Məhkəmə qərarları › İş №1(102)-416/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-416/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-416/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2022 -ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xamməd Nuriyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Əli Əliyev) 29 iyun 2022-ci il tarixli, 1(099)-417/2022 nömrəli hökmü ilə xx xxxxxx 1994-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsi fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü mad dələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Eləcə də, həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, Təqsirləndirilən şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarəti ndən kənar və ya ondan gizli İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində qəbul edərək satışının təşkil edilməsi barədə öz aralarında və İran İslam Respublikasında olan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qrupun İran İslam Respublikasında olan üzvləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 10120,571 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 2287,478 qram çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Astara-Ələt avtomobil yolunun 55-ci kilome trliyinə daşımaqla orada gizlətmiş və bu barədə Təqsirləndirilən şəxs və Məhkum məlumatlandırmışlar. Təqsirləndirilən şəxs və Məhkum narkotik vasitəni və psixotrop maddəni götürmək üçün Bakı şəhərindən 21 oktyabr 2021ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı, **-ZR*** qeydiyyat nişanlı avtomobil ilə Astara-Ələt avtomobil yolunun 55-ci kilometrliyinə gələrək göstərilən miqdarda heroini və psixotrop maddə metamfetamini həmin yerdən götürməklə ümumi niyyətlə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, sonra satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə Təqsirləndirilən şəxs narkotik vasitə heroinin külli miqdarda 10,571 qram hissəsini 01 ədəd bükümdə ayırıb qanunsuz olaraq üzərində saxlayaraq daşımış, Məhkum psixotrop maddə metamfetaminin külli miqdarda 12,478 qram hissəsini ayırıb 01 ədəd bükümdə olmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, əldə etdikləri narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini 01 ədəd çantanın içərisində Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə qoymaqla orada saxlamışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum 21 oktyabr 2021-ci il tarixdə saat 02:00-da Ələt-Astara avtomobil yolunun Masallı şəhərinə gedən yolda yerləşən körpünün üzərində Təqsirləndirilən şəxs tərəfindən idarə olunan “Kh azar” markalı **-ZR-*** qeydiyyat nişanlı avtomobili saxlatmış, həmin tarixdə saat 02:30-radələrində “Khazar” markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı arxa oturacağının üzərindən 01 ədəd parça torbanın içərisində olan 07 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 2185 qram, 2320 qram, 1240 qram, 1615 qram, 1220 qram, 805 qram, 725 qram olmaqla ümumilikdə külli miqdarda 10110 qram çəkidə narkotik vasitə heroin, 03 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1270 qram, 675 qram və 330 qram olmaqla ümumilikdə külli miqdarda 2275 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan əlavə, 21 oktyabr 2021-ci il tarixdə üzərilərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol iç cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 10,571 qram çəkidə narkotik vasitə heroin, Məhkum əynindəki köynəyin sol yan cibindən isə 01 ədəd sellofan bükümdə külli miqdarda 12,478 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyev) 07 oktyabr 2022ci il tarixli, 1(106)-794/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(099)-417/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 07 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və ona CM-in 32.5,206.2-ci maddəsi ilə bəraət verilməsi, işinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası 32.5,206.2-ci maddəsi ilə verilmiş ittiham əsassız və sübutsuzdur. Belə ki, onun xarici pasportu olmadığı, İran sərhədinə keçmədiyi halda CM-in 32.5,206.2-cı maddəsi ilə təqsirli bilinmişdir. BMCMİ-nin əməkdaşları onu həbs edərkən onu işgəncələrə məruz qoymuşlar və o, məcburən narkotik vasitələrin ona məxsus olması barədə ifadəsində bildirmişdir. Bakı İstintaq Təcridxanasına etap olunandan sonra BİT-nin rəhbərliyi hətta BMCMİ-də işgəncələr məruz qaldığ ına görə ekspertizadan keçməsini belə təyin etdilər. Qeyd etdiyi kimi himayəsində 3 yaşında oğlu var. Oğlu hal-hazırda valideynlərinin himayəsindədir. Valideynləri hal-hazırda kirayədə qalırlar. Atası ağır ürək xəstəliyindən əziyyət çəkir. Onun həbs olunması valideynlərinə ağır zərbə olub. Belə ki, atası ürək infarktı keçirdərək yataq xəstəsi oldu. Valideynlərinin maddi və mənəvi sıxıntıları var. Azyaşlı övladının ehtiyaclarını qarşılamaqda əziyyət çəkirlər. Görüşünə belə gəlib-gedə bilmirlər. 2 ildir ki, valideynlərinin, uşağının üzünə həsrət qalmışdır. Odur ki, ilk məhkumluğunu, ana olmasını, qadın olmasını, xəstəliyini, İİ qrup əlil olmasını, himayəsində azyaşlı övladının olmasını, övladına ana nəvazişinə ehtiyacının olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin ma teriallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alıb bu nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 32.5,206.2, 2 34.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, qaçaqmalçılıq cinayəti törətmədiyi halda onun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmış, onun qanunsuz olaraq narkotik vasitələrin saxlaması və daşıması əməli isə əsassız olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirlənd irilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi münasibətdə olduğu Qurbanov Nadir ilə bir müəssisədə cəzaçəkməsi ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs ilə münasibətləri yaranmışdır. Özü təxminən bir ilə yaxındır ki, psixotrop maddə metamfetamindən istifadə edir və Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsini bilmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə tapa bilməyəndə ona müraciət etmişdir. O da tanış ı İran İslam Respublikası vətəndaşı Məsud adlı şəxsdən psixotrop maddə aldığı üçün, Rasim üçün də ondan heroin almışdır. O, Təqsirləndirilən şəxs Məsudun nömrəsini verib onları bir-birləri ilə ünsiyyət qurub tanış olmalarına şərait yaratmışdır. Sonradan xxxx xxxx Bakı şəhərinin müxtəlif ünvanlarına qoymaq üçün narkotik vasitələr göndərmişdir. Həmin narkotik vasitələri Rasim Məsudun dediyi miqdarda Bakı şəhərinin müxtəlif ünvanlarına yerləşdirdikdən sonra Məsud ona kartla pul göndərmişdir. 20 oktyabr 2021-ci il tarixdə Məsud onunla əlaqə saxlayıb Masallı rayonu ərazisinə narkotik vasitə atacaqlarını və həmin narkotik vasitəni götürüb Bakı şəhərində özünün bildirdiyi yerə qoya biləcəkləri halda 500 manat məbləğində pul göndərəcəyini demişdir. O da bu barədə Təqsirləndirilən şəxs söyləmişdir. Məsud həmçinin onlara 10-15 qram çəkidə narkotik vasitə və psixotrop maddəni də puldan əlavə görəcəkləri işə görə mükafat qismində verəcəyini demişdir. Onlar Rasimlə bu işi görmək üçün razılığa gəlmişlər. Bu barədə Məsuda məlumat vermişdir. Sonra Məsud onun kartına 500 manat pul göndərmişdir. Belə ki, 20 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi «Xəzər» markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu istiqamətində hərəkət etmişlər. Məsud ilə danışıb narkotik vasitəni götürməyə getdiklərini söyləmişlər. Məsud əvvəldən tanış olduqları üçün ona daha çox etibar etmişdir. Belə ki, onlar artıq Masallı rayonunda olan zaman Məsud “Watsapp” proqramı vasitəsi ilə içərisində narkotik vasitə və psixotrop maddələr olan torbanın Ələt-Astara avtomobil yolunun 55-ci kilometrliyində olmasını bildirib həmin yerin fotoşəkilini göndərmişdir. Onlar qeyd olunan ünvana getmiş və ətrafa nəzər salıb kiminsə olmadığını görmüşlər. Bundan sonra Rasim avtomobildən düşüb həmin çanta olan yerə getmiş, orada parçadan olan çantanı cəld şəkildə götürüb avtomobilə gətirmişdir. Narkotik vasitələri çantanın içərisində avtomobilin arxa oturacağının üzərinə qoymuşlar. Onlar bir qədər hərəkət etdikdən sonra artıq ƏlətAstara avtomobil yolunun Masallı şəhərinə gedən yolda yerləşən körpüyə çıxan zaman 2 avtomobil tərəfindən güdüldüklərini hiss etmişlər. Həmin vaxt Rasim ona arxalarınca gələnlərin polis əməkdaşları olmasını deyib içərisində narkotik vasitələr olan çantanı təcili avtomobildən atmağı tapşırmışdır. O isə arxaya çevrilib çantanı qaldırmaq istəyəndə çəkisi ağır olduğ u üçün qaldıra bilməmişdir. Bu zaman həmin avtomobillər onların ön və arxa hissələrini kəsmişlər. Rasim tutulacaqlarından qorxub idarə etdiyi avtomobili saxlamamış və polis əməkdaşların avtomobilini vurmuşdur. Bundan sonra polis əməkdaşları onların hərəkətlərini dayandırıb avtomobildən düşürmüşlər. Onlar xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Hər ikisinin barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu bildirmişlər. Bundan sonra onlar avtomobildə narkotik vasitələrin olmasını etiraf etmişlər. Videoçəkilişlə avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilərkən Rasim avtomobilin arxa oturacağında olan 01 ədəd çantanı çıxarıb təqdim etmişdir. Çanta polis əməkdaşları tərəfindən açıldıqda içərisindən 07 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, 03 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin maddələr qablaşdırılıb götürülmüşdür. Onları polis şöbəsinə aparmışlar. Orada şübhəli şəxs qismində tutulmuşlar. Polislər tərəfindən onun və Rasimin üzərilərinə narkotik qoyulmuşdur. Sonra isə videoçəkilişlə üzərilərində şəxsi axtarış aparılarkən üzərilərinə qoyulmuş narkotik vasitələrin polisin təsiri altında özlərinə məxsus olmasını bildirmişlər. Məhkum ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, 20 oktyabr 2021-ci il tarixdə iranlı Məsud onunla əlaqə saxlayıb Masallı rayonu ərazisinə narkotik vasitə atacaqlarını və həmin narkotik vasitəni götürüb Bakı şəhərində onun dediyi yerə qoya biləcəyi halda 1000 manat məbləğində pul göndərəcəyini bildirmişdir. O da bu barədə Təqsirləndirilən şəxs demişdir. Məsud həmçinin onlara 10-15 qram çəkidə narkotik vasitə və psixotrop maddəni də puldan əlavə görəcəkləri işə görə mükafat qismində verəcəyini demişdir. Onlar Rasimlə bu işi görmək üçün razılığa gəlmişlər. Şahid ifadələrindən, baxış və götürmə haqqında protokollardan və məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Khazar» markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomaşından aşkar edilmiş bir ədəd bağlamadakı, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2185 qram, 2320 qram, 1240 qram, 1615 qram, 1220 qram, 805 qram, 725 qram, ümumi təmiz çəkisi 10110 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasit ə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 3 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: 1270 qram, 675 qram, 330 qram, ümumi təmiz çəkisi 2275 qram olan ağ rəngli içərisində kristallar olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbirləri ilə eynidirlər; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat(eynilik) aparmaq mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 10,571 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkumnın üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 12,478 qram olan, ağ rəngli içərisində kristallar olan maddə metamfetamindir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından və üzərindən aşkar edilmiş heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından və Məhkum üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum birinci instansiya məhkəməsinin hökmünün təsviri hissəsində göstərilən əməlləri törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq edilmişdir. Məhkəmələr tərəfindən Məhkum əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi də əsaslı, qanun normalarına və Ali Məhkəmə Plenumunun qərarlarında verilmiş izahlara uyğun olmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Əməlin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri törədilməlidir. İş materialından görünür ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasında olan tərkib əlamətləri – əməlin “külli miqdar”, “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi” və “satış məqsədi ilə” törədilməsi sübutlar əsasında müəyyən edilmişdir. Ona görə də məhkumun əməlinin həmin maddələrlə tövsif edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Məhkum özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tam təqsirli bilmiş və bu barədə məhkəmə istintaqı zamanı ifadə vermişdir. Bundan başqa “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində ol ması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhz satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması əməlini törətməsi tam sübuta yetirilmişdir və onun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum oğlunun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı həmin Məcəllənin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməsi ilə əlaqədar qe yd edilməlidir ki, məhkəmələr bu nəticəyə gələrək Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında verilmiş tövsiyələrə əsasən cinayət işinin hallarını düzgün qiymətləndirmişlər. Belə ki, Ali Məhkəmə Plenumunun yuxarı qeyd edilən qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tut ulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icr açının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini tö rətməsinə görə məsuliyyəti istisna edilir. Cinayət işinin materiallarından görünür ki, Məhkum narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində birgə icraçı kimi iştirak etməmiş, qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirak etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və məhkumun əməlinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı və işin faktiki hallarına uyğun olmuşdur. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməm iş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum kassasiya şikayətinin daha bir digər dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şə xsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstər ilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olm asını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq, ona CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq üzərində 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlamışdır. Məhkum təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 206.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum tərəfindən qanunsuz olaraq 10 kiloqram 110 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 2 kiloqram 275 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşımışdır. İşin bu halı Məhkum törətdiyi cinayət əməlini daha yüksək ictimai təhlükəlilik dərəcəsinə görə digər analoji cinayət əməllərindən fərqləndirir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. Be lə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq kassasiya şikayətinin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar