Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-415/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.4, 29,120.2.5 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (hakim Abasov Əliövsəd Məzahir oğlunun sədrliyi, hakimlər Ağalarov Mahmud Muradxan oğlu (məruzəçi hakim) və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ARDNŞ nəzdində Nəzarət Ölçmə Cihazları və Avtomatika MMC-də defektoskopçu işləmiş, ünv an 1 ünvanında yaşamış, CM-nin 29,120.2.3, 29,120.2.4, 29,120.2.5 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 60 və 63-cü maddələri tətbiq edilməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum atası Şahid1 xx.xx.2018-ci il tarixdə notarial qaydada bağlanmış 25980 manat məbləğində borc müqaviləsinə əsasən borclu olduğu Zərərçəkmiş şəxs1 onlardan mütəmadi pulunu tələb etdiyi üçün həmin borcdan yaxa qurtarmaq, yəni tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gələrək xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evin mətbəxindən götürdüyü məişət təyinatlı bıçaqla silahlanaraq həmin gün, saat 21:40-da Zərərçəkmiş şəxs1la əvvəlcədən görüşmək üçün razılaşdıqları ünvan 2 ünvanın yaxınlığında yerləşən meyvə-tərəvəz dükanının yaxınlığında gözləmiş, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 oğlu Şahinlə birlikdə oraya gəlmiş, söhbət zamanı Zərərçəkmiş şəxs1 pul borcunu tələb etdikdən sonra onu tamah niyyəti ilə öldürmək məqsədilə Zərərçəkmiş şəxs2 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, həmin bıçaqla zərbələr vuraraq Zərərçəkmiş şəxs1 dərəcələri təyin edilməyən döş qəfəsinin sol yan səthinin səthi deşilmiş-kəsilmiş yaraları, sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin ön səthinin deşilmiş kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, həmin vaxt onun qanuna zidd hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əl aqədar qəsdən öldürmək məqsədilə atası Zərərçəkmiş şəxs1 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, həmin bıçaqla Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmaya aid sol bazunun deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin yuxarı şöbəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş- kəsilmiş yarası, sağlamlığa ağır zərər vurmaya aid sağ tərəfli pnevmohemotoraksla müşayiət olunan, döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, diafraqmanın zədələnməsi və sol tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının sol plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərdiklərindən və eləcə də Zərərçə kmiş şəxs2 müqaviməti nəticəsində bıçaq sındığından Məhkum öz əməlini başa çatdıra bilməmiş, zərərçəkmiş şəxslərə vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatları xilas olunduğundan iradəsindən asılı olmayan səbəblərə görə onlara qarşı yönəlmiş əməllərini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə və Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qə rarı ilə müdafiəçinin apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş, onun əməlləri düzgün tövsif edilməmiş, nəticədə isə o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuşdur. Buna görə də kassasiya şikayətinin müəllifi onun barəsindəki olan cinayət işinə obyektiv baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və CPM nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış xx xxxx 2021-ci il tarixli 17/30-689 saylı məktubla müşaiyət edilmişdir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayət i kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 29,120.2.3, 29,120.2.4, 29,120.2.5 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilən lərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.5 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-415/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-415/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver