Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-417/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.V.Salmanov (sədrlik edən və məruzəçi), M.A.Bayramov və S.İ.Əliyevdən ibarət tərkibdə) 06 avqust 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 24 may 2017-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş 08 ay 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, hazırkı cinayət əməli törədilən anadək məhkumluğu götürülməmiş və ya ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli hökmü ilə təyin olunmuş və şərti olaraq cəzadan azad edildiyindən cəzanın çəkilməmiş qalan hissəsindən 8 (səkkiz) ay 11 (on bir) günü hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssi səsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən bıçaq tətbiq etməklə insanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib 09 noyabr 2017-ci il tarixdə, saat 20:10 radələrində X1 işlədiyi ünvan 2 ünvanda yerləşən ərzaq mağazasına müştəri qismində daxil olub mağazanın içərisində X2nin üzərinə silah qismində istifadə edilən bıçaq tətbiq edib hədə qorxu gələrək onun həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın etməklə mağazanın sahibi X2 məxsus 420 manat pulu ələ keçirib zərərçəkmiş X4ə maddi ziyan vuraraq quldurlu q etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər S.A.Mirzəyev (məruzəçi və sədrlik edən), F.A.Qasımov və E.Y.Şamayevdən ibarət tərkibdə) 08 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarı ləğv olunsun və məhkuma ona bəraət verilməsi barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin də lillərini Müdafiəçi onunla əsaslandırır ki, məhkəmə hökmü və qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkum Təqsirləndirilən şəxs yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsasən ittiham verilmiş, qeyd olunan ittihamı təsdiq edəcək heç bir digər sübut məhkəmə prosesində tədqiq edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bıçaq istifadə etməsinə istinad etmiş, lakin həmin bıçaq maddi sübut qismində əldə edilərək işə əlavə edilməmişdir. Həmçinin hadisə baş verən mağazada təhlükəsizlik kamerasının olub-olmaması müəyyən edilməmiş, hətta, həmin mağazaya baxış keçirilən zaman da bu hal baxış protokolunda göstərilməmişdir. Məhkəmə iclasında ifadə verən şahidlər də heç biri Təqsirləndirilən şəxs bıçaqla X7ni hədələyərək, ondan pul tələb etməsini bildirməmiş, ittiham tərəfindən bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilm əz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratd ığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçi Y.Bağırovanın kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs təqsirsiz olması əsası ilə əlaqədar barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməlini törətməsi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər materialları ilə tam təsdiq edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkə n yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Müdafiəçi kassasiya şikayətinin dəlili kimi göstərdiyi cinayətin aləti olan bıçağın maddi sübut qismində əldə edilərək işə əlavə edilməməsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayətin aləti olan bıçağın əldə edilməməsi quldurluq cinayətinin tərədilməsini şübhə altına almağa əsas vermir. İşdən də göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən bıçaq tətbiq etməklə insanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etmişdir. Bu zaman o zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməmiş, yalnız onu hədələmişdir. Zərərçəkmiş şəxs X1 bıçaqla hədələndiyindən qorxaraq 420 manat pulu məhkuma verməyə məcbur olmuşdur. Odur ki, kassasiya şikayətinin bu dəlili əsaslı deyildir. Bundan başqa, məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və ona təqsirli bilindiyi maddənin orta həddində cəza təyin etmişdir. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız i mtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 08 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 08 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-417/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-417/2019
19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver