XX25inin rəisi vəzifəsində işləyən, ünvan3ndə qeydiyyatda olmaqla, ünvan4-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçidiyi üçün ona həmin maddə ilə cəza təyin edilməmiş, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir; X14 (xx xxxxxx 1961-ci ildə ünvan5ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan6ndə qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 32.4,308.2-ci maddəl əri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, X14un barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir; X17 (xx xxx 1959-cu ildə ünvan7ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 32.4,308.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, X17un barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir; X21 (xx xxxxxx 1968-ci ildə ünvan8ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan9ndə qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 32.4,308.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, X21in barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Xasməmmədov, hakimlər L.S.Süleymanov və Ş.Q.Rzaquliyevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı Rəhman İbrahimov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Hökmdə təsvir olunmuş cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən Məhkum xx xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək olan dövr ərzində XXX35nin sədri vəzifəsində işləyərkən, XXX95 tərəfindən xx xxxxxx 2000-ci il tarixdə qeydiyyata alınmış, bələdiyyə üzvlərinin xx xxxxxx 2000-ci il tarixli, 12 saylı iclasın qərarı ilə təsdiq edilmiş “XXX45nin Nizamnaməsi”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilmək, baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar yaxın münasibətdə olduğu üçüncü şəxslərlə sövdələşib təhrikləri əsasında onların qazanc əldə etməsinə şərait yaratmaqla onlar üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq, bələdiyyə torpaqlarının müh afizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək, bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək kimi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyənin səlahiyyətləri üzrə, habelə həmin Qanunun 3.0.1-ci bəndinəəsasən, torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi prinsipinə zidd olaraq qeyd edilən Qanunun 23.1-ci bəndinin tələblərinə əsasən, üzərinə vəzifə kimi qoyulmuş istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını q əsdən təmin etməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib yaxın münasibətdə olduğu ünvan20 sakini X23 ilə sövdələşməklə onun təhriki əsasında bələdiyyə üzvlərinin yığıncağının xx xxx 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə balıqçılıq və quşçuluğun inkişaf etdirilməsi məqsədi ilə sonuncuya uzunmüddətli icarəyə verilmiş və icarəsi həmin qərar əsasında xx xxxxxx 2014-cü il tarixli, 63 nömrəli müqavilə ilə yenilənmiş 76,0 ha torpaq sahəsinin 11,44 ha hissəsində X21 tərəfindən 2010-cu ilin əvvəllərindən başlayaraq istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə xüsusi texnikanın köməkliyi ilə qazıntı işləri aparılmaqla 150 sm. dərinliyində süni göl, 30,94 ha torpaq sahəsində isə göl yaratmaq məqsədi ilə suyu olmayan eyni səviyyəli çuxur yaradılıb, b ununla həmin sahədə 4238,0 m3 torpağın üst münbit qatının qanunsuz götürülməsi nəticəsində təbiətə 233.090 manat ziyan vurulmaqla bələdiyyə mülkiyyətinə aid, kənd təsərrüfatı kateqoriyalı, örüş (şoran) təyinatlı torpaq sahəsinin təyinatının qanunsuz olaraq dəyişdirilməsinə, bundan başqa, təkrarən, yaxın münasibətdə olduğu ünvan21 sakini X22 ilə sövdələşməklə onun təhriki əsasında, bələdiyyə üzvlərinin yığıncağının xx xxxxxx 2014-cü il tarixli, 02 nömrəli qərarı və xx xxxxxx 2014-cü il tarixli, 30 nömrəli torpaq icarə müqaviləsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə sonuncuya icarəyə verilmiş 10,0 ha torpaq sahəsinin 9,60 hektar hissəsində həmin tarixdən etibarən X14 tərəfindən istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə xüsusi texnikanın köməkliyi ilə qazıntı işləri aparılmaqla 150 sm. dərinliyində suyu olmayan çuxur, həmçinin, bələdiyyə üzvlərinin yığıncağının xx xxxxxxxx 2015-ci il tarixli, 11 nömrəli qərarı və xx xxxx 2016-cı il tarixli torpaq icarə müqaviləsi ilə X24 icarəyə verilmiş, sonradan aralarında notarial qaydada təsdiqlənərək bağlanmış xx xxx 2016-cı il tarixli razılaşmaya əsasən, bələdiyyə üzvlərinin yığıncağının xx xxxxx 2016-cı il tarixli, 06 nömrəli qərarı ilə X5 icarəsinə verilmiş 28,7 ha torpaq sahəsinin 6,2 ha hissəsində X14 tərəfindən 2016-cı ilin may ayının ortalarından etibarən balıqçılığın inkişafı məqsədilə istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə xüsusi texnikanın köməkliyi ilə qazıntı işləri aparılmaqla sahənin 2,88 ha hissəsində 150 sm. dərinliyində süni göl, 2,79 ha hissəsində isə süni göl yaratmaq məqsədi ilə suy u olmayan çuxur yaradılıb, bununla 1527,0 m3 torpağın üst münbit qatının qanunsuz götürülməsi nəticəsində təbiətə 83.985 manat ziyan vurmaqla kənd təsərrüfatı kateqoriyalı, örüş (şoran) təyinatlı torpaq sahəsinin təyinatının qanunsuz olaraq dəyişdirilməsinə, bundan başqa, təkrarən, yaxın münasibətdə olduğu Bərdə şəhər sakini X25 ilə sövdələşməklə onun təhriki əsasında, bələdiyyə üzvlərinin yığıncağının xx xxxx 2014-cü il tarixli, 09 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ünvan20 sakini X10 uzunmüddətli icarəyə verilmiş və icarəsi xx xxxx 2014-cü il tarixli, 96 nömrəli müqavilə ilə yenilənmiş 11,3 ha torpaq sahəsinin, sonuncu ilə aralarında rəsmi icarə müqaviləsi olmadan şifahi razılaşma əsasında faktiki istifadəçisi olan X17 tərəfindən 2014-cü il tarixdə 3,78 ha sahəsində balıqçılığın inkişafı məqsədi ilə istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə xüsusi texnikanın köməkliyi ilə qazıntı işləri aparılmaqla süni göl yaradılıb, bununla 378,0 m3 torpağın üst münbit qatının qanunsuz götürülməsi nəticəsində təbiətə 20.790 manat ziyan vurmaqla bələdiyyə mülkiyyətinə aid, kənd təsərrüfatı kateqoriyalı, örüş (şoran) təyinatlı torpaq sahəsinin təyinatının qanunsuz olaraq dəyişdirilməsinə şərait yaradıb həmin hərəkətləri ilə ümumilikdə, XXX45nin mülkiyyətində olan 61,43 ha torpaq sahəsində 6143,0 m3 münbit torpaq qatının korlanaraq təbiətə cəmi 337.865 manat ziyan vurmaqla XXX45nin mülkiyyətində olan torpaq sahəsindən səmərəli istifadə edilməsi, ekoloji tarazlığın qorunması, kənd təsərrüfatı itkilərinə yol verilməməsi ilə bağlı hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq qeyrilərinin təhriki ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmçinin hökmdə təsvir edilmiş cinayət təqibi orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddələri irəli sürülmüş ittihama əsasən X22 qazanc əldə etmək məqsədilə yaxın münasibətdə olduğu, xx xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2015ci il tarixədək olan dövr ərzində XXX35nin sədri vəzifəsində işləmiş Məhkum “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq, bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşıl aşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək, bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək kimi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyənin səlahiyyətləri üzrə, habelə, həmin Qanunun 3.0.1-ci bəndinə əsasən, torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi prinsipinə zidd olaraq qeyd edilən Qanunun 23.1-ci bəndinin tələblərinə əsasən, üzərinə vəzifə kimi qoyulmuş istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını qəsdən təmin etməm əsi üçün ələ almaqla onunla sövdələşib onu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə, yəni sonuncu tərəfindən XXX65nin üzvlərinin yığıncağının keçirilərək qəbul edilmiş xx xxxxxx 2014-cü il tarixli, 02 nömrəli qərar və xx xxxxxx 2014-cü il tarixli, 30 nömrəli torpaq icarə müqaviləsi ilə özünə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə bələdiyyə mülkiyyətinə aid, kənd təsərrüfatı kateqoriyalı, örüş (şoran) təyinatlı torpaq sahəsindən icarəyə verilmiş 10,0 ha torpaq sahəsinin 9,6 hektar hissəsində həmin tarixdən etibarən cinayətdən xəbərsiz olan istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə xüsusi texnikanın köməkliyi ilə qazıntı işləri aparmaqla 150 sm. dərinliyində suyu olmayan çuxur, həmçinin, bələdiyyə üzvlərinin yığıncağının xx xxxxxxxx 2015-ci il tarixli, 11 nömrəli qərarı və xx xxxx 2016-cı il tarixli torpaq icarə müqaviləsi ilə X24 icarəyə verilmiş, sonradan aralarında notarial qaydada təsdiqlənərək bağlanmış xx xxx 2016-cı il tarixli razılaşmaya əsasən, bələdiyyə üzvlərinin yığıncağının xx xxxxx 2016-cı il tarixli, 06 nömrəli qərarı ilə X5 icarəsinə verilmiş 28,7 ha torpaq sahəsinin 6,2 ha hissəsində 2016-cı ilin may ayının ortalarından etibarən özü tərəfindən balıqçılığın inkişafı məqsədilə cinayətdən xəbərsiz olan istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə xüsusi texnikanın köməkliyi ilə qazıntı işləri aparılmaqla sahənin 2,88 ha hissəsində 150 sm. dərinliyində süni göl, 2,79 ha hissəsində isə süni göl yaratmaq məqsədi il ə suyu olmayan çuxur qazdırıb, bununla da 1527,0 m3 torpağın üst münbit qatının qanunsuz götürülməsi nəticəsində təbiətə 83.985 manat ziyan vurulmasına səbəb olan hərəkətləri ilə XXX45nin mülkiyyətində olan torpaq sahəsindən səmərəli istifadə edilməsi, ekoloji tarazlığın qorunması, kənd təsərrüfatı itkilərinə yol verilməməsi ilə bağlı hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmişdir. Həmçinin hökmdə təsvir edilmiş cinayət təqibi orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddələri ilə irəli srülmüş ittiham əsasən X25 qazanc əldə etmək məqsədilə yaxın münasibətdə olduğu, x xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2015ci il tarixədək olan dövr ərzində XXX35nin sədri vəzifəsində işləmiş Məhku m “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq, bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək, bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək kimi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyənin səlahiyyətləri üzrə, habelə, həmin Qanunun 3.0.1-ci bəndinə əsasən, torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi v ə dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi prinsipinə zidd olaraq qeyd edilən Qanunun 23.1-ci bəndinin tələblərinə əsasən, üzərinə vəzifə kimi qoyulmuş istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını qəsdən təmin etməməsi üçün ələ almaqla onunla sövdələşib onu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə, yəni sonuncu tərəfindən XXX65nin üzvlərinin yığıncağının keçirilərək qəbul edilmiş xx xxxx 2014-cü il tarixli, 09 saylı qərarı və icarəsi yenilənmiş xx xxxx 2014-cü il tarixli, 96 nömrəli torpaq icarə müqaviləsi ilə X10 icarəyə verilmiş 11,3 hekta r torpaq sahəsinin sonuncu ilə aralarında rəsmi icarə müqaviləsi olmadan şifahi razılaşma əsasında faktiki istifadəçisi olan özü tərəfindən 3,78 hektar sahəsində cinayətdən xəbərsiz olan istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə xüsusi texnikanın köməkliyi ilə qazıntı işləri aparmaqla 150 sm. dərinliyində süni göl yaradıb, bununla da 378,0 m3 torpağın üst münbit qatının qanunsuz götürülməsi nəticəsində təbiətə 20.790 manat ziyan vurulmasına səbəb olan hərəkətləri ilə XXX45nin mülkiyyətində olan torpaq sahəsindən səmərəli istifadə edilməsi, ekoloji tarazlığın qorunması, kənd təsərrüfatı itkilərinə yol verilməməsi ilə bağlı hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmişdir. Həmçinin hökmdə təsvir edilmiş cinayət təqibi orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən X6c əldə etmək məqsədilə yaxın münasibətdə olduğu, x xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək olan dövr ərzində XXX35nin sədri vəzifəsində işləmiş Məhkum “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq, bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək, bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəz arət etmək, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək kimi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyənin səlahiyyətləri üzrə, habelə, həmin Qanunun 3.0.1-ci bəndinə əsasən, torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi prinsipinə zidd olaraq qeyd edilən Qanunun 23.1-ci bəndinin tələblərinə əsasən, üzərinə vəzifə kimi qoyulmuş istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını qəsdən təmin etməməsi üçün ələ almaqla onunla sövdələşib onu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qull uq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə, yəni sonuncu tərəfindən XXX65nin üzvlərinin yığıncağının keçirilərək qəbul edilmiş xx xxx 2002-ci il tarixli, 05 nömrəli qərar və həmin qərar əsasında icarəsi yenilənmiş xx xxxxxx 2014-cü il tarixli, 63 nömrəli torpaq icarə müqaviləsi ilə özünə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə bələdiyyə mülkiyyətinə aid, kənd təsərrüfatı kateqoriyalı, örüş (şoran) təyinatlı torpaq sahəsindən icarəyə verilmiş 76,0 torpaq sahəsinin 11,44 hektar hissəsində özü tərəfindən 2010-cu ilin əvvəllərindən başlayaraq cinayətdən xəbərsiz olan istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə xüsusi texnikanın köməkliyi ilə qazıntı işləri aparmaqla 150 sm. dərinliyində süni göl, 30,94 ha torpaq sahəsində isə süni göl yaratmaq məqsədi ilə suyu olmayan çu xur qazdırıb, bununla da 4238,0 m3 torpağın üst münbit qatının qanunsuz götürülməsi nəticəsində təbiətə 233.090 manat ziyan vurulmasına səbəb olan hərəkətləri ilə XXX45nin mülkiyyətində olan torpaq sahəsindən səmərəli istifadə edilməsi, ekoloji tarazlığın qorunması, kənd təsərrüfatı itkilərinə yol verilməməsi ilə bağlı hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normaları, xüsusilə cinayətmühükimə icraatının prinsipləri, 143-146-cı maddələrinin tələbləri pozulmuş, o cümlədən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş itti hamların ibtidai istintaq zamanı toplanmış sübutlarla kifayət qədər təsdiq olunmasına baxmayaraq, məhkəmələr həmin sübutlara deyil, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsinə yönəlmiş məhkəmə istintaqının gedişində verdikləri ifadələrə əsaslanmış, nəticədə Məhkum əməlinin hüquqi tövsifi əsassız olaraq Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən (ağır nəticələrə səbəb olmaqla qulluq səlahiyyətlərindən sui-istifadə etmədən) 314-cü maddəsinə (səhlənkarlığa) tövsif etmiş, digər təqsirləndirilən şəxslər barəsində isə onlara qarşı Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddələri irəli sürülmüş ittihamlar üzrə əməllərində həmin cinayətin tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun normalarına əməl edilmədiyini, nəticədə M əhkum əməlinin hüquqi tövsifinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinaayət Məcəlləsinin 308.2-ci maddəsindən səhlənkarlıq cinayətini nəzərdə tutan 314.1-ci maddəsinə dəyişdirildiyini, digər təqsirləndirilən şəxslər X14, X17, X18 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməllərində cinayət tərkibinin olmamasına görə əsassız olaraq bəraət verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində, habelə kassasiya protest inin məzmununa görə 416.0.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protesti ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb ola n əmələ verilən cinayət hüquqi qiymətdir. Odur ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün ona isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasına görə (hazırki işin kontekstində) vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi mühüm zərər vurduqda cinayət məsul iyyəti yaradır. Cinayət təqibi orqanı tərəfindən Məhkum əməlinə şamil edilmiş Cinayət Məcəlləsinin 308.2-ci maddəsi isə qeyd olunan cinayətin ağır nəticələrə səbəb olması kimi tövsifedici əlaməti nəzərdə tutur. Məhkum məhkəmə baxışı nəticəsində təqsirli bilindiyi səhlənkarlıq cinayəti isə Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin dispozisiyasında belə təsbit edilmişdir: “Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda”. Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən sözügedən cinayətin subye ktiv cəhətinə aid olan hallar olduğu üçün Məhkum ibtidai istintaq orqanının mövqeyinə görə onu bu cinayətə təhrik edən X14un, X17un, X21in qanunsuz üstünlük əldə etmələrini (ayrılmış bələdiyyə torpaqlarından onların təyinatına zidd istifadə etmələrini) təmin etmək məqsədi ilə qəsdən hərəkət etməsi, o cümlədən mühüm və yaxud ağır zərər kimi ictimai təhlükəli nəticənin onun qəsdi ilə əhatə olunub (arzulanan və yaxud şüurlu surətdə yol verilən olub) məhz qəsdən edilən hərəkətlərin nəticəsi kimi meydana gəlməsi baxılan işin sübutetmə predmeti kimi çıxış edir və Cinayət Məcəlləsinin 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipinə, 139, 145, 146-cı maddələrinin tələblərinə əsasən onların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən sübutla rın məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadı qda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən hallardan və onların əsaslandırılması üçün gətirilən sübutlardan isə (o cümlədən: təqsirləndirilən şəxslərin torpaq sahələrinin ayrılmasınadək sahələrin balıqçılıq təsərrüfatlarının yaradılması məqəsədi ilə istifadə olunacağına dair aralarında sövdələşmənin olmamasına dair ifadələrindən; şahid qismində dindirilmiş XXX45nin üzvləri X7, X19 bələdi yyənin 9 nəfər üzvünün olması və hazırki işdə araşdırılan torpaq sahələrinə dair qərarların bələdiyyənin iclaslarında müzakirə edilərək qəbul edilməsi, həmin torpaq səhalərinin təyinatının dəyişdirilməsi ilə bağlı bələdiyyə sədri Məhkumlə X14, X17, X21 arasında hər hansı bir sövdələşmənin olduğunu bilməmələri, yalnız torpaqlardan istifadə zamanı onların kənd təsərrüfatı məqsədləri üçün deyil, balıqçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə istifadə olunduğunu müəyyən edib bu barədə Məhkum məlumat vermələri, lakin Məhkum lazımi tədbirlər görməməsi haqqında ifadələrindən; sözügedən torpaq sahələrinə dair qərarların Məhkum tərəfindən deyil, XXX65 tərəfindən müvafiq prosedurda qəbul edildiyini göstərən həmin bələdiyyəyə aid sənədlərdən; X21ə torpaq sahəsinin bələdiyyələrin yaradılmasından uzun müddət əvvəl həm də məhz balıqçılığın inkişafı üçün ayrıldığını göstərən XXX85nin x xxxxxx 1992-ci il tarixli icarə müqaviləsindən və digər materiallardan) görünür ki, XXX65nin sədri Məhkum digər təqsirləndirilən şəxslərlə vahid məqsədlə (sonuncuların istifadəsinə verilən torpaq sahələrinin təyinatının dəyişdirilməsi üçün) birgə hərəkət etməsi, XXX65nin yerli özünüidarə orqanı olaraq torpaq sahələrini kənd təsərrüfatı məqsədləri üçün deyil, balıqçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə ayırması, bələdiyyə tərəfindən müvafiq qərarların qəbul edilməsi üçün Məhkum bələdiyyə üzvlərinə hansısa formada təsir etməsi, yəni Cinayət Məcəlləsinin 308.1-ci maddəsində göstərilən cinayətin subyektiv cəhətinə aid zəruri hallar, o cümlədən təkibyaradıcı əlamətlər kimi çıxış edən “üçüncü şəxsl ər üçün üstünlük əldə etmək məqsədi” və cinayətin qəsdən törədilməsi (hərəkətə münasibətdə birbaşa qəsd, ictimai-təhlükəli nəticəyə münasibətdə birbaşa və yaxud dolayı qəsd) müəyyən olunmamışdır. Qeyd olunan və digər materiallara əsasən mötəbərliliklə müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, artıq bələdiyyənin müvafiq qərarları ilə ayrılmasından sonra torpaq sahələrinin balıqçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə istismar edilməsi məlum olduqda, bələdiyyə üzvlərinin Məhkum bu barədə məlumat vermələrinə baxmayaraq, sonuncu lazımi tədbirlər görməmiş, yəni işinə vicdansız və laqeyd münasibəti nəticəsində mühüm zərər kimi ictimai-təhlükəli nəticələr baş vermişdir (qeyd olunan və digər sübutlar birinci instansiya məhkməsində Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrin ə müvafiq surətdə tədqiq edilib hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir olunmaqla həqiqi məzmunlarına uyğun olaraq şərh olunduğundan, məhkəmə kollegiyası hazırki qərarda onların yenidən ətraflı təsvir və şərh olunmasına zərurət görmür). Məhkum, ümumiyyətlə müdafiə tərəfinin (Məhkum qəsdən və digər təqsirləndirilən şəxslərin mənafeyi üçün, onların təhriki ilə hərəkət etməsini inkar edən) dəlilləri kifayət qədər təkzib olunmadığı, yalnız Məhkum işinə vicdansız və laqeyd münasibəti nəticəsində torpaq sahələrinin korlanması kimi mühüm ziyanın (ictimai təhlükəli nəticələrin) meydana gəlməsinin kifayət qədər sübut olunduğu vəziyyətdə birinci instansiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən 314.1-ci maddəsinə dəy işdirməsi, eyni zamanda Məhkum Cinayət Məcəlləsinin 308.2-ci maddəsində göstərilən cinayəti törətməyə təhrik etməkdə - Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddəsi ilə təqsirləndirilən X14a, X17a, X21ə cinayət-prosessual qanunun 42.1.2-ci maddəsində göstərilən əsasla (əməllərində cinayət tərkibinin olmamasına görə) bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticələrlə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Məhkəmə kollegiyası X14un, X17un, X21in əməllərində cinayət tərkibinin olmaması haqqında nəticənin əsaslı olmaqla yanaşı həm də qanuni olduğunu qeyd edir. Belə ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq “iki və daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı” kimi təsbit edildiyindən, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş səhlənkarlıq cinayəti isə qəsdin ehtiyatsızlıq formasını ehtiva edən əməl olduğundan, adları çəkilən şəxslərin həmin cinayətdə iştirakı, o cümlədən təhrikçi olmaları stisna edilir. Belə olan halda, Məhkum əməlinin Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən 314.1-ci maddəsinə tövsif edilməsinə və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cəza təyin edilmədən həmin maddə ilə təqsirli bilinməsinə, buna müvafiq olaraq da Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən X14a, X17a, X21ə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz. Qeyd olunan səbəblərə görə məhkəmə heyəti baxılan işdə mübahisələndirilən qərarın ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən dövlət ittihamçısının kassasiya protesti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.3, 416.1.15-ci maddələrində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini mümkün saymır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair cəza təyin edilmədə n təqsirli bilinmiş Məhkum, bəraət almış şəxslər X14un, X17un, X21in və onların müdafiəçilərinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum, X11, X12 və X13 barəsində olan xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum,X11,X12 və X13 barəsində olan xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-414/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-414/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver