Məhkəmə qərarları › İş №1(102)-415/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-415/2020

25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-415/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 və onun müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Namazlı Fariz Mübariz oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Abdıyev Rəşad İlqar oğlunun iştirakları ilə xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Res publikası vətəndaşı, orta-texniki təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayon Polis Şöbəsində qeydiyyatda olan və Abşeron rayonu, ünvan yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.3.1, 181.3.1 və 182.3.1-ci maddələri ilə, xx xxxxxx 1984-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-texniki təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan qeydiyyatda olan və ünvan 1 yaşamış, hal hazırda həbsdə olan Məhkum2 CM-in 180.3.1, 181.3.1, 182.3.1 və 228.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi, Sumqayıt şəhə r 1 saylı Vəkil Bürosunun vəkili Namazlı Fariz Mübariz oğlu və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər: İ.X.Həsənzadə (sədrlik edən), E.H.Vəliyev və Ə.Q.Quliyev) Məhkum1 Azərbaycan Respublikası CM-in 180.3.1, 181.3.1 və 182.3.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 180.3.1-ci maddəsi ilə 07 il, CM-nin 181.3.1-ci maddəsi ilə 10 il və CM-nin 182.3.1-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 10 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 xx xxx 2016-cı il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək həbsdə saxlandığı 4 ay ona təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 09 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum2 CM-in 180.3.1, 181.3.1, 182.3.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 180.3.1-ci maddəsi ilə 07 il, CM-nin 181.3.1-ci maddəsi ilə 10 il, CM-nin 182.3.1-ci maddəsi ilə 10 il və CM-nin 228.4-cü maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə və cəzasının əvvəli xx xxxxxxxx 2016-cı i l tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X3, X6, X20 və X9 da CM-in 180.3.1, 181.3.1 və 182.3.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib məhkum olunmuşlar. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, habelə məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.M.Murquzov, hakimlər: Q.F.Məmmədov və H.H.Əhmədov) apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli hökmü məhkumlar Məhkum1 və M əhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən X3, X6, X20, Məhkum1 və Məhkum2 bir neçə cinayətin törədilməsi məqsədilə qabaqcadan birləşməklə üzvlərinin vəzifələri bölüşdürülərək birgə fəaliyyətinin forma və üsulları əvvəlcədən planlaşdırılmaqla özlərindən və şəxsiyyətləri istintaqa məlum olmayan qızlardan ibarət sabit cinayətkar qrup - mütəşəkkil dəstə yaradarkən həmin qızların vasitəsi ilə «Facebook» və «Odnoklassniki» sosial şəbəkələrində cinsi əlaqədə olma təklifi ilə aldadıcı məlumatlar yazıb icarəyə götürdükləri, ünvan 1 ünvanda yerləşən «Rublyovka» klubuna xx xxxx 2016-cı ildə saat 14 radələrində Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 müştəri kimi cəlb edərək, göstərilən şəxslərin gəlmələrinə nail olmuş, orada qızların masada əyləşmələrinə ş ərait yaratdıqdan 5-10 dəqiqə sonra soruşmadan sifariş verməklə içmələrindən qeyd edilən müştərilər narazı qalıb dəstənin üzvü Məhkum1 təqdim etdiyi 150 manat hesabı ödəməkdən imtina edəndə, sonuncu dəstənin digər üzvləri X, X1, X2 və Məhkum2la birlikdə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 dövrəyə alaraq ayrıca otağa apararaq hər ikisinin sinə nahiyələrinə yumruqla vurub döyəcəklərini bildirmiş, hesabı ödəmələrini hədə-qorxu ilə tələb edib həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs6 məxsus 45 manat və Zərərçəkmiş şəxs5 məxsus 50 manatı açıq talayaraq soyğunçuluq etmişlər. Bundan başqa, X3, X4, X5, Məhkum2 və Məhkum1 özgə əmlakını ələ keçirmə məqsədilə bir neçə cinayət törədilməsi üçün qabaqcadan birləşib üzvlərinin vəzifələri bölüşdürülərək birgə fəaliy yətinin forma və üsulları əvvəlcədən planlaşdıraraq özlərindən və şəxsiyyətləri istintaqa məlum olmayan qızlardan ibarət sabit cinayətkar qrup mütəşəkkil dəstə yaradarkən icarəyə götürdükləri ünvan 2 ünvanındakı kafeyə xx xxxxx 2016-cı ildə saat 2220 radələrində müştəri kimi daxil olan X4 masalardan birində əyləşib verdiyi çay sifarişini yerinə yetirmək əvəzinə, həmin qızların yanında oturub özbaşına içki və cips gətirdərək göstərilən şəxsi söhbətə tutmağa nail olmuş, Saxavət Məmmədov bundan narazı qalaraq dəstənin üzvü Məhkum1 təqdim etdiyi 153 manat hesabı ödəməkdən imtina etdikdə, sonuncu dəstənin digər üzvləri: X2, X3, X1 və Məhkum2la birlikdə müştərini dövrəyə alaraq ayrıca otağa aparmaqla, sinəsinə yumruqla və sol ayağına təpiklə vuraraq döyəcəklərini bildirib hesabı ödəməsini hədə -qorxu ilə tələb edib silah qismində istifadə edilən bıçağı onun qarnına dirəməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib sol arxa cibindəki 130 manatı ələ keçirərək, təkrar, quldurluq etmişlər. Daha sonra, X2, x3, X1, Məhkum2 və Məhkum1 eyni məqsədlə bir neçə cinayət törədilməsi üçün qabaqcadan birləşərək üzvlərinin vəzifələri bölüşdürüb fəaliyyətlərinin forma və üsullarını əvvəlcədən planlaşdıraraq özləri və şəxsiyyətləri istintaqa məlum olmayan qızlardan ibarət sabit cinayətkar qrup - mütəşəkkil dəstə yaradaraq icarəyə götürdükləri ünvan 3 ünvanda olan kafeyə xx xxx 2016-cı ildə saat 23 radələrində tanışı X11 ilə müştəri kimi daxil olan Zərərçəkmiş şəxs2 masalardan birində əyləşib sifariş etmədiyi halda, bir nəfər qızın iki stəka n «cola» qarşılarına qoyduğunu görüb getmək istəyərkən içkinin pulunun ödənilməsi üçün 50 manat ötürməklə xırdalamasını desə də, həmin qızın qayıtmamasına şərait yaratmış, göstərilən vaxt dəstə üzvləri X2, x3, X1 və Məhkum2 yaxınlaşaraq təqdim etdikləri qəbz əsasında 153 manat hesabı ödəməsini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs2 imtina etdiyindən onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, sinəsindən yumruqla vurub yerə yıxmaqla dərəcəsi təyin edilməyən sol əlinin İV barmağının orta və üst falanqasının arxa səthinin şişkinlik fonunda qançırı kimi xəsarət yetirmiş, sonuncu verdiyi 50 manat pulu açıq talayaraq təkrar soyğunçuluq etmişlər. Bundan əlavə, X2, x3, X1, Məhkum2 və X9 eyni məqsədlə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşərək vəzifələri bölüşdürməklə fəaliyyətlərinin forma və üsullarını əvvəlcədən planlaşdırıb özləri və şəxsiyyətləri istintaqa məlum olmayan qızlardan ibarət sabit cinayətkar qrup-mütəşəkkil dəstə yaradararaq, qızların vasitəsilə «Facebook» və «Odnoklassniki» sosial şəbəkələrində cinsi əlaqədə olmaq təklifi ilə aldadıcı məlumatlar yazıb icarə götürdükləri ünvan 3 ünvandakı kafenin masaj salonu kimi fəaliyyət göstərən yer kimi təqdim etmək üçün vizit kartları düzəldib paylayaraq xx xxx 2016-cı ildə saat 20 radələrində müştəri kimi cəlb etdikləri Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 kafeyə gəlmələrinə nail olaraq qızların əyləşmələrinə şərait yaratdıqdan 5-10 dəqiqə sonra soruşmadan sifariş verməklə qızların içmələrindən narazı qalan həmin şəxslər getmək istəyərkən, X2, x3, X1 və Məhkum2 onları dövrəyə alı b 150 manat hesabı ödəmələrini hədə-qorxu ilə tələb etməklə, onların həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib Zərərçəkmiş şəxs4 65 manat və Zərərçəkmiş şəxs3 40 manatını açıq talamaqla, təkrar, soyğunçuluq etmişlər. Eyni zamanda, X2, x3, X1, Məhkum2, Məhkum1 və X özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşməklə üzvlərinin vəzifələri bölüşdürülərək birgə fəaliyyətinin forma və üsulları əvvəlcədən planlaşdıraraq özlərindən, eləcə də X7 və şəxsiyyəti istintaqa məlum olmayan başqa bir qızlardan ibarət sabit cinayətkar qrup-mütəşəkkil dəstə yaradarkən, həmin qızların vasitəsilə «Facebook» və «Odnoklassniki» sosial şəbəkələrində cinsi əlaqədə olma təklifi ilə aldadıcı məlumatlar yazıb icarəyə götürdükləri ünvan 4 ünvandakı kafedə xx xxx 2016-cı ildə saat 18 radələrində şəxsiyyəti istintaqa məlum olmayan başqa bir dəstənin üzvünün X1un adına sənədləşdirilmiş 055 ***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 zəng edərək tanışlıq yaratmaqla göstərilən şəxsi cinsi əlaqədə olmaq adı ilə kafeyə gəlməsinə nail olmuş, orada qızların masada əyləşmələrinə şərait yaratdıqdan 5-10 dəqiqədən sonra soruşmadan sifariş verməklə içmələrindən narazı qalan həmin şəxs getmək istəyib dəstənin üzvü Məhkum1 təqdim etdiyi 153 manat hesabı ödəməkdən imtina etdikdə, sonuncu dəstənin digər üzvləri: X2, x3, X1 və Məhkum2la birlikdə Zərərçəkmiş şəxs1 dövrəyə alaraq hesabı ödəmələrini hədə-qorxu ilə tələb edib həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə, sonuncunun şalvarının arxa cibindəki 800 manat məbləğində pulu çı xarmış, 60 manat pulu qaytararaq 740 manat məbləğində pulu açıq talamaqla təkrar soyğunçuluq etmişlər. Eyni zamanda, X14 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə hazırlanmış, konstruksiyasına, texniki göstəricilərinə və xəsarət yetirmə xüsusiyyətlərinə əsasən ümumi təyinatlı ov bıçaqlarına uyğun gəlməklə soyuq silah hesab olunan bıçaq əldə edərək gəzdirmiş, ********* nömrəli cinayət işi üzrə axtarışda olduğundan, Bakı şəhəri Səbail rayon polis idarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxxxx 2016-cı ildə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində olan «Fantaziya» hamamının qarşısında saxlanıb istintaqa təhvil verilməsi üçün polis bölməsinə gətirilmiş və saat 2145-də aparılan şəxsi axtarış nəticəsində üzərindən göstərilən bıçaq aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının Məhkum1 münasibətdə ləğv edilməsi və onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum1 münasibətdə qanunsuz, əsassız və ədalətsizdir. Müdafiəçi ilk növbədə qeyd edir ki, nə ibtidai araşdırma, nə də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin mütəşəkkil dəstə halında birləşməsi sübuta yetirilməmişdir. Belə ki, ittiahamda və məhkəmə qərarlarında Məhkum1 hadisə - “qanun pozuntusu” ilə əlaqədar iştirakçıların tapılmasında, onların tə limatlandırılmasında, qəsd obyektlərinin müəyyən edilməsində, iştirakçılar arasında rolların bölüşdürülməsində, bilavasitə cinayətin törədilməsi prosesində iştirakçıların fəaliyyətinə rəhbərlik etməsində rolunun nədən ibarət olduğunu sübut edəcək faktlar yoxdur. Müdafiəçinin fikrincə, Məhkum1 hər hansı bir cinayətdə iştirak etməmişdir. O, xx xxx 2016-cı ildə ünvan 5 ünvanda yerləşən kafedə cəmi 2 saat ofisiant kimi işə başlamış, onun vəzifəsi müştərilərin sifarişlərini qəbul etmək, yerinə yetirmək və hesabı gətirmək olmuşdur. Sifarişin qiymətini də Məhkum1 müəyyən etməmiş, ona çek verilmiş və o da həmin çeki müştəriyə vermişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum1 apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla, CPM-nin 349cu maddəsinin tələb lərini pozmuşdur. Məhkum2 kassasiya şikayətində göstərir ki, ibtidai araşdırmanı aparan müstəntiq tərəfindən qərəzli olaraq həbs edilmiş və zərərçəkmiş şəxslərin onu tanımamalarına baxmayaraq, onların izahatlarına onun da adını əlavə etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin onun xeyrinə verdikləri ifadələr qeydə alınmamış və onun xeyrinə olan sübutlar əsassız olaraq rədd edilmişdir. Məhkum hesab edir ki, heç bir sübut olmadığı halda, o, əsassız olaraq mütəşəkkil dəstə yaratmağa görə məhkum edilmiş, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilmə si barədə Məhkum1, müdafiəçilər F.Namazlı və R.Abdıyevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumlar ın kassasiya şikayətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş kassasiya şikayətlərində məhkumların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi mübahisə edilir. Hesab edilir ki, məhkumların təqsiri heç bir mötəbər sübutla təsdiqlənmədiyindən onlara bəraət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu n xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və ə saslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X15rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cin ayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumlar Məhkum1 və Məhkum2 verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən onların özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq məhkumlar Məhkum1 əməllərini Azərbaycan Respublikası CM-in 180.3.1, 181.3.1 və 182.3.1-ci maddələri ilə, Məhkum2 əməllərini isə Azərbaycan Respublikası CM-nin 180.3.1, 181.3.1, 182.3.1 və 228.4-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bun dan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumları n qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 qeyd edilmiş cinayət əməllərinin törədilməsində özlərini təqsirli bilməsələr də, onların hər birinin cinayətlərin törədilməsində təqsirləri özlərinin bir-birinə qarşı faktiki olaraq verdikləri ifşaedici ifadələrinin məzmunu ilə, ibtidai istintaq dövründə dindirilmiş və məhkəmədə əsasən ifadələrini təsdiq etmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Saxavət Məmmə dov, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ifadələri, şahidlər X, X11, X1, X2 və X4un ifadələri, xx xxxx 2016-cı il tarixli, xx xxxxxx 2016-cı il tarixli, xx xxxxxx 2016-cı il tarixli, xx xxxxxx 2016-cı il tarixli, xx xxx 2016-cı il tarixli, 25-26 və xx xxxxxx 2017-ci il tarixli protokollar, Məhkəmə-tibbi ekspertizasının xx xxx 2016-cı il tarixli 317 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2016-cı il tarixli 636 saylı rəyi, məhkəmə-ballistik ekspertizasının xx xxxxxxxx 2016-cı il tarixli 20436 saylı rəyi, Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 3963 nömrəli rəyi, «Azercell Telekom» müəssisəsinin xx xxxx 2017-ci il tarixli 18231 saylı məktubu, baxış, götürmə, müayinə, tanınma, üzləşdirmə və digər istintaq hərəkətlərin in protokolları ilə və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumların təqsiri tam sübuta yetirilmişdir. «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenimunun x xxxx 2005-ci il tarixli qərarının 23cü bəndində aşağıdakılar tövsiyə edilir: “Soyğunçuluq cinayətində həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz q almış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağla mlığı üçün real təhlükə yaranmış olsun.” Azərbaycan Respublikası CM-in 181-ci maddəsinin dispozisiyasına əsasən quldurluq özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqındır. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəldiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Basqın o halda quldurluğun tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə-özgə əmlakını ələ keçirməyə yönəlsin. Qeyd edilən normaya əsasən hədənin reallığı hədənin ifadə fo rmasından, onun intensivliyindən, hədələmənin şəraitindən asılıdır. Qanunun mənasına əsasən quldurluq zamanı hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükə real olmalıdır. Azərbaycan Respublikası CM-in 182-ci maddəsinə əsasən hədə qorxu ilə tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinay ət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiy ası kassasiya şikayətlərində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini, Məhkum1 və Məhkum2 müsbət xarakterizə olunduqlarını, Məhkum1 ilk məhkumluğunu, Məhkum2 himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə razılıq əldə etmələrini onla rın cəzalarını yüngülləşdirən hallar kimi, cəzalarını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə məhkumlar Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası CPM-in 143-146cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumların ittiham olunduqları cinayətlərin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onl arın hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkü ndür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar