Məhkəmə qərarları › İş №1(102)-414/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-414/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-414/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, Məhkum və müdafiəçisi X19 iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respub likası CM-nin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağdam Rayon Məhkəməsinin (hakimlər: X4) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxxx 1970-ci ildə Ağdam rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(021)19/2015 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6000 (altı min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Ağdam rayonunun Tağıbəyli kəndində qeydiyyatda olan, Ağdam rayonu yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə 4000 (dörd min) manat miqdarda cərimə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarda cərimə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 5000 (beş min manat) miqdarda cərimə cəzası saxlanılması, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(021)-19/2015 saylı hökmü ilə X12 təyin edilmiş bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, altı min manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan dörd min üç yüz yetmiş iki manat cərimə hissəsi qismən birləşdirilməklə üzərində qəti olaraq altı min manat miqdarda cərimə cəzası saxlanılması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: X20 (sədrlik edən və məruzəçi), X23 və X1 ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilm iş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 2 il islah işləri cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə əsasən CM-in 313-cü maddəsi ilə təyin edilmiş 2 islah işləri cəzası 1 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə qəti olaraq 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzaları təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu cəza Bərdə Rayon Məhkəməsini n xx.xx.2015ci il tarixli 1(021)-19/2015 saylı hökmü ilə təyin olunmuş 6000 (altı min) manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 4372 (dörd min üç yüz yetmiş iki) manat hazırkı qərarla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4372 (dörd min üç yüz yetmiş iki) manat cərimə cəzası təyin edilmişdir. Cəzanın icrası Ağdam rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuş və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanması qərar alınmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum xx xxxxxx 1994-cü il tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağdam Rayon Təhsil Şöbəsinin Ağdam rayonu 00 nömrəli X28 məktəbliseyin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyərkən «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X2 (hissə 75) təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1997-ci il 29 mart tarixli 16-4/3 nömrəli Kollegiya qərarının 1 -ci hissəsi və «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X3 (hissə 75) əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1999-cu il 28 oktyabr tarixli 22-4 nömrəli, «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X3 (hissə 75) dəyişikliklər edilməsi haqqında» 2004-cü il 14 iyul tarixli 9-6 nömrəli, «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X3 (hissə 75) əlavələr edilməsi haqqı nda» 2005-ci il 10 may tarixli 7 nömrəli, «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X3 (hissə 75) əlavələr edilməsi haqqında» 2006-cı il 22 iyun tarixli 8 nömrəli, «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X3 (hissə 75) əlavələr edilməsi haqqında» 2007-ci il 10 avqust tarixli 12-2 nömrəli, «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X3 (hissə 75) əlavələr edilməsi haqqında» 2009-cu il 01 dekabr 9 nömrəli Kollegiya qərarları, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş «Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7»na əsasən məktəbin təsərrüfat işlərinə rəhbərlik edilməsi, təsərrüfat inventarlarının qorunub saxlanılması, mə ktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasının təmin edilməsi, kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanılması, məktəb binasında cari təmir işlərinin aparılması, onun avadanlıqlarla, inventar və materiallarla təjhiz olunması, yanğından mühafizə qaydalarına düzgün əməl olunması və istehsalat sanitariyasının təmin edilməsi səlahiyyətlərinə malik, o cümlədən, məktəbin texniki işçilərinin əmək və icra intizamına, eləcə də, gündəlik işə davamiyyətinə cavabdeh olan təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq məna feyinə zidd istifadə edərək X28 həmin məktəb-lisey üzrə x xxxxxxxx 1994-cü il tarixli əmrlə xadimə vəzifəsinə təyin edilmiş cinayətdən xəbərsiz olan bacısı X11 2003-cü ilin oktyabr ayından səhhətində olan problemlərlə əlaqədar işə gəlməməklə əmək funksiyalarını yerinə yetirməməsinə baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək həmin məktəb-lisey üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ayrılmış özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2003-cü ilin sentyabr ayından 2018-ci ilin iyun ayınadək olan müddətdə həmin məktəbin inzibati binasında tamah niyyətilə rəsmi sənəd olan həmin məktəb-lisey üzrə qeyd edilən müddəti əhatə edən texniki işçilərin iş vaxtının uçotu tabeli kitablarında Z Z Znın gündəli k şəkildə işə gəlməsini təsdiq etmək məqsədi ilə sonuncunun ad-soyadının qarşısında şəxsən imza edib, həmçinin, ödənişlər üzrə hər ay rəsmi sənəd olan texniki işçilərin tabel cədvəllərini tərtib edib, Z Z Znın da adını, yəni bilə-bilə yalan məlumatları həmin rəsmi sənədlərin məzmununa vahid niyyətlə daxil edərək sonuncunun adına əmək haqqı və məzuniyyət pulu hesablanmasına nail olmaqla 2003-cü ilin sentyabr ayından 2007-ci ilin yanvar ayınadək həmin məqsəd üçün ayrılmış pul vəsaitlərini, o cümlədən, 2003-cü ilin oktyabr ayında 8,08 manat, noyabr ayında 12,01 manat, dekabr ayında 12,09 manat olmaqla, həmin il ərzində cəmi 32,18 manat, 2004-cü ilin yanvar ayında 12,09 manat, fevral ayında 2.2 manat, mart ayında 17,08 manat, aprel ayında 18 manat, may ayında 11,03 manat, iyun ayında 11,05 man at, iyul ayında 12,01 manat, avqust ayında 12,01 manat, sentyabr ayında 38 manat, oktyabr ayında 20,01 manat, noyabr ayında 30,08 manat, dekabr ayında 20.7 manat olmaqla, həmin il ərzində cəmi 203,45 manat, 2005-ci ilin yanvar ayında 20,07 manat, fevral ayında 28,2 manat, mart ayında 24,01 manat, aprel ayında 23,09 manat, may ayında 23,04 manat, iyun ayında 24,02 manat, iyul ayında 24,02 manat, avqust ayında 23.7 manat, sentyabr ayında 24,02 manat, oktyabr ayında 23,08 manat, noyabr ayında 49.1 manat, dekabr ayında 44,04 manat olmaqla, həmin il ərzində cəmi 329,67 manat, 2006-cı ilin yanvar ayında 45,42 manat, fevral ayında 44,95 manat, mart ayında 44,95 manat, aprel ayında 44,35 manat, may ayında 29,20 manat, iyun ayında 30,20 manat, iyul ayında 30 manat, avqust ayında 30,20 manat, noyabr ayında 88,65 manat, dekabr ayında 53,60 manat olmaqla, həmin il ərzində cəmi 441,52 manat, ümumilikdə qeyd edilən müddətdə cəmi 1006,82 manat məbləğində pul vəsaitini rəsmi sənəd olan əmək haqqı hesablanması cədvəllərində Z Z Znın ad və soyadı qarşısında eyni niyyətlə vəzifə saxtakarlığı edib özü imza etməklə, habelə cinayətdən xəbərsiz istintaqa məlum olmayan şəxslərə imzalatmaqla Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam rayon İcra Hakimiyyətinin Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühasibatlığından şəxsən götürməklə, həmçinin, həmin məktəblisey üzrə sifariş əsasında Z Z Znın adına “xxxx” Açıq Səhmdar Cəmiyyətində 2006-cı ilin sonlarında açılmış **********0104 hesab nömrəsinə 2007-ci ilin yanvar ayından etibarən əmək haqqı və məzuniyyət pulu qismində köçür ülmüş pul vəsaitlərini, o cümlədən, 2007-ci ilin yanvar ayında 38 manat, fevral ayında 53,20 manat, mart ayında 50,76 manat, aprel ayında 48,76 manat, may ayında 50,76 manat, iyun ayında 49,76 manat, iyul ayında 50,76 manat, avqust ayında 50,76 manat, sentyabr ayında 50,76 manat, oktyabr ayında 49,76 manat, noyabr ayında 50,76 manat, dekabr ayında 50,76 manat olmaqla, həmin il ərzində cəmi 594,80 manat, 2008-ci ilin yanvar ayında 50,76 manat, fevral ayında 73,32 manat, mart ayında 62,04 manat, aprel ayında 61,04 manat, may ayında 60,38 manat, iyun ayında 62,04 manat, iyul ayında 61,20 manat, avqust ayında 62,04 manat, sentyabr ayında 62,04 manat, oktyabr ayında 94 manat, noyabr ayında 75,02 manat, dekabr ayında 78,02 manat olmaqla, həmin il ərzində cəmi 801,90 manat, 2009-cu ilin yanvar ay ında 78,02 manat, fevral ayında 78,02 manat, mart ayında 78,02 manat, aprel ayında 78,02 manat, may ayında 78,02 manat, iyun ayında 76,02 manat, iyul ayında 78,02 manat, avqust ayında 78.2 manat, oktyabr ayında 156,04 manat, noyabr ayında 75,02 manat, dekabr ayında 78.2 manat olmaqla, həmin il ərzində cəmi 931,24 manat, 2010-cu ilin yanvar ayında 76,36 manat, fevral ayında 76,36 manat, mart ayında 76,36 manat, aprel ayında 76,36 manat, may ayında 74,36 manat, iyun ayında 75,36 manat, iyul ayında 76,36 manat, avqust ayında 76,36 manat, oktyabr ayında 168,12 manat, noyabr ayında 82,56 manat, dekabr ayında 85,56 manat olmaqla, həmin il ərzində cəmi 944,12 manat, 2011 -ci ilin yanvar ayında 81,88 manat, fevral ayında 89,24 manat, mart ayında 85,56 manat, aprel ayında 85,56 manat, may ayında 83,56 manat, iyun ayında 85,56 manat, iyul ayında 84,21 manat, avqust ayında 85,56 manat, oktyabr ayında 171,12 manat, noyabr ayında 83,76 manat, dekabr ayında 92,76 manat olmaqla, həmin il ərzində cəmi 1028,77 manat, 2012-ci ilin yanvar ayında 94,76 manat, fevral ayında 94,76 manat, mart ayında 93,76 manat, aprel ayında 92,76 manat, may ayında 94,76 manat, iyun ayında 93,76 manat, iyul ayında 93,32 manat, avqust ayında 94,76 manat, oktyabr ayında 187,52 manat, noyabr ayında 92,76 manat, dekabr ayında 93,76 manat olmaqla, həmin il ərzində cəmi 1126,68 manat, 2013-cü ilin yanvar ayında 94,76 manat, fevral ayında 94,76 manat, mart ayında 93,73 manat, aprel ayında 94,76 manat, may ayında 92,76 manat, iyun ayında 92,76 manat, iyul ayında 93,53 manat, avqust ayında 94,76 manat, sentyabr ayında 104,88 manat, oktyabr ayında 104,88 manat, noyabr ayında 102,88 manat, dekabr ayında 102,88 manat olmaqla, həmin il ərzində cəmi 1167,34 manat, 2014-cü ilin yanvar ayında 104,88 manat, fevral ayında 104,88 manat, mart ayında 104,88 manat, aprel ayında 99,28 manat, may ayında 99,28 manat, iyun ayında 100,28 manat, iyul ayında 99,36 manat, avqust ayında 97,94 manat, sentyabr ayında 98,19 manat, oktyabr ayında 99,19 manat, noyabr ayında 97,19 manat, dekabr ayında 97,19 manat olmaqla, həmin il ərzində cəmi 1202,54 manat, 2015-ci ilin yanvar ayında 99,19 manat, fevral ayında 99,19 manat, mart ayında 99,19 manat, aprel ayında 98,19 manat, may ayında 98,19 manat, iyun ayında 98,19 manat, iyul ayında 98,19 manat, avqust ayında 99,19 manat, oktyabr ayında 97,19 manat, noyabr ayında 48,60 manat, dek abr ayında 49,10 manat olmaqla, həmin il ərzində cəmi 984,41 manat, eləcə də, həmin məktəb-lisey üzrə sifariş əsasında Z Z Znın adına xx.xx.2016-cı il tarixdə həmin bankda açılmış ******************** hesab nömrəsinə 2016-cı ilin yanvar ayında 50,60 manat, fevral ayında 50 manat, mart ayında 61 manat, aprel ayında 56,90 manat, may ayında 57,50 manat, iyun ayında 57,50 manat, iyul ayında 781 manat, avqust ayında 57.50 manat, sentyabr ayında 57,50 manat, oktyabr ayında 57,50 manat, noyabr ayında 57.50 manat, dekabr ayında 57,50 manat olmaqla, həmin il ərzində cəmi 1402 manat, 2017-ci ilin yanvar ayında 57,50 manat, fevral ayında 57,50 manat, mart ayında 57,50 manat, aprel ayında 57,50 manat, may ayında 57,50 manat, iyun ayında 57,50 manat, iyul ayında 786,2 manat, avqust ayında 57,50 manat, sentyabr ayında 115 manat, oktyabr ayında 115 manat, noyabr ayında 115 manat, dekabr ayında 115 manat olmaqla, həmin il ərzində cəmi 1648,7 manat, 2018-ci ilin yanvar ayında 114,39 manat, fevral ayında 135,08 manat, mart ayında 137,17 manat, aprel ayında 199,64 manat, may ayında 199,64 manat, sentyabr ayında 137,97 manat, o cümlədən xəstəliklə əlaqədar ödənilmiş 170,16 manat olmaqla, həmin il ərzində cəmi 1094,05 manat məbləğində pul vəsaitini həmin hesab üzrə özündə olan plastik kart vasitəsilə 2007-ci ilin yanvar ayından 2018-ci ilin oktyabr ayınadək olan müddətdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin müxtəlif inzibati ərazi vahidlərində yerləşən bankomatlarından, sonuncu dəfə isə Ağdam rayonu, Dördyol qəsəbəsi (Qaçqın düşərgəsi) ərazisində yerləşən bankomatdan şəxsən, habelə cinayətdən xəbər siz istintaqa məlum olmayan şəxslərin vasitəsi ilə çıxarıb nağdlaşdırmaqla, ümumilikdə qeyd edilən qaydada əldə etdiyi cəmi 13933,37 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, vahid niyyətlə Ağdam rayon Təhsil Şöbəsinə məxsus 13933,37 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edib vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin işçilərin əməyinin ödənilməsi, maddi rifahının gücləndirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsinə sər f edilməsi ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Ağdam Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi hökm üzrə nəticələr gələrkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, X13 vəzifə səlahiyyətlərindən s ui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı verilən ittihamın mahiyyəti yalnız ondan ibarətdir ki. o tabelə bacısı X11 əvəzinə imza atmışdır. Lakin tabelə imza atmaq həmin maddənin dispozisiyasını yaratmır. Bundan başqa, iş materiallarında olan X11 ifadəsində də qeyd etmişdir ki, o savadsız olduğundan qardaşı tabelə onun əvəzinə imza atmış, əmək haqqını alaraq gətirib ona vermişdir. Lakin, nə istintaq orqanı nə də məhkəmələr nəzərə almamışdır ki, X14 işə götürən və hər ay onun adı da qeyd edilən əmək haqqı cədvəllərini təsdiq edən, həmçinin işçilərin işə gəlməsinə birbaşa nəzarət edən şəxs X24 deyil, müvafiq dövrlərdə məktəbin direktoru işləmiş şəxslər olmuşdur. Bundan başqa, X13 Azərbaycan respublikası CM-nin 178-ci maddəsi ilə verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, guya o vahi d niyyətlə Ağdam Rayon Təhsil Şöbəsinə məxsus 13933,37 manat məbləğində pul vəsaitini aldatma və etibardan suiistifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qanunvericilik dələduzluq cinayətini iki üsulla həyata keçirilməsini qeyd etmişdir ki, onlardan biri etibardan sui-istifadə etmə, digəri aldatmadır. Verilmiş ittihamdan belə başa düşülür ki, X24 tabelə X11 yerinə imza atıb, dövlət pulunu mənimsəyib. Lakin bununla bağlı ifadə verən X10, həm də X25 göstərmişlər ki, Heydər hər ay əmək haqqını bankomatdan çıxartdıqdan sonra X15 verirdi. Belə olan halda X6 kimin etibarından sui-istifadə edib və ya kimi aldadıb ?! Müdafiəçi qeyd olunanları nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx x 2020-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kass asiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət fakt ının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mə nsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci instansiya məhkəməsində X21 şahid qis mində dindirilərkən ifadəsində bildirmişdir ki, xx xxxxxx 2017-ci ildə Ağdam rayonu, 00 nömrəli X28 məktəb-liseyə direktor vəzifəsinə təyin olunandan sonra məktəbin fəaliyyəti ilə tanış olarkən texniki işçi kimi adı göstərilən və hər ay adına əmək haqqı hesablanıb ödənilən Z Z Znın faktiki olaraq işə gəlmədiyi ona məlum olmuş, texniki işçilərinin fəaliyyətinə rəhbərlik və nəzarət etməli olan təsərrüfat müdiri X X X isə Z Z Znın xəstəliyinə görə işə çıxmadığını bildirmişdir. Z Z Znın sağalan kimi işə çıxmasını, əmək funksiyalarını yerinə yetirməsini təmin etməsini Məhkum tapşırmışdır. Məhkum əvvəllər tanımamış, həmin şəxslə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Müəyyən müddət keçməsinə baxmayaraq Z Z Z yenə də işə gəlməmişdir. İşçilərdən Z Znın onun kim olması, niyə işə çıxmama sı, ümumiyyətlə həmin şəxsi tanıyıb-tanımadıqlarını soruşmuş, həmin şəxslər Z Z Znı tanımadıqlarını ona demişlər. Yenidən təsərrüfat müdiri Məhkum çağırıb yalan danışdığına görə ona iradını bildirmişdir. Məhkum Z Z Znın özünün bacısı olmasını, uzun müddətdir ki, adı məktəbdə xadimə kimi yazılmaqla adına əmək haqqı hesablanıb ödənilməsinə baxmayaraq, işə gəlmədiyini, bundan sonra da işə gəlməyəcəyini deyərək Z Znın adına əmək haqqı hesablanıb ödənilməsini tələb etmişdir. xx.xx.2018-ci il tarixdə Z Z Znın işdən azad edilməsi barədə əmr vermiş, bundan sonra Məhkum onun barəsində əsassız və qərəzli şikayətlər etməyə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi tərəfindən məktəb-liseyin 20132018-ci illər üzrə maliyyə fəaliyyəti araşdırılmış v ə Z Z Z işə gəlmədiyi halda həmin müddətdə onun adına əsassız olaraq əmək haqqı hesablanıb ödənildiyi müəyyən edilmişdir. Yoxlama ərəfəsində Məhkum ərizəsi əsasında işdən azad edilmişdir. Z Z Znı yoxlama zamanı məktəbə çağıranlar kən ilk dəfə görmüşdür. Z Z Z özü də məktəbə gəlmədiyini təsdiq etmişdir. Z Z Znın işə gəlmədiyini ilk dəfə 2018-ci ilin may ayında aşkar etmişdir. Bundan sonra Heydarın Z Znın xəstə olduğunu dediyinə görə bir müddət gözləmişdir. Məhkum Z Znın xəstə olmasına dair tibbi sənədlər təqdim etmiş, lakin o, Z Znın işə çıxmaması davam etdiyinə görə sonuncunu işdən azad etmişdir. Şahid qismində birinci instansiya məhkəməsində ifadə verən X16 göstərmişdir ki, 1993-cü ildən Ağdam rayonu 00 nömrəli X28 məktəb-liseydə təşkilatçı, 2017-ci ildən isə hazırki vaxta qədər təlim-t ərbiyə işləri üzrə direktor müavini işləyir. Z Z Z heç vaxt işə gəlməmişdir. X5 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, 2003-cü ildən 2016-cı ilə qədər Ağdam rayonu 00 nömrəli X28 məktəb-liseyə biologiya müəllimi, 2016-cı ildən isə hazırki vaxta qədər tədris işləri üzrə direktor müavini işləyir. Əvvəllər sözügedən məktəbdə bir müddət direktoru əvəz etmişdir. Z Z Znın həmin məktəbdə xadimə işlədiyini eşitmiş, lakin heç vaxt Z Znı işdə görməmişdir. Şahid qismində birinci instansiya məhkəməsində ifadə verən X9 bildirmişdir ki, 25 ildir Ağdam rayonu 00 nömrəli X28 məktəb-liseydə xadimə işləyir. Z Z Znı qəsəbə sakini kimi tanımış, lakin Z Z məktəbdə işləməmişdir. Z Z Znı işdə görməmişdir. Yoxlama zamanı Z Z məktəbə çağırılmış, gəldikdən sonra təmizlədiyi ərazini göst ərə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəlləni n 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu a pelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q ərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar