Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-415/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 30 may 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: A.K.Orucov (sədrlik edən və məruzəçi), M.A.Bayramov və R.V.Salmanovdan ibarət tərkibdə) 23 noyabr 2016-cı il tarixli hökmü ilə 29 avqust 1965-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Uğurbəyli kəndində qeydiyyatda olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına m əhkum edilmiş, 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 13 oktyabr 2015-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X11 və X25 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X11 və X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X15 etibarından sui-istifadə edib onlara aidiyyəti olmayan X3 məxsus Bakı şəhəri Binə qəsəbəsi, Mərdəkan prospektində yerləşən “xxxx”in sağından 1400 metr məsafədə yerləşən 3 ha torpaq sahəsini yalandan olara q Təqsirləndirilən şəxsə məxsus olmasını bildirib həmin torpaq sahəsinin 8 sotunu X16ya satacağı adı ilə aldadaraq həqiqi olan “X5 Abşeron rayon "xxxx" sovxozunun sahəsindən 8 sot torpaq sahəsinin ayrılmasına dair 14 may 1991-ci il tarixli 108 №-li əmirdən” istifadə edib yalandan olaraq satacaqları sahənin sənədi olmasını bildirərək 26 fevral 2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 50 saylı notariat kontorunun qarşısında 25.600 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş X16ya 25.600 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X11 və X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X12 etibarından sui-istifadə edib onlara aidiyyəti olmayan X3 məxsus Bakı şə həri Binə qəsəbəsi, Mərdəkan prospektində yerləşən “xxxxin sağından 1400 metr məsafədə yerləşən 3 ha torpaq sahəsini yalandan olaraq Təqsirləndirilən şəxs məxsus olmasını bildirib həmin torpaq sahəsinin 7 sotunu X9a satacağı adı ilə aldadaraq həqiqi olan “X6 Abşeron rayon "xxxx" sovxozunun sahəsindən 8 sot torpaq sahəsinin ayrılmasına dair 14 may 1991-ci il tarixli 108 №-li əmirdən” istifadə edib yalandan olaraq satacaqları sahənin sənədi olmasını bildirərək 2015-ci mart ayının ortalarında Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən “xxxx” kafesinin qarşısında 400 manat, həmin ilin mart ayının sonlarında ünvan 1 ünvanında yerləşən 50 saylı notariat kontorunun qarşısında 2600 manat, 30 mart 2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 50 saylı notariat kontorunun qarşısında 7000 manat, 06 aprel 2015-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “xxxx” kafesinin qarşısında 3500 manat, 11 aprel 2015-ci il tarixdə ünvan 1 ünvanda yerləşən binanın qarşısında 1000 manat və 21 aprel 2015-ci il tarixdə ünvan 2 ünvanın qarşısında 3000 manat olmaqla, ümumilikdə 17500 manat pulunu vahid niyyətlə əhatə edilən qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş X9a 17.500 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu X14, X30 və X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X13 etibarından sui-istifadə edib onlara aidiyyəti olmayan X16 məxsus Bakı şəhəri Binə qəsəbəsi, Mərdəkan prospektində yerləşən “xxxx”in sağından 2500 metr məsafədə yerləşən 8 sot torpaq sahəsini yalandan olaraq Tə qsirləndirilən şəxs məxsus olmasını bildirib həmin torpaq sahəsinin 3 sotunu X18ə satmaq adı ilə aldadaraq həqiqi olan “X17 Abşeron rayon "xxxx" sovxozunun sahəsindən 8 sot torpaq sahəsinin ayrılmasına 19 avqust 1991-ci il tarixli 108 №-li əmirdən” istifadə edib yalandan olaraq satacaqları sahənin sənədi olmasını bildirərək 06 may 2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 50 saylı notariat kontorunun qarşısında 6000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş X18a 6000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X11, X14, X30, X7 və qeyriləri ilə qabaqcadan əlbir bir qrup şəxs halında X8 etibarından suiistifadə edib onlara aidiyyəti olmayan X9 və X10 məxsus Bakı şəhəri Binə qəsəbəsi, Mərdəkan prospektində yerləşən "xxxx"in sağından 100 metr məsafədə yerləşən 15 sot torpaq sahəsini yalandan olaraq Təqsirləndirilən şəxs məxsus olmasını bildirib X12yə satacağı adı ilə aldadaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən (X1 adına olan 12 iyul 1990-cı il tarixli 135 saylı əmrdən çıxarışı və F-*** nömrəli Arxiv arayışı” qanunsuz olaraq saxtalaşdırıb hazırlayaraq X12a təqdim edib 08 sentyabr 2015-ci il tarixdə Sabunçu rayonu, Heydər Əliyev prospektində “xxxx” deyilən ərazidə 10.000 manat və 09 sentyabr 2015-ci ildə ünvan 3 ünvanında yerləşən “xxxx” ticarət mərkəzinin yanında 14.000 manat olmaqla, ümumilikdə 24.000 manat pulunu vahid niyyətlə əhatə edilən qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş X 12a 24.000 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əmir Bayramov (sədrlik edən və məruzəçi), Əflatun Qasımov və Vüqar Məmmədovdan ibarət tərkibdə) 30 may 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kasasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2017-ci il tarixli qərarı ləğv edilsin və təyin olunmuş cəzanın endirilməsi barədə qər ar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, məhkəmənin onun barəsində qəbul etdiyi ittiham hökmü və qərarı ədalətsiz və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən ona təqsirli bilindiyi CM-in 320.1-ci maddəsi ilə cəza təyin edilməməli idi. Bundan başqa kassator qeyd edir ki, o, tək ailə başçısıdır, həyat yoldaşı vəfat etmiş, himayəsində olan iki qız övladı təhsildən uzaqlaşmış və yeganə sığınacaqları olan “qanunsuz tikili” sökülərək iki qız uşağı çölə atılmış və hazırda kirayədə yaşayırlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən lərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilm əsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cəza təyin edilməsinin qanunsuz olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 320.1-ci maddənin sanksıyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzas ının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etmir. Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs sonuncu cinay ət əməlini 8 sentyabr 2015-ci il tarixdə törətmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə 30 may 2017-ci il tarixdə, yəni cinayət törədildikdən iki il müddət keçməmiş qəbul edilmişdir. Bununla da cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir və kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin ş əxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişd ir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət törətmə sini, cinayət nəticəsində dəymiş maddi ziyanın bir hissəsinin könüllü olaraq ödəməsini, himayəsində azyaşlı uşağının olmasını, xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona CM-in 178.3.2-ci maddəsi ilə 8 il 3 ay müddətə, CM-in 320.1-ci maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Azərbaycan Respublikası 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə cəzanı heç cür ağır hesab etmək olmaz. Həmçinin təyin olunmuş cəza törədilmiş cinayətin xarakterinə və məhkumun şəxsiyyətinə uyğundur. Bundan əlavə kassasiya kollegiyasının aldığı məlumata görə Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Penitensiar Xidmətinin 4 №-li cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək hökmün icrası qaydasında “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 20 oktyabr 2017-cı il tarixli Qanunun barəsində tətbiqi məsələsinə baxılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı ilə ərizə təmin edilmiş, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmü ilə təqsirli bilindiyi maddələrdən CM-in 178.3.2-ci maddəsi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, həmin maddələrlə ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza CM-in 66.2-ci maddəsinə əsasən CM-in 320.1-ci maddəsi ilə təyin edi lən cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə də, qanunda baş vermiş dəyişiklik məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edildiyindən, bu dəyişilkiyin təkrarən onun tətbiqinə məhkəmə kollegiyası zərurət görmür. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu ba xımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum X31 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxsə aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-415/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-415/2019
19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver