Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-417/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, xüsusi ittihamçı X1 nümayəndəsi – fərdi fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, Xüsusi ittihamçı X4 və onun nümayəndəsi Nümayəndə tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarından verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Ağdam Rayon Məhkəməsinin xx xxxx 2020-ci il ta rixli hökmü ilə (hakim M.Ş.Niftəliyev) X7 (xx xxxx 1979-cu ildə ünvanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” MMC-nin direktoru, əvvəllər məhkum olunmuş, ünvanda qeydiyyatda olan, ünvan2-də yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib, qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmçinin XXXXXə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilmiş, habelə XXXXə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2003-cü il tarixli hökmü ilə tətbiq edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin müstəqil icra edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.B.Hüseynov, hakimlər T.A.Muxtarov və F.Ə.Mehtiyevdən ibarət məhkəmə tərkibi) Ağdam Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən xüsusi ittihamçı XXXXXa və məhkum edilmiş şəxsin müdafiəçisi XXXXX tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, hökm ləğv edilmiş və xüsusi ittahm qaydasında şikayət üzrə icraat materialı hazırlıq iclası mərhələsində baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından xüsusi ittihamçı XXXXXa və onun nümayəndəsi Nümayəndə birgə kassasiya şikayəti vermişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X7 tə sisçisi və rəhbəri olduğu ünvan 1-də fəaliyyət göstərməklə ünvanda qeydiyyata alınmış “xxxx” saytının xx.xx.2019cu il tarixli buraxılışının saat 12:39 verilişindəki 189 kodu altındakı, yəni kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatındakı yazısının manşetində və mətnində X1 güya cəmiyyətdə “lombard XXXXX” kimi tanınması, yenə də həmin gün eyni saytın saat 15:20 verilişindəki 148 kodu altındakı, yəni kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatındakı yazısının manşetində qəsdən XXXXnın güya cəmiyyətdə “lombard XXXXX” kimi tanınması barədə “ibarələr” işlədib XXXXnın şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla onu qəsdən təhqir etmiş, bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətm işdir. Eyni zamanda, məhkəmə XXXXnın xüsusi ittiham qaydasında şikayətində irəli sürülmüş ittihamın Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə olan hissəsi üzrə XXXXXun əməlində həmin cinayətin tərkibinin olmaması haqqında nəticəyə gəlmiş və həmin əsasla XXXXXa CM-in 147.1-ci maddəsi ilə bəraət vermişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı XXXXX və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, XXXXXnın xüsusi ittiham qaydasında şikayətinə ilkin baxılması üzrə birinci instansiya məhkəməsinin hazırlıq iclası və məhkəmə baxışı qanuna müvafiq qaydada, o cümlədən təqsirləndirilən şəxsin hüquqları təmin olunmaqla keçirildiyi halda, apellyasiya instansiyası məhkəməsi əsassız və cinayət-prosessual qanunun tələblərinin ziddinə olaraq birinci instansiya mə hkəməsində XXXXXun müdafiə hüquqularının pozulması haqqında nəticəyə gəlmiş və həmin əsasla birinci instansiya məhkəməsinin hökmünü ləğv edib materiala hazırlıq iclası mərhələsində baxılması üçün birinci instansiya məhkəməsinə göndərmişdir. Xüsusi ittihamçı XXXXXa və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini, xüsusi ittham qaydasında şikayət üzrə materialın yenidən ilkin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edi r. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Xüsusi ittihamçı X4 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin apellyasiya müraciətlərinə ilkin baxılması (müvafiq cinayət-prosessual normaların tətbiqi) üzrə hüquqi mövqeyini mübahisələndirdiklərindən, məhkəmə kollegiyası onların kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsi, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və xüsusi ittiham qaydasında icraat materialının birinci instansiya məhkəməsində hazırlıq iclası mərhələsinə göndərilməsi haqqında qərar qəbul edərkən aşağıdakı hallara əsaslanmışdır: _ barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş XXXXXXXun birinci instansiya məhkəməsində keçirilən hazırlıq iclasında iştirak etməməsi; _ birinci instansiya məhkəməsində məhkəmə baxışının təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirilməsi. Apellyasiya instansiyası məhkəməsi bu hallardan çıxış edərək qəbul etdiyi qərarın prosessual əsası kimi Azəırbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 391.8.6-cı maddələrinə istinad etmişdir. Lakin, baxılan xüsusi it tiaham qaydasında şikayət üzrə icraat materialından görünür ki, apellyasiya instansiyası məhkəməsi lazımınca araşdırma aparmadan və qeyd olunan nəticələrin çıxarılması üçün kifayət qədər əsaslar müəyyən etmədən birinci instansiya məhkəməsində məhkəmə baxışının təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirlməsi haqqında nəticəyə gəlmişdir. Belə ki, X1 X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittham qaydasında şikayəti xx xxxxxx 2019-cu ildə Ağdam Rayon Məhkəməsinə daxil olduqdan sonra məhkəmə həmin tarixli bildirişlə XXXa xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının xx xxxxxx 2019-cu il tarixə təyin edilməsi haqqında məlumat vermiş və xüsusi ittiham qaydasında şikayətin surətini, hüquqularına dair CPM-dən çıxarışı (ünvan 1 ünvanına) gönədrmişdir (i.v. 17-20-də olan bildirşlər, göndərişlərin reyestri və poçt qəbzi). XXXX xx xxxxxx 2019-cu il tarixə təyin olunmuş hazırlıq iclasına gəlməyərək həmin tarixdə Ağdam Rayon Məhkəməsinə teleqram göndərib, xüsusi ittiham qaydasında şikayəti almadığını bildirmiş və müdafiəsini qurması üçün xüsusi ittiham qaydasında şikayətin “ünvan 2 ünvanına göndərilməsini xahiş etmişdir. Bundan sonra məhkəmə həmin teleqramı nəzərə alaraq hazırlıq iclasını təxirə salıb xx xxxxxx 2019-cu il tarixə təyin etmiş və xüsusi ittiham qaydasında şikayətin surətini qoşmaqla XXXXun teleqramında qeyd olunmuş yeni ünvana xx xxxxxx 2019-cu ildə hazırlıq iclasının yeni vaxtı və yeri barədə bildiriş göndərmişdir (i.v. 22, i.v.24-27-də ola n hazırlıq iclasının protokolu, bildiriş, reyestr, XXXXya və XXXa əlavə olaraq mobil telefon vasitəsi ilə məlumat verilməsi haqqında arayışlar). Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hazırlıq iclasına da XXXX gəlməmiş, atasının vəfat etməsini əsas gətirərək hazırlıq iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə XXXXXun xahişini nəzərə alaraq həmin iclasda xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının təxirə salınıb xx xxxxxx 2019-cu il tarixə təyin edilməsi barədə qərar qəbul etmiş və bu barədə XXXXXa bildirşlə məlumat vermişdir (i.v.28-31-də olan protokol, bildirşlər və reyestr). Bundan sonra, XXX yazılı vəsatətlə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş vəsatətində xüsusi ittiham qaydasında şika yətin Yasamal Rayon Məhkəməsinə (aidiyyatı olmayan məhkəməyə) göndərilməsini xahiş etmiş, lakin özü məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hazırlıq iclasına gəlməmişdir. Bu cür halların fonunda məhkəmənin XXXXun hərəkətini təkrarən məhkəməyə gəlməkdən imtina etmək kimi qiymətləndirib onun iştirakı olmadan xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasını keçirməsi prosessual qanunun pozuntusu kimi qiymətləndirilə bilməz. Belə ki, (analogiya üzrə tətbiq olunmaqla) Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.9.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən təkrarən imtina etdiyi və ya boyun qaçırdığı halda məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxsin iştirakı olmadan aparıla bilər. Cinayət-Prosessual Məcəllənin 299.11-ci maddəsinə görə “məhkəmə nin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cı maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur”. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi birinci instansiya məhkəməsində məhkəmə baxışının XXXXXun müdafiə hüquqlarının pozulması ilə keçirilməsi haqqında dəlilə gəldikdə, qeyd olunmalıdır ki, XXXXXun iştirakı olmadan hazırlıq iclasının keçirilməsi onun təkrar məhkəməyə gəlməkdən imtina etməsindən irəli gələn hal olmaqla cinayətprosessual qanunun yuxarıda qeyd olunan normalarına uyğun olduğundan, özüözülüyündə XXXXXun müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Müdafiəçinin hazırlıq iclasında iştirak etməməsinin “birinci instansiya məhkəməsində məhkəmə baxışının təqsirləndirilən şəxsin müdafiə hüquqularının pozulması ilə keçirilməsi” kimi CPM-in 391.8.6-cı maddəsində göstərilən kobud pozuntunu yaradıbyaratmaması məsələsinə isə Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının tələbləri, xüsusi ittiham qaydasında şikayət üzrə icraatın xüsusiyyətləri və hazırki materiala baxılmasının konkret halları nəzərə alınmaqla qiymət verilməlidir. Xüsusi ittiaham qaydasında şikayət üzrə icraatın xüsusiyyəti ondandır ki, bütün icraat məhkəmədə həyata keçirilir və bu səbəbdən CPM-in 391.8.6-cı maddəsində göstərilən halın olub-olmamasının müəyyən edilməsi üçün həm hazırlıq iclası, həm də məhkəmə baxışı mərhələləri daxil olmaqla birinci instansiya məhkəməsində həyata keçirilmiş icraat bütöv ş əkildə nəzərdən keçirilməlidir. Cinayət-Prosessual Məcəllənin 299.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiəçisinin (təmsil etdiyi şəxs onun köməyindən imtina etməmişdirsə və ya onun cinayət prosesində məcburi iştirakını müəyyən edən hal mövcuddursa) məhkəmənin hazırlıq iclasında iştirakı məcburidir. XXXXXun hazırlıq iclası mərhələsində müqavilə üzrə müdafiəçisi olmamış və həmin mərhələdə o, məhkəməyə ona dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təyin olunması barədə müraciət etməmişdir (yuxarıda qeyd olunduğu kimi, onun vəsatətləri müstəsna olaraq hazırlıq iclasılarının təxirə salınması və CPM-in tələblərinə zidd olaraq məhkəmə aidiyyatının dəyişdirilməsi barədə olmuşdur). Müdafiəçinin cinayət prosesində məcburi iştirakını tələb edən CPM-in 92.3-cü maddəs ində göstərilən hallar da hazırki işdə müəyyən edilməmişdir. Belə olan halda, hazırlıq iclasının müdafiçənin iştirakı olmadan keçirilməsi də CPM-in 299.10-cu maddəsinin pozuntusunu yaratmadığından, özü-özlüyündə “birinci instansiya məhkəməsində məhkəmə baxşının təqsirləndirlən şəxsin müdafiə hüquqularının pozulması ilə keçirilməsi” kimi qiymətləndirilə bilməz. Həmin halların CPM-in 391.8.6-cı maddəsində qeyd olunan kobud qanun pozuntusunu yaratmadığını göstərən xüsusatlar həm də odur ki, məhkəmənin hazırlıq iclasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə məhkəmə baxışı təyin edilməklə, beləliklə də “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının 10-cu b əndinə görə artıq XXXXX təqsirləndirilən şəxs qismində tanınmaqla ona müdafiəçi təyin olunmuş, XXX xx xxxxxx 2020-ci ildə dövlət hesabına təyin olunmuş müdafiəçi Müdafiəçidən imtina edərək müqavilə bağladığı vəkil X10 tərəfindən məhkəmə baxışında ona hüquqi yardımın göstərilməsini xahiş etmiş və həmin andan (xüsusi ittiham qaydasında şikayətə mahiyyəti üzrə baxılmasına dair xx xxxxxx 2020-ci il tarixli ilk məhkəmə iclasından) məhkəmə baxışının sonunadək (4 aydan artıq müddət ərzində) XXXXXun müdafiəsi vəkil Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Məhkəmə baxışının gedişində (i.v.131-133-də və i.v.160-163-də olan məhkəmə iclas protokollarından göründüyü kimi) cinayət prosesi tərəflərinə bərabər, o cümlədən sübutların təqdim edilməsi üçün imkan yaradılmış, bununla bağlı müdafiə tərəfi qar şı tərəfin məhkəməlinqvistik ekspertizasının keçirilməsinə etiraz etmiş, alınmış ekspert rəyinin, digər sübutların tədqiqində iştirak etmiş, habelə müdafiəçi Müdafiəçinin özü tərəfindən məhkəmədə baxılması üçün sübutlar – “xxxxxx xxxx”, “xxxxx xx”, “xxx xxxx” saytlarından “səhifələr” təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan - birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin müdafiə hüquqlarının nə dərəcədə təmin olunması məsələsinin həlli üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərdən keçirməmiş, beləliklə də əsassız olaraq baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 391.8.6-cı maddələrində göstərilən qanun pozuntularının olması, apellyasiya şikayətlərinə baxılmasına xitam verilməklə məhkəmə hökmünün ləğv edi lməsi və materialın birinci instansiya məhkəməsinə hazırlıq iclası mərhələsinə göndərilməsi haqqında nəticəyə gəlmişdir. Təsvir edilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3.7-ci maddəsində təsbit edilmiş qərarın əsassız olaraq çıxarıldığını, yəni məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsinin (dəyişdirilməsinin) əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.20-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair xüsusi ittihamçının nümayəndəsi Nümayəndə çıxışını dinləyib yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, xüsusi ittiahamçı X1 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmi n edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 barəsində olan xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, xüsusi ittiham qaydasında şikayət üzrə material apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X1 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 barəsində olan xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin, xüsusi ittiham qaydasında şikayət üzrə material apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-417/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-417/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver